Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-431/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü, paylı mülkiyyətdə olan əşyanın hərracda satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “mənzilin açıq hərracdan satılaraq mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4555/2024 nömrəli, 02 oktyabr 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə 17 yanvar 2015-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1395/2020 nömrəli, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş azyaşlı Əli və Murad adlı uşaqların ananın yanında saxlanması, uşaqların saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 170 manat məbləğində alimentin tutulması qət edilmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(0 07)-1499/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında inşa edilmiş 8 saylı yaşayış binasının ümumi sahəsi 141.11 kv.m olan 3 otaqlı, 102 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, həmin mənzilə 1/2 hissədə Cavabdeh 1/2 hissədə İddiaçı payının müəyyən olunmuş, Cavabdeh mübahisəli mənzilə ¾ hissədə onun payının tanınması barədə qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmiş, iş üzrə müstəqil tələb irəli sürmüş Nümayəndə cavabdehlər Cavabdeh və İddiaçı qarşı ünvan 1 ünvanında inşa edilmiş 8 saylı yaşayış binasının ümumi sahəsi 141.11 kv.m olan 3 otaqlı, 102 saylı mənzilə görə onun tərəfindən ödənilmiş 120000 manat vəsaitin cavabdehlərdən mənzil üzrə müəyyən ediləcək paylarına uyğun olaraq alınaraq iddiaçıya verilməsi barədə iddi a tələbinin təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı İddiaçı arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli, 156 nömrəli müqaviləyə əsasən, satıcı "xxxx" MMC ünvan 2 ünvanında inşa edilmiş 8 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 141.11 kv.m olan, 3 otaqlı, 102 saylı mənzilin alıcıya satmış, alıcı həmin mənzilin dəyərini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən təsdiq olunmuş 27 dekabr 2016-cı il tarixli arayışa əsasən, cavabdeh mənzilin dəyərini tam ödəmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-71/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında inşa edilmiş 8 saylı yaşayış binasının 14-cü mərtəbə sində ümumi sahəsi 141.11 kv.m olan, 3 otaqlı, 102 saylı mənzilin payın naturada ayrılması tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsi 2(007)-1576/2023 nömrəli, 16 avqust 2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "İMPERİAL-AS Mənzil Tikinti Kooperativi cəlb olunmaqla) qeyd olunan mənzildən düşən paya görə kompensasiya verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) hazırki iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək ünvan 3 ünvanda inşa edilmiş 8 saylı yaşayış binasının 14-cü mərtəbəsində olan, ümumi sahəsi 141.11 kv.metrdən ibarət, 3 otaqlı, 102 saylı mənzilin açıq hərracdan satılaraq, satışından əldə olunmuş pul məbləğinin 1/2 hissəsinin (ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi) iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli mənzilin real bölgüsünün həyata keçirilməsinin qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edilmiş və mənzildən düşən payına görə kompensasiya verilməsinə dair iddia tələbi rədd olunmuşdur. Belə olan vəziyyətdə, o məcburiyyət qarşında qalaraq, mübahisəli mənzilin açıq hərracda n satılaraq, satışından əldə olunmuş pul məbləğinin 1/2 hissəsinin onu verilməsini tələb edir. Həmin mənzil mübahisəsi ilə bağlı onun tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə cavabdeh müsbət cavab verməmiş, bundan sonra o, Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya prosesində cavabdeh iştirak etməmişdir. Bu səbəbdən pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-551/2024 nömrəli, 24 aprel 2024cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticə ni onunla əsaslandırmışdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
11. Məhkəmə qeyd etmişdir ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, pa yının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
12. Məhkəmə daha sonra qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, ünvan 4 ünvanda, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 141.11 kv.metrdən ibarət 3 otaqlı mənzilin İddiaçı mülkiyyətində olması ilə bağlı məlumatlar mövcud deyildir. Həmçinin bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmamışdır. İddiaçı o halda əmlakın hərrac yolu ilə satılmasını tələb edə bilər ki, həmin əmlak onun xüsusi mülkiyyətində olsu n və onun adına reyestrdə müvafiq qeydiyyat aparılsın. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının həmin əmlakın hərrac yolu ilə özgəninkiləşdirilməsini tələb etməyə hüquqi əsasları mövcud deyildir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 178.1, 178.2, 220.1-220.6, 221, 226.2, 228, 233.1, 233.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmas ı və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına əlavə olunmuş qətnamələrdən görünür ki, iddiaçı əmlakın bölünməsi üçün qanunla müəyyən olunan mərhələləri tam olaraq keçmiş və riayət olunmuşdur. Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur, əksinə həmin mülkiyyətə münasibətdə ədalətli bölgünü təmin etməklə digər paylı mülkiyyətçilərin mülkiyyət hüququnun qorunmasına gətirib çıxarır. Digər tərəfdən məhkəmə qeyd edib ki, mübahisəli mənzilə dair daşınmaz əmlakda müvafiq qeyd aparılmamış və həmin mənzilə dövlət reyestrindən ç ıxarış verilmədiyi üçün həmin mənzilin açıq hərrac yolu ilə satılmasını iddiaçı tələb edə bilməz. Bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, məhkəmələr hazırkı mənzili tərəflər arasında paylı mülkiyyət hüququ əsasında bölərkən, həmin mənzilə mülkiyyət kontekstindən baxmışlar. Bundan başqa, həmin paylar məhz potensial mülkiyyət hüququ əsasında şərh olunmalı idi. Həmçinin cinayət işləri üzrə müqavilə əsasında mənzillər müsadirə olunaraq açıq hərrac yolu ilə satılması mümkündürsə, onda mülki işlər üzrə açıq hərracdan satılmasına maneə olan hal yoxdur. Bundan başqa, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, özbaşına tikililərə münasibətdə ər-arvadın bir i digərindən birgə nikah dövründə qoyulmuş vəsaiti tələb etmək hüququ vardır. Lakin hazırkı vəziyyətdə iddiaçının belə tələb hüququnun məhkəmənin qənaətinə görə olmaması, iddiaçının gözlənən mülkiyyət hüquqlarının pozulmasına səbəb olur, məhkəmə tərəfindən iddiaçının mənzilə dair müəyyən edilmiş payına münasibətdə hüquqlarını əhəmiyyətsizləşdirmiş olur.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2024-cü il tarixli 2(103)-4555/2024 nömrəli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və mərizəçi), M.Məmmədov və F.Talışinski) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-551/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma və n əticə ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, ünvan 4 ünvanda, 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 141.11 kv.metrdən ibarət 3 otaqlı mənzilin İddiaçı mülkiyyətində olması ilə bağlı məlumatlar mövcud deyildir. Həmçinin bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmamışdır. İddiaçı o halda, əmlakın hərrac yolu ilə satılmasını tələb edə bilər ki, həmin əmlak onun xususi mülkiyyətində olsun və onun adına reyestrdə müvafiq qeydiyyat aparılsın. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının həmin əmlakın hərrac yolu ilə özgəninkiləşdirilməsini tələb etməyə hüquqi əsasları mövcud deyildir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 178.1, 178.2, 220.1-220.6, 221, 226.2, 228, 233.1, 233.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4555/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsini ləğv edərək iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətini n dəlillərinə uyğun əsaslandırılmışdır. 21. kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4, 220.6-cı maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
24. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz ə mlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
25. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
26. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
27. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
28. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
29. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
30. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçi lər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
31. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
32. Maddə 220.6-cı. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürül məsi haqqında qərar qəbul edə bilər.
33. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
34. Maddə 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatı na uyğun həyata keçirir.
35. Maddə 233.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir. Qeydiyyat aşağıdakılar əsasında tələb edilə bilər: mülkiyyətçilərin yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndakı paylarının rəsmiləşdirilməsinə dair müqavilə; daşınmaz əmlak mülkiyyətçisinin və ya müstəqil və sürəkli tikinti hüququ sahibinin belə mülkiyyətin paylarının yaradılması və onların yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna rəsmiləşdirilməsi barədə ərizəsi.
36. Maddə 233.3. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun əsaslandırılması aktında ərazi bölgüsündən başqa, yaşayış binasının hər bir tərkib hissəsinin payı daşınmaz əmlakın və ya tikinti hüququnun yüzdə bir və ya mində bir misli ilə göstərilməlidir. Payların dəyərinin dəyişdirilməsi üçün yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının razılığı və icazəsi tələb olunur; lakin əgər mülkiyyətçinin payı yanlış müəyyənləşdirilmişsə və ya binada və ya onun həndəvərində tikinti dəyişiklikləri nəticəsində yanlış olmuşdursa, mülkiyyətçilərdən hər birinin düzəliş hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə ol an prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avro pa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
50. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
51. Bununla yanaş ı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
52. Mənzilin ½ hissəsinə iddiaçının pay hüququnun olması hazırki iddianın birmənalı təmin olunmasını şərtləndirmir. Çünki mənzilin hərracdan satılması, nəticə etibarilə mənzilə dair hərrac təşkilatı ilə alıcı arasında müqavilə bağlanması ilə tamamlanmalıdır. Mənzilə dair müqavilənin bağlanması isə həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda mümkündür. İddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə məhkəmələr iddianı rədd etməkdə haqlı olmuşdur.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçı nın dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillər inə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4555/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.