Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4301/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Mənzil Tikinti Kooperativi və X25 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pulun ödənilməsi və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 MMC-yə qarşı (X25 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) borcun tutulması tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlaka zərər yetirmədən ondan ayrıla bilməyən yaxşılaşdırma məsrəflərinin əvəzinin ödənilməsi, sübutetmə vəzifəsi, preyudisiallıq, əqdin etibarsızlığ ı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" ASC və "xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)1456/2023 saylı nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25) qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2638/2023 nömr əli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 23 oktyabr 2014-cü il tarixdə "xxxx" MTK ilə Cavabdeh2 arasında mənzil inşaatı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən MTK Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 145 saylı mənzillə təmin etmək barədə öhdəlik götürmüşdür. Müqavilədə mənzilin qiyməti 625.000 manat müəyyən olunmuşdur. Həmin məbləğin 125.000 manatlıq hissəsi avans olaraq ödənilməli, qalan 500.000 manat isə inşaatçının zaminliyi ilə alınacaq b ank krediti hesabına ödənilməlidir.
2. Həmçinin 23 oktyabr 2014-cü il tarixdə "xxxx" MTK ilə Cavabdeh2 arasında həmin ünvanda yerləşən evin 4-cü mərtəbəsində eyni ölçüdə 140 saylı mənzilə dair eyni şərtlərlə müqavilə bağlanmışdır.
3. Cavabdehlərin oğlu X26 ilə iddiaçının qızı X27 14 mart 2015-ci il tarixdə evlənib və K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunda yerləşən 145 nömrəli mənzildə yaşayıblar. Həmin mənzil İddiaçı1 tərəfindən 2014-12015-ci illərdə təmir edilmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-3736 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia tələbi qismən təmin edilərək, 740000 manat əsas borc, 7901,91 manat faiz borcu və 2031,59 manat cərimə, 30 manat dö vlət rüsumu olmaqla, cəmi 749963,50 manat pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
5. Cavabdeh2 xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin "xxxx" ASC-də girovda qalmaq şərti ilə X12 adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdir.
6. Eyni zamanda Cavabdeh2 xx.xx.2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizə ilə "xxxx" MTK -ya müraciət edərək, xx.xx.2014-cü il tarixli “Mənzil inşaatı müqaviləsi” əsasında istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin X1 etiraz etmədiyini bildirmişdir.
7. Cavabdeh2 əri Cavabdeh1 da "xxxx" MTK-nın rəhbərliyinə xx.xx.2017-ci ildə notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, 140 sayl mənzilin X1 razı olduğunu bildirmişdir.
8. Eyni zamanda Cavabdeh2 "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsi məqsədi ilə İddiaçı1 tərəfindən 510.000 manat pul ödənilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə Aidə Məmmədova ilə Ülvi Sadıqlı arasında bağlanmış nikah pozulmuşdur.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin olunaraq cavabdehlər X18 və İddiaçı1 ünvan 1 ünvanında yerləşən 145 saylı mənzilindən çıxarılması qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ BİRİNCİ İŞ ÜZRƏ (İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" ASC və "xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş) a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı1 (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın inşa etdiyi ünvan 2 ünvanında yerləşən “X9” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzili n təmir işlərinə xərclənmiş 850.000 manat pulun, həmin pul məbləğinin ödənilməsini gecikdirməsinə görə son 3 il üzrə hesablanmış 127.500 manat faizlərin, özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 191.250 manat faizlərin, "xxxx" MTK-nın inşa etdiyi ünvan 2 ünvanda yerləşən “X9” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin alınması üçün "xxxx" ASC-yə ödənilmiş 510.000 manat pulun, həmin pul məbləğinin ödənilməsini gecikdirməsinə görə son 3 il üzrə hesablanmış 76.500 manat faizlərin, özgəsinin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 95.625 manat faizlərin, iddia verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.850.905 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tutmanın "xxxx" MTK-nın inşa etdiyi ünvan 2 ünvanda yerləşən “X9” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə (mənzilə olan pay hüquqlarına) yönəldilməsi, həmin mənzilin hərracdan satılması və satışdan əldə edilən pulun borc hesabına iddiaçıya ödənilməsi, bu kifayət etmədikdə isə borcun cavabdehlərdən, o cümlədən digər əmlaklarına yönəldilməsi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə cavabdeblərin xahişi ilə Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev 30 ünvanında yerləşən “X10” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzildə (bundan sonra ixtisarla 145 saylı mənzil yazılacaq) bütün təmir işl ərini görmüş, həmçinin rəngsaz, divar kağızı, emosiya, boya, qapı, pəncərə, evin soyutma və havalandırma sistemi, evin döşəməsi, parketi, hamam ve sanitar qovşağında aparılmış kafel ve metlağ isləri və sairə ilə bağlı bütün təmir işlərini öz hesabına həyata keçirmişdir. Bu təmir işləri zamanı istifadə olunmuş bütün tikinti materiallarının sifarişi, alınması, daşınması, təmir işlərini yerini yetirmiş usta və fəhlələrin əmək haqqları iddiaçının pul vəsaiti hesabına ödənilmişdir. Təmir işlərinə iddiaçı tərəfindən mal material və usta, fəhlə pulları ilə birlikdə 850.000 manat pul xərclənmişdir. Həmçinin, iddiaçı cavabdehlərə inanaraq, sözügedən mənzilə görə cavabdehlərin əvəzinə, qaytarılması şərti ilə, "xxxx" ASC-yə 510.000 manat pul ödəmişdir. Bu vəsaitlər iddiaçı tərəfindən şəxsən və onun t apşırığı və vəsaiti hesabına onun işçiləri tərəfindən "xxxx" ASC-yə nağd ödənilmişdir. İddiaçının qeyd olunan işləri görməsi və cəmi 965.000 manat pul vəsaitini xərcləməsinin səbəbi, onun qızı Sadıqlı Aida ilə cavabdehlərin oğlu Sadıqlı Ülvinin 2015-ci ildə ailə həyatı qurması olmuşdur. İddiaçının cavabdehlərlə razılaşmasına əsasən, qızı ilə onların oğlu mənzilə köçdükdən sonra cavabdehlər mənzilə çəkdiyi təmir xərclərinin və ev əşyalarının dəyərini ona ödəməli idilər. xx.xx.2015-ci il tarixdə Aida Sadıqlı ailəsi ilə təmir etdirdiyi həmin mənzilə köçmüşdür. Lakin həmin tarixdən indiyə kimi, mənzilin təmir xərclərinin və ev əşyalarının cəmi dəyəri olan 965.000 manat pul vəsaitini cavabdehlər ona qaytarmamışlar.
13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlərin vəkili və nümayəndəs i iddiaya etiraz edərək bildirmişdir ki, 145 saylı mənzilin İddiaçı1 tərəfindən öz təklifi və vəsaiti hesabına 2014-2015-ci illər ərzində təmir olunmasını iddia ərizəsində iddiaçı bilavasitə göstərmişdir. İddiaçı1 Azərbaycan Respublikasının Baş Prokurorluğuna və başqa dövlət orqanlarına Cavabdeh1 barəsində şikayət ərizələri yazmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “2014-cü ildə Cavabdeh1 övladı Ülvi Sadıqlı ilə İddiaçı1 qızı Aida Məmmədova nişanlanmış, həmin vaxtdan sonuncuların qohumluq münasibətləri yaranmış, ailələr arasında toyun təşkili, Ülvi Sadıqlı ilə Aida Məmmədovanı n xarici ölkələrə səyahət etmələri, ayrı evdə yaşamaları barədə İddiaçı1 və ailəsinin təkidi ilə Cavabdeh1 yüksək məbləğdə vəsait xərcləyərək qeyd olunanları həyata keçirmiş, övladının ayrı evdə yaşaması üçün "xxxx" MTK-nın inşa etdiyi 145 saylı mənzili 625.000 manata almış, daha sonra ailə üzvlərinin bir yerdə olmasını rəhbər tutaraq, qızı üçün də həmin binadan 140 nömrəli mənzili almış, eyni zamanda hər iki mənzilə görə ümumilikdə 70.000 manat ödəməklə iki qaraj almış, hər iki mənzil və qarajları arvadı Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Ülvi Sadıqlıya alınmış mənzil sonuncunun qayınatası İddiaçı1 təşəbbüsü ilə onun vəsaiti hesabına qızına hədiyyə olaraq təmir edilmişdir. Cavabdeh1 borcları yaranmış, 2015-ci ildən həmin borcları ödəməkdə çətinlik çəkmiş, buna görə də 2015-ci ilin sonun da qudası İddiaçı1 hər ay 5.000 ABŞ dollar məbləğində faiz ödəmək şərtilə 300.000 ABŞ dolları borc, həmin vəsaitdən 30.000 ABŞ dolları faiz, əsas borcdan isə 100.000 ABŞ dollar məbləğində vəsaiti Loğman Məmədova qaytarmışdır. Cavabdeh1 yaranmış külli miqdarda borcunu ödəyə bilmədiyi üçün yenidən qudası İddiaçı1 borca pul istəmiş, İddiaçı1 da qızı Aida Sadıqlının (Məmmədovanın) mənafeləri naminə sonuncunun yaşadığı mənzilə görə ödənilməli olan 500.000 manat vəsaiti banka ödəmişdir. Cavabdeh1 aldığı pulları qaytara bilmədiyindən 2017-ci ildə qızı üçün aldığı və arvadı Cavabdeh2 adına olan "X11” yaşayış kompleksinin ”B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili (bundan sonra 140 saylı mənzil yazılacaq) 974.000 ABŞ dolları qiymətləndirməklə borcun əvəzinə İddiaçı1 təklifi əsasında ona vermiş, həmin mənzil sonuncunun razılığı və təklifi əsasında bacısı oğlu X12 adına rəsmiləşdirilmişdir. İddiaçı1 təqdim etdiyi bir ədəd diskə baxış protokolundan görünür ki, Cavabdeh1 İddiaçı1 ümumilikdə 880.000 ABŞ dolları borca pul aldığını etiraf etmiş, İddiaçı1 da bununla razılaşmışdır. Beləliklə, Cavabdeh1 ilə İddiaçı1 arasında qohumluq münasibətlərindən irəli gələrək mülki-hüquqi münasibətləri yaranmış, yəni Cavabdeh1 İddiaçı1 və onun ailə üzvlərinin ucbatından yaranan, müxtəlif vaxtlarda banklara olan borclarını ödəyə bilmədiyi üçün İddiaçı1 ümumilikdə 900.000 ABŞ dolları borc almış, həmin borcun əvəzinə isə 140 saylı mənzili sonuncunun təklifi və razılığı ilə Babək İsmayılovun adına rəsmiləşdirilmişdir». Göründüyü kimi, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarl a tam sübut olunmuşdur ki, Cavabdeh1 banklar qarşısında olan borclarını ödəyə bilmədiyi üçün müxtəlif vaxtlarda İddiaçı1 borc pul almış, həmin borcun əvəzində isə 140 saylı mənzili İddiaçı1 razılığı ilə bacısı oğlu Babək İsmayılovun adına sənədləşdirərək İddiaçı1 verməklə aralarında olan borc münasibətləri bitmişdir. İddiaçı1 yuxarıda göstərilən mənzillə borcu əvəzləşdirən zaman həmin mənzil üçün "xxxx" ASC-yə 816.000 manat borc qaldığını bildirmiş, lakin hazırki iddia tələbi üzrə məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərində cəmi 510.000 manat pul ödədiyi sübut olunur. Göründüyü kimi İddiaçı1 cavabdehlərin ona olan etibarından sui-istifadə edərək, onlara qarşı 306.000 manat dələduzluq əməli etməkdən belə çəkinməmişdir. Məhkəmənin nəzərinə onu da çatdırmağı vacib hesab edir ki, İddiaçı1 hazır da nümayəndəsi və vəkilinin elektron ünvanından onun elekton ünvanına göndərdiyi barışıq sazişində etiraf edərək təsdiq edir ki, Cavabdeh1 İddiaçı1 müxtəlif vaxtlarda aldığı, ümumilikdə isə 974.118 ABŞ dolları və ya 1.656.000 manat məbləğində yaranmış borc öhdəliyinin əvəzinə 140 saylı tam təmirli mənzil İddiaçı1 təklifi ilə 856.471 ABŞ dolları və ya 1.456.000 manat dəyərində qiymətləndirilərək Bakı şəhəri, 29 saylı Notariat Kontorunda, 2017-ci il 27 oktyabr tarixində notarial qaydada Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 razılığı əsasında İddiaçı1 razılığı və təklifi ilə onun bacısı oğlu X12 adına rəsmiləşdirilmişdir. Həmin əvəzləşməyə əsasən İddiaçı1 856.471 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı Cavabdeh1 qarşı hazırda və gələcəkdə heç bir tələb irəli sürməyəcəkdir. Barışıq sazişi layihəsinin əsasında ödənilməsi nəzərdə tutulan 117.647 ABŞ dolları və ya 200.000 manat pul qohumluq münasibətləri bitdikdən sonra guya o vaxt quda olduqları üçün mənzilin qiymətini o qiymətə razılaşmışdı. Loğman Məmədov qohumluq münasibətləri bitdiyi üçün mənzilin dəyərinin o zaman 200.000 manat baha hesablandığını bildirərək, sonradan həmin vəsaiti geri tələb etməyə başladı. Bu isə tələb olunan həmin pul vəsaitinin bir hissəsidir ki, yuxarıda göstərilən qərarlarla bütün borcların onlara verilən mənzillə əvəzləşməsi tam sübuta yetirilmişdir.
14. Cavabdeh tərəf həmçinin məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının cavabdehlərə qarşı iddiasının əsassız və iddia müddətinin buraxılması ilə verildiyindən rədd edilməsini xahiş etmişdir.
15. Məhkəmənin qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6421 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı1 tərəfindən ünvan 3 ünvanında yerləşən “X9” yaşayış kompleksinin B blokunda 278 kv.m sahəsi olan 4 otaqlı, 145 saylı mənzildə təmir-tikinti və quraşdırılma (mətbəx mebeli, qarderoblar(hər otaqda) giriş qapısı, divara montaj edilmiş işıqlandırma) işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 639.057,5 manat məbləğində müəyyən edilmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-101/2022 nömrəli, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada mənzilin təmir xərcinə görə 639.057,5 manatın, bu məbləğə Mülki Məcəllə nin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın, borc olaraq 510.000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manatın, dövlət rüsumuna görə ödənilmiş 30 manatın 15 manatının, cəmi 1.230.464,5 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissəsinin rədd olunması qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, təmir xərclərinin iddiaçı tərəfindən qarşılandığı işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdehlərin nümayəndəsi və vəkili mənzildə təmir xərclərinin iddaçı tərəfindən çəkildiyi, lakin bunu nikah münasibətlərinə daxil olan X26 ilə X19 hədiyyə olaraq edildiyini, mənzilin daha sonra cavabdeh tərəfindən yenidən təmir olunduğu v ə həmin xərclərin bir hissəsini qaytarmağa etiraz etmədiyini bildirmişdir.
18. Məhkəmə Mülki Məcəllənin 157.7, 1091 və 1092.1-ci maddələrinə istinad edərək bildirmişdir ki, mənzilə çəkilmiş xərcin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizanın rəyində mənzilin təmirsiz vəziyyətdən hazırkı vəziyyətə gətirilməsi üçün görülmüş təmir işlərinin dəyərinin 639.057,5 manat olduğu təsbit olunmuş, cavabdeh isə bu məbləğin daha az olması və ya mənzilin daha sonra yenidən təmir olunması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının bu mənzildə həyata keçirdiyi təmir xərclərinin daha yüksək olduğuna dair dəlili ilə əlaqədar eyni qənaətə gəlmişdir.
19. Məhkəmə müəyyən etmişdir ki, 12.2018-ci il tarixli, ******* nömrəli qəbzlə İddiaçı1 51.000 manat məb ləğində pul, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli qəbzlərin surətindən görünür ki, X29 tərəfindən müvafiq olaraq 51.000 manat, 20.000 manat, 31.000 manat, 21.000 manat, 30.000 manat, 51.000 manat, 51.000 manat, 51.000 manat və 51.000 manat məbləğində pul, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərin sürətindən görünür ki, X13 tərəfindən müvafiq olaraq 51.000 manat və 51.000 manat məbləğində pul “Kreditin ödəniş cədvəli üzrə ödənilməsi” təyinatı üzrə Cavabdeh2 "xxxx" ASC-dəki hesabına ödəniş edilmişdir. X29 və X13 həmin pulları İddiaçı1 tapşırığı və verdiyi pulla ödədiklərini bildirmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfində n müəyyən edilmiş hallarına görə İddiaçı1la Cavabdeh1 arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadələrinə əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab edir.
21. Məhkəmə cavabdeh tərəfin tərəflər arasında olan bütün borc tələblərinin 2017-ci ildə müvafiq mənzillə əvəzləşdirildiyinə və 11 noyabr 2020-ci il tarixli barışıq sazişinin məzmununa istinad etməsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə təqdim edilmiş barışıq sazişinin imzalanmadığını nəzərə alaraq həmin sənədin sübut qismində qəbul edilməsini Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə zidd hesab edir.
22. Cava bdehin etirazını təşkil edən digər dəlili ilə əlaqədar isə qeyd olunmalıdır ki, hazırki işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olub-olmadığını tərəflər arasında olan borc tələblərinin 2017-ci ildə müvafiq mənzillə əvəzləşdirildiyinə dair cavabdehin istinad etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021ci il tarixli qərarı qüvvədə saxlayan məhkəmə aktlarına əsasən müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş pul köçürmələrinə dair bank qəbzlərinə əsasən mübahisə predmeti olan ödənişlərin 2018-2019-cu il tarixlərində edildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, bu tarixlərə qədər tərəflər arasında digər əsaslarla yaranmış borc tələblərinin hazırki mübahisəyə aidiyyəti yoxdur.
23. Beləliklə "xxxx" MTK-nın inşa etdiyi 145 saylı mənzilin Cavabdeh2 əldə edilməsində İddiaçı1 borcverən qismində 510.000 manat məbləği ilə iştirak etməsi halı məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə, araşdırma zamanı müəyyən olunmuş bu halın təkzib edilməsi üçün cavabdeh tərəfin irəli sürdüyü dəlillərin heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakter daşıdığı qənaətinə gəlir.
24. Məhkəmə iddianın “əldən çıxmış fayda kimi faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edib ki, iddia həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Qanuni əsası “əsassız varlanma” olan iddia tələbinə (təmir xərci) münasibətdə məhkəmə Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd edir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum ol duğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
25. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, maddədə göstərilən iki illik müddət qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən müəyyən edilir ki, həmin müddət iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Göründüyü kimi əsassız varlanm a obyektini qaytarmaq hüququ ən geci iki il keçdikdən sonra qüvvədən düşür. Lakin bu müddət “məhrum olana öz hüququnun məlum olduğu vaxtdan” hesablanır.
26. Qanuni güvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1546/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin övladları olan X26 ilə X14 ailə münasibətlərinə faktiki olaraq xx.xx.2019-cu ildə xitam verildiyi, X15 bu tarixdən evi tərk etdiyi həmin vaxtdan sonra onların ər-arvad kimi yaşamadıqları və birgə təsərrüfat aparmadıqları müəyyən edilmişdir. Məhkəmə hazırki işi “pul” tələbinə dair digər mübahisələrdən fərqləndirən bəzi xüsusiyyətləri (pulun borca verilməsinə əsasın ailə münasibətlərindən irəli gəldiyini) nəzərə alaraq hesab edir ki, iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etdiyindən onun əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşməmiş və hazırki iddia tələbinə kəsici müddət qaydalarının tətbiq edilməsinə əsas yoxdur.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edib ki, hazırki tələb üzrə iddia müddətinin axımının başlanğıcı məhz xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. İddiaçı1 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə müraciət etdiyini nəzərə alan məhkəmə onun tərəfindən 3 illik iddia müddəti ötürülmədiyi qənaətinə gəlir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 203.3, 205.1, 385.1, 373.2, 425.1, 442, 445.7, 449.1, 449.2, 739.1, 741, 1091, 1092.1, 1094, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
29. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin iş üzrə 04 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
30. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 202 2-ci il tarixli, 2(103)-3962/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının mənzilin təmirini qızına hədiyyə etməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır, iş materiallarında bununla bağlı heç sübut yoxdur. Əksinə, iş materialları ilə sübut olunur ki, cavabdehlərin xahişi ilə 145 saylı mənzildə bütün təmir işlərini iddiaçı həyata keçirmişdir. Bunu birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkili də etiraf etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə iclasları zamanı cavabdehlərin nümayəndəsi təmirin iddiaçı tərəfindən edilməsini etiraf etməkdən başqa, bu zaman onların yalnız təmirin dəyəri ilə razılaşmadıqlarını demişdir. Yəni, cavabdehlər təmir üçün çəkilmiş xərci ödəməyə razı olmuş, amma təmirin iddiada göstərilmiş dəyərini mübahisələndirmişlər. Bununla bağlı isə, birinci instansiya məhkəməsi əmtəəşünaslıq ekspertizası təyin etmiş və müvafiq rəy də alınmışdır.
32. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin şikayətdə istinad etdiyi “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 23 iyun 2021-ci il tarixli qərara münasibətdə hesab etmişdir ki, iddiaçının Cavabdeh1 barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi ş ikayətin predmetinə nə "xxxx" MTK-nın inşa etdiyi ünvan 2 ünvanda yerləşən X9 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 145 saylı mənzildə təmir işlərinin dəyərinin tələb edilməsi, nə də "xxxx" ASC-yə ödənilmiş pulların qaytarılması daxil olmamışdır.
33. Həmçinin, sözügedən qərar heç də cavabdehlərin qeyd etdikləri kimi, Cavabdeh1 bütün borcları iddiaçıya qaytarması və bu borcun əvəzində "xxxx" MTK-nın inşa etdiyi ünvan 2 ünvanda yerləşən X9 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan Cavabdeh2 adına 140 saylı mənzilin iddiaçıya verilməsi müəyyən edilməmişdir. Belə ki, həmin qərarın ümumiyyətlə hazırki işə aidiyyatı yoxdur. Yəni, həmin qərar üzrə araşdırılan hallar arasında nə mübahisəli mənzilin təmiri, nə də ki, "xxxx" ASC-yə kredit ödənişi halları olmamışdır, qərarda iddiaçının şikayətinin predmeti ayrı-ayrı vaxtlarda Cavabdeh1 verilmiş, lakin qaytarılmamış 200000 ABŞ dolları və 300000 manat olmuşdur. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
34. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdirlər.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi tərəflər arasında hazırki mübahisə ilə bağlı hər-hansı bir borc münasibətləri olmamışdır. İddia ərizəsinə etirazda göstərildiyi kimi, tərəflər arasında yaranmış borc münasibətləri, o cümlədən faizə verilmiş borc məbləği, Cava bdeh2 məxsus olmuş mübahisəli 140 saylı mənzil iddiaçının təşəbbüsü və təklifi ilə onun bacısı oğlu X12 adına sənədləşdirilərək əvəzləşdirilmişdir. Tələb olunan, "xxxx" ASC-yə ödənilmiş 510.000 manat pul vəsaiti də qeyd edilən mənzil Babək İsmayılovun adına sənədləşdirildikdən sonra qarşılıqlı razılaşma əsasında ödənilmişdir. Hansı ki, göstərilən mənzil cavabdehlərlə iddiaçı arasında olan borcla əvəzləşdirilən zaman iddiaçı cavabdehlərə "xxxx" ASC-də qalan borc məbləğinin 816.000 manat olduğunu bildirmiş, banka isə faktiki olaraq 510.000 manat ödəmiş, nəticədə mənzili dəyərindən 306.000 manat aşağı qiymətə ələ keçirmişlər. İşə baxan məhkəmə işin bu hallarına da diqqət yetirməmiş, işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bu kimi iş üçün ciddi əhəmiyyətə malik olan faktiki halları aydınlaşdı rmamışdır. Bundan başqa, işə baxan məhkəmələr iddia tələbinin qanuni əsasını düzgün müəyyən etməyərək maddi hüquq normalarını səhv tətbiq etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 157-ci maddələrinə istinad edərək, tərəflər arasında tapşırıq müqaviləsi ilə bağlı münasibətlər yarandığına baxmayaraq, mübahisəyə əsassız varlanma ilə bağlı müddəaları tətbiq etmişdir. Göründüyü kimi, qeyd edilən mənzil üzərində iddiaçının heç bir sahibliyi olmamış, mənzilin alınması üçün onun tərəfindən hər-hansı ödəniş həyata keçirilməmişdir. Mənzilin təmiri isə onun öz təşəbbüsü ilə ailə həyatı quran gənclərəqızına və onun həyat yoldaşına toy hədiyyəsi kimi olunmuşdur.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5868/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
37. Məhkəmə kolegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091-ci maddəsinə əsaslanıb cavabdehləri əsassız varlanan şəxs hesab edərkən nəzərə almamışdır ki, qanunun həmin normasına görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Müəyyən olunduğu kimi tərəflərin övladlarının nikaha girmələri ilə əlaqədar Cavabdeh2 mənzil əldə etmiş, İddiaçı1 isə orada təmir işləri aparmışdır.
38. Təmir işləri iddiaçının istəyi nə və iradəsinə uyğun aparılmış və övladlarının ailə münasibətləri pozulduqdan sonra mənzildə aparılmış yaxşılaşdırma işləri Cavabdeh2 qalmışdır. Göstərilən vəziyyətdə cavabdehin hüquqi əsas olmadan varlanması nəticəsinə gəlmək üçün əsaslar olmadığından, kollegiya hesab edir ki, mübahisənin həmin hissədə həllinə Mülki Məcəllənin 1091, 1092-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar olmamışdır.
39. Məhkəmə kollegiyası işə Mülki Məcəllənin 157.7-ci maddəsinin tətbiqi ilə bağlı qeyd etmişdir ki, işdən göründüyü kimi İddiaçı1 cavabdehlərdən həm ayrıla bilən, həm də ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb edir. Yəni təmir işlərinin dəyəri ilə yanaşı mənzildə olan məişət əşyalarının dəyərini də tələb edir.
40. İş üzrə ekspertiza tədqiqatını həyata keçirən Məhkəmə Ek spertizası Mərkəzi də görülmüş təmir işlərinin dəyərini cəmi 639.057,36 manat məbləğində müəyyən edərkən ayrıla bilən yaxşılaşdırmaların dəyərini də nəzərə almış və məhkəmə iddianı həmin hissədə qismən təmir edərkən cavabdehlərdən məhz həmin məbləği – 639.057,36 manatı tutmuşdur.
41. Məhkəmə bu zaman həmin əşyaların nə iddiaçı tərəfindən götürülməməsinin səbəblərini araşdırmamış, nə də təmir işlərinin 2014, 2015-ci illərdə görülməklə aşınmaya məruz qalmasını nəzərə almamış və işin həmin hallarına qiymət verməmişdir.
42. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmaya çəkdiyi məsrəflərin dəyərini ala bilər. Məhkəmə iddianı 639.057,36 manat məbləğində təmin etməklə, eyni zamanda həmin məbləğin qaytarılması üçün cavabdehlə rdən 45.267 manat faiz borcuna görə pul tutmuşdur. Beləliklə, məhkəmə tərəfindən cavabdehlərdən yaxşılaşdırmaya görə tutulan pul vəsaiti əmlakın, yəni mənzilin dəyərini aşmışdır.
43. Tələb olunan vəsaitə həm ayrıla bilən, həm də ayrılması mümkün olmayan yaxşılaşdırmalar daxil edilməklə cavabdehlər üçün qaytarılmalı olan pul vəsaitinin məbləği aydın olmadığından, eləcə də həmin məsələ məhkəmə araşdırılmasını tələb etdiyindən, belə vəziyyətdə məhkəmə kollegiyası gecikdirmənin baş verib-verməməsini araşdırmalı idi.
44. Cavabdehlər hesab edirlər ki, iddiaçı övladlarının yaşayacağı mənzili onlara xüsusi ilə qızına hədiyyə olaraq təmir etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin həmin halına müvafiq hüquqi qiymət verməmişdir.
45. Müəyyən olunduğu kimi, Cavabdeh2 məxsus mənzilin alınm ası üçün onun bankdan götürdüyü kreditin 510.000 manat məbləğində hissəsi İddiaçı1 tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin məbləği borc hesab edib mübahisəni Mülki Məcəllənin 739-cu maddəsinin tələblərinə uyğun həll edərkən nəzərə almamışdır ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Bu hissədə mübahisəli hüquq münasibətinin həllinə Mülki Məcəllənin 431.1-ci maddəsinin tələbləri baxımından həlli imkanına qiymət verilməlidir.
46. İşdən görünür ki, Cavabdeh2 banka olan borcu iddiaçı tərəfindən 2018-2019-cu illərdə hissə-hissə ödənilmiş və ödədiyi pul məbləğinin cavabdehlərdən tutulması barədə iddiaçı məhkəməyə 2021-ci ilin oktyabr ayında müraciət etmişdir.
47. Cavabdehlərin iddianı əsassız sayarkən irəli sürdükləri əsas dəlil ondan ibarətdir ki, on lar İddiaçı1 onlardan tələb etdiyi pul məbləğinin əvəzi olaraq onun göstərişi əsasında 140 saylı 4 otaqlı mənzili onun bacısı oğlu Babək İsmayılovun adına sənədləşdirməklə iddiaçıya olan borclarını ödəmişlər.
48. İşin 1-ci cildinin 307, 308-ci səhifəsində olan Cavabdeh2 və Cavabdeh1 MTK-ya ünvanlanmış ərizələrindən görünür ki, onlar 140 saylı mənzilin Babək İsmayılova satılmasına etiraz etmədiklərini bildirmişlər.
49. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi prokurorun cinayət işin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarından görünür ki, X2 Sadıqovun ona qarşı dələduzluq edərək 300.000 manat pulunu talaması, həmçinin, İddiaçı1 Cavabdeh1 ona qarşı dələduzluq edərək 300.00 0 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməsi barədə prokurorluğa şikayət etmiş və həmin şikayətlər araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 müxtəlif vaxtlarda banklara olan borclarını ödəyə bilmədiyi üçün İddiaçı1 ümumilikdə 900.000 ABŞ dolları borc almış, Cavabdeh2 məxsus 140 saylı mənzil həmin borcun əvəzinə iddiaçının razılığı ilə onun bacısı oğlu Babək İsmayılova verilməklə borc əvəzləşdirilmişdir.
50. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehlərin bu mühüm dəlili ilə əlaqədar hər hansı bir araşdırma aparmamış, bununla əlaqədar sübut əhəmiyyəti daşıyan zəruri sənədləri işə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MTK-dan tələb etməmiş, işin həmin halına müvafiq hüquqi qiymət verməmişdir.
51. İşdə mənzilin hansı qaydada Babək İsmayılovun adına keçməsi, bunun la əlaqədar tərəflər arasında hər hansı bir müqavilənin olması, əgər satılmışdırsa hansı qiymətə satılması işdən görünmür.
52. Apellyasiya instansiyası məhkəməsi bank kreditinə görə ödənilmiş 510.000 manatı eyni zamanda Cavabdeh1 tutarkən nəzərə almamışdır ki, o, kredit müqaviləsi üzrə tərəf olmamaqla kreditin ödənilməsi ilə əlaqədar üzərinə heç bir öhdəlik götürməmişdir.
53. Belə olduqda, iddianın Cavabdeh1 münasibətdə təmin edilməsinin mümkünlüyünə qanunun tələblərinə uyğun qiymət verilməli idi.
54. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.7, 431.1, 431.3, 445.2, 445.7, 739.1, 741, 1091, 1092.1, 1094, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırıl mışdır. c) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
55. Apellyasiya məhkəməsində işə yenidən baxılarkən xx.xx.2022-ci il tarixli ekspert rəyində qiymətləndirilən əşyaların təyinatına zərər yetirilmədən ayrıla bilən olubolmamasının müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyasının və ekspertin iştirakı ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin mənzildə bəzi dəyəri 38675 manat olan əşyalar təyinatına zərər yetirilmədən ayrıla bilən əşyalardır və həmin əşyalar iddiaçı tərəfindən götürülüb aparıla bilər. Bununla yanaşı mənzilə baxış keçirilərkən tərəflərin iştirakı ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, mənzilin zalında əvvəl parketin vurulması iddiaçı tərəfindən aparılsa da, sonradan tərəflərin övladlarının nikahda olmaqla orada ya şadığı dövrdə sıradan çıxmış və cavabdeh tərəf həmin otağa yenidən öz vəsaiti hesabına parket alıb yeniləmişdir.
56. Həmçinin işə yenidən baxılarkən üçüncü şəxs qismində cəlb edilmiş X25 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1la 2015-ci ildə İddiaçı1 qohumu kimi tanış olmuş və müxtəlif vaxtlarda görüşləri olmuşdur. 2017-ci ilin payız ayında Loğman Məmmdov ona zəng edib görüşməyə cağırmış, görüş zamanı İddiaçı1 və Cavabdeh1 ona Nərimanov rayon ərazisində 4 otaqlı mənzili almağı təklif ediblər. Çünki "xxxx" ASC-yə pul borcları var. Birlikdə evə baxmışlar. Ev təmirli, dubleks evd idi və 900000 manata razılaşıblar. 24 oktyabr 2017-ci ildə Cavabdeh2 və Cavabdeh1 evin onun adına keçməsi barədə ərizələri MTK-ya veriblər. Həmin tarixdə 600000 manatı İddiaçı1 yanında sayaraq Cavabdeh1 təhvil verib. Qalan məbləği "xxxx" ASC-yə keçirib. Orada 6000 manat artıq ödəniş olmuşdu. İddiaçı1 həmin pulu ona ödəmişdir. Banka keçirilən pullarla əlaqədar qəbzləri vardır. 27 oktyabr 2017-ci ildə "xxxx" MTK ilə evin alqı-satqısına dair müqavilə bağlanıb. O, evi aldıqdan sonra təmir etdirib, otaqlara pərdə və bəzi əşya yerləşdirdikdən sonra 2019-cu ildə Əhməd adlı şəxsə satmışdır. Tərəfindən təqdim edilən qəbzlər onun tərəfindən işçiləri vasitəsi ödənilmişdir. Həmin ödəniş qəbzlərinin Loğmanın ödədiyi pullara hər hansı bir aidiyyəti yoxdur.
57. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1456/2023 nömrəli, 16 mart 2023cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Bəhramzadə (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmir xərci olaraq 639.057,5 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən təmir xərci qismində müştərək qaydada 595.985 manatın tutularaq iddiaçıya ödənilməsi, qətnamənin “cavabdehlərdən müştərək qaydada faiz borcu kimi 45.267 manatın, borc olaraq 510.000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manatın tutulması” hissələrində ləğv olunması və həmin hissələrdə yeni qətnamənin çıxarılması, iddiaçının “cavabdehlərdən müştərək qaydada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın və 36.125 manatın tutulması” tələblərinin təmin edilməməsi, iddiaçının “140 saylı mənzilin alınması üçün Cavabdeh2 "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, Cavabdeh2 iddiaçının xeyrinə 510.000 manat tutulması qət edilmişdir.
58. Məhkəmə kollegiyasının mənzildə aparılmış təmir işlərinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, təmir işləri iddiaçının istəyinə və iradəsinə uyğun aparılmış və övladlarının ailə münasibətləri pozulduqdan sonra cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlak olan mənzildə aparılmış yaxşılaşdırma işləri cavabdehlərdə qalmışdır. Hazırki halda məhz cavabdeh tərəfə münasibətdə əsassız varlanma halına istinad edilməklə mülki qanunvericiliyin 157-ci maddəsi ilə birlikdə qiymət verilərək çəkilmiş xərcin məhz bu əsaslarla cavabdehdən tutulması qanuni və əsaslıdır. Be lə ki, əvvəla mülki qanunvericiliyin əsassız varlanma qaydalarını müəyyən edən normaları məhz mülkiyyətin müdafiəsini özündə ehtiva edən qanunvericiliyin normasına göndəriş verməklə məhz həmin müddəanın da tələbləri baxımından əsassız varlanmanın təsbit edilməli olmasını özündə ehtiva etmişdir.
59. Həmçinin iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin olunaraq cavabdehlər X18 və İddiaçı1 ünvan 1 ünvanında yerləşən 145 saylı mənzilindən çıxarılması qət edilmişdir. Belə olan halda, iddiaçı tərəfindən görülmüş təmir işləri ilə bağlı iddiaçı tərəfin həmin mənzildən yararlanmaq ehtimalıda əldən çıxdığından həmin mənzildə aparılan təmir işlərinin dəyərinin cavabdehdən tələb etməsi əsaslıdır.
60. Məhkəmə kollegiyası 145 saylı mənzilində aparıl mış təmir işlərinin aparılma müddəti, yəni aşınmada nəzərə alınmaqla hesablanma aparılmasına münasibtədə qeyd edib ki, işdə olan xx.xx.2022-ci il tarixli ekspert rəyində aparılmış təmir və əşyaların hazırki vəziyyətdə orta bazar qiymətlərinin müəyyən edilməsi qeyd edilmişdir. İşin bu halı həmçinin ekspertin iştirakı ilə məhz həmin mənzilə yerində baxış keçirilərkən ekspert tərəfindən qeyd edilmişdir. Bununla belə ekspert rəyində qiymətləndirilən əşyaların təyinatına zərər yetirilmədən ayrıla bilən olub-olmamasının araşdırılması məqsədilə ekspertin iştirakı ilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mənzildə bəzi dəyəri 38675 manat olan əşyalar təyinatına zərər yetirilmədən ayrıla bilən əşyalardır və həmin əşyalar iddiaçı tərəfindən götürülüb aparıla bilər. Bu baxımdan həmi n əşyaların qiyməti cavabdehlərdən tutula bilməz.
61. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, mənzilə baxış keçirilərkən tərəfləri iştirakı ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, mənzilin zalında parketin vurulması iddiaçı tərəfindən aparılsa da, sonradan tərəflərin övladlarının nikahda olmaqla orada yaşadığı dövrdə sıradan çıxmış və cavabdeh tərəf həmin otağa yenidən öz vəsaiti hesabına parketi alaraq yeniləmişdir. Buna görə də ekspert rəyində ümumi otaqlar üçün hesablanmış məbləğdən zal sahəsi üçün hesablanan 3397,50 (otaq sahəsi 45,3 kv.m x 75 manat parketin 1 kv.m qiyməti) manat pul məbləği də təmir xərci kimi cavabdehdən iddiaçının xeyrinə tutula bilməz.
62. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili məhkəmə kollegiyası nın iclasında iddiaçı tərəfin orada təmir işlərini görməsini mübahisələndirməmiş, yalnız çox bahalı avadanlıqların onlar üçün hər hansı bir vacibliyinin olmamasını, istədiyi əmlakı götürə biləcəyini və ümumilikdə təmir xərcinin yalnız yüksək məbləğdə olması əsası ilə tələbin bu hissəsini qəbul etməmişdir.
63. Apellyasiya instansiyası məhkəməsi təmirə xərclənmiş vəsaitin iddiaçıya qaytarılmasının gecikdirilməsinə görə cavabdehlərdən iddiaçının xeyrinə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanmaqla 45.267 manat (faiz) tutulması hissəsində belə qənaətə gəlmişdir ki, göstərilən müddəanın tələbləri baxımından gecikmə ilə bağlı faizin tutulması üçün tərəflər arasında pul öhdəliyi olmalı idi. Lakin onlar arasında belə bir öhdəlik olmamışdır. Bununla yanaşı, tələb edilən məbləğ mənzilin təmirinə çəkilmiş xərclə bağlı olmaqla həmin mənzildə tərəflərin övladları yaşamış və yalnız Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə X18 və İddiaçı1 sözügedən 145 saylı mənzilindən çıxarılmasından sonra irəli sürülmüşdür. Yəni, təmir xərclərinin çəkilməsi ilə bağlı xərcin cavabdehlər tərəfindən iddiaçıya hər hansı şərtləşdirilmiş müddət ərzində qaytarılması da nəzərdə tutulmamış, tələb hüququndan isə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməklə istifadə etmişdir.
64. Məhkəmə kollegiyası iddiaçının “mənzilin alınması üçün Cavabdeh2 "xxxx" ASCyə olan borcuna görə banka ödədiyi 510.000 manatın, həmin pul məbləğinin geçikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun hesablanmış faizin tutulması” tələbi üzrə kassasiya instansiyası məhkəməsi nin göstərişlərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbinin müvafiq hissəsi üzrə qətnamə tam ləğv edilməli (maddi hüquq normasının seçimində səhvə yol verildiyi üçün), həmin hissədə iddia Mülki Məcəllənin 431.3-cü maddəsinə əsasən qismən – Cavabdeh2 510 000 manatın tutulması hissədə təmin olunmalı, qalan hissədə təmin edilməməlidir.
65. Bundan əlavə, məhkəmə cavabdeh tərəfin iddiaçının onlardan tələb etdiyi 510.000 manat pul məbləğinin əvəzi olaraq onun göstərişi əsasında 140 saylı 4 otaqlı mənzili onun bacısı oğlu Babək İsmayılovun adına sənədləşdirməklə iddiaçıya olan borclarını ödəmələri, işin bu halının cinayət işi başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarı ilə də müəyyən edilməsi və həmin qərarın qanuni qüvvəsini aldığı üçün hazırki iş üzrə preyud isial əhəmiyyətə malik olduğundan, işə baxan məhkəmə üçün məcburi qüvvəsi olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, göstərilən dəlil əsaslı sayıla və təmin edilə bilməz.
66. Belə ki, işdə olan cavabdehlərin "xxxx" MTK-ya ünvanlanmış ərizələrinə əsasən, onlar 140 saylı mənzilin Babək İsmayılova satılmasına etiraz etmədiklərini bildirmişlər. Burada cavabdehlər ərizələrində hər hansı bir səbəbdən həmin mənzilin Babək İsmayılovun adına rəsmiləşdirilməsini deyil, məhz sonuncuya satılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyasının iclasında isə Babək İsmayılov verdiyi izahatında həmin mənzilin dayısı İddiaçı1 borclarının əvəzinə ona verilmədiyini, aralarında olan razılığa əsasən ona satıldığını və banka olan borclarının ödənilməsinə dair də qəbzlərinin olduğunu qeyd e tməklə həmin qəbzləri məhkəməyə təqdim etmişdir. Həmin qəbzlərdən aydın şəkildə görünür ki, Babək İsmayılov tərəfindən onun məsul etdiyi şəxslər vasitəsilə "xxxx" ASC-yə 306.000 manat məbləğdə pul ödənişi edilmişdir. Məhkəmə araşdırması zamanı da cavabdehlərin nümayəndəsi və vəkili Babək İsmayılov tərəfindən ödənilən ödənişlər üzrə bəzi qəbzlərin iddiaçı tərəfindən ödənilən məbləğə görə verilmiş qəbzlərlə üst-üstə düşməsi barədə etiraz etmişdir. Bu etiraza münasibətdə kollegiya tərəfindən bütün qəbzlərə yerində tərəflərin iştirakı ilə baxış keçirilmiş, ödəniş qəbzlərinin hər birinin ayrı-ayrı vaxtlarda ödənilməklə, qəbz nömrələrinin də fərqli olması tərəflərin iştirakı ilə müəyyən edilmişdir.
67. Həmçinin, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərar hazırki iş üçün preyudisial olmamaqla məcburi qüvvəsi ola bilməz. Belə olan halda, 510.000 manat onun xeyrinə Cavabdeh2 tutulmalı, həmin iddia tələbi qalan hissədə (Cavabdeh1 münasibətdə) təmin edilməməlidir. Belə ki, sonuncu kredit müqaviləsi üzrə tərəf olmamaqla kreditin ödənilməsi ilə əlaqədar üzərinə heç bir öhdəlik götürməmişdir
68. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 431.1, 431.3, 445.2.1, 445.2.2, 1091, 1092.1, 1092.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
69. Cavabdehlər birgə qaydada kassasiya şikayəti verərək, apellyasiya in stansiyası məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
70. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr iddia tələbinin qanuni əsasını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını səhv tətbiq etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 1091-ci maddələrinə istinad edərək, tərəflər arasında podrat və tapşırıq müqaviləsi ilə bağlı münasibətlər yarandığına baxmayaraq, mübahisəyə əsassız varlanma ilə bağlı müddəaları tətbiq etmiş və səhv nəticəyə gəlmişlər.
71. Həmçinin qeyd edilən mənzil üzərində pay hüququnun əldə edilməsi üçün Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya mənzilin dəyəri tam olaraq ödənilmişdir. Göründüyü kimi, qeyd edilən mənzil üzərində iddiaçın ın heç bir sahibliyi olmamış, mənzilin alınması üçün onun tərəfindən hər-hansı ödəniş həyata keçirilməmişdir. Digər tərəfdən, qeyd edilən mənzildə təmir işləri 2014-cü ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək olan müddət ərzində aparılmışdır. Belə olan halda, iddiaçı cavabdehlərdən təmir xərcini podrat müqaviləsinin icrası ilə bağlı tələb etməyə subyektiv hüquq əldə edir. Həmin tarixdən, yəni 2015-ci ilin mart ayından hazırki iş üzrə məhkəmədə iddia qaldırılan müddət ərzində iddiaçı mübahisələndirilən mənzildən istifadə etməmiş, həmin mənzillə bağlı hər hansı hüquqa sahib olmamışdır. Beləliklə, cavabdehlərə məxsus mənzil iddiaçının vəsaiti hesabına onun tərəfindən təmir olunaraq cavabdehlərə təhvil verdiyi andan cavabdehləri əsassız varlandırdığı iddiaçıya məlum olmuşdur. Bu isə b ir daha sübut edir ki, iddiaçı hər iki halda, həm əsassız varlanma halında, həm də podrat müqaviləsi əsasında cavabdehlərdən mənzilin təmirinə çəkdiyi xərci tələb etmək üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılan zaman müddətin ötməsi ilə əlaqədar verilmiş ərizəyə düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri olan işin bu halı apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır.
72. Bundan başqa, məhkəmə nə əşyaların iddiaçı tərəfindən götürülməməsinin səbəblərini araşdırmamış, nə də təmir işlərinin 2014-2015-ci illərdə görülməklə aşınmaya məruz qalmasını nəzərə almamış, işin həmin hallarına qiymət verməmişdir. Ekspert rəyində isə təmir işlərinə sərf olunan materialların dəyərinin hansı dövrə, təmirin aparıldığı dövrə, yoxsa hazırkı dövrə uyğun müəyyən edilməsi görünmür. Məhkəmə ekspert rəyinə qiymət vermədən həmin rəyi mübahisəsiz sübut kimi qəbul edərək iddianı rəydə göstərilən məbləğdə təmin etmişdir. Tələb olunan təmir xərci hər hansı mötəbər sübutla təsdiq olunmadığından cavabdehlər iddiaçının ilk tələbi əsasında həmin məbləği ödəməyə borclu deyildilər. İddiaçı mənzilin təmirinə çəkilmiş xərcin cavabdehlər tərəfindən ona qaytarılmalı olması barədə aralarında razılaşmanın olmasını iddia etsə də, bu, iş materiallarından görünmür. Belə ki, iddiaçı övladlarının yaşayacağı mənzili onlara xüsusi ilə qızına hədiyyə olaraq təmir etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin həmin halına müvafiq hüquqi qiymət verməmiş, Ali Məhkəmənin qə rarında qeyd edilən göstərişləri araşdırmamışdır. Kassasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, işdə olan ekspert rəylərində zədələnmədən götürülə bilən əmlakların müəyyən olunmadığı üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zəruridir. Lakin işə baxan məhkəmə kassasiya instansiya məhkəməsinin göstərişlərinə icra edildiyi görünüşü yaratmaq üçün, mənzilə yerli baxış keçirmiş, xüsusi bilik tələb olunan halların araşdırılması üçün mütəxəssisin əvəzinə özü rəy bildirmiş, mütəxəssis kimi isə əmtəəşünaslıq üzrə mütəxəssis dəvət etmişdir. İş materiallarında olan ekspert rəyində göstərilən əşyaların isə əsas hissəsi onların təsərrüfat təyinatına zərər vurulmadan ayrıla bilməsi mümkün olan qiymətli əşyalardır.
73. Eyni zamanda iş materiall arına əlavə edilmiş sənədlərdən göründüyü kimi, cavabdehlərə məxsus 140 saylı mənzilin X12 adına keçirilməsi ilə əlaqədar sonuncu tərəfindən hər-hansı bir məbləğdə pul vəsaiti payçı Cavabdeh2 ödənilməmişdir. Lakin işə baxan məhkəmə işin bu halına hüquqi qiymət verməmiş, ümumiyyətlə bununla bağlı işi araşdırmamışdır.
74. Babək İsmayılov məhkəmə iclasında 140 saylı mənzili 700-800 min manata aldığnı bildirib. X34 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində və hazırkı iş üzrə məhkəmə prosesində isə bildirmişdir ki, qeyd edilən mənzili 900.000 manata almış, 600.000 manatını iki dəfəyə nağd şəkildə Cavabdeh1 vermiş, 300.000 manatını isə "xxxx" ASC-yə ödəmişdir. X25 məhkəmədə verdiyi izahatını sübut etmək məqsədi ilə hazırkı iş üzrə xx.xx.2023-cü il t arixdə keçirilən məhkəmə prosesi zamanı "xxxx" ASC-yə ödənilmiş 306.000 manat pul vəsaitinə dair qəbzlərin surətlərini məhkəməyə təqdim etmişdir. Belə ki, istər iddiaçı, istərsə də Babək İsmayılov tərəfindən həmin tarixədək məhkəməyə ödəniş qəbzlərinin əsillərini deyil, ksero surətləri təqdim edilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, X25 tərəfindən məhkəməyə ilk olaraq sübut kimi təqdim edilmiş ödəniş qəbzlərindən 30 avqust 2018-ci il tarixli və 13 iyun 2019-cu il tarixli qəbzləri həmçinin iş üzrə iddiaçı tərəfindən də birinci instansiya məhkəməsində baxış zamanı təqdim edilmiş və həmin hissədə iddia tələbini tam təmin edən birinci instansiya məhkəməsi qeyd edilən qəbzlərin iddiaçı tərəfindən ödənildiyi nəticəsinə gəlmişdir. Lakin sonradan Babək İsmayılov guya bunun yanlışlıq olduğunu bi ldirərək, məhkəməyə əlavə qəbzlər təqdim edərək, onun tərəfindən məhkəməyə təqdim olunmuş sübutları şübhə altına salmışdır.
75. Apellyasiya instansiyası məhkəməsi MTK-dan zəruri sənədləri tələb etməmiş, cavabdehlərin özlərinə məxsus mənzili X12 adına hansı əsaslarla keçirməsini, X12 həmin mənzil üçün MTK-ya və ya cavabdehlərə pul ödəyib-ödəməməsini, mənzilin həqiqətən də borc əvəzinə verilib-verilməməsini araşdırmamış, kassasiya instansiyası məhkəməsinin göstərişlərini və Mülki Prosessual Məcəllənin 88-ci və106.1-ci maddələrinin tələblərini pozmaqla, sübutların lazımi qaydada qiymətləndirilməsini təmin etməmişdir.
76. Kassator şikayətini Azəbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ, 125-cimaddəsinin Vİİ, 129-cu maddəsinin İİİ hissələrinə, Mülki Məcəllə 367.1, 372.1, 37 3..3, 375.2, 752.1, 777, 1091.1, 1091.2, 1095-ci, Mülki Prosessual Məcəllənin 9.1, 14.2, 77.1, 82.3, 106.1, 420-cü “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
77. Kassasiya şikayətinə edilən əlavədə cavabdehlər iddiaçıya olan bütün borcların 140 saylı mənzillə əvəzləşdirilməsinə dair barşıq sazişinin məhz iddiaçının təşəbbüsü ilə tərtib olunduğunu bildirmiş, həmin sazişin şərtlərinin iddiaçı ilə müzakirə edilməsinə dair iddiaçının səs yazılarını təqdim etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
78. İddiaçı1 Ali Məhkəməyə ünvanlandığı ərizədə kass asiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirmişdir. İKİNCİ İŞ (İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25) qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə) a) Birinci instansiya məhkəməsində icraat
79. İddiaçı1 Cavabdeh1 və Cavabdeh4 MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMC-ni cavabdeh qismində qeyd etməklə, Cavabdeh1 qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla hesablanaraq 200.000 ABŞ dolları və həmin pul vəsaitini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, hesablanmış 68.000 manat faizlərin tutula raq onun xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 MMC-dən 300.000 manatın və həmin pul vəsaitlərini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, hesablanmış 60.000 manat faizlərin müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi, həmçinin cavabdehlərdən 1.090 manat dövlət rüsumunun müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
80. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 müxtəlif bəhanələrlə aldığı 200.000 ABŞ dolları və 300.000 manatı ona qaytarmaqdan imtina edir. Belə ki, 2018-ci ilin fevral ayının təxminən 15-də Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən onun ofisinə gələrək, öz şəxsi ehtiyacları üçün ondan 300.000 ABŞ dolları pul istəmiş, tez bir zam anda qaytaracağına söz vermişdir. Həmin vaxt Cavabdeh1 onun qudası olduğu üçün, ona inam və etibarı olduğuna görə, onu aldatması üçün hər hansı şübhəsi olmadığına görə, qohumluq xətrinə 300.000 ABŞ dolları Cavabdeh1 vermişdir. Həmin pulun verilməsində tanışları Naib Kərimov, Rafiq Quliyev və Cavabdeh1 kürəkəni Süleyman da iştirak etmişlər. Cavabdeh1 aldığı 300.000 ABŞ dollarından 100.000 ABŞ dollarını 2018-ci ilin sentyabr ayında qaytarmış, lakin qalan 200.000 ABŞ dollarını indiyədək qaytarmamışdır. Bundan bir müddət sonra Cavabdeh1 yenə onunla görüşlərdən birində Bakı şəhəri, Yasamal rayonu "xxxx" MTK-nın inşa etdiyi binalarda özünə məxsus olan üç mənzili satmaq istədiyini və bu işdə ona kömək etməyi xahiş etmişdir. Həmin mənzilləri hər biri 360.000 manat olmaqla satışa çıxarmışdır. Cavab deh1 təkidlə, dəfələrlə ondan pul istəmişdir ki, ayrı-ayrı şəxslərdən aldığı pulu qaytarsın ki, onlar ondan şikayət etməsinlər. O da məcbur olub Cavabdeh1 satışa çıxarıldığını bildirdiyi mənzillər barədə bəzi qohum və tanışlara, o cümlədən də qohumu X17 məlumat vermişdir. Babək İsmayılov mənzili bəyənmiş və mənzili 300.000 manat almaq barədə Cavabdeh1la razılaşmışdır. 2018-ci ilin dekabr ayında Babək İsmayılov 300.000 manat pulu ona vermiş, o isə pulu Yasamal rayonunda ASAN xidmət mərkəzinin binasında yerləşən ofisində Naib Kərimovun və Hüseyn Rüstəmovun iştirakı ilə Cavabdeh1 vermişdir. Cavabdeh1 da ona məxsus Yasamal rayonundakı 4 otaqlı mənzili Babək İsmayılova satdığını bildirmiş və hətta bunun xeyir-duasını da vermişdir. İki gün sonra Babək İsmayılov ona xəbər göndərmişdir ki, aldığ ı mənzili Cavabdeh1 onun adına rəsmiləşdirsin. Bu barədə Cavabdeh1 bildirdikdə, demişdir ki, bununla bağlı heç bir problem yoxdur. Babək şəxsiyyət vəsiqəsinin əslini göndərsin, o da mənzili onun adına sənədləşdirsin. Babəkdən şəxsiyyət vəsiqəsinin əslini alıb Cavabdeh1 vermişdir. Bundan iki gün keçdikdən sonra Cavabdeh1 ona zəng etmiş və üzrxahlıq edərək bildirmişdir ki, mənzilin Babəkin adına keçirilməsi məsələsi uzanır. Bir müddət sonra isə Cavabdeh1 onu və Babək İsmayılovu aldatdığını, mənzilləri başqa şəxslərə satdığnı bilmişdir. Cavabdeh1 borclarını etiraf etmiş, pulun qaytarılması üçün vaxt istəmişdir. Sonuncu dəfə 2020-ci ilin sentyabrında onun vəkili Nümayəndə3, Cavabdeh1, onun vəkili Nümayəndə1 və onun daha 4-5 nəfər tanışı, qohumu ilə birlikdə bu məsələni müzakirə etmişlər. Bunda n sonra da Cavabdeh1 müxtəlif bəhanələrlə yayınmış, borcunu qaytarmaqdan imtina etmişdir. Buna görə məcbur olub Cavabdeh1 barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh1 izahatında təsdiq etmişdir ki, ondan həmin 200.000 ABŞ dolları və 300.000 manat məbləğində pulu almışdır. Bundan başqa, Cavabdeh1 ondan pulu alması onun özünün səs yazısı olan və araşdırmaya təqdim etdiyi disklə də təsdiq olunur. Cavabdeh1 dələduzluq etməsinə dəlalət edən kifayət qədər sübutların olmasına baxmayaraq, aralarındakı mübahisənin mülki xarakter olmasını əsas gətirərək, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ci nayət işinin başlanmasından əsassız olaraq imtina olunmuşdur. Cavabdeh1 aldığı pul vəsaitlərini qaytarmamışdır, pulun əvəzinə ona mənzil verməmişdir, bunun əksini təsdiq edən heç bir sübut yoxdur. Həm də Cavabdeh1 Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində izahatında qeyd edir ki, ona olan borcları Babək İsmayılovun adına mənzil verilməklə əvəzləşdirilmişdir. Bu da həqiqətə uyğun deyildir. Babək İsmayılov 140 saylı mənzili 2017-ci ildə almışdır. Hazırki borclar isə 2018-ci ildən sonra yaranmışdır. 2017-ci ildə bütün borcların əvəzinə guya mənzil verilmişdisə, onda 2018-ci ildəki borclar necə yaranmışdır? Yasamal rayonunda "xxxx" MTK-nın inşa etdiyi binalarda Cavabdeh1 məxsus olmuş sahəsi 272 kv.m olan 4 otaqlı mənzilin alınması üçün X22 Sadı qova verdiyi 300.000 manatı o, Cavabdeh1 əvəzinə Babək İsmayılova qaytarmışdır. Həmin pulu Babək İsmayılova verdiyi üçün Cavabdeh1 pulun ona qaytarılmasını tələb etmək hüququ vardır.
81. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi (vəkili) iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, 2014-cü ilin sentyabr ayında iddiaçının qızı Aida Məmmədova ilə cavabdehin oğlu Sadıqlı Ülvi nişanlanmışlar. İddiaçı1 və qızı Aida Sadıqlının (Məmmədovanın) oğluna olan israrlı təkidi ilə "xxxx" MTK-nın inşa etdiyi, ünvan 5 ünvanda yerləşən “X9” yaşayış kompleksinin B blokunda yerləşən 145 saylı mənzili kreditlə 625.000 manata almalı olublar. Həmçinin qızı üçün də oğluna mənzil aldığı binadan eyni sahədən ibarət olan 140 nömrəli mənzili kreditlə alıb ki, bacı-qardaş bir binada qonşuluqda yaşa sınlar. Hər iki mənzil həyat yoldaşı X5 adına sənədləşdirilməklə "xxxx" ASC-də girov qoyulmuşdu. Mənzillərin alışı üçün ilkin olaraq hər birinə görə 125.000 manat pul ödənilməli, qalan məbləğ isə kredit kimi aylıq ödənilməli idi. 2015-ci ilin sonlarına yaxın kreditlərin ödənilməsində problemlər yaranmağa başlayıb. İddiaçı1 ona 300.000 ABŞ dolları pul tapmasını xahiş etmişdir. Səhərisi gün Loğman zəng vuraraq bildirib ki, bir tanışı var, ondan pul götürə bilər, ancaq hər ay 5000 ABŞ dolları faiz ödəmək lazımdır. Çarəsiz qalıb razılaşmış, 6 ay ərzində İddiaçı1 30.000 ABŞ dolları faiz ödəmişdir. Sonuncu faiz pulu ödənilən zaman əsas borcdan da 100.000 ABŞ dolları məbləğində pulu İddiaçı1 qaytarıb. İddiaçı1 və qızının ucbatından borclandıqlarına görə 2016-cı ilin sonlarına qədər banklara ola n borcları ödəmək üçün İddiaçı1 əlavə olaraq iki dəfəyə ümumilikdə 500.000 manat borc pul da götürüblər. 2017-ci ildə İddiaçı1 qarşısında borclandığı üçün, həyat yoldaşı Cavabdeh2 adına sənədləşdirilərək qızlarına aldıqları 140 saylı mənzili satmaq qərarına gəliblər. Qeyd edilən mənzil yüksək keyfiyyətli təmir olunmuşdu. O, İddiaçı1 qızlarının mənzilini satıb onun bütün pulunu qaytaracağını bildirib. Mənzilin satış qiymətini 1.750.000 manata təklif etmişdilər. Həmin ərəfədə İddiaçı1 onlara təklif edib ki, qiyməti razılaşaq, borcun qarşılığında mənzili ona verərək, onun ailə üzvlərindən birinin adına rəsmiləşdirək. Onlar ailələrində də bu barədə danışaraq razılığa gəliblər. Həmin vaxta, yəni 2017-ci ilin sentyabr ayınadək İddiaçı1la aralarında olan borc məbləği 200.000 ABŞ dolları (340.000 manat) və 500.000 manat idi. İddiaçı1 bildirib ki, onların "xxxx" ASC-yə də 816.000 manat kredit borcu qalıb. İddiaçı1 öhdəlik götürmüşdür ki, qeyd olunan mənzil onun bacısı oğlu və biznes şəriki X12 adına rəsmiləşdirildikdən sonra "xxxx" ASC-yə olan 816.000 manat kredit borcunu da təqdim olunmuş yeni ödəniş cədvəlinə uyğun olaraq ödəyəcəkdir. Beləliklə, İddiaçı1 hesablamasına görə ona olan borcu - 200.000 ABŞ dolları (340.000 manat), 500.000 manat və mənzilə görə "xxxx" ASC-yə ödəniləcək 816.000 manat daxil, ümumilikdə 974.000 ABŞ dolları və ya 1.656.000 manat təşkil edib. Bununla da, İddiaçı1 təklifi əsasında 140 saylı mənzilin qiymətini 974.000 ABŞ dollarına qarşılıqlı razılaşmaqla, borcun əvəzinə İddiaçı1 verməyə razılaşıblar. 2017-ci ilin oktyabr ayında qeyd edilən mənzili İddiaçı1 tə klifi ilə onun bacısı oğlu, biznes şəriki olan X12 adına sənədləşdiriblər. Qeyd edilən mənzilin Babək İsmayılovun adına sənədləşdirilməsi ilə əlaqədar onunla heç bir sövdələşmə aparmayıblar və onun tərəfindən ona və müvafiq banka heç bir vəsait ödənilməmişdir. Quda olduqları üçün İddiaçı1la da bu barədə aralarında hər hansı bir yazılı sənəd tərtib edilməyib. İddiaçı1 iddia ərizəsində göstərdiyi, yəni 2020-ci ilin sentyabr ayında onun təklifi ilə özünün, vəkili Nümayəndə3, onun, vəkili Nümayəndə1, tanışları X6 və X7 iştirakı ilə keçirilən görüşdə də 2015-2016-cı illər ərzində yaranmış borcların 2017-ci ildə yuxarıda qeyd olunan mənzillə əvəzləşdirildiyini etiraf edərək, qohumluq münasibətləri pozulduğu üçün hazırda fikrini dəyişdiyini, 145 saylı mənzilə çəkdiyi təmir və cehiz əşyalarının xə rclərini, mənzillə əvəzləşdirilmiş borc məbləğindən 200.000 manat pul vəsaitinin əlavə olaraq ona qaytarmalı olduqlarını bildirib.
82. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 izahatında göstərmişdir ki, iddiaçı ona bildirmişdir ki, ev satılır. O gedib evə baxmış, 300.000 manata evi alacağını demişdir. Sonradan məlum olub ki, ev Nazirlər Kabineti tərəfindən verildiyindən kiminsə adına keçirtmək mümkün deyildir. Bundan sonra qohumu İddiaçı1 demişdir ki, evə verdiyi pulu geri qaytarsın. Evə görə verdiyi 300.000 manatı Cavabdeh1 geri qaytarmamış, pulu İddiaçı1 almışdır. Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Cavabdeh1 yoldaşı Cavabdeh2 mülkiyyətində olan 140 saylı mənzili təxminən 5 il bundan qabaq almışdır.
83. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 dekabr 2022-ci il tarixli e-2(006)-3774/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilməmişdir.
84. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehə verilən pulların 2018-ci ilə təsadüf etməsini bildirsə də, iddiaçı bu halların məhz göstərilən zamana uyğun olmasına dair təqdim etdiyi sübutlar mötəbər və tutarlı olmamışdır. Belə ki, işin araşdırılmış halları ilə iddiaçıya olan borcların əvəzində cavabdehin həyat yoldaşına məxsus 140 saylı mənzilin 2017-ci ildə Babək İsmayılovun adına rəsmiləşdirməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəf Cavabdeh1 və Cavabdeh2 "xxxx" MTK-nın rəhbərliyinə 140 nömrəli mənzili X1 etiraz etmədiklərini bildirməklərinə dair imzaları notarial qaydada təsdiq edilmiş 27 oktyabr 2017-ci il tarixli ərizələrin borcla bağlı olmasını inkar etməsələr də, bu halın 2017-ci ildə mövcud olmasına baxmayaraq cavabdehin onu və bacısı oğlunu aldadaraq evi onlara deyil, digər şəxsə satmasını da sübut edə bilməmişlər. Müəyyən edilmişdir ki, sözügedən mənzil 2019-cu ildə Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının vətəndaşı X21 adlı şəxsin adına rəsmiləşdirilmişdir və İddiaçı1 iddia ərizəsində göstərdiyi, yəni 2020-ci ilin sentyabr ayında onun təklifi ilə özünün, vəkili Nümayəndə3, cavabdehin və vəkili Nümayəndə1, tanışları X6 və X7 iştirakı ilə yaranmış mübahisəli vəziyyətlə bağlı görüş keçirilmişdir. Bu görüşün nəticəsi olaraq müəyyən istiqamətlər üzrə razılıq əldə olunaraq bir neçə variant hazırlansa da, sonunda cavabdeh tərəfin göst ərdiyi kimi son variantda “Barışıq sazişi”ndə həyat yoldaşı Cavabdeh2 adına olan 145 saylı mənzilə İddiaçı1 ½ pay hüququnun tanınmasını tələb etdiyi üçün razılıq əldə edilməmişdir və bundan sonra sonuncu Nəsimi Rayon Məhkəməsində yuxarıda göstərilən iddianı qaldırmışdır.
85. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında göstərilən görüşün nəticələri üzrə razılıq əldə edilmədiyi halda iddiaçı Nəsimi Rayon Məhkəməsinə 2018-ci ildə verilən pullar barədə deyil, məhz 145 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzinin və mənzil üçün Banka ödənilmiş 510.000 manat pul vəsaitinin həmin pul vəsaitləri üçün əlavə faizlərin tutularaq onun xeyrinə ödənilməsi barədə iddia qaldırması faktı hazırki iş üzrə iddia dəlillərinin əsassız olmasına birbaşa dəlalət edir. Həmçinin cavabdeh tərəfin izahatlarından görünür ki, qeyd edilən iddia Nəsimi Rayon Məhkəməsinə veriləndən sonra məlum olmuşdur ki, 2017-ci ilin oktyabr ayında borclar mənzillə əvəzləşdirilən zaman "xxxx" ASC-yə olan borc İddiaçı1 tərəfindən bilərəkdən 306.000 manat artıq göstərilərək mənzili dəyərindən 306.000 manat aşağı qiymətə ələ keçirmişlər.
86. Məhkəmə həmçinin hesab etmişdir ki, işin araşdırılmış halları ilə tərəflər arasında borc münasibətlərinin 2015-2016-cı illər ərzində yaranması və 2017-ci ildə də bu münasibətlərin yuxarıda qeyd edilən mənzillə əvəzləşdirilməsi ilə başa çatması tam təsdiqini tapmışdır. Buna baxmayaraq iddiaçının cavabdehin ona hələ də borcu olmasına dair izahatlarına məhkəmə qiymət verərək hesab edir ki, bu izahatlar özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
87. Məh kəmə hesab etmişdir ki, iddiaçı tərəfindən dindirilmiş şahidlərin verdiyi ifadələr və 3-cü şəxsin verdiyi izahatlar məhz iddiaçının maraq və mənafeyinə uyğun verilən ifadələrdir və şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv olmayan məlumatlar kimi qiymətləndirilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 3-cü şəxs iddiaçının qohumudur və şahid Kərimov Naib də onun uzun müddətdir tanışı olmaqla onun işlərini aparır. Belə olduğu halda onların işin nəticəsində hüquqi baxımdan maraqlı olmaları şübhəsizdir. Buna görə də sözugedən şəxslərin izahat və ifadəsi obyektiv məlumat kimi qiymətləndirilə bilməz. Həmçinin digər şahid ifadələri ilə təsdiq edilmişdir ki, tərəflər arasında 2018-ci ildə pul alınıb verilməsi məsələsi baş ve rməmişdir və 140 saylı mənzilin X25 tərəfindən alınmış və satılmışdır. Məhkəmə digər şahid ifadələrini ona görə sübut növü kimi qiymətləndirir ki, bu ifadələr işin araşdırılmış halları ilə müəyyən edilmiş faktiki hallarla uzlaşır. Məhkəmə tədqiqi zamanı cavabdeh tərəfin şahid ifadələri daha inandırıcı olmuşdur. Çünki onlar hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir.
88. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 cavabdeh qarşısında 200.000 ABŞ dolları və həmin cavabdehlə, digər Cavabdeh4 MMC-dən 300.000 manat məbləğinin tutulması tələblərinin əsassız olması təsdiq olunduğu üçün iddianın faizlər hissəsi üzrə araşdırma aparılmasına və tələbin bu hissələrinə hüquqi qiymət verilməsinə artıq zərurət qalmı r.
89. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 739.1-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 80, 88, 106.1, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
90. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
91. Apellyasiya şikayəti onunla əsaslandır ılmışdır ki, məhkəmə iddianı təmin etməməsini guya Cavabdeh1 ona olan borcunun arvadı Cavabdeh2 140 nömrəli mənzilinin X17 verilməsi yolu əvəzlişdirildiyi ilə əsaslandırmışdır. Lakin iş materiallarında bu əvəzləşdirilmə ilə bağlı heç bir sübut yoxdur. Əksinə, iş materiallarında olan Cavabdeh2 140 nömrəli mənzili vətəndaş X1 etiraz etməməsi barədə xx.xx.2017-ci il tarixli ərizələri ilə sübut olunur ki, həmin mənzil nə əvəzləşdirilib, nə də ki, bağışlanıb. Həmin mənzilə dair Babək Sadıqovla "xxxx" MTK arasında alğı-satqı müqaviləsi bağlanıb. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, onun 2017-ci ildə İddiaçı1 970.000 ABŞ dolları borcu olmuşdur. Bu həmin dövrün məzənnəsinə görə təxm inən 1.700.000 manat edirdi. İş materiallarında olan müqaviləyə əsasən isə cavabdehin arvadı Cavabdeh2 140 nömrəli mənzili 625.000 manata almışdır. Belə olan halda 625.000 manat necə 1.700.000 manatla əvəzləşdirilə bilərdi? Bununla bağlı, məhkəmədə vəsatət verərək həmin mənzilin 2017-ci ildə bazar dəyərini müəyyənləşdirmək üçün əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, vəsatət əsassız olaraq təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsi Mülki Prosessual Məcəlləsinin 82.3, 82.4-cü maddələrini düzgün tətbiq etməmişdir. Mübahisəli mənzilin borc ilə əvəzləşdirilməsi barədə nə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, nə də ki, cinayət təqibi üzrə hökm yoxdur. İş materiallarında olan ifadələr, səs yazısı iddianın predmeti olan borc münasibətlərinin 2015-2016-cı ildə deyil, 2018-ci il də yarandığını sübut edir. Məhkəmə 3-cü şəxsin iddiaçının qohumu olmasını, həmçinin şahid Naib Kərimovun da uzun müddət tanışı olmasını göstərərək onların izahat və ifadələrinin obyektiv məlumat kimi qiymətləndirilə bilmədiyini qeyd etmişdir. Cavabdehin isə yeganə şahidi olan Süleyman Abbasovun onun kürəkəni olmaqla yaxın qohumu olmasını nəzərə almamışdır.
92. Cavabdeh tərəfin mübahisə ilə bağlı iddiaçının vəkilinin elektron poçt ünvanından barışıq sazişinin gəlməsi barədə dəlilinin araşdırılması üçün məhkəmənin qərardadı əsasında ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 5/674 nömrəli rəyində göstərilir ki, elektron poçt ünvanında həmin elektron poçt istifadəçisinə dair unikal məlumatlar (istifa dəçiyə aid mobil telefon nömrəsi, istifadəçiyə aid alternativ hesablar) hesab yaradıldıqda və ya sonrakı zamanlarda hesaba girişi olan hər hansı şəxs tərəfindən (konkret şəxs müəyyən edilməsi mümkün deyildir) əlavə edilir, giriş olunmamış hesaba dair məlumatlara kənar şəxslər (istənilən şəxs) tərəfindən baxış keçirilməsi və redaktə olunması yalnız istifadəçi adı və şifrənin daxil edilməsi ilə mümkündür. Lakin nəzərə alsaq ki, yuxarıda qeyd olunan məlumatlar, həmçinin elektron poçta aid şifrə məlum olsa belə elektron poçtun konkret hansı şəxsə aid olmasını müəyyən etmək mümkün deyildir. Beləliklə “Elektron ünvan 1” adlı elektron poçt ünvanının “Vxodəhie (Gələnlər Qutusu)” bölməsində aşkar olunmuş “Elektron ünvan 2” adlı elektron poçt ünvanının konkret olaraq hansı şəxsə məxsusluğunu texniki qeydlər əsasında müəyyən etmək mümkün olmadığından ekspert qarşısnda qoyulmuş “X16 elektro poçt ünvanına (Elektron ünvan 1) daxil olmuş sənədin (Barışıq sazişinin layihəsinin) göndərildiyi elektron poçt ünvanı (Elektron ünvan 3) Nümayəndə3 məxsusdurmu?” sual üzrə tədqiqat işi aparılmamışdır. 47.Tədqiqat zamanı “Elektron ünvan 4” adlı elektron poçt ünvanının “Otpravlennıe (Göndərilən)” bölməsində xx.xx.2020-xx.xx.2020-ci zaman intervalına aid olan cəmi 09 (doqquz) ədəd elektron məktub aşkar olunmuşdur. Həmin məktublar içərisində Elektron ünvan 1 adlı elektron poçta göndərilmiş hər hansı bir elektron məktub müəyyən olunmamışdır. Hər hansı bir məktubun silinməsi ehtimalını nəzərə alaraq “Elektron ünvan 4” adlı elektron poçt ünvanının “Korzina (Zibil qutusu)” bölməsinə baxış keçirilsə də, hər hansı məlumat müəyyən olunmamışdır. Aparılmış tədqiqat işləri nəticəsində Elektron ünvan 1 adlı elektron poçtun “Vxodəhie (Gələnlər Qutusu)” bölməsinə “Elektron ünvan 4” adlı elektron poçt ünvanından hər hansı bir elektron məktubun daxil olması aşkar olunmamışdır. 48.Növbəti mərhələdə istifadəçi tərəfindən hər hansı bir məktubun silinməsi ehtimalını nəzərə alaraq “Elektron ünvan 1” adlı elektron poçt ünvanının “Korzina (Zibil qutusu)" bölməsinə baxış keçirilərkən silinmiş faylların xx.xx.2020-xx.xx.2023-cü il zaman intervalına aid olması müəyyən olunmuşdur. Tədqiqat işləri nəticəsində “Elektron ünvan 1” adlı elektron poçt ünvanının “Korzina (Zibil qutusu)"da xx.xx.2020-xx.xx.2020-ci il zaman intervalına aid olan hər hansı bir məlumat müəyyən olunmamışdır.
93. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), E.Kazımov və M.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
94. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında qohumluq münasibətləri olmuş, onların övladları ailə qurmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında olan münasibətlər də dəyişmişdir. İddiaçı hazırda 2018-ci ilin fevral ayının 15-də verdiyi 300.000 ABŞ dolları borcdan qalan 200.000 ABŞ dollarını və həmin pul vəsaitlərini gecik dirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 68.000 manat faizi, habelə mənzil alınması üçün onun vasitəsi ilə Babək İsmayılovun Cavabdeh1 verdiyi və sonradan özünün qaytardığı 300.000 manat və həmin pul vəsaitlərini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 60.000 manat faizləri tələb edir. Cavabdeh1 isə həqiqətən İddiaçı1 200.000 ABŞ dolları və 300.000 manat pul götürməsinə, sonra isə həmin pulu və əlavə götürdüyü 200.000 manatı qaytara, eləcə də 140 və 145 saylı mənzillərin alınmasına görə götürülmüş kreditin ödənilməmiş qalan 816.000 manat hissəsini ödəyə bilmədiyinə görə, yəni cəmi 974.000 ABŞ dollarını iddiaçıya 140 nömrəli mənzili iddiaçının bacısı oğlu Babək İsmayılovun adı na rəsmiləşdirib verməklə əvəzləşdirməsinə, bütün bu hadisələrin 2018-ci ildən əvvəl baş verməsinə, 2020-ci ilin sentyabr ayında tərəflər arasında gedən danışıqlarda isə yalnız 145 saylı mənzilin təmirinə görə 430.000 ABŞ dolları və 140 nömrəli mənzilin baha satılması adı ilə 200.000 manatın qaytarılması ilə bağlı müzakirələr aparılmasına istinad etmişdir.
95. Kollegiya hesab etmişdir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir.
96. Əvvəla, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsaslanmaqla nəticəyə gəlmişdir.
97. Kollegiya qeyd etmişdir ki, həmin qərar hazırkı iş üzrə preyudisial əhəm iyyət daşımır.
98. Məhkəmə bundan başqa qeyd etmişdir ki, cavabdeh tərəfin izahatlarından görünür ki, qeyd edilən iddia Nəsimi Rayon Məhkəməsinə veriləndən sonra məlum olmuşdur ki, 2017-ci ilin oktyabr ayında borclar mənzillə əvəzləşdirilən zaman "xxxx" ASCyə olan borc İddiaçı1 tərəfindən bilərəkdən 306.000 manat artıq göstərilərək mənzili dəyərindən 306.000 manat aşağı qiymətə ələ keçirmişlər.
99. Bununla bağlı da məhkəmənin qənaəti düzgün olmamışdır. Müəyyən edilir ki, iki mənzilə görə banka ödənilən ümumi məbləğ 816.000 manat təşkil edir (iddiaçı tərəfin bildirməsinə görə, 306.000 manat Babək İsmayılov tərəfindən 140 saylı mənzilə görə, 510.000 manat isə İddiaçı1 tərəfindən 145 saylı mənzilə görə banka ödənilmişdir). Babək İsmayılov tərəfindən (onun tapşırığı ilə) ödənilməsi bildirilən məbləğlər - hər biri 51.000 manat olmaqla, xx.xx.2017-ci il tarixdə X3; xx.xx.2018-ci il tarixdə X4; xx.xx.2018-ci il tarixdə X28; xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə isə X20 tərəfindən ödənilmişdir. 54.İddiaçı1 tərəfindən (onun tapşırığı ilə) ödənilməsi bildirilən məbləğlər xx.xx.2018-ci il tarixdə 51.000 manat; xx.xx.2018-ci il tarixdə 51.000 manat; xx.xx.2018-ci il tarixdə 51.000 manat; xx.xx.2018-ci il tarixdə 30.000 manat; xx.xx.2018-ci il tarixdə 21.000 manat; xx.xx.2018-ci il tarixdə 31.000 manat; xx.xx.2018-ci il tarixdə 20.000 manat; xx.xx.2018-ci il tarixdə 51.000 manat; xx.xx.2019-ci il tarixdə 51.000 manat X31, xx.xx.2018-ci il tairxdə 51.000 manat İddiaçı1 özü, xx.xx.2018-ci il tarixdə 51.000 manat və xx.xx.2019-ci il tarixdə 51.000 manat X20 tərəfindən ödə nilmişdir. Bundan başqa, cavabdeh tərəfin nümayəndəsi-vəkili birinci instansiya məhkəməsində iddia müddətinin ötürülməsi ilə bağlı ərizə təqdim etsə də, məhkəmə tərəfindən ərizəyə münasibət bildirilməmişdir.
100. Kollegiya qeyd olunanlara əsasən hesab etmişdir ki, məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göründüyü kimi iddiaçının birinci tələbi 2018-ci ilin fevral ayının 15-də verdiyi 300.000 ABŞ dolları borcdan qalan 200.000 ABŞ dolları, digəri isə 2018-ci ilin dekabr ayında mənzilin alqı-satqısı üçün verilmiş 300.000 manat pul məbləği ilə bağlıdır. İddiaçının dediyi kimi əgər tərəfindən Cavabdeh1 300.000 ABŞ dolları borc verilmişdirsə belə, qanunvericiliyə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu hallarda yazılı formada bağlanılmalıdır. Hazırkı iş üzrə iddia çının dediyi kimi 300.000 ABŞ dolları pul vəsaitinin borc verilməsi təsdiq olunduğu təqdirdə belə, tərəflər arasında yazılı əqd bağlanmalı olduğu halda, belə əqd bağlanmamışdır. Yəni, əqdin forma tələbinə dair şərtinə əməl olunmamışdır. Həmin məbləğdə pulun borc verilməsi barədə şifahi razılaşma (əqd) isə qanunvericiliyin tələbinə əsasən etibarsız (əhəmiyyətsiz) hesab edilir.
101. Tələbin ikinci hissəsi ilə bağlı da iddiaçı mənzilin alqı-satqısı ilə bağlı 300.000 manat verdiyini bildirmişdir ki, bu hissədə də əqdin forma tələbinə dair şərtinə əməl edilməmişdir, odur ki, həmin əqd də əhəmiyyətsiz əqddir.
102. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin p redmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
103. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
104. Əhəmiyyətsiz əqdlərdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət (iddia müddəti) əhəmiyyətsiz əqdin etibarsız hesab olunması yox, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə aiddir. Bu müddətin axımı da müqavilənin bağlandığı (dövlət qeydiyyatına alınmalı olan əqdlərdə isə qeydə alındığı) gündən yox, onun icrasına başlandığı (təhvil-təslim aktının imzalanması, pulun ödənilməsi və s.) gündən b aşlanır.
105. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ətraflı şərh verilmişdir.
106. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşı nar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq olunur. Əvəz edilməsi mümkün olmayan əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə iddia müddəti tətbiq oluna bilməz.
107. Göründüyü kimi əhəmiyyətsiz əqdlər üzrə iddia müddətinin axımı onun icrasına başlandığı (hazırki halda pulun verildiyi) gündən başlanır ki, hazırki iş üzrə isə iddiaçı tələb etdiyi borc məbləğinin birini 2018-ci ilin fevral ayında, digərini isə 2018-ci ilin dekabr ayında verdiyini bildirir, belə olan halda 1 illik iddia müddətinin axımı da həmin tarixlərdən başlamışdır. Hazırki iddia ilə isə iddiaçı 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir, bununla da 1 illik iddia müddətini ötürmüşdür.
108. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, prosessual qənaət prinsipi baxımından hazırki iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsinə zərurət yoxdur. Çünki, hətta araşdırma nəticəsində iddianın əsaslı olması müəyyən olunsa belə, iddia müddətinin keçməsi nəticəsində həmin iddia təmin oluna bilməz. İddia müddəti ötürüldüyündən hazırkı iddia tələbi rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
109. İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 2(103)-2638/2023 nöm rəli, 11 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
110. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354.1.-ci maddəsini düzgün tətbiq etməmişdir. İş materiallarında iddia tələbini təsdiq edən sübutlar, şahid ifadələri, səs yazıları, iddiaçının şikayətıi üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma materialları vardır. Cavabdeh tərəf Nəsimi Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində dəfələrlə etiraf etmişdir ki, cavabdehin iddiaçıya borcu olmuşdur, hətta borcun 974000 ABŞ dolları olduğunu və hazırkı iddia üzrə tələb edilən pulun da bu məbləğə daxil olduğunu demişlər. Buna görə də, Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki iddia üzrə tələblərin əhəmiyyətsiz hesab edilərək iddia (kəsici) müddətinin tətbiq edilməsi tamamilə əsassızdır. Məhkəmə Mülki Məcəlləsinin 560-cı maddəsini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
111. Cavabdeh1 vəkili kassasiya şikayətinə etiraz verərək, apelyasiya instansiyası məhkəməsinin 2(103)-2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Prosessual məsələlər
112. Cavabdeh2 ("xxxx" ASC və "xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-1456/2023 saylı nömrəli qətnaməsində n cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25) qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
113. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkə tlərindən əmələ gəlir.
114. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
115. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
116. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
117. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıld ığı gündən bir il ərzində irəli sürülə bilər
118. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
119. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditor un zərərinə olaraq keçməməlidir.
120. Maddə 445.2.1. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi.
121. Maddə 445.2.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:... 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....
122. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
123. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
124. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
125. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
126. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: b u Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
127. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
128. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
129. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
130. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur.
131. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
132. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
133. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmaya raq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
134. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
135. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin bütövlü kdə yoxlanılması təşkil edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
136. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki iş üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnamələrinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. BiRİNCİ İŞ ÜZRƏ
137. Belə ki, birinci iş üzrə İddiaçı1 iddia tələblərindən biri, cavabdehlərdən müştərək qaydada 510.000 manat pulun tutulmasından ibarətdir. Həmin iddia tələbi üzrə məhkəmələr tərəfindən müəyyən edilib ki, 145 saylı mənzilin alınması üçün bankdan götürülmüş kreditə görə Cavabdeh2 banka qalan 510.000 manat borcu İddiaçı1 tərəfindən ödənilib.
138. İşə baxmış apelyasiya instansiyası məhkəməsi həmin tələbin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 431-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
139. Eyni zamanda həmin maddədə göstərilr ki, üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüqu qu həmin şəxsə keçir.
140. Bu normanın dispozisiya şərtləri baxımından İddiaçı1, Cavabdeh2 sonuncunun banka olan borcundan ödənilmiş 510.000 manat pulun qaytarılması barədə tələbi əsaslıdır.
141. Həmçinin birinci iş üzrə cavabdehlərdən 145 saylı mənzilin təmir edilməsi üçün sərf olunmuş xərclərin tutulması tələb olunub. Bu tələbin maddi hüquqi əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Məhkəmələr tərəfindən də həmin tələb üzrə işin halları bu normanın dispozisiya şərtlərinə əsasən yoxlanılmış və iddiaçının 145 saylı mənzildə görülən, ayrılması mümkün olmayan yaxşılaşdırmaların dəyəri ekspert rəyi ilə müəyyən olunaraq cavabdehlərdən tutulmuşdur.
142. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi birinci mülki iş üzrə iddia tələblərinin təmin edilən hissəsində maddi hüquq norm alarnı düzgün tətbiq etmişdir.
143. Birinci iş üzrə cavabdehlərin kassasiya dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirir.
144. Kassatorların «qeyd edilən mənzil üzərində iddiaçının heç bir sahibliyi olmamış, mənzilin alınması üçün onun tərəfindən hər-hansı ödəniş həyata keçirilməmişdir» dəlili, iddiaçının 145 saylı mənzilin təmir edilməsi üçün sərf olunmuş xərclərin cavabdehlərdən tutulmasını istisna etmir. Həmin normaya əsasən “vicdanlı sahib” dedikdə, həmçinin əmlakın mülkiyyətçinin iradəsinə uyğun olaraq və tərəflərin etimad göstərdikləri, uzunmüddətli xarakter daşıması kimi qəbul edilən davranışları əsasında əmlakla bağlılığı da ehtiva edir. Bu elə bir bağlılıqdır ki, iddiaçı mülkiyyətçinin yararlanması üçün deyil, özünün mənafeləri üçün və adətən uzunmüddətli istifad əyə hesablanmış yaxşılaşdırmalar edir. Baxılan işdə iddiaçının həmin mənzillə bu cür bağlılığı vardı. Belə ki, mülkiyyətçinin mütləq razılığı əsasında iddiaçının qızı həmin mənzildə yaşayırdı və iddiaçı bu mənzilin yaxşılaşdırmalarını da məhz qızının yararlanması üçün etmişdi.
145. İddiaçının mənzildə təmir işləri ilə bağlı münasibətlərin podrat münasibətləri olması, buna görə də iddiaçının təmir xərcini podrat müqaviləsinin icrası ilə bağlı tələb etməyə subyektiv hüquq əldə etməsi, 2015-ci ilin mart ayında təmir işləri başa çatdığına görə görə təmirə çəkilən xərci tələb etmək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması barədə kassatorların dəlillləri də əsasszıdır.
146. Çünki istənilən müqavilə, şəxslərin müəyyən hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə və ya xitamına yönəlmiş, şüurlu, aydın ifadə edilmiş iradəyə əsaslanan razılaşmadır. Bu razılaşmanın məzmunundan asılı olaraq müqavilənin növləri müəyyən edilir. başqa sözlə, müqavilədəki iradə ifadəsi, tərəflərin öhdəliyinin məzmununu formalaşdırır. Mülki Məcəllənin 752.1-ci maddəsində podrat müqaviləsinin tərifi verilərək göstərilir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
147. Göründüyü kimi podrat münasibətləri üçün xarakterik olan hal, podratçının razılıqda əksini tapmış işi icra etmək, sifarişçinin isə icra edilmiş işə görə muzd ödəmək iradəsinə əsaslanan razılaşmanın olmasıdır. Baxılan işdə bu cür razılaşma məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Mülki Məcəllənin 404-cü maddəsi üzrə tərəflər in iradə ifadəsinin həqiqi mənası, o cümlədən mənzilin təmirinə qədərki münasibətləri, habelə quda olaraq evli övladları üçün normal şərait yaratmaq istəyinə əsaslanan davranışları, mənzilin təmiri üzrə münasibətlərin podrat münasibətləri kimi müəyyən olunmasına imkan vermir.
148. Kassatorların «iddiaçı övladlarının yaşayacağı mənzili onlara, xüsusi ilə qızına hədiyyə olaraq təmir etmişdir” dəlili də, təmirlə bağlı yaxşılaşdırmaların tutulması barədə gəlinən nəticəni dəyişmir. Çünki əgər təmir yolu ilə yaradılan yaxşılaşdırmalar maddi olaraq hədiyyə kimi qəbul olunarsa, bu halda hədiyyə alanlar qismində iddiaçının qızı çıxış etməli idi və yaxşılaşdırmalar onda qala bilərdi. Lakin mənzil iddiaçının qızının və ya qızının keçmiş ərinin mülkiyyətində deyil, Cavabdeh2 mülkiyyətindədir və yaxşıl aşdırmalar sonuncuda qalmışdır.
149. Kassatorların apelyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən ekspertiza keçirməməsi, Ali Məhkəmənin qərarında qeyd edilən göstərişlərə əməl etməməsi barədə dəlilləri əsassızdır. Çünki apelyasiya unstansiyası məhkəməsi təkrar işə baxarkən xx.xx.2022-ci il tarixli ekspert rəyində aparılmış təmir və əşyaların hazırki vəziyyətdə orta bazar qiymətlərinin müəyyən edilməsini müəyyən etməklə yanaşı, ekspertin iştirakı ilə mənzilə yerində baxış keçirərək, ekspert rəyində qiymətləndirilən əşyaların təyinatına zərər yetirilmədən ayrıla bilən olub-olmamasını araşdırmış, dəyəri 38675 manat olan əşyaların təyinatına zərər yetirilmədən ayrıla bilən əşyalar olduğunu müəyyən etmişdir. Habelə müəyyən edilmişdir ki, mənzilin zalında parketin vurulma sı iddiaçı tərəfindən aparılsa da, sonradan tərəflərin övladlarının nikahda olmaqla orada yaşadığı dövrdə sıradan çıxmış və cavabdeh tərəf həmin otağa yenidən öz vəsaiti hesabına parketi alaraq yeniləmişdir. Məhkəmə kollegiyası ayrıla bilən yaxşılaşmaları və parketin təzələnməsinə görə xərcləri ekspertin rəyi ilə müəyyən olunmuş məbləğdən çıxmışdır.
150. Məhkəmə kollegiyası «cavabdehlərə məxsus 140 saylı mənzilin X12 adına keçirilməsi ilə əlaqədar sonuncu tərəfindən hər-hansı bir məbləğdə pul vəsaitinin payçı Cavabdeh2 ödənilmədiyi və məhkəmə tərəfindən işin bu halının araşdırılıb qiymət verilmədiyi” barədə dəlili ilə bağlı qeyd edir ki, bu dəlil də əsassızdır. Belə ki, Babək İsmayılov apelyasiya instansiyası məhəməsində verdiyi izahatında 140 nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manat pulu isə Cavabdeh2 borcuna görə banka ödədiyini bildirmişdir. Ümumiyyətlə, 140 saylı mənzilin satılmasının İddiaçı1la bağlılığı müəyyən edilmədiyinə görə, 140 nömrəli mənzilin 974000 ABŞ dollarına Babək İsmayılovun adına keçməsinə razılaşdıqları, Babək İsmayılov tərəfindən bu məbləğin ödənilmədiyi barədə dəlillərin hazırki tələb üzrə mütləq qaydada araşdırılması zəruri deyildir.
151. Babək İsmayılov tərəfindən 306.000 manat pul vəsaitinə dair qəbzlərin əsilləri deyil, ksero surətlərinin təqdim edilməsi barədə kassatorların dəlili ilə bağlı qeyd olunur ki, iş materiallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi ==== keçirilmiş məhəmə iclasında Babək İsmayılov tərəfindən əsilləri ilə tutuşdurmuş və sübut kimi qəbul etmişdir.
152. Kasatorların iddia tələbinə etirazın və kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin 23 iyun 2021-ci il tarixli, 02/2-157C-2) saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh1 İddiaçı1 müxtəlif vaxtlarda 900000 ABŞ dolları məbləğdə borc almış və həmin borcun əvəzi olaraq 140 saylı mənzili sonuncunun razılığı ilə Babək İsmayılovun adına rəsmiləşdirilmişdir.
153. Apelyasiya instansiyası məhkəməsi həmin qərarın baxılan iş üzrə preyudisial təsiri olmadığını bildirmişdir. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşır. Çünki MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmi ş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
154. Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə İddiaçı1 və Babək İsmayılovun verdiyi izahatlaında bu faktı təsdiq etməyiblər. İKİNCİ İŞ ÜZRƏ
155. İkinci iş üzrə iddiaçının tələbi: 1. 2018-ci ilin fevral ayının 15-də verdiyi 300.000 ABŞ dolları borcdan qalan 200.000 ABŞ dollarının və həmin pul vəsaitlərini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 68.000 manat faiz məbləğinin ödənilməsi; 2. mənzil alınması üçün onun vasitəsilə Babək İsmayılovun Cavabdeh1 verdiyi və sonradan özünün qaytardığı 300.000 manat və həmin pul vəsaitlərini gecikdirdiyinə görə Azərbaycan Respublikası M ülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 60.000 manat faizlərin tutulmasından ibarətdir.
156. Göründüyü kimi iddiaçının birinci tələbi 2018-ci ilin fevral ayının 15-də verdiyi 300.000 ABŞ dolları borcdan qalan 200.000 ABŞ dolları, digəri isə 2018-ci ilin dekabr ayında mənzilin alqı-satqısı üçün verilmiş 300.000 manat pul məbləği ilə bağlıdır. 157. 200000 ABŞ dollarının qaytarılması tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739-cu maddəsi çıxış edir. Mənzilin alınması üçün verilən 300000 manat pulun qaytarılması barədə tələb isə Mülki Məcəllənin 567 və 431-ci maddələrinin işığında həll olunmalıdır.
158. Hər iki məbləğlə bağlı öhdəliklər əqdə əsasən yaranır və iddianın həlli üçün məhkəmə ilk növbədə həmin əqdlərin etibarlığı şərtlərini yoxlamalıdır. Apelyasiya instansiyas ı məhkəməsi də bu mövqedən çıxış etmiş, müəyyən etmişdir ki, 200000 ABŞ dolları borc verilməsi barədə və mənzilin alğı-satqısı üçün 300000 manat verilməsi barədə müqavilə qanunla müəyyən edilmiş formada bağlanmamışdır.
159. Apelyasiya instansiyası məhkəməsi müqavilələrin qanunla müəyyən edilmiş formaya uyğun olmadığına görə, əqdlərin etibarsız olduğunu müəyyən etmiş, həmçinin etibarsız əqdlərdən irəli nəticələrin tətbiqi ilə bağlı iddia müddətlərini tətbiq etmişdir.
160. Məhkəmə kolegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
161. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
162. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
163. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103) 1456/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2(103)-2638/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)1456/2023 nömrəli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2(103)-2638/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.