Məhkəmə qərarları › İş №2(102)-4317/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4317/2022

05.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4317/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pulun qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə QƏRARİ İş № 2(102)-4317/2022 ( Açar sözlər: borcun ödəniməsi, borc müqavilənin etibarsızlığı tələbi ) Bakı şəhəri, 05 noyabr 2022-ci il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edil məsi və pulun qaytarılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2203/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən (bundan sonra – cavabdeh) 25 avqust 2018-ci il tarixdə yazılmış iltizamdan görünür ki, o, İddiaçı (bundan sonra – iddiaçı) 6.500 manat pulu 13 ay müddətinə hər ayın 25-i 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bir gün geciksə 5 manat üstunə gələcək. Onun başına bir iş gəlsə qızı X3 ödəyəcək. Qeyd edilənləri özü yazmışdır və onu heç bir kim məcbur etməmişdir. Eyni iltizamda həmçinin X3 ya zmışdır ki, o, anası Cavabdeh zamin durur, borcun məbləğinin 6.500 manat olduğunu təsdiq edir.

2. Həmçinin iddiaçı cavabdehə 21 iyun 2021-ci il tarixli qəbzlə 2 günə qaytarmaq şərtilə 585 manat, xx.xx.2021-ci il tarixli qəbzlə 2 günə qaytarmaq şərtilə 585 manat borc pul vermiş, 26 sentyabr 2021-ci il tarixli qəbzlə cavabdeh 9 ay müddətinə, ayda 100 manat telefona görə pul ödəməyi öhdəsinə götürmüşdür.

3. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli “Milliön” elektron ödəmə sisteminin mədaxil qəbzlərindən görünür ki, iddiaçının hesabına 101 manat məbləğində; 25 fevral 2021-ci il tarixdə 101 manat məbləğində; 24 mart 2021-ci il tarixdə 20 manat məbləğində; 20 iyun 2021-ci il tarixdə 80 manat məbləğində; 20 avqust 2021-ci il tarixdə 202 manat məbləğində; 03 sentyabr 2021-ci il tarixdə 370 manat məbləğində pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.500 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq qətnamə icra olunan günə qədər cərimə faizləri hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı tanışı olan cavabdehə 25 avqust 2018-ci il tarixdə 6.500 manat məbləğində pulu 13 ay müddətinə, hər ayın 25-i 500 manat qaytarm aq şərtilə borc olaraq vermişdir. Cavabdeh yazılı şəkildə həmin borcları geri qaytaracağını öz öhdəsinə götürmüşdür. 6.500 manat puldan isə bir dəfə qızı vasitəsilə 200 manat, bir dəfə də özü 800 manat geri qaytarmışdır. Lakin bu günə kimi müxtəlif bəhanələrlə qalıq 5.500 manat pul məbləğini qaytarmaqdan imtina etmişdir. Cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etmişdir. Daha sonra ölkədə baş verən pandemiya və səhhətindəki narahatçılıqlara görə maddi cəhətdən iddiaçının vəziyyəti ağırlaşmışdır.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, iddiaçının sübut qismində təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsi, iddiaçının aldığı 3.500 manat borc məbləğindən artıq ödədiyi 2.000 manat pulun və ödənilmiş dövlət rüsumunu n ondan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə düzgün izahat verməmiş, borcunun ona qaytarılmaması barədə böhtan və yalan xarakterli məlumatlar vermişdir. Belə ki, cavabdeh övladının müalicəsi üçün müəyyən məbləğdə pul vəsaiti çatışmadığı üçün 25 avqust 2018ci il tarixdə iddiaçıya müraciət edərək ondan 3.500 manat pulun ona borc verilməsini xahiş etmişdir. Cavabdeh bilirdi ki, həmin şəxs faizlə pul verir. İddiaçının girovsuz olaraq pul verəcəyini bilirdi. Ancaq 13 ay ərzində iddiaçı cavabdehə 3.500 manatı 6.500 manat qaytarmaq şərti ilə verəcəyini demişdir. Ehtiyacı olduğuna görə cavabdeh razılaşmış və 3.500 manat pulu ondan almışdır. Pulu cavabdehə öz evində qızının yanında vermişdir. Cavabdeh cəmi 6.500 manat pulu iddiaçıya ödəmişdir. Sonradan özü etiraf etdiyi kimi, ayrıayrı vaxtlarda pul götürüb müəyyən faizlərlə qaytarmışdır. Sonuncu dəfə cavabdeh öz adından qızına məxsus komputeri Biləcəri qəsəbəsində Ağ sarayın yanında yerləşən lombarda girov qoymuşdur. O, Türkiyə Respublikasında olduğu səbəbindən anasının və qohumu X1 iştirakı ilə gedib 900 manat pulu lombardın işçisinə verərək kompüteri girovdan çıxartmışdır. Bununla onun həmin şəxsə heç bir borcu qalmamışdır. Borc müqaviləsi 3.000 manatdan çox olduqda borc müqaviləsi notarial qaydada bağlanmalıdır. Bundan başqa, həmin əqd qanunvericiliklə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmışdırsa, etibarsızdır. Eyni zamanda, iddiaçı c avabdehin pulu ödəmədiyi təqdirdə faizlərin hesablanması öhdəliyini üzərinə qoymuşdur, bu da Mülki Məcəllənin 739.2-ci maddəsinə ziddir. Bütün bu hallar bir daha sübut edir ki, cavabdehin iddiaçıya faktiki olaraq heç bir borcu yoxdur. Əksinə iddiaçıya 3.000 manat artıq pul ödənilmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, borcla bağlı 25 avqust tarixli qəbz yazdırmış və cavabdeh ona qol çəkmişdir, qızı Aysel də zamin durmuşdur. Cavabdeh hər ayın 25-i 500 manat qaytarmalı idi. Bir neçə ay keçməsinə baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Daha sonra cavabdehin qızı Aysel 2020ci ilin noyabr ayında 200 manat ödəniş etmiş, 800 manatı da cavabdeh müxtəlif vaxtlarda öd əmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə hər ay 100 manat ödəməklə 9 ay müddətinə ondan Samsung markalı telefon almışdır. Daha sonra qızının notbukunu lombarda qoymuş və 700 manat pulu onun adına götürmüşdür. Sadəcə qəbz yazdırıb, qol çəkdirmişdir. Notbuku ona görə lombarda qoymuşdur ki, cavabdeh ödənişi Kapital bankdan edəcəkdi. Sonradan deməsin ki, 700 manatı 5.500 manatlıq qalıq borcdan ödəniş etmişdir. Cavabdeh təkrarən ondan 300 manat borc istəmiş, yenə lombarda gedərək qızının komputerini qoymuş və 300 manat götürmüşdür, sonra 370 manat ödəyərək o pulu qaytarmışdır. Bu borcla bağlı qəbz yazdırmamışdır. Lakin onun adına 1.050 manat başqa borc da olduğundan notbuk lombardda qalmışdır. İddiaçı, həmçinin, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, 3.500 manat borcu götürsün əvəzin də əlavə 3.000 manat da ödəməyə heç kim razı olmazdı. Eyni zamanda ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, cavabdehə xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 3.000 manat, xx.xx.2018-ci il tarixdə də 3.000 manat pul vermişdir. Bu pulu da lombarda öz qızıllarını qoyaraq pul götürüb cavabdehə vermişdir. Sonra pulunu qaytarmadığı üçün məcbur olub öz maşınını satıb qızıllarını lombarddan götürmüşdür. Lombarda qızıllarını qoymağı ilə bağlı sübut yoxdur, lakin lombarddan çıxarmağı ilə bağlı qəbzlər var. Həmin vaxt cavabdehin qızı texniki-mühəndis sahəsində işləyirdi. Buna görə də o, anası üçün zamin olmuşdur.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddiasını müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini, iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin qızı borcla bağlı zamin dura bilməzdi, çünki onun həmin borc verilərkən 18 yaşı tamam olmamışdır. Buna baxmayaraq, iddiaçı ona da sənədi imzalatmışdır.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, cavabdeh onun anasıdır. Onlar, qardaşının əməliyyatı üçün iddiaçıdan 2018-ci ildə 3.500 manat pul götürmüşlər. İddiaçı onlara dedi ki, ayda 500 manat olmaqla 6.500 manat ödəməlidirlər. Gecikmələr olsa da, pulu tam şəkildə ödəmişlər. Bəzi ödənişlər nağd şəkildə, bəziləri isə kart vasitəsilə ödənilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq vermişdir ki, əvvəl iddiaçı ilə qonşuluqda yaşayırdılar və pulu əlbəəl verirdilər. Sonra iddiaçı köçüb getmiş, o nlar da 2020-ci ilin yanvar ayından ödənişləri kartla ödəməyə başladılar. Azadlıq metrostansiyasının çıxışında görüşüb ona 200 manatı şəxsən vermişdir. İddiaçıdan pulu 13 ay müddətinə hissə-hissə ödəməklə götürmüşdülər, gecikmə bir ildən çox olmuşdur.

11. Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 21 dekabr 2021-ci il tarixli, 2(001)-7702/2021 nömrəli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) ilkin iddia tələbi qismən – cavabdehdən 5.426 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 20 manatın tutularaq iddiaçıya ödənilməsi hissələrində təmin olunmuş, iddia qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıdan cəmi 3.500 manat məbləğində borc götürdüyünü, lakin həmin borcun əvəzində 6. 500 manat məbləğində vəsait ödənildiyini bildirsə də, işdə olan yazılı sübutlarla müəyyən edilir ki, cavabdeh tərəfindən borc məbləğinin cəmi 1.074 (200 manat nağd şəkildə, 874 manat hesaba köçürülməklə) manatı iddiaçıya ödənilmiş, qalan 5.426 manat məbləğində borcun ödənilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda borc məbləğinin 6.500 manat məbləğində deyil, məhz 3.500 manat məbləğində olduğu ilə bağlı da hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

13. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 (cavabdehin qızı) ifadəsində borc məbləğinin 3.500 manat olduğunu bildirsə də, işdə olan 25 avqust 2018-ci il tarixli yazılı iltizamdan görünür ki, o, həmin sə nəddə borc məbləğinin 6.500 manat məbləğində olduğunu təsdiq etmişdir.

14. İlkin iddianın rədd edilmiş hissəsində isə məhkəmə belə qənaətə gəlmişdir ki, qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Hazırki iş üzrə isə iddiaçı tərəfindən cavabdehin ondan aldığı borc puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

15. Qarşılıqlı iddia ilə bağlı məhkəmə mövqeyini belə əsaslandırmışd ır ki, iddiaçının sübut qismində təqdim etdiyi əqdin etibarsız hesab edilməsi üçün həmin əqd mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmalıdır. Yuxarıda istinad olunan Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərindən görünür ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, həmin müqavilə yazılı formada bağlanmalıdır. Həmin maddədə müqavilənin notarial qaydada təsdiq edilməli olması barədə tələb yoxdur. İş materiallarından göründüyü kimi, tərəflər arasında olan borc münasibətləri yazılı formada rəsmiləşdirilmişdir.

16. Eyni zamanda, məhkəmə tərəfindən ilk iddianın düzgün həlli üçün ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması araşdırılmış, buna görə də iddia qismən təmin edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən 6.500 manat məbl əğində borc pul vəsaitinin verilməsi və cavabdehin 5.426 manat məbləğində borcunun qaldığı öz təsdiqini tapdığından, qarşılıqlı iddia tələbi, yəni iddiaçının sübut qismində təqdim etdiyi müqavilənin etibarsız hesab edilməsi, aldığı 3.500 manat borc məbləğindən artıq ödədiyi 2.000 manat pulun ona ödənilməsi tələbləri təmin edilə bilməz. Başqa sözlə, ilk iddianın təmin edilməsi artıq qarşılıqlı iddianın rədd edilməsini şərtləndirmişdir.

17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 329.2, 337.1, 337.2, 337.4, 385.1, 427.3, 442, 443.1 448.1, 449.1, 449.4, 739 və 740.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı id dia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 5 aprel 2022-ci il tarixli, 2(103)-2203/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 5426 manat borcun tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən 4626 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslanırmış dır ki, birinci instansiya məhkəməsi iddia tələbinin 1074 manat hissəsinin ödənildiyinin sübut edildiyini hesab etmiş, bu zaman cavabdehin iddiaçıya 200 manatın qızı vasitəsi ilə nağd şəkildə, 874 manatın isə “Milliön“ və “EManat“ ödəniş sistemləri vasitəsilə, cəmi 1074 manat məbləğində pulun iddiaçıya geri qaytarıldığını əsas götürmüşdür. Lakin iddiaçı cavabdeh tərəfindən ona 800 manatın da geri qaytarıldığını iddia ərizəsində qeyd etmişdir. Cavabdeh tərəfindən bilavasitə qaytarılan 800 manat pulun “Milliön” və “E-Manat“ ödəniş sistemləri vasitəsilə qaytarılan 874 manat pula daxil olması barədə işdə hər hansı sübut yoxdur.

22. Cavabdeh apellyasiya şikayətində 3000 manatdan yuxarı məbləğdə borc müqaviləsinin notarial qaydada təsdiq edilməli olduğunu, öhdəliyin icrasına zamin durmuş qızı Ay sel Musayevanın müqavilə bağlanarkən 15 yaşına çatmadığına görə həmin əqdin etibarsız hesab edilməli olduğunu bildirmişdir. Apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsində borc müqaviləsinin predmetinin üç min manatdan çox olduğu təqdirdə yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Müqavilənin yazılı qaydada bağlanması mütləq qaydada notarial qaydada bağlanmalı olmasını ehtiva etmir.

23. Borcun qaytarılmasına zamin durmuş Aysel Musayeva müqavilə bağlanarkən 15 yaşına çatmadığına görə həmin əqdin etibarsız hesab edilməli olması barədə şikayətin dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, əvvəla qarşılıqlı iddia ərizəsində bu dəlil irəli sürülməmiş və məhkəmə araşdırmasının predmeti olmamışdır. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, əqd bağlanarkən Aysel Musayevanın yetkinlik yaşına çatmaması bütövlükdə əqdin yox, onun zaminliklə bağlı hissəsinin etibarsızlığına səbəb ola bilərdi. Mülki Məcəllənin 352-ci maddəsinə görə, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.

24. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 352, 385.1, 442, 448.1 və 740.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məh kəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsində sübuta yetirilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə zamin durmuş şəxs X2 15 yaşı olduğundan əqd etibarsızdır. Ondan əlavə olaraq iddiaçı özü də etiraf edib ki, bəzi vaxtlarda cavabdeh qızının vasitəsi ilə pulu ona metroda vermişdir. Belə olan halda pulun ona heç qaytarılmaması ilə bağlı sübut təqdim etməmişdir. Hər iki məhkəmə instansiyasında cavabdehin irəli sürdüyü faktlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh onkoloji xəstədir. Bu qətnamənin qəbul edilməsi cavabdehin vəziyyətini və səhhətini daha da ağırlaşdıracaq. Belə ki, x əstəliyinə görə tez-tez Türkiyə Respublikasına getmək məcburiyyətindədir. Öhdəsində azyaşlı uşağı vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə

352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cava bdeh tərəfindən iddianın təmin edilən hissəsi və qarşılıqlı iddia hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan qəbzin məzmununda tərəflər, verilən pulun miqdarı, pulun borc kimi verildiyi qeyd edildiyind ən bu qəbz tərəflər arasında yazılı formada borc müqaviləsinin bağlanmasını təsdiq edir və həmin borc müqaviləsi tərəflərin arasında hüquq və vəzifələrin yaranması üçün əsasdır.

43. Məhkəmələr tərəfindən cavabdehin qəbz əsasında iddiaçıdan 6500 manat borc alması, cavabdehin isə həmin borcdan 1874 manat hissəsini qaytarması, 4626 manatın isə qaytarılmaması müəyyən edilmiş, eyni zamanda qarşılıqlı iddia tələbinin əsassız olması barədə gəlinən nəticə əsaslandırılmışdır.

44. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

45. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsin ə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

46. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

47. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

48. Kassasiya instansiyası məhkəməsi kassa siya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi oxşar dəlillərə ətraflı və düzgün hüquqi qiymət vermişdir.Ona görə də kassasiya şikayətinin dəlilləri əsassızdır.

49. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2203/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar