Məhkəmə qərarları › İş №2(102)-4303/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4303/2019

28.06.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4303/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı, X, X3 və başqalarının üçüncü şəxs qismində cəlb edildiyi “əmlakın bölünməsi və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin MK-ın 23 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bak ı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev) İddiaçı Cavabdeh qarşı, X, X3 və başqalarının üçüncü şəxs qismində cəlb edildiyi “əmlakın bölünməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş “BMW 5231” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E270 CDİ” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı; “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21099” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyərinin yarısı olan 10.250 (on min iki yüz əlli) manat məbləğində pulun X1 tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 300 (yüz əlli) manatın 150 (yüz əlli) manatın X1, 150 (yüz əlli) manatın İddiaçı t utularaq “X6” MMC-nin hesabına keçirilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-ın 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) Səbail rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı, X, X3 və başqalarının üçüncü şəxs qismində cəlb edildiyi “əmlakın bölünməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia verərək, cavabdeh X4 mülkiyyətində və istifadəsində olan “BMW 5231” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E270 CDİ” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı,“Toyota Prado” markalı, 90- NX-471 dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı, “X9” markalı, **KB-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 200” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı, **-VJ-*** dövlət qeydiyyat ni şanlı, “Toyota Corolla” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 240” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı,“VAZ 21074” markalı, 10- MZ-657 dövlət qeydiyyat nişanlı, “VAZ 2105” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı, və “VAZ 21074” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı, avtomobillərin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia icraata qəbul edildikdən sonra İddiaçı iddia tələblərini dəqiqləşdirərək, X5 ilə birgə nikah dövründə əldə etdikləri əmlakın naturada bölünməsi, əgər naturada bölünməsi mümkün olmasa həmin əmlakın qiymətləndirməklə dəyərinin yarısının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxa rıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər 15 iyul 2011-ci il tarixdə nikaha girmiş və faktiki olaraq 01 iyun 2016-cı il tarixədək Bakı şəhəri, Səbail rayonu, G.Əliyeva küçəsi, 19 saylı evdə ailə kimi birlikdə yaşamışlar. Lakin, tərəflərin ailə münasibətlərinin pozulmsı ilə əlaqədar iddiaçı 01 iyun 2016-cı il tarixdən etibarən birgə yaşadıqları mənzili tərk etmişdir. İddiaçı iddiası əsasında Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı, birgə n ikah dövründə cavabdehin ərizədə göstərilən adda və sayda nəqliyyat vasitəsi əldə etdiyini bildirərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı naturada bölünməsi və ya dəyərinin yarısının ona ödənilməsini tələb etdiyi nəqliyyat vasitələrindən “X9” markalı, xxxxx dövlət qeydiyyat nişanlı; “Mersedes Benz 200” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı; “VAZ 21074” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı; “Toyota Corolla” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı; “Mersedes Benz 240” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı; “VAZ 21074” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı; “VAZ 2105” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı; “VAZ 2106” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, **-BS-*** dövlət qeydiyya t nişanlı avtomobillər başqa şəxslərin mülkiyyətində olmuş, cavabdeh X5 isə həmin nəqliyyat vasitələrini yalnız etibarnamə əsasında idarə etmişdir. Halbuki, əşyanın ərarvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün onun nikah müddətində və ümumi gəlirlər hesabına ər-arvaddan birininadına əldə olunması zəruridir. Belə olan halda, adı çəkilən nəqliyyat vasitələri tərəflərin ümumi mülkiyyəti sayıla bilməz. Mübahisə predmeti olan “Toyota Prado” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə 30.03.2012-ci ildə cavabdeh X4 adına qeydə alınsa da, sonuncu, həmin avtomobili tərəflərin ailə münasibətləri faktiki pozulduğu 01 iyun 2016-cı il tarixədək özgənkiləşdirmişdir. Belə ki, DİN-nin BDYPİ-nin məlumatına əsasən, həmin nəqliyyat vasitəsi 12 fevral 2013-cü ildə cavabdehin ad ından qeydiyyatdan çıxmışdır. Başqa sözlə, “Toyota Prado” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin faktiki olaraq birlikdə yaşadıqları və təsərrüfat apardıqları dövrdə özgəninkiləşdirildiyindən əldə olunan vəsitin ailə ehtiyaclarına sərf olunduğu qəbul edilir. Bu hal isə iddiaçının hazırkı məqamda həmin vəsaitə tələb hüququnun olmasını istinsa edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia adı çəkilən avtomobillərə aid hissədə rədd edilməlidir. Bununla yanaşı iddianın “BMW 5231” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E270 CDİ” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı; “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21099” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə aid hissəsi ilə bağlınəzərə alınmalıdır ki, iddiaçı ümumi birgə mülkiyyətində olan həmin avtomobillərin razılığı olmadan satılmasına görə onların dəyərinin yarısını Mülki Məcəllənin 214.1-ci, 225.1-ci və 1097.1-ci maddələrinə əsasən cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, “BMW 5231” markalı, 90ZE-633 dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E270 CDİ” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı; “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21099” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər İddiaçı ilə X birgə nikahda olduqları dövrdə - yəni, müvafiq olaraq 11 iyul 2015-ci il, 13 mart 2014-cü il, 14 avqust 2013-cü il və 08 may 2014-cü il tarixlərdə dəyəri ödənilərək əvəzli surətdə alınmışdır. Bu səbəbdən həmin avtomobillər hüquqi rejiminə görə onların ümumi birgə mülkiyyəti olmuşdur. Buna baxmayaraq, cavabdeh ümumi mülkiyyətçi olan iddiaçının razılığı olmadan avtomobilləri faktiki ayrı yaşadıqları 01 iyun 2016-cı il tarixdən sonra başqa şəxslərə satmışdır. İş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə “X6” MMC-nin29 sentyabr 2018-ci il tarixli r əyi ilə müəyyən edilmişdir ki, “BMW 5231” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 6.000 manat, “Mersedes Benz E270 CDİ” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 6.500 manat, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 5.000 manat və “VAZ 21099” markalı, 10-LJ025 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 3.000 manat olmuşdur. Belə olan halda, X tərəfindən İddiaçı vurulmuş zərərin həcmi ümumi avtomobillərin dəyərinin yarısı olan 10.250 manat təşkil edir. Başqa sözlə, Humay X2rşı həmin məbləğdə tələb hüququ yaranmışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdehin həmin zərərin əvəzini 2016-ci ilin iyun ayından ayrı yaşadığı iddiaçıya ödəməsi faktı aşkar edilməmiş, eləcə də cavabdeh tərəfindən bu halı təsd iqləyən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli və birgə nikah dövründə əldə edilmiş “BMW 5231” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E270 CDİ” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı; “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21099” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyərinin yarısı olan 10.250 (on min iki yüz əlli) manat məbləğində pul X1 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar