Məhkəmə qərarları › İş №2(102)-432/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-432/2024

10.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-432/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası üzrə QƏRARİ Açar sözlər: (kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu, (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı oğlunun Cavabdeh qarşı pul” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1934/2022 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inziba ti binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçıli Qafil oğlu Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul" tələbinə iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9400 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Lerik Rayon Məhkəməsinin (hakim A.Q.Kiçibəyov) 25 aprel 2022-ci il tarixli 2(048)235/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.S.Kərimov - sədrlik edən və məruzəçi, T.X.Heydərov və Z.A.Zeynalov) 16 noyabr 2022-ci il tarixli, 2(106)-1934/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Qətnamə poçt vasitəsilə tərəflərə göndərilmiş, cavabdehin ünvanına göndərilən zərf 5 dekabr 2022-ci ildə Cavabdeh çatdırılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsindən qanunla müəyyən olunan müddət ərzində kassasiya şikayəti verilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi icra edilməsi üçün Lerik rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Lerik rayon icra və probasiya şöbəsi tərəfindən icra hərəkətləri aparılan zaman qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli qərarla cavabdeh barəsində axtarış elan edilmişdir. Həmin qərarda göstərilmişdir ki, cavabdehin yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Eyni tarixdə Lerik Rayon Məhkəməsinə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudl aşdırılması haqqında təqdimat ünvanlanmışdır. Lerik rayon icra və probasiya şöbəsinin 27 oktyabr 2023-cü il tarixli qərarı ilə icra sənədinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, icra sənədi üzrə borclu Cavabdeh tərəfindən tələbkara ödəniləsi 9514 manat pul vəsaitindən 240 manat ödəniş edilmişdir.

6. Cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə tərəfindən 9 oktyabr 2023-ci il tarixdə qətnamədən kassasiya şikayəti verilmiş, həmçinin kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1934/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayət i vermiş, lakin kassasiya şikayəti natamam imza adı ilə icraata qəbul edilməmişdir. Cavabdeh uzun müddət Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və kontuziya almışdır. Müharibə veteranıdır və bəzi hallarda xəstəliklərdən əziyyət çəkir. Xəstə olduğundan bir müddət kassasiya şikayətin natamam imza adı ilə icraata qəbul edilməməsindən xəbər tutmamışdır. Həmçinin elə bir imkanı yoxdur ki, işin icraata qəbul edilməməsini izləyə bilsin. Ona görə də hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməməsi üzürlü səbəbdir, iş üzrə buraxılmış müddət bərpa edilməli və kassasiya şikayəti baxılması üçün aidiyyəti üzrə göndərilməlidir.

8. Ərizəyə baxılması ilə bağlı məhkəmə iclasında iddiaçı izahat verərək ərizənin əsassız olduğunu bildirmiş və qeyd etmişdir ki, qətnamənin icrası ilə əlaqəd ar cavabdehin pensiyasından 2023-cü ilin may ayında 40 manat pul tutulmuşdur. Qətnamənin icrası qaydasında tələbin borclunun pensiyasına yönəldilməsindən və az miqdarda pulun tutulmasından şikayətçi olmuş, borclu qətnaməni icra etmədiyi üçün axtarışa verilmişdir. Bu ərəfədə cavabdeh vəkili ilə birlikdə ona qarşı başqa məhkəmələrdə mübahisələr açıb iştirak etmişlər. Cavabdehin səhhəti ilə bağlı dedikləri yalandır. Bakı İnzibati və Bakı Apellyasiya Məhkəmələrində işlər olmuş və şəxsən iştirak etmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(106)-1934/2023 nömrəli qərardadı ilə (K.S.Kərimov-sədrlik edən və məruzəçi, hakimlər C.F.İmanov və P.T.Əhmədov) ərizə təmin edilməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən kassasiya şikayətinin vaxtında verilə bilməməsinin üzürlü səbəblərdən baş verməsinə dair sübutlar verilmədiyindən ərizə əsaslı hesab olunaraq təmin edilə bilməz.

11. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 129.3, 130.1, 133.1, 135.1, 135.2, 135.3, 135.5, 402.2.3, 405.0.1 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mülki işin mahiyyəti üzrə baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin dəlillərinə və MPM-in 4.1, 14.2, 76.1, 76.2, 77.1, 133.1, 133.2, 133.3-cü maddə lərinə istinad olunmaqla onunla əsaslandırılmışdır ki, iş üzrə kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət keçmədən elektron qaydada verilmişdir. Lakin, elektron qaydalarda edilmiş dəyişiklik nəticəsində verilmiş kassasiya şikayəti natamam olması səbəbindən icraata qəbul edilməmişdir. Elekton kabinet anlayışı olmaması səbəbindən, kassasiya şikayətinin icraata qəbul edilməməsindən məlumatı olmamışdır. Ona görə də mübahisəli iş üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməli və kassasiya şikayəti mahiyyəti üzrə baxılmalıdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə:

14. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir

17. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

18. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

19. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

20. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.

21. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

22. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.

24. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.

25. Maddə 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti qaytarılır.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahis ələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin əsas dəlilləri elektron qaydalarda edilmiş dəyişiklik nəticəsində verilmiş kassasiya şikayətinin natamam olması səbəbindən icraata qəbul edilməməsi, elekton kabinet anlayışı olmaması səbəbindən, kassasiya şikayətinin icraata qəbul edilməməsindən məlumatı olmamasından ibarət olmuşdur ki, kassator həmin dəlilləri prosessual müddətin bərpasına dair ərizədə də irəli sürmü şdür. Sözügedən hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual müddətin ötürülməsinə əsas ola bilən üzrlü səbəb kimi qəbul edilməmişdir.

31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən müddətin bərpası ilə bağlı sübutlar ətraflı araşdırılmış və müvafiq prosessual normalara əsasən əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzg ün müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1934/2022 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar