Məhkəmə qərarları › İş №2(102)-4317/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4317/2020

13.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4317/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən LPO Cavabdeh1 XXXkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-3010/2019, hakim P.A.Hüseynov) İddiaçı LPO Cavabdeh1 XXXqarşı iddiası qismən təmin edilmiş, 4012 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1128/2020, hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) LPO Cavabdeh1 XXXapellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxx 2019-cu il tarixdə İddiaçı ləğv prosesində olan Cavabdeh1 XXXqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4012 manat məbləğində son haqq-hesab məbləğinin, əmək haqqı gecikdirildiyi üçün gecikd irilmiş hər günə 1% ödənilməli olan 36188 manat və mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 41200 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən “Banklar haqqında” Qanunun 82.5-ci maddəsinin tələblərini pozmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017ci il tarixli qərarında əks etdirilmiş göstərişləri nəzərə almamış, qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz verilmişdir. Məhkəmə kol legiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəs i ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı 2006-cı ilin iyun ayından xx xxxxxxxx 2016-cı il tarixə qədər Cavabdeh1 ASCdə çalışdığına, xx xxxxxxxx 2016-cı il tarixdə bankın müflis elan edilməsi ilə əlaqədar işdən azad edildiyinə, lakin son haqq-hesabın ona ödənilmədiyinə istinad edərək son haqq hesab məbləğinin, həmin məbləğin verilməsinin gecikdirilmiş hər günü üçün əmək haqqının 1%-i məbləğində ödənc və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, işçinin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab sonuncu iş günü işçiyə verilməli olduğu ndan 4.012 manat məbləğində vəsait cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarından göründüyü kimi iddiaçının çalışdığı Cavabdeh1 ASC müflis elan edildiyindən, iddiaçı xx xxxxxxxx 2016-cı il tarixdə vəzifəsindən azad edilmişdir. İddiaçıya son haqq-hesab kimi 4012 manat pul hesablanmış və xx xxxxxx 2016-cı il tarixdə həmin məbləğdə kreditor tələbi qeydə alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə hazıki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki,“Banklar haqqında” Qanunun 82-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlilik qaydasında bölüşdürülü r. Bu növbəlilik qaydasına əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında işçilərin tələbləri 4-cü növbədə həyata keçirilməli olaraq müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya hesablanmış kompensasiya məbləği barədə hər hansı mübahisə olmamış, cavabdeh tərəfindən kreditorların növbəliliyi qaydası nəzərə alınaraq iddiaçının tələbinin 4-cü növbədə həyata keçiriləcəyi göstərilmişdir. “Banklar haqqında” Qanunun 72-ci maddəsi ilə bankın müflis elan olunmasının nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılı r;. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında da göstərilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına da ir məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir. Müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Apellyasiya məhkəməsi isə mübahisəyə sadalanan qanunvericilik normaların tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iddiaya mahiyyəti üzrə baxıb iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, hazırki iddiaya mülki icraat qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2- ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1261.0.7-ci maddələ rinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, işin yuxarıda göstərilən hallarına görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, İddiaçı LPO Cavabdeh1 XXXqarşı iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar