Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4314/2022 12.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4314/2022 (Açar sözlər: hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması) Bakı şəhəri 12 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cə miyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3051/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı) 38910 ABŞ dolları əsas, 7124 ABŞ dolları faiz və 483 ABŞ dolları cərimə borcunun, habelə dövlət rüsumlarının əvəzi olaraq 60 manatın tutularaq "xxxx" Azərbaycan ASC-nə (bundan sonra – Bank) ödənilməsi, Bakı şəhəri, Nizami ra yonu, B.Çobanzadə küçəsində yerləşən 45 nömrəli evin 83 nömrəli mənzilinə (bundan sonra – mübahisəli mənzil) tutma yönəldilməsi və həmin mənzilin ilkin satış qiyməti 110000 manat olmaqla açıq hərracdan satılması, banka ödənilməli olan məbləğlərin mənzilin satışı hesabına ödənilməsi, bankın tələbi ödənildikdən sonra qalan məbləğin iddiaçıya qaytarılması, mənzil satıldıqdan sonra iddiaçının oradan 1 aydan gec olmayaraq çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq xx.xx.2017-ci il tarixdə icraya yönəldilmişdir. 2. "xxxx" MMC (bundan sonra – hərrac mərkəzi) tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli açıq hərracın keçirilməsinə dair 1 nömrəli bildirişə əsasən mübahisəli mənzilinə dair ilkin hərrac xx.xx.2020-ci il tarixinə, xx.xx.2020-ci il tarixli açıq hərracın keçir ilməsinə dair 2 nömrəli bildirişə əsasən təkrar hərrac xx.xx.2020-ci il tarixinə təyin olunmuşdur.
3. Hərrac mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifə əsasən təkrar hərracın baş tutmaması barədə “Cumhuriyət” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 70125 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
4. Əmlakın qiyməti ilkin hərrac zamanı 110000 manat, təkrar hərrac zamanı 93500 manat müəyyən olunmuş, son olaraq 70125 manata Bank əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsi ( bundan sonra – icra şöbəsi), hərrac mərkəzi və Banka qarşı məhkəməyə müraciət edərək, icra şöbəsinin sifarişi əsasında hərrac mərkəzi təşkilatçılığı ilə baş tutan hərracın yekunları barədə 27 noyabr 2020-ci il tarixli, 45/01 nömrəli protokolun etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, icra şöbəsinin sifarişi ilə onun mülkiyyətində olan mübahisəli mənzil qanunsuz olaraq, onun iştirakı təmin edilmədən, ona məlumat verilmədən hərraca çıxarılmış, hərracın yekunları barədə 45/01 nömrəli 27 noyabr 2020-ci il tarixli protokola əsasən mənzilin hərracdan satılması baş tutmadığına görə ipoteka saxlayan Banka təklif olunmuş və hərracın nəticələrinə uyğun olaraq həmin əmlak üzərində Bankın mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Hərracların keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır.
7. Cavabdeh Bankın nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı qətnamənin qanuni qüvvəsini aldığını bilmiş və o, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 29-cu maddəsinə əsasən icra icraatının gedişatı ilə maraqlanmaqla digər hüquqlardan isifadə etmişdir. İddiaçı icra icraatı zamanı Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi barədə şikayət vermiş və həmin şikayətdə əlaqə nömrələrini qeyd etmişdir. Həmçinin “Açıq hərracın keçirilməsinə dair” bildirişlər idd iaçının iddia ərizəsində göstərdiyi, yəni məhkəmə qətnaməsində olan ünvana göndərilmiş və eyni zamanda hərracın təşkili haqqında “Birja yenilikləri” qəzetində elan verilmişdir. O, cümlədən açıq hərracın keçirilməsinə dair bildirişlərin məzmununu əks etdirən məlumatlar “sms” göndərmə üsulu ilə İddiaçı göndərilmişdir. Üstəlik məhkəmə baxışı zamanı iddiaçıya hərrac bildirişlərində olan nömrələr sizə məxsusdu deyə sual verilmiş, iddiaçı isə vəkilinin nömrəsidi cavabını bildirmişdir. Göründüyü kimi iddiaçı icra icraatı ilə maraqlanmış və açıq hərracın keçirilməsinə dair onun kifayət qədər vaxtı olmuşdur ki, mübahisəli əmlakı hərracdan satın alsın. İddiaçı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə çalışır və belə olan halda isə icra icraatının əsassız olaraq, sonsuzadək d avam etməsi nəticəsində Bankın hüququnun bərpası təmin olunmayacaq. Bank hərracın təşkilatçısı olmadığından hərracın keçirilməsini həyata keçirməmiş və vicdanlı satın alan şəxs olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2754/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlakla bağlı hərrac keçirilərkən qanunvericiliyin müvafiq tələbləri pozulmuş, hərracın keçirilməsi faktiki olaraq formal xarakter daşımışdır. İddiaçıya göndərilən bildirişlərdən heç birində qanunla müəyyən ol unmuş ən azı 30 təqvim günü qabaqcadan xəbərdar etmə prinsipinə əməl olunmamışdır. Belə ki, 1 saylı bildiriş xx.xx.2020-ci il tarixdə, 2 saylı bildiriş xx.xx.2020-ci il tarixdə, təklif adlandırılan məktub isə xx.xx.2020-ci il tarixdə, hərrac yekunlaşmazdan 3 gün əvvəl göndərilmişdir. Cavabdeh hərrac mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, təkrar hərracın baş tutmaması barədə “Cumhuriyət” qəzetində xx.xx.2020-ci il tarixdə elan verilmişdir. Halbuki, işin hallarından görünmüşdür ki, ilk hərrac 10 noyabrda, təkrar hərrac 23 noyabrda keçirilmiş, 27 noyabrda isə əmlak Bankın adına sadəcə sənədləşdirilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, hərracın təşkilatçısı olan Hərrac Mərkəzinin vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1- ci maddəsinin tələblərinə əməl etməmiş, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermək və bu barədə tərəflərə bildiriş göndərmək barədə öhdəlikləri yerinə yetirməmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan verməli, elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı,habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilməli olduğu halda bunları da etməmişdir. Kütləvi informasiya vasitəsində yerləşdir ilməli elan qanuna müvafiq olaraq hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməli olduğu halda hərrac keçirən təşkilat tərəfindən bu qaydaya da əməl edilməmişdir.
11. Məhkəmə xüsusilə qeyd etmişdir ki, iş üzrə cavabdeh qismində cəlb edilmiş hərrac mərkəzi tərəfindən qeyd edilən halların əksini təsdiq edən hər hansı bir sübut, o cümlədən hərracın keçirilməsi və nəticələrindən irəli gələn hərəkətlərin həyata keçirilməsi zamanı həmin sahədə mövcud olan yuxarıda istinad edilən qanunvericilik normalarına əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sübutlarla isə 1-ci və 2-ci hərracların hansı səbəblərdən baş tutmamasını, həmin hərraclarda kimlərin iştirak etməsini və qanunda nəzərdə tutulan hərracların keçirilməs i üçün zəruri hesab edən halları müəyyən etmək mümkün olmamışdır.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, mübahisəli əmlaka dair hərracın keçirilməsi və qiymətləndirilməsi üzrə yol verilmiş pozuntular nəticə etibarı ilə mübahisəli əmlaka dair cavabdeh Bankın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi üçün əsasdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1, 152.1, 157.1, 337.1, 415, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh Bank apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3051/2022 nömrəli mülki iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) cavabdeh Bank tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişlərin göndərilməməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq üçün əsas mövcud olmamışdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakla bağlı hərrac keçirilərkən qanunvericiliyin müvafiq tələbləri pozulmuş, hərracın keçirilməsi faktiki olaraq formal xa rakter daşımışdır. Nəticədə kassatorun mülkiyyət hüququ dövlət tərəfindən müdafiəsiz qalmışdır. Hərracın təşkilatçısı olan hərrac mərkəzi tərəfindən mübahisəli mənzilə dair hərracların keçirilməsi və qiymətləndirilməsi qaydaları “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələbləri pozulmaqla keçirilmişdir.
20. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 319.5. Əgə r birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
23. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qa lmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
24. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndə rir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
26. Maddə
43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ip oteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessua l hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
34. Qanu nun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
38. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına da ir dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
40. Yuxarıda göstərilənlərə əsas ən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3051/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər Sənan Hacıyev Aqil Abbasov Elşad Şamayev