Məhkəmə qərarları › İş №2(102)-431/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-431/2024

01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-431/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 Sığorta ASC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)4917/2023 nömrəli qətnaməsindən Cavabdeh3 Sığorta ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 01 avqust 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsində Cavabdeh1 MMC-nin verdiyi etibarnamə əsasında Cavabdeh2 idarə etdiyi “Toyota Prius” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış İddiaçı məxsus “Faw CA6455A6D-T77” markalı 2022-ci il buraxılışlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. 2. “Toyota Prius” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh3 Sığorta AS C tərəfindən sığortalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 Sığorta ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 8985,70 manat məbləğində avtomobilə dəymiş zərərin əvəzi, 214,30 manat əlavə xərclər və 680 manat mənəvi zərər olmaqla, ümumilikdə 9880 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırmışdır ki, 01 avqust 2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsində Cavabdeh1 MMC-nin verdiyi etibarnamə əsasında Cavabdeh2 idarə etdiyi “Toyota Prius” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı minik av tomobili yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Faw CA6455A6D-T77” markalı 2022-ci il buraxılışlı avtomobili vurmuş və nəticədə sonuncu avtomobilə 8985,70 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri DYPİ-nin TP ******* saylı, 01 avqust 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Baş vermiş hadisə ilə bağlı etibarnamə əsasında marşruta çıxan sürücülərə nəzarət etməli olan Cavabdeh1 MMC-də məsuliyyət daşıyır. Cavabdeh "xxxx" ASC "xxxx" MMC tərəfindən tərtib edilmiş Qüsur aktı üzrə Qiymət Təklifində göstərilən xeyli aşağı məbləğ təklif etməklə avtomobilə dəymiş ziyanın real məbləğinin ödənilməsindən yayınmışdır. Bir hadisə üzrə sığortaçı tərəfindən nəzərdə tutulmuş 5000 manat əvəzinin 3350 manat təklif etməklə onun hüquqlarını pozmuşdur. O, cavabdehlərin təqsiri üzündən iki aydır avtomobilindən istifadə edə bilmədiyi üçün əlavə nəqliyyat xərcləri (taksi və s.) ödəməyə məcbur qalmışdır. Bundan başqa, baş vermiş hadisədən iki həftə əvvəl aldığı avtomobilin bu vəziyyətə salınması, uzun müddət avtomobili istifadə edə bilməməsi, sıx iş qrafikində avtomobilin ehtiyat hissələrinin çətin tapılması və onun avtomobili təmirə aparması vaxt itkisinə səbəbi olması ona mənəvi ziyan dəymişdir. Cavabdehlər yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etdiklərindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)474/2023 nömrəli q ətnaməsi ilə (hakim G.M.Abbasova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 Sığorta ASC-dən 5000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 2615 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq (50 manat) və məhkəmə yol-nəqliyyat hadisələri (50 manat) ekspertizasının tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat ekspertiza xərcinin 50%-nin, yəni 50 (əlli) manatının İddiaçı, qalan 50%-nin, yəni 50 (əlli) manatının Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsi nöqtəyi-nəzərdən qiymətləndirərək he sab etmişdir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz Cavabdeh2 tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib, cərimə edilmişdir. Beləliklə, Cavabdeh2 yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı məxsus avtomobili vurması, iddiaçının nümayəndəsi-vəkilinin məhkəmə iclasında verdiyi izahatı, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir.

7. Məhkəmə iddia tələbini Cavabdeh1 MMC-yə münasibətdə hesab etmişdir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müba hisəsiz olaraq müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 həmin avtomobili etibarnamə əsasında idarə etmiş, başqa sözlə avtomobil onun qanuni sahibliyində olmuşdur, yol-nəqliyyat hadisəsi də məhz onun təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyət zərərin əvəzini ödəmək vəzifəsi də onun üzərindədir.

8. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə istinad edən məhkəmə hesab etmişdir ki, Cavabdeh2 dəymiş ziyana görə 2615 manat, Cavabdeh3 Sığorta ASC-dən 5000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 926.1, 1096.1, 1096.2, 1097.1, 1108-ci və “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh3 Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)-474/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-4917/2023 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)-474/2023 nömrəli qətnaməsi cavabdeh "x xxx" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, apellyator avtomobilə dəymiş zərərin ödənilməsini deyil, birinci instansiya məhkəməsinin əlavə təyin etdiyi ekspertiza rəyinə istinad etsə də, həmin rəyi də nəzərə almamasını, başqa sözlə, dəymiş zərərin düzgün müəyyən edilməməsini mübahisələndirir.

13. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2023cü il tarixli rəyinin nəticə hissəsində dəymiş zərər 1370 manat müəyyən edilməsi göstərilmişdir. Apellyator dəymiş zərərin məbləğinin ekspert rəyinin nəticə hissəsi ilə müəyyən edilməli olmasını göstərir.

14. Qeyd edilən rəyin tədqiq hissəsində göstərilmişdir ki, məhkəmə - iş materiallarında olan "xxxx" MMC t ərəfindən 02 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş qüsur aktında olan məlumatlara əsasən, avto hissələrin qiyməti nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Faw CA6455A6D-T77” markalı **-MK-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7615 manat məbləğində müəyyən olunmuşdur.

15. Həmçinin, rəyin tədqiq hissəsində daha sonra göstərilmişdir ki, aparılmış tədqiqat nəticəsində avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan mütəxəssis rəyində qeyd edilən zədələnmiş və dəyişdirməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarda) və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymət müəyyə nləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin optimallaşdırılması təşkil edilmişdir. Həmin meyarlar əsasında müəyyənləşdirilən qiymətlərin rəydə göstərilən cədvəl üzrə dəyişdirilməli hissələrin cəmi 6120 manat, təmir bərpa işlərinin cəmi 1495 manat, ümumi məbləğ 7615 manat göstərilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilmiş rəyi vermiş ekspert Elvin Qəhrəmanov göstərmişdir ki, rəyin nəticə hissəsində dəymiş zərərin 1370 manat müəyyən edilməsinin göstərilməsi texniki səhvdir. O, 2022-ci il buraxılışlı “Faw CA6455A6D-T77” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yeni olması nəzərə alınaraq onun təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7615 manat müəyyən edilməsi barəd ə ekspert rəyini təsdiq etmişdir.

17. Apellyasiya kollegiyası ekspertin göstərdikləri ilə razılaşmış və hesab etmişdir ki, rəyin tədqiqi hissəsində aparılmış hesabat ümumi məbləğ olaraq 7615 manat göstərildiyi halda, nəticə hissəsində dəymiş zərərin 1370 manat müəyyən edilməsinin göstərilməsi əsaslı sayıla bilməz.

18. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhz ekspertiza rəyinə istinad edərək Cavabdeh3 Sığorta ASC-dən 5000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməli olmasına dair nəticəsini qanuni və əsaslı saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. Cavabdeh3 Sığorta Şirkəti ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-4917/2023 nömrəli qətnaməsini n ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 925.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci, Mülki Prosessual Məcəllənin 9.3, 88, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, sığorta məbləği barədə tərəflər arasında razılıq əldə edilmədiyi üçün iş üzrə qanuna uyğun olaraq müstəqil ekspert cəlb edilmiş və “Faw CA6455A6D-T77” markalı **MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər müstəqil ekspert tərəfindən 3350 manat həcmində qiymətləndirilmişdir. Baxılan iş üzrə də zərər məbləği cavabdeh tərəfindən və müstəqil ekspert tərəfindən qiymətləndirilmişdir. B irinci və apellyasiya instansiyaları məhkəmələri isə bu halı nəzərə almamış iş üzrə təyin edilən məhkəməəmtəəşünaslıq ekspertizası iddiaçının təqdim etdiyi qüsur aktı əsasında təyin etmişdir. Təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına yalnız "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktı təqdim edilmiş və ona əsasən rəy verilmişdir. Məhkəmələr tərəfindən cavabdeh tərəfindən təqdim edilmiş qüsur aktı və müstəqil ekspert rəyi nəzərə alınmamışdır. Məhkəmə iş üzrə təqdim edilən bütün sübutları tədqiq etməli və sonda qətnaməsini tədqiq edilmiş sübutlara əsaslandırmalı olduğu halda bunu etməmiş, iş üzrə təkrar və ya əlavə ekspertiza təyin etmədən ekspertin rəyi və birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş mi n manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxsləri n kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, hazırki kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, onun icraata qəbul qərardadı ləğv edilərək, iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

26. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı və digər cavabdehlər tərəfindən mübahisələndirilmədiyi üçün, apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh3 Sığorta Şirkəti ASC-yə münasibətd ə yoxlanılması təşkil etmişdir.

27. Hazırda həmin cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş edir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, cavabdeh sığorta şirkəti olaraq iddiaçıya vurulmuş ziyanın əvəzinin ödəməli olmasını mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi məsələ vurulan ziyanın məbləğidir. O, hesab edir ki, tərəfindən əldə olunan müstəqil ekspertin rəyi ilə iddiaçının avtomobilinə dəyən zərər 3350 manat müəyyən edildiyindən, ondan 5000 manat məbləğində pulun tutulması əsassız olmuşdur.

28. Belə olduğu halda, məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan 5000 manatdan onun ödəməyi razı olduğu 3350 manat (və ya istənilən digər məbləğ) çıxıldıqda, mübahisələndirilən hissədə iddianın qiymətinin 5000 manatdan az olması müə yyən edilir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən belə qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və Cavabdeh3 Sığorta Şirkəti ASC-nin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 Sığorta Şirkəti ASC-nin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2023cü il tarixli, 2(102)-5039/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh3 Sığorta Şirkəti ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-4917/2023 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar