Məhkəmə qərarları › İş №2(102)-4303/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4303/2021

28.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4303/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılaraq pulun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılaraq bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil2, Cavabdehin vəkili Vəkil4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-2579/2021 nömr əli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ünvan 1ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 1 53 saylı evin, 10 saylı mənzili 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə birinci instansiya məhkəməsində alınmış Əmlak Ekspert Mərkəzinin 10 iyul 2020-ci il tarixli ekspert rəyinə görə aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 10 iyul 2020-ci il tarixə olan bazar dəyəri ******* manat, ünvan 1 53 saylı evin, 10 saylı mənzilin həmin tarixə bazar dəyəri 235000 manatdır. Birinci instansiya məhkəməsində keçirilmi ş məhkəmə tikinti-texniki ekspertizasının 07 avqust 2020-ci il tarixli rəyinə əsasən ünvan 1 saylı qeyri-yaşayış binasının və ünvan 2də yerləsən 10 saylı mənzilin iki hissəyə paylara münasib olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 saylı qeyri-yaşayış binasında və ünvan 3 mənzildə iddiaçının 1/2 payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 11 noyabr 1994-cü il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı şəhəri Səbail Ra yon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ünvan 3 mənzil və ünvan 2 saylı qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət olaraq, üzərində tərəflərin hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. Ümumilikdə cavabdeh iddiaçıya qeyri-yaşayış sahəsindən istifadə edilməsinə imkan vermir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ümumi paylı mülkiyyətdə olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasında və ünvan 4 ünvanda yerləşən mənzildə iddiaçının 1/2 paylarının naturada ayrılması, bu mümkün olmadıqda isə həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçil ərinin paylarına mütənasib surətdə, yəni bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)450/2020 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia tələbi təmin edilərək, ünvan 1 saylı qeyri-yaşayış binasının və ünvan 4saylı mənzilin açıq hərracda satılması, ünvan 1 saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* manat, ünvan 4saylı mənzilin ilkin satış qiymətinin 235000 manat müəyyən edilməsi, ünvan 1 saylı qeyri-yaşayış binasının və ünvan 4saylı mənzilinin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun - yəni 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mü lki Məcəllənin 220, 223-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan ünvan 2 saylı qeyri-yaşayış binasının və ünvan 3 mənzilin naturada bölünməsi və ondan pay ayrılması mümkün olmadığından, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq, onlar razılaşmadıqlarından, tərəflərin birinin digərinə kompensasiya ilə bağlı konkret təklifi olmadığından, həmin daşınmaz əmlaklar açıq hərracda satılmaqla satışdan əldə oluna n vəsait tərəflərin payına mütənasib surətdə bölünməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)450/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-2579/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.A.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)450/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiy a məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi iddiaçının mənzildə olan payının əvəzinə kompensasiya ödənilməsi təklifinin nəzərə alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. İddiaçı ona payının əvəzinə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürməmişdir. Bundan əlavə apellyasiya mərhələsində də, tərəflərə təkliflər olunsa da, onlar arasında heç bir razılaşma olmamışdır. Bundan əlavə cavabdeh qeyd olunan dəlili irəli sürsə də, digər tərəfdən tərəflərin paylı mülkiyyətində olan qeyri-yaşayış binasının bölgüsü ilə bağlı həmin əmlakın heç bir vaxt nə onun, nə d ə ki, iddiaçının sahiblik və istifadəsində olmadığını bildirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-2579/2021 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, həmin maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə natu rada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Cavabdeh mübahisələndirilən mənzilin müəyyən olunan dəyərinin 1/2 hissəsi olan 117500 manat məbləğində pulu Mülki Məcəllənin 220.3-cü maddəsinə uyğun olaraq iddiaçıya ödənilməsini təklif etmiş, lakin apellyasiya məhkəməsi bu halı nəzərə almamışdır. Həmçinin tərəflərin paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dəyəri düzgün müəyyən olunmamış, məhkəmə həmin hissədə araşdırmanı tam aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin vəkili Vəkil4 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təm in edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrıl ması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol veril ir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən b axılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən v ə mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozul masına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, müəyyən olunur ki, iddiaçı ilk olaraq tərəflərin paylı mülkiyyətlərində olan daşınmaz əmlaklarda payının naturada ayrılması tələbini irəli sürmüş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi ilə payların naturada ayrılmasının mümkün olmadığı müəyyən edildikdən sonra iddiaçı tələbini dəyişdirərək, hər iki əmlakın açıq hərracdan satılmasını və əldə ediləcək pul vəsaitinin bölünməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qeyd olunan qaydada təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni dəyişdirilmədən saxlamışdır. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı Mülki Məcəllənin 220.3-cü maddəsinin ikinci cümləs ində nəzərdə tutulmuş iddianı, yəni öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçi – cavabdeh tərəfindən ona ödənilməsi tələbini irəli sürməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh birinci instansiya məhkəməsində məhkəməyə ərizə verərək, mübahisələndirilən əmlaklardan mənzildə iddiaçının payının dəyərinin ödənilməsinə razı olduğunu göstərmiş, apellyasiya şikayətində də həmin hala istinad etmişdir. Apellyasiya məhkəməsi isə cavabdehin qeyd olunan dəlilinə hüquqi qiymət verərkən, Mülki Məcəllənin 220.3 və 220.6-cı maddələrini səhv şərh edərək göstərmişdir ki, iddiaçı ona payının əvəzinə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürməmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə görə... əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin yuxarıda qeyd olunan qaydada həll edilməsi cava bdehin paylı mülkiyyəti üzərində hüququnun pozulmasına səbəb ola bilər. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən cavabdehin mübahisələndirilən əmlaklarda iddiaçının payının dəyərinin ödənilməsi ilə bağlı təklifi tərəflərlə müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421 ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-2579/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar