Məhkəmə qərarları › İş №2(102)-4313/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4313/2022

01.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4313/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ 2(102)-4313/22 (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, işə məhkəmədə baxılmalı deyilsə) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əmlakların üzərindən həbsin götürülməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4427/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli, 1(101)64/2017 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 313 və 213.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, CM-nin 179.3.2-ci maddəsi ilə barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 193- 1.3.2-ci maddəsi ilə barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və madd i məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 213-cü maddəsinin Qeydinin 3-cü bəndinə əsasən CM-nin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Vergilər Departamenti tərəfindən verilmiş mülki iddia təmin edilməmiş, zərərçəkmiş şəxslər “X7 Pte.Limited” Şirkəti, "xxxx" Şirkəti və "xxxx" MMC tərəfində n verilmiş mülki iddialar qismən təmin edilmiş, İddiaçı və qeyrisindən müştərək qaydada 28.041.047,64 manat (iyirmi səkkiz milyon qırx bir min qırx yeddi manat altmış dörd qəpik) alınaraq “X7 Pte.Limited” Şirkətinə, "xxxx" Şirkətinə və "xxxx" MMC-yə vurulmuş zərərə nisbətdə ödənilməsi hökm edilmiş, cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan İddiaçı yaşadığı mənzildən götürülmüş 94.928 manat dəyərində olan qızıl-zinət əşyaları, 102.000 (bir yüz iki min) ABŞ dolları pul, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 269.700 manat dəyərində olan İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 12 saylı mənzili, 269.700 manat dəyərində olan İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı mənzili, 11.006,10 manat dəyərində olan İddiaçı adına qeydiyyata alınmış AZ**-VK-*** dövlət qeydiyyat nişanlı 2013-cü il buraxılışlı “Nissan Sunny” markalı maşın barəsində xüsusi müsadirə tətbiq edilməklə, cinayət işi üzrə mülki iddianın ödənilməsinə yönəldilməsi, müqavilə qiyməti 680.501 manat olan və 230.531 manat ödənilmiş İddiaçı adına “X11” kompleksində 201A saylı mənzil və müqavilə qiyməti 675.948 manat olan 120.777 manat ödənilmiş İddiaçı adına “X11” kompleksində 903A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillər xüsusi hərrac vasitəsilə satılaraq, mənzillərin satışından əldə olunan pul vəsaitindən müvafiq olaraq 230.531 manat və 120.777 manat cinayət işi üzrə mülki iddianın ödənilməsinə yönəldilməsi, yerdə qalan məbləğlərin “X11”kompl eksinin mülkiyyətçisinə ödənilməsi, cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin "xxxx" ASC-dəki hesabına ödənilmiş 300.000 (üç yüz min) manat mülki iddianın ödənilməsinə yönəldilməsi hökm edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli, 1(103)-362/2018 saylı qərarı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, baş vergi xidməti müşaviri Elçin İsayev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, məhkum İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, hökm mülki iddialara aid hissədə dəyişdirilmiş, zərərçəkmiş “X7 Pte.Limited” Şirkəti, "xxxx" Şirkəti və "xxxx" MMC tərəfindən verilmiş mülki iddiaların qismən təmin edilməsi və İddiaçı məxsus xüsusi mü sadirə olunması qərara alınmış əmlakların və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin "xxxx" ASC-dəki hesabına ödənilmiş 300.000 (üç yüz min) manat pulun həmin mülki iddiaların ödənilməsinə yönəldilməsinə dair müddəalar hökmdən xaric edilmiş, "xxxx" MMC, “AMEC X12 Limited” və "xxxx" Şirkətləri tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılmış və mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah olunmuş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin mülki iddiası təmin edilmiş, İddiaçı və qeyrisindən 4.869.054,46 manat (dörd milyon səkkiz yüz altmış doqquz min əlli dörd manat qırx altı qəpik) müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, hökmdə xüsusi müsadirənin tətbiq edilmiş - Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan İddi açı yaşadığı mənzildən götürülmüş 94.928 manat dəyərində olan qızıl-zinət əşyaları, 102.000 (bir yüz iki min) ABŞ dolları pul, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 269.700 manat dəyərində olan İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 12 saylı mənzili, 269.700 manat dəyərində olan İddiaçı adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı mənzili, 11.006,10 manat dəyərində olan İddiaçı adına qeydiyyata alınmış AZ**-VK-*** dövlət qeydiyyat nişanlı 2013-cü il buraxılışlı “Nissan Sunny” markalı maşına, cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin "xxxx" ASC-dəki hesabına ödənilmiş 300.000 (üç yüz min) manatın Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, müqavilə qiyməti 680.50 1 manat olan və 230.531 manat ödənilmiş İddiaçı adına “X11” kompleksində 201A saylı mənzil və müqavilə qiyməti 675.948 manat olan 120.777 manat ödənilmiş İddiaçı adına “X11” kompleksində 903A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillər xüsusi hərrac vasitəsilə satılıb, mənzillərin satışından əldə olunan pul vəsaitindən müvafiq olaraq 230.531 manat və 120.777 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, yerdə qalan məbləğlərin ”X11” kompleksinin mülkiyyətçisinə ödənilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(102)-808/18 saylı Qərarı ilə məhkum İddiaçı və müdafiəçi Vəkil tərəfindən birgə və zərərçəkmiş şəxslər " xxxx" Şirkətinin, “X7 Pte. Limited” Şirkətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, İddiaçı məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarı "xxxx" MTK-ya məxsus olan “X11” kompleksində yerləşən 201A saylı və 903A saylı mənzillərə xüsusi müsadirənin tətbiq edilməsi və həmin mənzillərin xüsusi hərracda satılmasına dair hissədə dəyişdirilərək, İddiaçı tərəfindən 201 A saylı mənzilə görə ödənilmiş 230531 manat və 903 A saylı mənzilə görə ödənilmiş 120777 manat pul vəsaitlərinin dövlət nəfinə xüsusi müsadirə edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı oğlu iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, yaşadığı mənzildən götürülmüş 94.928 manat dəyərində olan qızıl-zinət əşyalarının, 102.000 ABŞ dollarının, 269.700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin, 12 saylı mənzilinin, 269.700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi və adı çəkilən əmlakların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda göstərilən halına istinad etməklə, onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikas Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə baş İdarəsi tərəfindən cinayət işi başlananda Binəqədi ra yon Məhkəməsinin qəbul etdiyi qarar əsasında onun adına olan hazırki iddia ərizəsində göstəridiyi əmlaklar üzərinə həbs qoyulması qərara alınmış və həmin qərar icra edilməsi üçün Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan onun yaşadığı mənzildən götürülmüş 94.928 manat dəyərində olan qızıl-zinət əşyalarının, 102.000 ABS dollarının, ibtidai istintaq zaman üzərinə həbs qoyulmuş 269.700 manat dəyərində olan onun adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 12 saylı mənzilin, 269.700 manat dəyərində adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı manzilin 11.006,10 manat dəyərində adına olan qeydiyyata alınmış AZ**-VK-*** dövlət qey diyyat nişanlı 2013-cü il buraxılışlı "Nissan Sunny" markalı maşın cinayət yolu ilə əldə edilmədiyindən, bu əmlaklar həbsdən azad olunmaqla ona qaytarılmalıdır. Həmçinin, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 680.501 manat olan və 230.531 manat ödənilmiş adıma olan "X11" kompleksinda 201A saylı mənzil və müqavilə qiyməti 675 948 manat olan 120.777 manat ödənilmiş adına olan "X11" kompleksində 903 A mənzil üçün ödənilmiş pul vasaitləri da cinayət yolu ilə əldə edilmiş pul vəsaiti olmadığından, həmin mənzillər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin CK-nin xx.xx.2018-ci il tarixli 1(102)808-18 saylı qərari ilə müəyyən edilmiş "xxxx" MTK-ya məxsus olan X11" kompleksində yerləşən 201A saylı mənzilə görə ödənilmiş 230531 manat və 903A saylı mənzilə görə ödənilmiş 120777 manat pul vəsaitlərinin dövlət nəfinə xüsusi müsadirə edilməsi də düzgün deyildir. Belə ki, 94.928 manat dəyərində olan qızıl-zinət əşyalarının bir hissəsi, yəni qolbaq sırğa və üzük dəstləri, brilliant və qiymətli daşlardan ibarət olan dəstlər qayınanası X1 onun atası və həyat yoldaşından yadigar qalmış zinət əşyalarıdır. Digər zinət əşyaları isə həyat yoldaşına atasından yadigar qalmış, qohumları və qayınanası tərəfindən hədiyyə edilmiş əşyalar olduğundan, zinət əşyaları onlara məxsusdur və bu əşyaların ona heç bir aidiyyatı olmasa da, onun məsuliyyəti altında olduğundan onların üzərindən həbs götürülməlidir. Mənzildən götürülmüş 102.000 ABŞ dolları vəsaitinə gəldikdə isə, həmin vəsait onun qohumu olan, xalası oğlu X2 məxsusdur. Belə ki, Nazım Əhmədov həmin dövrlərdə tez-tez respu blika hüdudlarından kənarda səfərlərdə olduğundan, onu özünə ən yaxın insan hesab etdiyindən va etibar etdiyindən, 2014-cü ilin payız aylarında özünə məxsus olan 102.000 ABS dollar pul vəsaitini saxlanılması üçün ona vermişdi. Axtarış zamanı bu vəsaitin kimə məxsusluğu aydınlaşdırılmamış və həmin vəsait müsadirə olunaraq saxlanılması üçün istintaq orqanına təhvil verilmişdir. Digər tərəfdən o da, qeyd olunmalıdır ki, adına olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 86 saylı evin 12 saylı mənzil, Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsində yerləşən 86 saylı evin 15 saylı mənzillər xalası X4 tərəfindən ona hədiyyə edilmişdir. Belə ki, nənəsi X5 Teymurovaya ölümündən sonra qalmış vəsait hesabina daşınmaz əmlakın alınması və həmin əmlakı nəvəsi olaraq ona verməsini vəsiyy ət etmişdir. Xalası da, anasının son istəyini yerinə yetirərək, ondan qalmış vəsait hesabına yuxarıda adı çəkilən iki mənzili öz adına almış və bundan sonra həmin mənzilləri onun adına rəsmiləşdirilməsini MTK-dan xahiş etmişdir. Bu səbəbdən də, adı çəkilən əmlaklar həbsdən azad edilərək, ona təqdim edilməlidir ki, o da əmlakları öz sahiblərinə qaytarsın.

6. Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(001)-6496/2021 saylı qərardadı (hakim İlkin Əliyev) ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, üzərinə səhvən həbs qoyulduğu iddia edilən əmlaklar cinayət prosesini həyata keçirən orqan tərəfindən xüsusi müsadirə olunmaqla m ülki iddianın təmin edilməsinə yönəldilmişdir. Yəni iddiaçı qeyd edilən əmlakların həbsdən azad edilməsini deyil, faktiki olaraq hökmlə müəyyən edilmiş mülki iddianın dəyişdirilməsini, xüsusi müsadirənin ləğv edilməsini xahiş edir. Odur ki, əgər iddiaçı həmin hökmlə və ya digər qərarla müəyyən edilmiş haldan narazıdırsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada (cinayət mühakimə icraatı) şikayət verə bilər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. İddiaçı sözügedən qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9324/2021 saylı, 17 sentyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), hakimlər Vəfaddin İbayev, Rəşad Həsənov) hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 avqust 2021-ci il tarixli qərardad ləğv edilmiş və İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi tələbi barədə” iddia ərizəsinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianın qəbulu məsələsini Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsinin tələbləri baxımından müzakirə etməmişdir. Halbuki, CİM-nin 183.2-ci maddəsinin tələbinə görə, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. c) birinci instansiya məhkəməsində ikinci icraat

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6496/2021 saylı xx.xx.2021c i il tarixli qərardadı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2- ci maddəsində təsbit olunmuş “müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir göstərişinin hansı qaydada həyata keçirilməli olması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142-ci, 383.1-ci və 408.3-cü maddələri, eləcə də Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi kontekstində şərh edilməsi” ilə bağlı müraciəti barədə müvafiq Qərar qəbul edilənədək İddiaçı Cavabdehnə qarşı “əmlakların üzərindən həbsin götürülməsi” tələbinə dair 2(001)-6496/2021 nömrəli mülki işə baxmaq mümkün olmadığından həmin iş üzrə icraatın dayandırılması qərara alınmı şdır. Bundan sonra icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığından, yəni Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarı qəbul edildikdən sonra icraat təzələnmişdir.

10. Binəqədi Rayon Məhkəməsinin 2(001)-339/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim İlkin Əliyev) iş üzrə icraata xitam verilmişdir.

11. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsində oxşar işə baxılarkən, məhkəmə praktikasında cinayət işinin icraatı zamanı üzərinə həbs qoyulan və sonradan cinayət işinə baxan məhkəmənin yekun qərarı ilə barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilən əmlakın kimə mənsub olması haqqında mübahisəyə baxılma mexanizmi ilə bağlı müxtəlif yanaşmaların olduğu müəyyən edilmiş və bu məqsədlə “Azərbaycan R espublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsində təsbit olunmuş müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir göstərişinin hansı qaydada həyata keçirilməli olması “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 142-ci, 383.1-ci və 408.3-cü maddələri, eləcə də Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi kontekstində şərh edilməsi” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Plenum Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarında şərh edilən və məhkəmə təcrübəsində qeyri-müəyyənlik yaradan məsələlər əmlakın üçüncü şəxslərə mənsub olduğu iddia edildiyi halda hüquqi müdafiənin tətbiqi qaydaları ilə bağlıdır. Yəni mübahisə doğuran məsələ üçüncü şəxslərə məxsus olan əmlakın üzərinə həbs qoyulduğu və ya məhkəmənin yekun qərarı ilə müsadirə olunduğu hallarda üçüncü şəxslərin hüquqi müdafiəsini hansı qaydada həyata keçirməli olduqları ilə bağlı yaranan qeyri-müəyyənlikdir.

13. Lakin məhkumun və ya təqsirləndirilən şəxsin həmin hüquqi müdafiə vasitələrindən istifadə etmək üçün kifayət qədər imkanı qanunvericilikdə təsbit olunmuşdur. Bu baxımdan onsuz da məhkumun məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən xüsusi müsadirənin predmeti olan əmlakların qaytarılması barədə tələbinin hazırki icraat çərçivəsində prosessual əsası yoxdur. Əslində eyni məzmunlu hüquqi mövqe məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadında da öz əksini tapmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, hazırki iddia ərizəsi üzrə iddiaçı və cinayət işi üzrə məhkum olunmuş şəxs məhkəmə hökmünün mülki iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Bundan sonra onun tərəfindən kassasiya şikayəti verilməmiş və digər şəxslərin kassasiya şikayətləri ilə bağlı müvafiq qərar qəbul edilmişdir.

15. Nəticə etibarı ilə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək faktiki olaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun barəsində tətbiq edilən xüsusi müsadirənin ləğv edilməsinə və mülki iddianın təmin edilmiş hissəsinin nəticələrinin aradan qaldırılmasına nail olmağa çalışmaqdadır. Lakin təqsirləndirilən və ya məhkum tərəfindən verilən belə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Prosessual Məcəllənin 170.1, 170.2, 170.3, 261.0.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Plenum Qərarına istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Qərardaddan narazı iddiaç ı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4427/2022 saylı, 8 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh edilən və məhkəmə təcrübəsində qeyri müəyyənlik yaradan məsələlər əmlakın üçüncü şəxslərə mənsub olduğu iddia edildiyi halda hüquqi müdafiənin tətbiqi qaydaları ilə bağlıdır. Yəni mübahisə doğuran məsələ üçüncü şəxslərə mə xsus olan əmlakın üzərinə həbs qoyulduğu və ya məhkəmənin yekun qərarı ilə müsadirə olunduğu hallarda üçüncü şəxslərin hüquqi müdafiəsini hansı qaydada həyata keçirməli olduqları ilə bağlı yaranan qeyrimüəyyənlikdir.

20. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda İddiaçı həbsin götürülməsini xahiş etdiyi əmlaklara məhz cinayət mühakimə icraatı qaydasında həbs qoyulmuş və xüsusi müsadirənin predmeti olan əmlakların qaytarılması barədə tələbə mülki icraat qaydasında baxılmalı deyil. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandır arkən Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə öz qərardadının əsaslandırıcı hissəsində “Belə ki, hazırki iddia ərizəsi üzrə iddiaçı və cinayət işi üzrə məhkum olunmuş şəxs məhkəmə hökmünün mülki iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Bundan sonra onun tərəfindən kassasiya şikayəti verilməmiş və digər şəxslərin kassasiya şikayətləri ilə bağlı müvafiq qərar qəbul edilmişdir.” ifadəsini göstərmişdir. Halbuki Bakı Apellyasiya Məhkəməsin in 1(103)-362/18 saylı 28 fevral 2018-ci il tarixli qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qəbul etdiyi 1(103)-362/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin apellyasiya şikayətinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin mulki iddiasının İddiaçı aid hissəsində təmin edilməsinin ləğv edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin İddiaçı qarşı olan mulki iddiasının rədd edilməsi və hazırki iş üzrə üzərlərinə həbs qoyulmuş əmlaklar həbsdən azad olunaraq İddiaçı geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin CK-nın xx.xx.2018-ci il tarixli 1(102)808-18 saylı q ərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, mənim məhkum edilməmə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2018-ci il tarixli qərarının "xxxx" MTK-ya məxsus olan “X11” kompleksində yerləşən 201A saylı və 903A saylı mənzillərə xüsusi müsadirənin tətbiq edilməsi və həmin mənzillərin xüsusi hərracda satılmasına dair hissədə dəyişdirilməsi, tərəfimdən 201 A saylı mənzilə görə ödənilmiş 230531 manat və 903A saylı mənzilə görə ödənilmiş 120777 manat pul vəsaitlərinin dövlət nəfinə xüsusi müsadirə edilməsi qərara alınmışdır.

24. Kassator şikayətində Konstitusiyanın 13.1, 60.1, Mülki Məcəllənin 178.1, 152.1, 152.5, 157.2, Mülki Prosessual Məcəllənin 402.2.4-cü maddələrinin tələblərinin pozulması və düzgün tətbiq edilməməsinə istinad etmişdir. Ka ssasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarı:

27. Cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mü lkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət-hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir.

28. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir.

29. Cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.

30. O da qeyd olunmalıdır ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət-Prosessual Məcəl ləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir. Həmin Məcəllənin 7.0.5-ci maddəsində cinayət prosesini həyata keçirən orqan kimi həm icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları, həm də məhkəmələr göstərilmişdir. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir.

31. Azərbaycan Res publikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

32. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunl a qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər.

33. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1ci maddəsinə uyğun həyata keçirilməlidir.

34. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilsin. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi:

35. Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

36. Maddə 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır.

37. Maddə 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

38. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Qərardaddan kassasiya şikayəti verən iddiaçı onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməs inin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

43. Belə ki, iddiaçı məhkum olunduğu hökmdən apellyasiya və kassasiya şikayəti vermiş və hazırki iddiada göstərilən əmlaklara dair dəlillərinə məhkəmələr tərəfindən cinayət mühakimə icraatı qaydasında baxılaraq qiymət verilmişdir.

44. Nəticə etibarı ilə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək faktiki olaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun barəsində tətbiq edilən xüsusi müsadirənin ləğv edilməsinə və mülki iddianın təmin edilmiş hissəsinin nəticələrinin aradan qaldırılmasına nail olmağa çalışmaqdadır. Lakin təqsirləndirilən və ya məhkum tərəfi ndən verilən belə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.

45. Bu baxımdan məhkəmələr haqlı olaraq belə hesab etmişdirlər ki, iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməli və iddiaçıya izah edilməlidir ki, üçüncü şəxslərə məxsus olan əmlakın üzərinə həbs qoyulduğu və ya məhkəmənin yekun qərarı ilə müsadirə olunduğu hallarda üçüncü şəxslərin müvafiq iddia ilə müraciət etmək hüquqları vardır. Həmin hüququn hansı qaydada həyata keçirməli olduqları ilə bağlı yaranan qeyri-müəyyənliklə bağlı isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddəl əri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarındakı hüquqi mövqelər nəzərə alınmalıdır.

46. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4427/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar