Məhkəmə qərarları › İş №2(102)-4326/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4326/2019

24.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4326/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh hüquqi varisi X2 vəkili Rnın iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.02.2019-cu il tarixli, 2(107)323/201Bnömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 22.01.2018-ci il tarixli, 2(075)338/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “evə giriş-çıxış yolunun açılması və zərər” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçının dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, Ə.Məcidov, M.Əsədli) 21.05.2018-ci il tarixli, 2(107)-938/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki rayon Məhkəməsinin 22.01.2018-ci il tarixli qətnaməsinin qismən, yəni evə giriş-çıxış yolunun açılması barədə tələbin rədd edilməsinə dair hissəsinin ləğv edilməsi, qətnamənin ləğv edilmiş hissəsi üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı E nömrəli ünvanda yerləşən yaşayış evinin yerləşdiyi həyətə giriş-çıxışın B nömrəli ünvanda yerləşən Cavabd eh məxsus evin həyətinə, küçəyə giriş-çıxış yolu kimi istifadə edilən qapıdan açılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Kalbalıyev, İ.Xələfov, Ə.Əhmədov) 02.11.2018-ci il tarixli, 2(102)-6649/2018 saylı qərarı ilə Cavabdeh hüquqi varisi X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2018-ci il tarixli, 2(107)-938/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) 05.02.2019-cu il tarixli, 2(107)-323/201Bnömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş ape lyasiya şikayəti təmin edilməyərək, Şəki rayon Məhkəməsinin 22.01.2018-ci il tarixli, 2(075)-338/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “şəxsi evinə giriş-çıxış yolu, həyətyanı torpaq sahəsi” tələbinə dair iddia ərizəsi ilə 15.11.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, evinə dəyən zərərin və evinə giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Qədimov Cavid Əbdür rəhman oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, E nömrəli ünvanda yerləşən yaşayış evi iddiaçının mülkiyyətindədir. Buna baxmayaraq, 1974-cü ildən bu günə qədər o, mülkiyyətində olan evdə yaşaya və istifadə edə bilmir. Çünki evinin giriş-çıxış yolunu onunla bir həyətdə evi olan əvvəlki qonşusu Nüşabə, 1994-cü ildən isə Cavabdeh bağlamışdır. Bununla bağlı o, 1974-cü ildən müxtəlif orqanlara dəfələrlə müraciət etmiş, bütün verilən qərarlar, yazılan aktlar, təşkil olunan komissiyalar, göstərişləır onun xeyrinə qurtarsa da, evinin yolunu açıdra bilməmişdir. Hazırda evin yolu olmadığından ev baxımsız qalmış, yararsız hala düşmüş və tamamilə yerlə yeksan olmuşdur. İddiaç ının evinə girişçıxış yolu evinin qabağındakı qoşnusu cavabdehin adına olan ikimərtəbəli evin altından olmuşdur. Keçmiş dövrlərdən 1974-cü ilə qədər iddiaçı, ailəsi, bütün nəli həmin darvazadan işləmişlər. Bu barədə 12.12.1974-cü ildə akt da tərtib edilmişdir. Həmin aktda bir həyətdə iki evin olduğu və hər iki evin ailə üzvlərinin giriş-çıxış üçün ümumi bir tağlı darvazanın olduğu öz əksini tapmışdır. 1994-cü ildə Cavabdeh iddiaçının evinin qarşısındakı eüvi almış və o da əvvəlki mülkiyyətçilər kimi iddiaçının yolunu kəsmişdir. İddiaçının evi 44 ildir ki, giriş-çıxış qapısı olmadığı üçün qonşularının ucbatından uçmuşdur. Evi Cavabdeh uçurmasa da, evinə giriş-çıxış yolu vermədiyi üçün ev istifadəsiz qalaraq uçmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş materiallarınd a olan 12.12.1974-cü il tarixli, 05.04.1975-ci il tarixli, 27.08.1981-ci il tarixli, 13.02.1990-cı il tarixli aktların, Şəki şəhəri XDS İcraiyyə Komitəsinin sədri K.A.Məmmədov tərəfindən iddiaçıya ünvanlanmış 21.02.1990-cı il tarixli məktubun məzmununa qiymət verməmiş, sadəcə olaraq tərtib edilmiş aktların yarımçıq tərtib edilməsini, müxtəlif orqanların ünvanlandığı cavabların səthi və formal xarakter daşıdığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi Şəki şəhəri XDS İcraiyyə Komitəsinin sədri K.A.Məmmədov tərəfindən iddiaçıya ünvanlanmış 21.02.1990-cı il tarixli məktubun səthi və formal xarakter daşıdığını qeyd etsə də, arxivə sorğu verməmiş və müvafiq araşdırma aparmamış, əksinə kollegiya tərəfindən heç bir arxiv sənədinə istinad edilmədən arxiv sənədlərinə istinad edilərək, ap arılmış araşdırmaya səthi aparılmış araşdırma kimi yanaşılmışdır. Buradan da aydın olur ki, apelyasiya kollegiyası işin faktiki hallarını araşdırmamış,qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.02.2019-cu il tarixli, 2(107)323/201Bnömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, vəkili Qədimov Cavid Əbdürrəhman oğlu və Cavabdeh hüquqi varisi X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MP M-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh hüquqi varisi X2 vəkili R kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya kollegiyası iş materiallarını araşdırıb, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli, 2(102)6649/18 saylı qərarında göstərilənləri əsas tutaraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rаyon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 2(075)-338/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hazırkı iş üzrə 02 noyabr 2018-ci il tarixli, 2(102)-6649/18 saylı qərarında göstərmişdir ki, “məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yerli baxış zamanı müşahidə etdikləri əsasında İddiaçı E nömrəli ünvanda yerləşən yaşayış evinin yerləşdiyi həyətə giriş-çıxışın B nömrəli ünvanda yerləşən Cavabdeh məxsus evin həyətinə, küçəyə girişçıxış yolu kimi istifadə edilən qapıdan açılması qənaətinə gələrkən iddiaçının həyətinə keçidin cavabdehin yaşayış evinin altından keçməsinin mümkünlüyü və yol verilən olmasına dair mütəxəssis rəyinə istinad etməmiş, həmçinin də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 175.1-ci maddəsinin tələblərini nəzərəb almamışdır” İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 31 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan giriş-çıxış yolu 22.04.1994 tarixdə 1260/638 nömrəli qeydiyyat vəsiqəsi ilə qeyydiyyata alınmış B ünvanda yerləşən fərdi yaşayış evinə məxsusdur. Bu, həmin fərdi yaşayış evi üçün 1962ci ilin iyun ayınnda tərtib olunmuş 358 inventar nömrəli texniki pasportda öz əksini tapmışdır. Məhkəmə kollegiyası mübahisəli əraziyə tərəflərin iştirakı ilə baxış keçirərkən m üəyyən etmişdir ki, mülkiyyət hüququ əsаsındа iddiаçıyа məxsus tоrpаq sаhəsinə girişçıxış üçün iddiаçının mübаhisələndirdiyi yоl mülkiyyət hüqüqu əsаsındа cаvаbdehə məxsus B sаylı fərdi yаşаyış evinin giriş-çıxış qаpısıdır. Həmin evin giriş-çıxış qаpısının eni 2,10 sm. hündürlüyü isə 2,82 sm. оlmаqlа qаpı tаxtа mаteriаldаn hаzırlаnmışdır. Girişçıxış qаpısındаn dаxil оlduqdа iddiаçının həyətinədək оlаn yоl məsаfəsinin eni 2,40 sm. uzunluğu isə 7,10 sm. ölçüdədir. Bаxış zаmаnı həmçinin müəyyən оlunmuşdur ki, İddiaçı adına olan ev tamamilə uçmuşdur. Mübаhisə predmeti оlаn giriş-çıxış yоlu 22.04.1994-cü il tаrixli 1260/638 nömrəli qeydiyyаt vəsiqəsi ilə qeydiyyаtа аlınmış B sаylı fərdi yаşаyış evinə məxsusdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı mülkiyyət ində olan yaşayış evinin uçub-dağılmasında cavabdeh tərəfin təqsiri olması barədə heç bir sübut olmadığından iddianın evin uçması ilə bağlı iddiaçıya dəyən ziyanla bağlı hissəsini düzgün olaraq təmin etməmişdir. Belə ki, iddianın evin uçması ilə bağlı iddiaçıya dəyən ziyanla bağlı apellyasiya şikayətində də heç bir dəlil göstərilməmişdir. İddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisə əsasən evə giriş-çıxış yolunun açılması ilə bağlıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan E nömrəli evinə cavabehin həyətindən giriş-çıxış yol mövcud deyildir. İddiaçı da Cavabdeh tərəfindən evinə giriş-çıxış üçün yol verilmədiyini, buna görə 20 ildən artıq evinə gedə bilmədiyini, evinin məhz bu səbəbdən yararsız hala düşdüyünü əsas göstərək məhkəmədə iddia qa ldırmış və evinə dəyən zərərin ödənilməsi və evinə giriş-çıxış yolunun açılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclası zamanı mütəxəssis qismində dindirilmiş ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin nümayəndəsi X1 izahatı həmin idarənin vermiş olduğu 31 yanvar 2019-cu il tarixli məktubunda göstərilənlərə uyğundur. Göründüyü kimi, iş materiallarında sadalanan Şəki şəhəri XDS İcraiyyə Komitəsinin sədri K.A.Məmmədov tərəfindən İddiaçı ünvanlanmış 21 fevral 1990-cı il tarixli 180 nömrəli məktubun, 12 dekabr 1974-cü il tarixli aktın, 05 aprel 1975-ci il tarixli, 27 avqust 1981-ci il tarixli, 13 fevral 1990-cı il tarixli aktların, İddiaçı müxtəlif orqanlardan ünvanlanmış məktubların məzmunları ilə ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsini n nümayəndəsi X1 izahatında göstərdikləri və həmin idarənin məktubunda göstərilənlərlə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası vurğulamışdır ki, hazırkı iş üzrə keçmişdəki yazışmalar işin məhkəmə kollegiyası tərəfindən müəyyən etdiyi həqiqi hallarına uyğun deyildir. Belə ki, tərtib edilmiş aktlar yarımçıq tərtib edilmiş, müxtəlif orqanların cavabdehə ünvanladığı cavablar səthi və formal xarakter daşımışdır. Apellyasiya şikayətinin dəlilinə qiymət verən məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəki şəhər XDS-nin Memarlıq şöbəsinin tərtib etdiyi akt giriş-çıxış yolu verilməsi üçün əsas ola bilməz. Çünki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının mübahisələndirdiyi giriş-çıxış yolu cavabdehin mülkiyyətində olan yaşayış evinə məxsusdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüququn məhdudlaşd ırılmasının iddia edilməsi həmin tələbi irəli sürən tərəfə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək öhdəliyi yaradır. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən öz hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırıldığını göstərsə də, bu hüququn məhz iddiaçı tərəfindən məhdudlaşdırılmasını ehtiva edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstrəilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməninin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Lakin kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, nəticədə apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında olan 12.12.1974-cü il tarixli, 05.04.1975-ci il tarixli, 27.08.1981-ci il tarixli, 13.02.1990-cı il tarixli aktların, Şəki şəhəri XDS İcraiyyə Komitəsinin sədri K.A.Məmmədov tərəfindən iddiaçıya ünvanlanmış 21.02.1990-cı il tarixli məktubun məzmunundan görünür ki, E və Bsаylı fərdi yаşаyış evlərin giriş-çıxış qаpısı bir olmuşdur. Bu hal apelyasiya instansiyası məhkəməsi tərəfindən 21.05.2018-ci il tarixində qətnamə qəbul edilməzdən əvvəl məhkəmə kollegiyasının tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisəli həyətə baxış keçirilərkən də müəyyən edilmiş və həmin qətnamədə göstərilmişdir ki, Hər iki evin yerləşdiyi həyətə giriş bir yerdəndir. İddiaçı adına olan evin yerləşdiyi həyətə başqa yerdən giriş yoxdur. Həmin həyətə də yol cavabdehlərə məxsus evin həyətindən həmişə istifadə edilmiş giriş-çıxış yolundan istifadə etməklə getmək olur. Apellyasiya kollegiyası isə iş materiallarında sadalanan Şəki şəhəri XDS İcraiyyə Komitəsinin sədri K.A.Məmmədov tərəfindən İddiaçı ünvanlanmış 21 fevral 1990-cı il tarixli 180 nömrəli məktubun, 12 dekabr 1974-cü il tarixli aktın, 05 aprel 1975-ci il tarixli, 27 avqust 1981-ci il tarixli, 13 fevral 1990-cı il tarixli aktların, İddiaçı müxtəlif orqanlardan ünvanlanmış məktubların məzmunları ilə ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin nümayəndəsi X1 izahatında göstərdikləri və həmin idarənin məktubunda göstərilənlərlə ziddiyyət təşki l etməsini, hazırkı iş üzrə keçmişdəki yazışmaların işin məhkəmə kollegiyası tərəfindən müəyyən etdiyi həqiqi hallarına uyğun olmadığını, tərtib edilmiş aktlar yarımçıq tərtib edilmiş, müxtəlif orqanların cavabdehə ünvanladığı cavabların səthi və formal xarakter daşımasını əsas gətirərək birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi iş mahiyyəti üzrə baxmağa tam hüquqlu məhkəmə olaraq, iş materiallarında olan sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, iddiaçının giriş-çıxış yolunun açılmasını tələb etdiyi ünvandan başqa digər ərazidən mülkiyyətində olan evə giriş-çıxışın mümkünlüyünü araşdırmamış, iş üzrə keçmişdəki yazışmaların məhkəmə kollegiyasının müəyyən etdiyi işin hansı halına uyğun gəlmədiyi, tərtib edilmiş akların yarımçıqlığının, müxtəlif orqanların ünvanladığı məktubların səthi və formal xarakter daşımasının nədə ifadə olunmasını əsaslandırmamışdır. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, işə baxılması nəticəsində, o cümlədən apellyasiya icraatı qaydasında qəbul olunmuş hər bir məhkəmə qətnaməsi məhkəmənin mübahisə üzrə gəldiyi nəticəsini, işin hallarına dair hüquqi mövqeyini özündə əks etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə a ktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası nın MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyy ən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.02.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X5rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsini n həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.02.2019-cu il tarixli 2(107)-323/201Bnömrəli qətnaməsi ləğv edilsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar