Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4304/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh2 ASC-nin vəkili Rnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cuiltarixli 2(103)2099/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Z.Əliyev) 25.09.2018-ci il tarixli, 2(009)-2503/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nə, “X1” MMC-yə, üçüncü şəxs “xxxx” MMC-yə və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı “müqavilənin və hərracın nəticələri haqqında protokolun etibarsız sayılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) 30.01.2019-cuiltarixli 2(103)-2099/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25.09.2018-ci il tarixli, 2(009)-2503/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İ ddiaçı cavabdehlər Cavabdeh2 ASC-nə, “X1” MMC-yə, üçüncü şəxs “xxxx” MMC-yə və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı “müqavilənin və hərracın nəticələri haqqında protokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə 02.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərraca çıxarılaraq hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 06.06.2018-ci il tarixli müqavilənin, hərracın yekunları haqqında Y-209 nömrəli yekun protokolunun qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əs aslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi madi hüquq normalarının tətbiqində yanlışlığa yol verərək, birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlayaraq “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, və 43-cü maddələrinə istinad edərək göstərmişdir ki, həmin Qanunun 44-cü maddəsinə əsasən bu qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərracın nəticələri etibarsızdır. Belə anlaşılır ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 42, və 43-cü maddələrində müəyyən edilmiş qaydalarla keçirilmiş hərracın nəticələri etibarsız sayıla bilməz. Halbuki hərracın nəticələrinin etibarsızlığı Mülki məcəllənin əqdin etibarsızlığı barədə normaları ilə tənzimlənir və Mülki Məcəllənin normaları “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun normaların dan üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Azərbaycan Respublikasının Mü lki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, iş üçün əhəmiyyət kəsb edən yuxarıda sadalanan halları aydınlaşdırmamışdır. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cuiltarixli 2(103)-2099/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Vəkil, cavabdeh “Əmlak X1” MMC-nin, üçüncü şəxslər “xxxx” MMC-nin və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöb əsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin vəkili R kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iş in hallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-83/2017 saylı iş üzrə 05 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər “xxxx” MMC, İddiaçı və X2ma qarşı qarantiya müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi yolu ilə mənzilə istifadə hüququnun itirilməsi tələbi üzrə iddiası qismən təmin edilərək cavabdehlər “xxxx” MMC, İddiaçı müştərək qaydada iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə cəmi 102113 ABŞ dolları 02 sent məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, “xxxx” MMC və İddiaçı müştərək qaydada iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Cavabdeh2 ASC tərəfindən ödənilən 10 manat məbləğində dövlət rüsumu və 40 manat xidmət haqqı və “xxxx” MMC-yə ödənilən 350 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin 150300 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına cavabdeh “xxxx” MMC-nin Cavabdeh2 ASC-yə olan borcu ödənilməsi, əmlakın satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlərdən ümumi qaydada tutulması, “xxxx” MMC və İddiaçı müştərək qaydada 100 manat məbləğində ekspertiza xərcinin dövlət nəfmə tut ulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, “Əmlak X1” MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi150300 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Qanunun 43.5-cü maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək təkrar hərrac keçirilmiş, lakin təkrar hərrac da baş tutmadığından, həmin qeyri-yaşayış sahəsi Cavabdeh2 ASC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə 95817 manata alınmış, bu barədə 06 iyun 2018-ci il tarixdə Y-29 №-li “Hərracın nəticələri haqqında yekun protokol” tərtib olunaraq elə həmin tarixdə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəli sürdüyü arqumentlərlə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, «Əmlak X1» MMC,Səbail rayon İcra və Probasiya şöbəsinin 45570/2018-16-2-2622 nömrəli 20.02.2018-ci il tarixli sifariş məktubu əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.06.2017-ci il tarixli icra vərəqəsinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 150300 manat müəyyənləşdirilmiş mənzil 95817 manata tələbkara (Cavabdeh2 ASC-yə) satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci h ərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Kollegiya, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edər ək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilməmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin fa ktik ihallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Odur ki kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstə rilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2019-cu il tarixli 2(103)-2099/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4304/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4304/2019
24.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver