Məhkəmə qərarları › İş №2(102)-4310/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4310/2021

20.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4310/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı; Cavabdeh İddiaçı qarşı iş üzrə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) QƏRARİ (Açar sözlər: pulun qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili X16 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC-nin səhmdarlarından biridir. Cavabdeh ASC-nin səhmdarlarından biri olmaqla eyni zamanda 20.05.2008-ci il tarixindən 12.08.2016-cı il tarixədək cəmiyyətin X25 olmuşdur.

2. İddiaçı bildirmişdir ki, o, cəmiyyətin vergi borcunun ödənilməsi üçün Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 158.000 manat pul vermiş, lakin sonuncu borcunu qaytarmamışdır.

3. Cavabdeh ilkin iddiaya etiraz edərək, habelə qarşılıqlı iddia verərək bildirmişdir ki, İddiaçı “Avtomotoservis” ASC-dən ümumilikdə ayrı-ayrı vaxtlarda 107.011 manat pul almış və həmin vəsait cəmiyyətin X25 olduğu vaxt onun tərəfindən "xxxx" ASC-yə ödənildiyinə görə İddiaçı onun qarşısında qeyd edilən məbləğdə borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 158.000 manat məbləğində pul vəsaitinin və həmin pul vəsaitinin 80.000 manat hissəsinin 24.02.2015-ci il tarixdən 18.06.2019-cu il tarixədək olan müddət üçün, 40.000 manat hissəsinin 31.08.2015-ci il tarixdən 18.06.2019-cu il tarixədək olan müddət üçün, 38.000 manat hissəsinin 01.12.2015-ci il tarixdən 18.06.2019-cu il tarixədək olan müddət üçün, iş üzrə qəbul ediləcək qətnamənin çıxarıldığı günə olan bank uçot dərəcəsi əsas götürülməklə, hesablanmış faizlərinin, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, "xxxx" ASC D-2364 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır, ünvan 1 ünvanda fəaliyyət göstərir, Baş direktoru X7r, 260921 ədəd adi, adlı səhmi, hazırda 42 səhmdarı vardır. İddiaçı, "xxxx" ASC-nin səhmdarlarından biridir. Cavabdeh "xxxx" ASC-nin səhmdarlarından biri olmaqla eyni zamanda 20.05.2008-ci il tarixindən 12.08.2016-cı il tarixədək "xxxx" ASC-nin X25 olmuşdur. 2015-ci ilin fevral ayında "xxxx" ASC-də aparılan növbəti səyyar vergi yoxlaması ərəfəsində cavabdeh iddiaçıya ASC-nin vergiyə təxminən 158,000 manat borcunun olduğunu demiş, lakin hazırda kassada həmin məbləğdə nağd vəsaitin olmadığını, bu səbəbdən "xxxx" ASC-nin vergi borcunun vaxtında ödənilmədiyi təqdirdə şirkətə, eləcə də X25 kimi özünə də böyük problemlər yaranacağını bildirmiş və idd iaçıdan vergiyə ödəməli olduğu borc məbləği miqdarında şirkətin kassasına vəsait qoymaq üçün borc pul istəmişdir. İddiaçı 24 fevral 2015-ci il tarixdə cavabdehə həmin dövrdə ASC-nin idarə heyətinin sədr müavini vəzifəsində işləyən, eyni zamanda iddiaçının yaxın qohumu olan X14 vasitəsilə 80.000 manat pul göndərmişdir. 24 fevral 2015-ci il tarixli aktın surətindən də görünür ki, 24.02.2015-ci il tarixdə 80.000 manat X14 tərəfindən cavabdehə iddiaçının adından təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmışdır. Bundan sonra 2015ci ilin avqust ayında cavabdeh vergiyə olan qalıq borcu miqdarında 78.000 manat yenə iddiaçıdan borc pul istəmişdir. İddiaçı isə 31.08.2015-ci il tarixdə cavabdehə yenə də X14 vasitəsilə o günə olan imkanı daxilində əlavə olaraq 40,000 manat borc pul göndərmiş dir. 31.08,2015-ci il tarixli aktın surətindən görünür ki, 31.08.2015-ci il tarixdə 40.000 manat X14 tərəfindən cavabdehə iddiaçının adından təhvil verilmiş, cavabdeh tərəfindən isə təhvil alınmışdır. Bir müddət sonra cavabdeh iddiaçıdan ASC-nin vergiyə olan 158.000 borcunu tamamlamaq üçün əlavə olaraq 38.000 manat borc pul istəmişdir. Lakin, iddiaçı bu dəfə cavabdehə pul verməkdən imtina etmiş və ona bildirmişdir ki, cavabdeh də iddiaçı kimi səhmdardır, qalan 38.000 manat vergi borcunu da öz hesabına ödəməlidir. Sonra da 158.000 manat vergiyə ödənilmiş olan puldan iddiaçıdan borc aldığı 120.000 manat pulu iddiaçıya qaytarmalı, özünün də kassaya qoyduğu 38.000 manatı ASC-dən alar. Bundan bir neçə ay sonra iddiaçı şəxsi vəsaiti hesabına, lakin ASC-nin adına aldığı "xxxx" markalı avtomobilin i ASC-nin adından çıxarıb başqa firmanın adına rəsmiləşdirmək istədiyini cavabdehə zəng vuraraq ona bildirmişdir. O da iddiaçıya cavab vermişdir ki, öz maşınınızdır, necə istəyirsiz, elə də edin. 1 gün keçəndən sonra cavabdeh iddiaçıya bildirmişdir ki, avtomobil müəssisənin balansındadır, qalıq dəyəri 38.000 manat görsənir, iddiaçı həmin məbləği kassaya qoymalı, kassa düz olsun, maşını da şəxsi firmanın adına keçirilsin. Müəssisənin kassasında əksik yaranmaması üçün iddiaçı 38.000manat pulu X14 vasitəsi ilə cavabdehə göndərmişdir. Lakin, iddiaçını aldatmışdır. Belə ki, cavabdeh 38.000 manatı götürdükdən sonra maşının ASC-nin adından başqa firmanın adına keçirilməsinə razılıq verməmiş, 38.000 manat pulu da qaytarmamışdır. Bu hərəkətini də onunla izah etmişdir ki, 38.000 manat pulu ASC-nin vergi borcunun çatışmayan hissəsinin ödənilməsinə yönəltmişdir. 12 avqust 2016-cı il tarixdə "xxxx" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçirilmiş, ümumi yığıncağın qərarı ilə "xxxx" ASC-nin 2015-ci il tarixinə maliyyə“təsərrüfat fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmiş, əldə olunan xalis mənfəətin səhmdarlar arasında malik olduqları səhmlərə uyğun dividend şəklində bölüşdürülməsi, "xxxx" ASC-nin Direktorlar (Müşahidə) Şurasının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib və yenidən formalaşdırılması, "xxxx" ASC-nin İdarə Heyətinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, mövcud qanunvericiliyə və cəmiyyətin Nizamnaməsinə uyğun olaraq cəmiyyətin kollegial orqanı olan idarə heyətinin ləğv olunması və tək başçı (Baş direktor) icra orqanı ilə əvəz edilməsi, kollegial or qan olan idarə heyətinin səlahiyyətlərinin Baş direktora verilməsi, cəmiyyətin Baş direktorunun X1, sabiq İdarə X8 Əliyev ilə Baş direktor X12 arasında cəmiyyətə məxsus hüquqi sənədlərin, 1 (bir) ədəd dairəvi möhürün və künc ştampın təhviltəslim işlərinin aparılması qərara alınmışdır. 2017-ci ilin fevral ayında "xxxx" ASC-nin 01 yanvar 2013-cü il tarixdən 15 avqust 2016-cı il tarixə kimi olan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması aparılmış və müəyyən olunmuşdur ki, auditlə əhatə olunan dövr ərzində cəmiyyətin maliyyələşməsi üçün səhmdar İddiaçı kassaya mədaxil edilmiş 91.300 manat vəsait geri qaytarılmamışdır, kassadan vəsaitin silinməsi üçün İddiaçı adına tərtib olunmuş, lakin alınması təsdiq olunmamış 58936 manatlıq məxaric orderləri şübhəlidir, müxtəlif xərclər adı i lə kassa məxaric orderi tərtib olunmaqla silinmiş 21145,46 manat (şübhəli əməliyyatlar), 2015-ci ilin yekununa görə müəyyən edilmiş və səhmdarların ümumi yığıncağında təsdiq edilmiş 27348,45 manat xalis gəlir dividend kimi səhmdarlara bölüşdürülərək verilməmişdir, icarə müqavilələri üzrə qarşılıqlı öhdəliklərin düzgün göstərilməməsi nəticəsində vergi orqanları tərəfindən hesablanmış 87223,34 manat ziyan mövcuddur. Daha sonra 2018-ci ilin sentyabr ayında "xxxx" ASC-nin 01.01.2008-ci il tarixdən 01.08,2016-cı il tarixinədək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması aparılmış, yoxlama zamanı, o cümlədən müəyyən olunmuşdur ki, cavabdehə 24.02.2015-ci il tarixdə verilmiş 80.000 manat və 31.08.2015-ci il tarixdə verilmiş 40.000 manat məbləğlərində borc pul vəsaiti Cəmiyy ətin xəzinəsinə mədaxil edilməmiş, habelə Cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi də göstərilməmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, 24 fevral 2015-ci il tarixinə Cəmiyyətin xəzinəsində 92856,55 manat məbləğində kassa qalığı olmuşdur, 24 fevral 2015-ci il tarixli 16 saylı kassa məxaric orderi ilə 87215 manat X25 Cavabdeh adına məxaric edilmiş və həmin tarixdə nağd yolla "xxxx" ASC-nin Xətai filialı vasitəsilə «Əmək haqqından gəlir vergisi» təyinatı ilə Bakı şəhər Vergilər Departamentinə ödənilmişdir. Müəyyən olunur ki, aktlara əsasən İddiaçı adından X14 (idarə heyətinin müavini) tərəfindən Cavabdeh verilmiş 80.000 manat məbləğində nağd vəsait xəzinəyə mədaxil edilmədən, Cəmiyyətin xəzinəsində olan qalıq hesabına Bakı şəhər Vergilər Departamentinə 87215 mana t məbləğində pul ödənilmişdir. 31.08.2015-ci il tarixdə Cavabdeh tərəfindən xidən akta əsasən qəbul edilmiş 40.000 manata uyğun olaraq isə heç bir mədaxil-məxaric əməliyyatı aparılmamışdır. Müəyyən edilmişdir ki, Cavabdeh X4 24 fevral 2015-ci il tarixli və 31 avqust 2015-ci il tarixli aktlara əsasən qəbul etdiyi 120.000 manat və maşının ASC-nin adından başqa müəssisənin adına keçirilməsi üçün iddiaçıdan X6 (idarə heyətinin müavini) vasitəsilə əlavə aldığı 38.000 manat məbləğində, ümumilikdə iddiaçıdan almış olduğu 80.000 + 40.000 + 38.000 = 158.000 manat məbləğində nağd pul vəsaiti Cəmiyyətin kassasına mədaxil edilməmiş, Cavabdeh tərəfindən ələ keçirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən iddiaçıdan səhmdarlarından biri olduğu ASC- nin vergi borcunun ödənilməsinə yönəldilməsi məqsədilə alınmış, lakin həmin təyinat üzrə sərf edilmədən, rəsmiləşdirilmədən, ASC-nin kassasına mədaxil“məxaric edilmədən qanunsuz olaraq ələ keçirilmiş 120.000 manat məbləğində pul vəsaiti və ASC-nin adında olan, lakin şəxsi vəsaiti hesabına alınan avtomobilin digər firmanın adına rəsmiləşdirmək üçün verdiyi 38.000 manat məbləğində pul vəsaiti, ümumilikdə 158.000 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı hesab edir ki, ondan aldatma yolu ilə ələ keçirdiyi 158.000 manat məbləğində pul vəsaitini özündə qanunsuz saxlamaqla ondan faydalandığına görə həmin məbləğin faizləri də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh olan 107.011 ma nat məbləğindəki borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun da ödənilməsi vəzifəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırlmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində əsassız olaraq iddia edir ki, güya "xxxx" ASC-nin 158000 manat vergi borcuna görə və həmin vergi borcunun bağlanması üçün 24.02.2015-ci il tarixində 80.000 manat və 31.08.2015-ci il tarixində 40.000 manat pulu ASC-nin kassasına qoymaq üçün sədr müavini olan kürəkəni xi ilə göndərmiş və o da Akt tərtib etməklə qeyd olunan məbləğləri Cavabdeh təhvil vermişdir. Daha sonra güya Cavabdeh olmayan 158 000 manat vergi borcunun qalan 38000 manat pulu ondan ist əmiş, lakin o bundan imtina etmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şəxsi vəsaiti hesabına lakin ASC-nin adına aldığı "xxxx" markalı avtomobili başqa firmaya rəsmiləşdirmək istədikdə balansda əskiklik yaranmasın deyə ASC-nin kassasına ondan nədənsə 38 000 manat pulun qoyulması tələb edilmiş, o da yenə kürəkəni xxilə 38000 manat (nədənsə Akt tərtib etmədən) pulu Cavabdeh vermişdir. O da güya cavabdeh İddiaçı özündən uydurduğu 158000 manat vergi məbləğinin qalan qalığı 38000 manat pulu qalıq vergi borcunun ödənməsinə yönəltmişdir. Daha sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd etmişdir ki, 2017 ci ilin fevral ayında "xxxx" ASC-nin 10 yanvar 2013-cü il tarixindən 15 avqust 2016-cı il tarixə kimi olan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin audit (özəl) yoxlamas ı aparılmış və auditlə güya ASC-nin maliyyələşməsi üçün ondan kassaya mədaxil edilmiş 91300 manat vəsait geri qaytarılmamış, kassadan vəsaitin silinməsi üçün İddiaçı adına tərtib edilmiş, lakin alınması təsdiq olunmamış 58936 manatlıq məxaric orderləri şübhəlidir, icarə müqavilələri üzrə qarşılıqlı öhdəliklərin düzgün göstərilməməsi nəticəsində vergi orqanları tərəfindən hesablanmış 87223.34 manat ziyanlılıq və sair mövcuddur. Və daha sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd etmişdir ki, ASC-nin 01.01. 2008-ci il tarixdən 01.08. 2016-cı il tarixinədək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətinin auditi (özəl) aparılmış və bu dəfə güya eyni dövr üçün müəyyən edilmişdir ki, İddiaçı 24.02.2015-ci tarixdə verdiyi 80000 manat və 31.08.2015-ci il tarixində verdiyi 40000 manat pul ASC-nin kassasına mədaxil edilməmiş, balansda təsisçilərlə hesablaşma bölməsində borc kimi göstərilməmişdir. ASC-nin kassasında 24.02.2015-ci tarixə 92856.55 manat kassa qalığı olmuş və 24.02.2015-ci il tarixli 16 saylı kassa məxaric orderi ilə 87215 manat X25 Cavabdeh adına məxaric edilmiş və həmin tarixdə nağd qaydada "xxxx" ASC-nin Xətai filialı vasitəsi ilə “Əmək haqqından gəlir vergisi” təyinatı ilə Bakı şəhər Vergilər Departamentinə ödənilmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsində özünün göstərdiyi dəlillər bir-biri ilə ziddiyyət təşkil edir, belə ki, İddiaçı kürəkəni ASC-nin hazırda baş direktoru xxilə birləşərək eyni dövr üzrə keçirdiklər 10.02.2017-ci il və sentyabr 2018-ci il tarixli özəl audit rəylərində müəyyən edilmiş göstəricilər arasında ciddi uyğunsuzluqlar vardır. İ kincisi, 10.02.2017-ci il tarixli Auditor hesabatı qarşılıqlı iddia üzrə iddiaçı olaraq Cavabdeh tərəfindən mübahisələndirilmişdir və Bakı apellyasiya məhkəməsinin icraatındadır. Bundan başqa, heç vaxt "Avtomotoservis” ASC-nin Ə. X20 sədri olduğu və həmin dövrdə ASC-yə 158.000 manat vergi hesablanmamışdır. İlkin iddia ərizəsində etiraf olunduğu kimi ASC-nin həmin vaxt kassasında 92856.55 manat kassa qalığı olmuş və ondan da 87215 manat məxaric edilərək rəsmi şəkildə nağd olaraq Cavabdeh tərəfindən "xxxx" ASC-nin Xətai filialı vasitəsi ilə “Əmək haqqından gəlir vergisi” təyinatı ilə Bala şəhər Vergilər Departamentinə ödənilmişdir. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, ASC-nin təsisçiləri tərəfindən müəssisənin hesabına maliyyə vəsaitlərinin qoyulmasının qanunvericiliklə müəyyən edilm iş qaydası vardır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı güya ASC-də heç bir iclas keçirilmədən, maliyyə vəsaitinin təyinatı göstərilmədən və s. hallar protokollaşdırılmadan tələb etdiyi küllü miqdarda maliyyə vəsaitlərini iltizam belə almadan və İdarə Heyətinin sədr müavini olan kürəkəni M. Hüseynli ilə Ə. Əliyev arasında ASC-nin firma blankında Akt tərtib etməklə güya Ə. Əliyevə vermişdir. Bu hal da birinci yoxlamada deyil, ikinci yoxlamada üzə çıxmışdır. Qeyd edilənlərdən göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kürəkəni "xxxx" ASC-nin baş direktoru X14 əlbir olaraq “pul tələbinə dair” əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız və heç bir sübuta və konkret fakta əsaslanmadan ümumi şəkildə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pul tələbi irəli sürmüşdür. Qeyd edilənlərin əksinə olaraq, ASC-nin mühasibi olmuş X13 öz xətti ilə tərtib edilmiş və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı səlahiyyətli nümayəndəsi X15 imzaladığı iltizamlarla sübut olunur ki, İddiaçı "xxxx" ASC-dən ümumilikdə ayrı-ayrı vaxtlarda 107011 manat pul almış və həmin götürülmüş məbləğlər həmin dövrdə ASC-ni X25 olmuş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənildiyinə görə onun qarşısında qeyd edilən məbləğdə borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin dövrdə çox vaxt ölkə xaricində olduğu üçün onun adından səlahiyyətli nümayəndəsi X18 çıxış etmiş və həmin dövrdə İddiaçı söz vermişdir ki, ölkədə olduğu vaxtlarda alınmış pullara görə kassa məxaric orderlərinə imza edəcəyinə söz vermiş, lakin verdiyi sözə əməl etməmişdir. Qeyd edilən hal, hətta İddiaçı iddia ərizəsində istinad etdiyi 10.02.2017-ci il tarixli Auditor hesabatında da öz təsdiqini tapmışdır. Belə ki, həmin hesabatda qeyd verilmişdir ki, “kassadan vəsaitin silinməsi üçün İddiaçı adına tərtib edilmiş, lakin alınması təsdiq olunmamış 58936 manatlıq məxaric orderləri şübhəlidir”, bu da bir daha sübut edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-də yaranmış vəziyyətdən sui-istifadə edərək Cavabdeh qarşısında yaranmış 107011 manat pul borcunu ödəməkdən yayınmaq və əlavə varlanmaq həvəsinə düşmüşdür. Göründüyü kimi hal-hazırda Cavabdeh qarşı iddia irəli sürməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hazırda "xxxx" ASCnin baş direktoru olan kürəkəni X10 ilə əlbir olaraq öz qanunsuz əməllərini və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı yol verd ikləri qanunsuzluqları pərdələməyə cəhd edir və onun hüquqlarını kobud şəkildə pozmuşlar.

8. Bakı şəhəri Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 24 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 120.000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «borc pulun ödənilməsi» tələbinə dair tələbi təmin edilməmiş, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 257,30 manatın Cavabdeh tutulub X3 müvafiq hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən “Avtomotoservis“ASC-nin vergi borcunun ödənilməsi məqsədilə Cavabdeh ümumilikdə 120.000 manat pul vəsaiti verilmiş, lakin Cavabdeh tərəfindən həmin pul vəsaiti təyinatı üzrə istifadə edilməmişdir. Bu hallar 24 fevral 2015-ci il tarixli və 31 avqust 2015-ci il tarixli aktlar, eləcə də "xxxx" MMC-nin 11.09.2018-ci il tarixli auditor hesabatı ilə təsdiq olunur. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili aktların saxta olması və Cavabdeh xaricə getməsi ilə əlaqədar zərurət olduqda müəyyən sənədlərin tərtib edilməsi üçün ağ kağıza etdiyi imzadan istifadə edilməsini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26510 saylı, 02 dekabr 2019-cu il tar ixli və 5/30 saylı, 25 mart 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyləri ilə bu dəlil təkzib olunur. Qarşılıqlı iddia üzrə“ iddiaçı, İddiaçı "xxxx" ASC-dən ümumilikdə ayrı-ayrı vaxtlarda 107.011 manat pul almasını və həmin pulun Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilməsini bildirsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) 17 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya inst ansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırma aparmamış, işdə olan sübutları təhrif etmiş, onlara obyektiv qiymət verməmiş, işdə iştirak edən şəxslərin iş üzrə əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamamış, vəsatətlərini əsasız olaraq təmin etməmiş və qiymətləndirməmişdir. Bununla Azərbaycan Respublikası MPM-nin 88-ci və 106.1-ci maddələrinin tələbləri pozulmuş, məhkəmə prosesində müəyyən edilmiş hallar və sübutlara obyektiv deyil, qərəzli qiymət verilmişdir. Məhkəmə qətnaməsinin onunla əsaslandırmışdır ki. iş materiallarında olan 31 avqust 2015-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki. İddiaçı “Avtomotoscrvis“ ASC-nin vergi borcunun ödənilməsi üçün 40.000 manat məbləğində pulu ASC-nin kassasına qoyulması üçün göndərmiş (kassaya niyə qoymurdu ki) və bu barədə akt X14 və Cavabdeh arasında tərtib edilmişdir. İşdə olan 24 fevral 2015-ci il tarixli aktın surətindən görünür ki. X14 80.000 manat məbləğində pulu İddiaçı adından Cavabdeh "xxxx" ASC-nin vergi borcunun ödənilməsi üçün vermişdir. Məhkəmə həmçinin iş materiall arına əlavə olunmuş "xxxx" MMC-nin 11.09.2018-ci il tarixli auditor hesabatına istinad edərək göstərmişdir ki, audit yoxlaması zamanı 24.02.2015-ci il və 31.08.2015-ci il tarixlərdə 80000 və 40000 olmaqla, ümumilikdə 120000 manat məbləğin "xxxx" ASC-nin xəzinəsinə mədaxil edilmədiyi və Cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi göstərilmədiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd olunan Audit hesabatını təhrif etmişdir. Audit tərəfindən belə bir halın olub-olmaması müəyyən edilməmişdir. Sadəcə ilkin İddiaçı Auditə müraciət edərək məlumat verməklə həmin halların qeyd edilməsini xahiş etmişdir. Eyni zamanda ASC-nin Baş mühasib-xəzinədarı X17 Auditə verdiyi izahatında göstərmişdir ki, 24.02.2015-ci il tarixdə 80 000 manat və 31.08.2015-ci il tarixdə 40000 manat İddiaçı v ə ya X14 tərəfindən kassaya mədaxil edilməmiş, həmin məbləğlərin Cavabdeh verilməsindən məlumatı yoxdur. Həmən dövrdə bütün ödənişlər onun tərəfindən kassadan məxaric orderi əsasında yerinə yetirilmişdir. Audit rəyində göstərilmişdir ki. 24.02.2015-ci il tarixinə ASC-nin xəzinəsində 92 856,55 manat məbləğində kassa qalığı olmuş və həmin məbləğdən 24.02.2015-ci il tarixli 16 saylı kassa məxaric orderi ilə 87 215 manat məxaric edilərək “Əmək haqqından gəlir vergisi” təyinatı ilə Bakı şəhər Vergilər Departamentinə ödənilmişdir. Buradan da görünür ki, ASC-nin kassasında kifayət qədər pul vəsaiti olmuş, həmin vəsait ASCnin vergi borcunun Ödənilməsi üçün yetərli olmuş və ASC tərəfindən bu vəsaitdən istifadə etməklə 87 215 manat vergi orqanına gəlir vergisi ödənmişdiir. Ödənişin edildiyi dövrdə t əsisçilər tərəfindən ASC-nin kassasına hər hansı bir vəsait daxil olmamışdır. Həmçinin İddiaçı 24.02.2015-ci il və 31.08.2015-ci il tarixlərdə ASC-nin kassasına 80.000 və 40 000 manat məbləğində pul vəsaiti ödəməsini təsdiq edən hər hansı kassa mədaxil, mühasibat sənədi yoxdur. 2015-ci ilin Səyyar Vergi yoxlaması zamanı ASC-nin vergiyə cəmi 87.215 manat məbləğində borcu olmuş və cavabdeh 24.02.2015-ci il tarixli 20 nömrəli qəbzlə həmin məbləği ASC-nin kassasından məxaric orderi ilə götürərək tanı ödəmişdir. Bu dövrdə ASC-nin nə borcu qalmamış, nə də 158.000 manat borcu olmamışdır. Bununla bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Həm də, vergi orqanı ilə bütün danışıqları İddiaçı özü aparmışdır, belə olan halda, cavabdehə niyə pul verirdi? Bu həqiqəti əks etdirmir. Həmçinin, 2015-ci ilin avqust ayında aparılan vergi yoxlaması dövründə isə 87.223,43 manat vergi borcu olmuş, həmin pul da cavabdeh tərəfindən kassadan götürülməklə 2015-ci ilin oktyabr ayında ödənilmişdir. Bu barədə vergi orqanının aktı məhkəməyə təqdim edilmişdir, iddiaçının cavabdehə bu məqsədlə 40.000 manat verməsi də həqiqəti əks etdirmir. Bundan başqa, 10.02.2017-ci il tarixli “X26” MMC tərəfindən iddiaçının tələbi ilə keçirilən audit yoxlama Aktında 2015-ci ildə iki dəfəyə vergiyə olan borcun 87.215 və 87.223,34 manat məbləğimlə kassadan ödənişin edilməsi öz təsdiqini tapmışdır. Eyni zamanda, 2018-ei il tarixli “X27" MMC tərəfindən iddiaçının tələbi ilə keçirilən Audit yoxlama Aktında 2015-ci ildə İki dəfə və vergiyə olan borcun 87.215 və 87.223,34 manat məbləğində kassadan ödənişin edilməsi yenə də öz t əsdiqini tapmışdır. Məhkəmə bundan başqa, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(005)- 4292/2018 saylı qətnaməsinə istinad etmişdir ki, iddiaçılar Cavabdeh və X11 cavabdeh "xxxx" ASC-yə qarşı "Avtomotoservis” ASC-nin 28 iyun 2018-ci il tarixli "Səhmdarların ümumi illik yığıncağının" 03 saylı Protokolunun 3-cü məsələ üzrə qəbul edilmiş qərarının və həmin qərar əsasında keçirilərək tərtib edilmiş İİ sentyabr 2018-ci il tarixli özəl Audit Hesabatının etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmə bu dəlili də təhrif etmişdir. Belə ki, həmin xüsusat üzrə birinci instansiya məhkəməsinin qətnaməsi vardır, qətnamə halhazıra kimi iddiaçı Cavabdeh verilməmiş və qanuni qüvvəsini almamışdır. Məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq qanuni qüvvə sini almamış qətnaməyə istinad edilmişdir.11 sentyabr 2018-ci il tarixli Audit hesabatında göstərilən xüsusatlar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin iddiaçının ərizəsinə əsasən araşdırılmış, lakin həmin xüsusatlar öz təsdiqini tapmamışdır. Bununla müvafiq sənədlərin Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sübuta hüquqi qiymət verməmiş, qərəzli qərar qəbul etmişdir. Daha sonra, apellyasiya instansiyası məhkəməsi də, Nəsimi rayon məhkəməsi kimi qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26510 saylı, 02 dekabr 2019-cu il tarixli məhkəməxətşünaslıq ekspertizasının rəyinə istinad etmişdir ki, 31 avqust 2015-ci il tarixli Təhvil-təslim aktında "Təhvil aldı" v ə 24 fevral 2015-ci il tarixli Aktda " aldım" qrafalarındakı imzalar Cavabdeh İləsən oğlu tərəfindən icra olunmuşdur. Məhkəmə bu xüsusat üzrə də yanlış nəticəyə gəlmişdir, işin hallarını, cavabdehin izahatını və vəsatətlərini tam, hərtərəfli və obyektiv araşdırmamış, ilkin iddiaçının göstərdikləri ilə kifayətlənmiş, birtərəfli araşdırma aparmışdır. Belə ki, Cavabdeh həmin sənədlərdə olan imzaların onun tərəfində icra edildiyini ilk andan etiraf etmişdir. Həmçinin izahat vermişdir ki, işlədiyi dövrdə şəxsi işləri ilə bağlı arabir xarici ölkələrə getdiyindən, ASC-də iş prosesinin dayanmaması və pozulmaması üçün bir neçə ağ kağıza eyni yerdə imza edərək həmin kağızları Baş mühasibə vermiş və zərurət yarandıqda etibar etdiyi şəxsin vasitəsi ilə həmin sənədi möhürlə təsdiq etdirmişdir. İşdən çı xanda həmin ağ kağızdan 8 ədədi baş mühasibin otağında qalmış və İddiaçı xi vasitəsi ilə həmin kağızları ələ keçirmiş və onlardan istifadə edərək 24.02.2015-ci il və 31.08.2015-ci il tarixli aktları tərtib etmişlər. Həmin aktların saxta olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə izahat verilmiş və həmçinin qeyd olunan aktlardakı mətnlərin sonradan yazılması, bunu təsdiqləmək üçün iş üzrə ekspertiza keçirilməsi barədə vəsatətlər verilmişdir ki, həmin 24.02.2015-ci il və 31.08.2015-ci il tarixli aktlarda imzaların eyni vaxtda və eyni yerdə icra edilməsi və xi ilə Cavabdeh imzalarının aktlar çap edildikdən əvvəl və ya sonra icra edilməsi müəyyən edilsin. İş üzrə obyektiv qərar qəbul edilməsi üçün bu vəsatətlər mühüm əhəmiyyət kəsb etdiyi halda, məhkəmə ilkin iddiaçının mənafeyindən çıxış edərək əsassız və qanunsuz olaraq ekspertizaların keçirilməsindən imtina edib vəsatətləri təmin etməmiş, qərəzli qərar qəbul etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/30 saylı, 25 mart 2O2O-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, 24.02.2015-ci il və 31.08.2015-ci il tarixli təhvil-təslim aktlarının çap mətnlərinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə printerlərdə istifadə olunan eyni rəngləyici maddələrə aiddirlər. 24.02.2015-ci il tarixli təhvil-təslim aktlarındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 31.08.2015-ci il tarixli təhvil-təslim aktındakı imzalar, rəngləyici mad dələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 24.02.2015-ci il və 31.08.2015-ci il tarixli təhvil-təslim aktlarındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Daha sonra, 24.02.2015-ci il və 31.08.2015-ci il tarixlərdə 80 000 manat və 40 000 manat cavabdehə pul verilməsinə dair tərtib edilmiş aktlar saxtadır, cavabdehin xaricə getməsi ilə əlaqədar zərurət olduqda müəyyən sənədlərin tərtib edilməsi üçün ağ kağıza etdiyi imzadan istifadə edilmişdir. Aktdan da bu görünür. Belə ki. 40 000 manat pulun göndərilməsi qeyd edilmişdir. Kimə göndərildiyi göstərilməmişdir. Cavabdeh tərəfindən alınması da yoxdur. Aktların yazılış forması düzgün deyil, təhvil təslimdə heç kim i ştirak etməmişdir. Bundan başqa, xxöz imzası qarşısında işarə qoyub imza etmişdir. Əgər özü tərtib etmiş olsaydı, imzası qarşısında işarə qoymazdır. Daha sonra, bu sənədlərin heç biri qeydiyyatdan keçməmiş və təsdiq olunmamışdır. Əgər faktiki qeyd olunan pullar borc verilmiş olsaydı, ya bunun üçün qəbz alınardı, ya notarial qaydada təsdiq olunmuş müqavilə olardı. Bu sənədlərin heç biri yoxdur. Bu sənədlər cavabdehin mülahizəsinə görə Məhərat Hüseynli tərəfindən saxta tərtib edilmişdir, ona görə ki. xxbu sahədə təcrübəlidir. Belə ki. "xxxx" Kosmetika və Parfumeriya Şirkətinin sahibi X2 aldadaraq dələduzluq yolu ilə özünü vəkil təqdim edərək həmin Şirkətdə ona məxsus olan 25% payı başqasına satıb mənimsəmişdir. Bununla bağlı Sosial şəbəkədən əldə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə bu dəlillərin heç birinə obyektiv hüquqi qiymət verməmişdir. Həm də “Kargüzarlıq haqqında Təlimatın” 77-ci maddəsinin tələbinə görə Aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Qeyd olunan. 24.02.2015-ci il və 31.08.2015-ci il tarixli aktlarda isə bu tələblərin heç birinə əməl edilməmişdir. İddiaçının maşınl a bağlı 38.000 manat cavabdehə pul verməsini isə ümumiyyətlə təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmələr buna görə ehtiyat edərək bu hissədə iddianı təmin etməmişdir. İddiaçının nümayəndəsi məhkəmədə göstərmişdir ki, guya Cavabdeh ona ASC-nin vergiyə 158.000 manat borcun olmasını demiş və bununla bağlı ondan 80 000 və 40 000 manat pul istəmişdir. Bu tam yanlışdır. Belə ki, İddiaçı və Məhərət Hüseynli 2015-ci ilə qədər hər il vergiyə yoxlama vaxtı təxminən 25000 manat ödənildiyini yaxşı bilirdilər, ona görə ki, İddiaçı Müşahidə Şurasının sədri. xxisə Səhmdar Cəmiyyətinin sədr müavini olmuş və 158000 manat fantastik bir məbləğdir, iddiaçı heç vaxt bu məbləğlə razılaşmazdır. Bundan başqa, heç zaman İddiaçı müəssisənin kassasına borc pulu mədaxil ordersiz verməyib və bu dəfə də pulu verirdi sə, mədaxil orderi almalı idi. Və nə səbəbə iddiaçının kassa mədaxil orderi tələb etmədiyi müəmmalıdır. Belə ki, həmin məbləğlər kassaya mədaxil edilməsi üçün verilmişdirsə. xxsədrin müavini olmaqla hər gün işdə olduğundan qeyd olunan pul vəsaitlərini birbaşa ASC-nin kassasına mədaxil edərdi, cavabdehə nə üçün aktla verirdi? Bu dəlillər onun iddia tələbinin əsassız olduğunu təsdiq edir. Həm də əgər cavabdeh iddiaçıdan 158.000 manat pul istəmişsə, nə üçün 80.000 manat göndərirdi? 2015-ci ilin avqust ayında vergiyə qalıq borc olmadığı halda, növbəti səyyar yoxlama üçün cavabdehə guya 40.000 manat pul verməsinin heç bir əsası yoxdur. Həm də əgər cavabdeh iddiaçıdan 158 000 manat məbləğində pul istəmişdirsə, iddiaçı cavabdehə nə üçün 120 000 manat vermişdir? Bu dəlillər iddiaçının iddia tələbi nin əsassız olduğunu açıq-aydın göstərir. Məhkəmə isə yuxarıda qeyd olunan dəlillərin heç birinə obyektiv hüquqi qiymət verməmiş, onları qəbul etməməsini və rədd etməsin əsaslandırmamışdır. Əgər doğurdanda iddiaçı tərəfindən cavabdehə 24.02.2015 və 31.08.2015-ci il tarixlərdə 120 000 manat pul verilmişdirsə, nə üçün 11.09.2018-ci ilə kimi bu pul vəsaiti tələb edilməmişdir? Həm də 10.02.2017-ci il tarixli Audit aktında ümumiyyətlə həmin pul vəsaiti ilə bağlı heç bir qeyd yoxdur. Yalnız 11.09.2018-ci il tarixli akta bu barədə qeyd olmuş, o da iddiaçının müraciəti əsasında aktda qeydlər aparılmışdır. Audit ASC-nin təqdim olunmuş mühasibat sənədləri əsasında aparılır, mühasibat sənədlərində isə 120 000 manatla tağlı heç bir sənəd yoxdur. Məhkəmə yanlış və qərəzli olaraq İddiaçı Audit təşkilatı na etdiyi müraciəti auditin nəticəsi kimi qəbul etmiş və buna istinad edərək iddiaçını cavabdehə 120 000 manat pul verməsinin təsdiq edildiyini göstərməklə əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa, cavabdeh tərəfindən qeyd olunan mübahisəli 24.02.2015 və 31.08. 2015-ci il tarixli aktlardakı imzaların icra edilməsi mexanizmi və müddətinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə dair verilmiş vəsatəti heç bir əsas olmadan təmin etməmişdir. Bununla da məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması prinsipini kobud şəkildə pozmuşdur. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qətnaməsində qarşılıqlı iddia ilə bağlı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh göstərdiyi dəlilləri araşdırmadan, həmin faktla bağlı mə hkəmə müvafiq sübutların təqdim edilməməsini göstərməklə yenə də əsassız və qanunsuz, olaraq qarşılıqlı iddianı təmin edilməsi barədə apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin əsassız və qanunsuz mövqeyi ilə razılaşmışdır. Belə ki, qarşılıqlı iddia ilə bağlı Cavabdeh ASC-nin kassasından ayrı-ayrı vaxtlarda İddiaçı etibarnamə üzrə nümayəndəsi X19 vasitəsi ilə 107.011 manat pul vəsaitinin verilməsinə dair ASC-nin baş mühasibi xəzinədarı Tatyana Abbasova tərəfindən aparılmış və T.Fəxrətov tərəfindən imzası ilə təsdiq edilmiş qeydlər məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, X19 və X9 iş üzrə şahid qismində dindirilməsi üçün məhkəmələrə vəsatət verilmişdir. Lakin məhkəmələr heç bir əsas olmadan vəsatəti təmin etməmiş. təqdim edilmiş qeydləri tədqiq etməmiş, birtərə fli qaydada araşdırma apararaq iddiaçının mənafeyindən çıxış edib qarşılıqlı iddianı rədd etmişdir. Həm Bakı Apellyasiya məhkəməsi, həm də Nəsimi Rayon Məhkəməsi işin faktiki hallarına diqqət yetirməmiş və onların reallığını araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların işt irakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 25. 24 fevral 2015-ci il tarixli aktın surətindən görünür ki, X14 80000 manat məbləğində pulu İddiaçı adından Cavabdeh " xxxx" ASC-nin vergi borcunun ödənilməsi üçün vermişdir. 26. 31 avqust 2015-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin vergi borcunun ödənilməsi üçün 40000 manat məbləğində pulu ASC-nin kassasına qoyulması üçün göndərmiş və akt X14 və Cavabdeh arasında tərtib edilmişdir.

27. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 11.09.2018- ci il tarixli auditor hesabatından müəyyən olunur ki, audit yoxlaması zamanı 24.02.2015-ci il və 31.08.2015-ci il tarixlərdə 80000 və 40000 olmaqla, ümumilikdə 120000 manat məbləğin "xxxx" ASC-nin xəzinəsinə mədaxil edilmədiyi və Cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi göstərilmədiyi müəyyən olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli X saylı qətnaməsinin s urətindən görünür ki, iddiaçılar Cavabdeh və X11 cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-nin 28 iyun 2018-ci il tarixli "Səhmdarların ümumi illik yığıncağının" 03 saylı Protokolunun 3-cü məsələ üzrə qəbul edilmiş qərarının və həmin qərar əsasında keçirilərək tərtib edilmiş 11 sentyabr 2018-ci il tarixli özəl Audit Hesabatının etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26510 saylı, 02 dekabr 2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, 31 avqust 2015-ci il tarixli Təhvil-təslim aktında "Təhvil aldı" və 24 fevral 2015-ci il tarixli Aktda "Aldım" qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 142 manat təşkil edir.

29. Az ərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/30 saylı, 25 mart 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, 24.02.2015-ci il və 31.08.2015-ci il tarixli təhvil-təslim aktlarının çap mətnlərinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə printerlərdə istifadə olunan eyni rəngləyici maddələrə aiddirlər. 24.02.2015-ci il tarixli təhvil-təslim aktlarındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 31.08.2015-ci il tarixli təhvil-təslim aktındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. 24.02.2015-ci il və 31.08.2015-ci il tarixli təhvil-t əslim aktlarındakı imzalar, rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Ekspertiza tədqiqatının dəyəri 115,30 manat təşkil edir.

30. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 24 fevral 2015-ci il tarixdə 80000 manat və 31 avqust 2015-ci il tarixdə 40000 manat olmaqla, ümumilikdə 120000 manat məbləğində pul vəsaitini X6 vasitəsilə “Avtomotoservis“ASC-nin vergi borcunun ödənilməsi üçün Cavabdeh vermişdir. Həmin məbləğlər Cavabdeh tərəfindən "xxxx" ASC-nin xəzinəsinə mədaxil edilməmiş və Cəmiyyətin balansında təsisçilərlə hesablaşmalar bölməsində borc kimi göstərilməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən “Avtomotoservis“ ASC-nin vergi borcunun ödə nilməsi məqsədilə Cavabdeh ümumilikdə 120000 manat pul vəsaiti verilmiş, lakin Cavabdeh tərəfindən həmin pul vəsaiti təyinatı üzrə istifadə edilməmişdir. Bu hallar 24 fevral 2015-ci il tarixli və 31 avqust 2015-ci il tarixli aktlar, eləcə də "xxxx" MMC-nin 11.09.2018-ci il tarixli auditor hesabatı ilə təsdiq olunur. Ona görə də apellyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı tərəfindən 24 fevral 2015-ci il tarixli və 31 avqust 2015-ci il tarixli aktlarla Cavabdeh verilmiş 120.000 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı verilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslı olmuşdur.

32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili aktların saxta olması və onun xaricə getməsi ilə əlaqədar zərurət olduqda mü əyyən sənədlərin tərtib edilməsi üçün ağ kağıza etdiyi imzadan istifadə edilməsini bildirsə də, bu barədə hər hansı bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26510 saylı, 02 dekabr 2019-cu il tarixli və 5/30 saylı, 25 mart 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyləri ilə bu dəlil təkzib olunur.

33. Kollegiya qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzg ün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

34. Qarşılıqlı iddiaya münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Apellyasiya məhkəməsi Cavabdeh dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı "xxxx" ASC-dən ümumilikdə ayrı-ayrı vaxtlarda 107.011 manat pul almasını və həmin pulun onun tərəfindən "xxxx" ASC-yə ödənilməsi bildirilsə də, bunu təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, qarşılıqlı iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından qarşılıqlı iddia təmin oluna bilməz.

36. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə m əhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qəra rını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarını n araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar