Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4326/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ Açar sözlər: subyektə görə yalan əqd, uydurma əqd, hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə qarşı yalan əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğv i barədə ilkin, Cavabdeh1 əmlakın qaytarılması tələbi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2721/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ilə 3912 ABŞ dolları məbləğində pulun müştərək qaydada İddiaçı (bundan sonra – iddiaçı), X5 və X2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2018-ci il tarixli qərarı ilə həmin əmr üzrə icra icraatına b aşlanılmışdır. 2. “Lexus LX 570” markalı, ban nömrəsi JTJHY00W804084672 olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə iddiaçının, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçının qızı Cavabdeh1 (bundan sonra – cavabdeh) adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə komisyon mağazada satılması üçün onun adından qeydiyyatdan çıxarılmışdır. 3. “Lexus NX 200” markalı, 2018-ci il buraxılışlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) xx.xx.2018-ci il tarixdə hesab-arayış əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, avtomobilə **-SJ-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. 18 iyul 2018-ci il tarixdə cavabdeh avtomobili idarə etmək üçün iddiaçıya etibarnamə vermişdir. 4. 17.09.2019-cu il tarixdə "xxxx" ASC borcun ödənilməsi i lə əlaqədar icra sənədi üzrə icraata xitam verilməsi barədə icra şöbəsinə müraciət ünvanlamış, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata öhdəliyin icra edilməsi əsası ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə (bundan sonra - BDYPİ) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlərin və sənədləşmə işlərinin etibarsız hesab edilməsi, habelə BDYPİ tərəfindən verilmiş AD seriyalı, 285001 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sözügedən avtomobilə dair nəqliyyat vasitələrinin reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və avtomobilin onun adına rəsmiləşdirilməsinin BDYPİyə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ilkin olaraq onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonla barter razılaşması apararaq, aralarındakı şifahi razılığa əsasən mülkiyyətindəki avtomobili artıq köhnəldiyindən və təmir xərcləri artdığından üzərində əlavə pul məbləği verməklə həmin avtosalona verib əvəzində onlardan mübahisəli avtomobili almışdır. Qeyd olunan faktı həmin avtosalonun sahibi və əməkdaşları təsdiq edə bilər. Mübahisə predmeti olan avtomobil alınarkən ona təhkim edilən dövlət nöm rə nişanı (**-SJ-***) onun barter üçün avtosalona verilən əvvəlki avtomobilinin dövlət nömrə nişanı olmuş və xahişi ilə yeni avtomobilə təhkim edilmişdir. Lakin ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığından, bu münaqişələr məhkəmə mübahisəsi həddinə çatdığından, boşanma və s. hallarla müşayiət olunduğundan sözügedən avtomobilin gələcəkdə bu mübahisələrin predmetinə çevrilməməsi üçün avtomobili şərti olaraq qızı olan cavabdehin adına rəsmiləşdirmişdir. Qızı heç vaxt həmin avtomobili idarə etməmişdir. Bu fakt şahid ifadələri və zərurət yarandığı halda BDYPİ-dəki məlumatlarla da təsdiq edilə bilər. Avtomobil daim onun istifadəsində və faktiki sahibliyində olmuşdur. Qeyd olunan avtomobillə bağlı aparılmış əqd əsl əqdi, yəni onunla həmin avtosalon arasın dakı barter və alqı-satqı müqaviləsini pərdələmək məqsədi daşımışdır. Qızının heç vaxt həmin avtomobili idarə etməməsi, faktiki sahibliyində saxlamaması, əmlakın dəyərini ödəmək üçün zəruri maddi imkana malik olmaması, əmlakın dəyərinin avtomobil və pul müqabilində məhz özü tərəfindən ödənilməsi, həmçinin avtomobilə qeydiyyat şəhadətnaməsi verilərkən ona təhkim edilən dövlət nömrə nişanının məhz əvvəlki avtomobilinin nömrə nişanı olması, habelə avtomobilin ötən müddətdə məhz onun faktiki sahibliyində və istifadəsində olması, yalnız tərəfindən idarə olunması qeyd olunan halları və mübahisələndirilən əqdin həqiqətən də yalan əqd olmasını təsdiq etmişdir. Məhkəmə prosesində zərurət yarandığı halda istinad olunan ailə-məişət mübahisələri ilə bağlı məhkəmə qərarlarını da təqdim edə bilər. Cav abdeh onunla münaqişə şəraitində olan və ona qarşı əmlak iddiaları olan digər ailə üzvlərinin təsiri altında avtomobilin idarə olunması ilə bağlı sözügedən etibarnaməni ləğv etdirmiş və avtomobili tələb etməyə başlamışdır. Belə olan halda o, aralarındakı yalan əqdin onun pərdələdiyi əsl əqdlə əvəz olunması və etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmağa məcbur qalmışdır.
7. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) iddianın əsaslandırılmasına dəqiqləşdirmə ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı ilə vəkil xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanması çərçivəsində hazırkı mülki iş üzrə mübahisə predmeti olan münasibətləri və epizodları müzakirə edərkən aralarında anlaşmazlıq yaranmış, iddiaçının hadisələri rabitəsiz, qeyri-ardıcıl və emosional nəql etməs i, eyni zamanda müzakirə əsnasında hazırkı mübahisə predmeti ilə bilavasitə əlaqəsinin olub-olmamasından asılı olmayaraq gündəlik həyatında qarşılaşdığı bütün hüquqi problemlərdən, habelə şəxsi ailə münaqişəsindən bəhs etməsi nəticəsində onda belə bir yanlış qənaət formalaşmışdır ki, sanki iddiaçı ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığından, bu münaqişələr məhkəmə mübahisəsi həddinə çatdığından, boşanma, eyni şəxslə yenidən nikah və s. hallarla müşayiət olunduğundan hazırkı mübahisə predmeti olan avtomobilin gələcəkdə bu mübahisələrin predmetinə çevrilməməsi üçün şərti olaraq cavabdehin adına rəsmiləşdirmişdir. Məhz belə yanlış qənaət nəticəsində tərəfindən iddia ərizəsi tərtib edilərkən mübahisələndirilən yalan əqdin bağlanması və əsas əqdin pərd ələnməsi motivi kimi qeyd olunan əsas göstərilmişdir. Lakin, proseslərin sonrakı axarı və hüquqlarını müdafiə etdiyi şəxslə hadisələrin və epizodların təkrar müzakirələri nəticəsində ona aydın olmuşdur ki, mübahisəli avtomobilin alqı-satqısını qızının adına rəsmiləşdirməklə, əslində özü ilə bağlanmış alqı-satqını bu formada pərdələməkdə iddiaçının əsas motivi və məqsədi həmin nəqliyyat vasitəsini borclu qismində müştərək borclu olduğu ödənilməmiş kredit öhdəliyi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2536/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin icrası çərçivəsində həyata keçirilən məcburi icra tədbirlərindən yayındırmaq olmuşdur. Belə ki, iddiaçının deməsinə görə öz mülahizələri əsasında kredit müqaviləsi üzrə pulu özü deyil, məhz dostunun götürməsini, dostuna onun xahişi ilə zamin durmasını, bununla bağlı heç bir maddi marağının olmamasını, götürülən məbləğdən yalnız dostunun bəhrələnməsini və belə olan halda borcu da onun qaytarmalı olmasını əsas gətirərək, prinsipial olaraq məhkəmə əmri üzrə borcu ödəməmiş, lakin əmlakının da məcburi icra tədbirlərinə - siyahıya alınmaya, üzərinə həbs qoyulmasına, tələbkara təklif olunması və s. məruz qalmaması üçün aldığı yeni avtomobil üzrə sənədləşmə işlərini qızının adına aparmış, bununla da faktiki olaraq özü ilə bağlı olan alqısatqını qeyd olunan məqsədlə qızının adına bağlanmış əqd kimi pərdələmişdir. Kredit borcu yalnız 17 sentyabr 2019-cu il tarixdə ödənilmiş. Təsadüfi olmamışdır ki, mübahisəli nəqliyyat vasitəsinin alqı-satqısı məhz 14 iyul 2018-ci il tarixdə, yəni qeyd olunan məhkəmə əmrinin icrası üzr ə icra məmuru tərəfindən başlanmış icraatdan, könüllü icra müddətinin başa çatmasından və məcburi icra tədbirlərinin başlanmasından sonra (25 mart 2018-ci il tarixdən sonra) aparılmışdır.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, iddiaçının qanunsuz sahibliyində olan mübahisəli avtomobilin işlək vəziyyətdə ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil alınarkən atasının nikahı olmamış və babası X1 olduğundan hansısa vərəsəlik məsələsindən və ailədaxili problemdən söhbət gedə bilməzdi. Mübahisəli avtomobil ona və **-SV-*** dövlət nömrə nişanlı, 2019-cu il buraxılışlı, “MAZDA 3” minik avtomobili xx.xx.2019-cu il tarixdə bacısı X4 mərhum babala rı X6 tərəfindən hədiyyə kimi alınmışdır. Babası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atası onun avtomobilini sürmək istədiyi üçün ona etibarnamə vermişdir. Hal-hazırda bacısı öz avtomobilini idarə edir. Lakin bir müddət keçdikdən sonra onun evinin yaxınlığında yerləşən və onlara məxsus olan qeyri-yaşayış sahəsini (obyekti) icarəyə götürən şəxs anasına zəng vuraraq atasının avtomobili idarə etmədiyini və baxımsız vəziyyətdə həyətə atdığını bildirib. Bundan sonra atasının onun mülkiyyətində olan avtomobilin beynini və ötürücü qutusunu satdığına görə məcburiyyət qarşısında qalaraq xx.xx.2021-ci il tarixdə ona verdiyi etibarnamǝni ləğv etdirərək, avtomobilin işlək vəziyyətə gətirilməsini ondan tələb etmiş, atası isə maşını təmir etdirmək əvəzinə yaşadığı evdən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, hətta avtomobilin həmin vəziyyətdə evdən götürülməsinə razılıq verməmişdir.
10. İddiaçının vəkili ilkin iddia tələbini müdafiə edərək, həmçinin bildirmişdir ki, mülkiyyət hüququnun əsas tərkib əlamətlərindən biri də əmlakdan istifadədir. Lakin cavabdeh heç vaxt həmin avtomobildən istifadə etməmişdir. Ailədaxili münasibətlərdə gərginliklər olsa da, hətta iddiaçı qızına ev belə bağışlamışdır. Rəsmi bağışlama müqaviləsi olmasa da, öz adına olan evi qızına vermişdir. Oğlu üçün də ev almışdır. Özü isə hazırda atası evində yaşayır. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən 6 ay əvvəl ailədaxili problemlər nəticəsində qızı avtomobilin idarə edilməsi üçün atasına verdiyi etibarnaməni ləğv etdirmiş, nəticədə idd iaçı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
11. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində bildirmişdir ki, iddiaçının bibisi oğludur. Mütəmadi olaraq bir-birlərinin evinə qonaq gedib-gəlmiş, vaxtaşırı zəngləşmişlər. “400” nömrəsi həmişə iddiaçının istifadəsində və həmişə “Lexus” markalı avtomobildə olmuşdur. Mübahisəli avtomobildən əvvəl iddiaçının “Lexus” markalı başqa avtomobilləri olub. Mübahisəli avtomobil hər zaman, hətta pandemiya ərəfəsi, ondan əvvəl iddiaçının istifadəsində olub, heç vaxt cavabdeh tərəfindən idarə edilməyib. Avtomobilin başqasının adına qeydiyyata alınması iddiaçının kredit borclarına görə atdığı addım olmuşdur. Avtomobil təzə alınan zaman cavabdehi yox, iddiaçını təbrik etmişdir. İddiaçının həmişə avtomobil dəyişmək kimi adəti olmuşdur. Mərhum bibisin in yoldaşı Vaqifin nəvəsi olan cavabdehə avtomobil hədiyyə etməsi kimi bir elanını eşitməmişdir.
12. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, 2016-cı ildən vəfat edənə qədər iddiaçının atasının sürücüsü olmuşdur. 11 yaşından iddiaçı ilə eyni məhəllədə böyümüşdür. Mübahisəli avtomobil iddiaçı tərəfindən öz puluna alınmışdır. Həmin avtomobilin cavabdeh tərəfindən idarə edilməsinin şahidi olmamışdır. Avtomobil alınanda iddiaçını təbrik etmiş, sonuncu avtomobilin qızının adına olması ilə bağlı ona heç nə deməmişdir. İddiaçı, atası Vaqif və özü həyətdə olarkən, iddiaçı onlara adına kreditin olduğunu bu səbəbdən (keçmiş ağ rəngli “Lexus”) avtomobili qızının adına keçirəcəyini demişdir. Atası da, Emilə “maşın özünündür necə istəyirsən et” demişdir. Ailənin başqa avtomobili olmamışdı r. Onun bildiyi avtomobillər Vaqif müəllimin ağ “Lexus” markalı avtomobili və iddiaçının istifadəsində olan qara “Lexus” markalı avtomobil olmuşdur.
13. X15 ifadəsində bildirmişdir ki, 1994-cü ildən Azərbaycanda yaşayır. Şəxsi avtosalonu var. İddiaçıya mübahisəli avtomobili satmışdır. Belə ki, “Lexus” rəsmi mağazasından alıb, satışla məşğul olmuşdur. Maşını iddiaçının adına almış və onun adına rəsmiləşdirmişdir. Ödədiyi pulun qəbzini “Lexus” vermiş, alıcı olaraq iddiaçının adı göstərilmişdir. İddiaçının köhnə bir “Lexus”u olub, onu gətirib yenisi ilə dəyişmək istədiyini bildirib. Maşının qiyməti 43000 ABŞ dolları olub. Köhnə maşını 40000 ABŞ dolları qiymətləndirmiş, 3000 ABŞ dolları üstündə alıb dəyişmişdir. Nömrəsini də təzə maşına keçirmişlər. Bundan sonra iddiaçı ilə görüşməmişlər. Laki n bir dəfə iddiaçı ona zəng etmiş, maşını vurduğunu və buna görə də ona maşının hissəsinin lazım olduğunu bildirmişdir. Cavabdehi tanımamış, avtomobili qızının adına almamış, öz adına olmaqla, özü üçün almışdır. Lakin “Lexus” da arayış yazılmış, iddiaçı kimin adını qeyd edibsə, onun adına rəsmiləşdirmişdir. Bu barədə məlumatı olmamışdır.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-371/2023 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) ilkin iddia təmin edilərək, mübahisəli avtomobilin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış bütün əqdlər və sənədləşdirilmələrin etibarsız hesab edilməsi, həmin avtomobilin iddiaçının adına rəsmiləşdirilməsinin BDYPİ-yə həvalə edilməsi; qarşılıqlı iddia tələ binin rədd olunması qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli avtomobilə dair "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. 2020-ci il tarixə kimi arayış-hesab vərəqəsi alqı-satqı müqaviləsini əvəz etmişdir.
16. İddiaçı mübahisəli avtomobili ticarət nümayəndəsi və ya komisyonçu olan və məhkəmə iclasında şahid qismində dindirilən Kadir Kuzu adlı şəxsdən aldığını və formal olaraq iş üzrə cavabdeh olan qızının adına rəsmiləşdirdiyini iddia etmişdir. Baxmayaraq ki, Kadir Kuzu adlı şəxsin “Lexus” rəsmi servisi ilə hansı müqavilə münasibətlərində olduğu qeyri-müəyyən olsa da, tədqiq edilmiş sübutlar onu göstərmişdir ki, iddiaçının tələbinin dəlilləri həqiqətə uyğun olmuşdur.
17. Məhkəmə qeyd et mişdir ki, mübahisəli avtomobilin nömrə nişanı hər zaman iddiaçının mülkiyyətində olduğu avtomobillərə təhkim edilmişdir. Həqiqətən də LPO "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi (kreditin müddəti: xx.xx.2015-xx.xx.2016) üzrə iddiaçı zamin olmuş və həmin kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə borclulardan 3912 ABŞ dolları məbləğində pulun tutulması barədə məhkəmə tərəfindən əmr verilmişdir. Bundan başqa icra orqanı tərəfindən icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. Tərəflərlə qohumluq münasibəti və mübahisənin həllində marağı olmayan neytral şəxs kimi məhkəmə iclaslarında dindirilmiş şahidlər Kadir Kuzu və X3 ifadələrində məhz mübahisəli avtomobilin faktiki olaraq iddiaçıya məxsus olduğ unu təsdiq etmişlər.
19. Bundan əlavə nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışına əsasən “Lexus LX570” minik markalı, **-SJ-*** nömrə nişanlı, avtomobilin xx.xx.2013-cü il tarixdə iddiaçının adına birbaşa rəsmiləşdirilmişdir. Qeydiyyat üçün əsas QİŞ-in arayışı olmuşdur. Sonradan həmin avtomobil alqı-satqı müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə cavabdehin adına keçmiş və həmin gün iddiaçıya təqribən 7 il müddətinə etibarnamə verilmişdir. Eyni zamanda digər şahid də “Lexus LX570” minik markalı, **-SJ*** nömrə nişanlı avtomobili bütün vaxtlarda iddiaçının idarə etdiyinin şahidinin olduğunu bildirmişlər. İddiaçı cavabdehin həmin vaxt sürücülük hüququnun olmadığını bildirmiş və cavabdehin həqiqətən də 2019-cu ildə sürücülük vəsiqəsi aldığı elektron informasiya sistemindən müəyyən edilmişdir.
20. Məhkəmə belə qənaətə gəlmişdir ki, atasına məxsus olan nəqliyyat vasitəsinin 5 il sonra sürücülük hüququ olmayan qızının adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirilməsi, avtomobilin əvvəlki nömrəsinin yeni mülkiyyətçiyə verilməsi (halbuki əgər əvvəlki mülkiyyətçinin avtomobili satmaq və özünə yeni avtomobil almaq niyyəti olsaydı 10 ildən artıq onun sərəncamında olan avtomobil nömrəsini itirmək istəməsi məntiqə sığmır), eyni tarixdə əvvəlki mülkiyyətçiyə etibarnamə verilməsi, avtomobilin yeni mülkiyyətçisi kimi hər hansı iradənin (sürmək, istifadə etmək) ifadə edilməməsi, avtomobilin başqa avtomobillə dəyişdirilərkən belə etirazın olmaması əqdin uydurma olduğu qənaətini formalaşdırmışdır. Yəni hətta xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin də görüntü yaratmaq üçün bağlandığı mübahisə doğurmamışdır.
21. Məhkəmə qeyd etmişdir ki, bunun davamı olaraq mübahisəli avtomobilin də birbaşa cavabdehin adına rəsmiləşdirilməsi başqa əqdin pərdələnməsi kimi çıxış etmişdir. Yəni əslində iddiaçı mülkiyyəti hesab etdiyi avtomobili əlavə pul ödəməklə mübahisə predmeti olan avtomobillə dəyişdirərkən, hansı ki, bu dəyişmə prosedur olaraq 2 eyni tarixli alqı-satqı müqaviləsinin nəticəsində baş vermişdir, həmin dəyişməni ikinci alqı-satqı müqaviləsi ilə pərdələmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 662.2-ci maddəsinin tələbi baxımından dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir və dəyişdirilməli malların qiyməti tərəflərin razılığı i lə müəyyən edilə bilər.
22. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirdiyi “Lexus LX570” minik markalı, **-SJ*** nömrə nişanlı avtomobili xx.xx.2018-ci il tarixdə Kadir Kuzu adlı şəxsə satmış və həmin tarixdə faktiki olaraq onun vasitəçiliyi ilə “Lexus” rəsmi servisi ilə alqı-satqı müqaviləsi əsasında mübahisəli avtomobili qızının adına rəsmiləşdirmişdir. Yenə eyni tarixdə özünə avtomobili idarə etmək üçün cavabdehdən etibarnamə almışdır. Göründüyü kimi iddiaçının Kadir Kuzunun vasitəçiliyi ilə “Lexus” rəsmi servislə bağladığı xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi (faktiki olaraq Kadir Kuzu ilə dəyişdirmə və "xxxx" MMC ilə alqı-satqı müqaviləsi) cavabdehlə “Lexus” rəsmi servisi arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ilə pərdələnmişdir.
23. Məhkəmə cavabdeh tərəfin mübahisəli avtomobilin əslində babası tərəfindən ona hədiyyə edildiyi və avtomobili idarə etmək niyyəti ilə atasına verdiyi barədə etirazının dəlillərini hər hansı sübuta söykənməyən formal mülahizə hesab etmişdir.
24. İlkin iddia ilə bağlı məhkəmə yekun olaraq belə qənaətə gəlmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Odur ki, həmin müqavilə etibarsız olduğundan və hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.
25. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə hesab etmişdir ki, ilkin iddianın əsaslılığı qarşılıqlı iddianın tam və ya qismən təmin edilməsini aradan qaldı rdığından və ilkin iddia təmin edildiyindən qarşılıqlı iddia əsassızdır.
26. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 157, 337, 340, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əqdin yalan əqd hesab edilməsi üçün, oxşar olsa da, məhz iki ayrı əqd mövcud olmalı və bu əqdlərdən biri digərini pərdələməli idi. Məhkəmə tərəfindən “Lexus” rəsmi servisinə aidiyyəti aydınlaşdırılmayan Kadir Kuzu adlı şəxsin iddiaçı ilə hər hansı ikinci əqd bağlamaları, sonuncuların izahatlarından başqa heç bir sübutla təsdiq olunma mışdır. Əslində iddiaçı da, öz tələbləri ilə onun qeyd etdiklərini təsdiq etmiş, sonuncu öz doğma qızı ilə bağlanmış əqdin etibarsızlığını tələb etsə də, əslində məhz həmin əqdin, yəni eyni alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab edilməsini xahiş etmişdir. Hakim də eyni əqdin iddiaçı ilə bağlanmış hesab edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. İddianın əsaslarının həqiqətə uyğun olmadığını təsdiq edən mühüm hallardan biri də, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirildiyi gündən 4 ildən artıq vaxt keçdikdən sonra, 2022-ci ilin sentyabr ayında iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi olmuşdur. İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata xitam verilməsi haqqında qərarın qəbul edildiyi vax tdan, yəni xx.xx.2020-ci il tarixdən 2 ildən artıq müddət keçdikdən sonra əqdin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi belə vəziyyətdə müddətlərlə, xüsusən kəsici müddətlə bağlı qanunvericiliyin və məhkəmə təcrübəsinin tələblərini diqqətdən kənarda qoymuşdur.
29. Apellyasiya baxışı zamanı "xxxx" MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2721/2023 nömrəli mülki iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddiaya aid hiss ədə qismən ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, ilkin iddia qismən təmin edilmiş, mübahisəli avtomobilin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı tərtib edilmiş 745458 nömrəli, 14 iyul 2018-ci il tarixli arayış-hesabın etibarsız hesab edilməsi və BDYPİ tərəfindən rəsmi reyestrdə onun adına aparılmış qeydiyyat, habelə verilmiş AD seriyalı, 285001 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın mübahisəli avtomobillə əlaqədar edilmiş hərəkətlərin və sənədləşmənin etibarsız hesab edilməsi və s. tələblərdən ibarət olmasına baxmayaraq, tərəflər arasında “Lex us LX 570” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinə də (əlaqəli əqd kimi) münasibət bildirilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının mülkiyyətində olan “Lexus LX 570” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına qeydiyyata alınmışdır. Buna əsas tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. İşdə olan sübutlara əsasən həmin əqdin əhəmiyyətsiz əqd olması öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfin bildirdiyi və qarşı tərəfin dəqiq cavab verə bilmədiyi məsələ üzrə müəyyən edilmiş hallara görə bağlanmış alqı-satqı müqaviləsi üzrə bu kateqoriyadan olan müqavilənin mühüm şərtlərindən biri olan alıcının mülkiyy ətinə qəbul etdiyi əmlak müqabilində pul ödəmək şərtinə riayət edilməmiş, həmin müqavilə üzrə “Lexus LX 570” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvəzinə hər hansı məbləğdə pul ödənilməmişdir.
32. Halbuki alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsini, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Beləliklə nə iddiaçı, nə də cavabdeh “Lexus LX 570” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq və digər tərəfdən həmin əmlakı mülkiyyətinə qəbul etmək niyyətində olmamış, əsas məqsədləri bu əmlakın üzərində cavabdehin hüquqlu olması görünüşünü yaratmaq olmuşdur. Belə ki, həmin avtomobil üzərində hüquqların qeydiyyatı müqavilə əsasında cavabdehə keçsə də, iddiaçının bu əmlakdan sərbəst istifadə etmək və sahiblik etmək imkanları məhdudlaşdırılmamış, əqdin bağlandığı tarixdə müqavilə predmeti olan avtomobilə dair cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilmişdir.
33. Məhkəmə hesab etmişdir ki, mübahisəli avtomobil barədə də eyni nəticəyə gəlmək olar. Belə ki, hər iki halda əqd iştirakçılarının əsl iradələri müvafiq mülki-hüquq münasibətlərinin yaranmasına yönəlməmiş, üçüncü şəxslərə münasibətdə onlara lazım olan hüquqi nəticələri yaratmaqdan ibarət olmuşdur. Belə şəraitdə bağlanan əqd görünüş üçün bağlanmış əqd kimi qiymətləndirilir və əhəmiyyətsizdir. Başqa sözlə, “Lexus LX 570” minik markalı və “Lexus NX 200” markalı avtomobillərə dair bağlanmış əqdlər uydurma əqd hesab edilməli və tərəflər arasında real vəziyyət bərpa olunmalıdır. Belə ki, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
34. Məhkəmə işdə olan sübutlar əsasında müəyyən etmişdir ki, **-SJ-*** dövlət qeydiyyat nişanı 2006, 2009, 2012-ci illər ərzində iddiaçının mülkiyyətində və istifadəsində olan avtomobillərin üzərində olmuş, “Lexus LX 570” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı avtomobil satılan zaman həmin avtomobil onun yeganə nəqliyyat vasitəsi olmuşdur. Hər iki avtomobilin iddiaçının sahibliyində və istifadəsində olması halı iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır (məhkəmə şahid qismində dindirilən Kadir Kuzunun ifadəsini, onun “Bakı Lexus” şirkətinə aidiyyəti müəyyə n edilmədiyi üçün sübutlar siyahısından çıxarmışdır). Cavabdeh yuxarıda qeyd edilənləri təkzib edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin görüntü yaratmaq üçün bağlandığına dair gəldiyi qənaətlə razılaşaraq, həm də “Lexus LX 570” minik markalı avtomobilin “Lexus NX 200” markalı avtomobilin dəyişdirilməsinə və həmin avtomobilin yenidən cavabdehin adına rəsmiləşdirilməsinə dair tərəflərin (iddiaçı ilə cavabdehin) gəldiyi razılaşmanın əvvəlki alqısatqı müqaviləsinin davamı kimi qəbul etmiş və həmin razılaşmanın da uydurma əqd olması əsası ilə əhəmiyyətsiz olduğunu qeyd etmişdir. Belə ki, alqı-satqı müqaviləsi bağlanan zaman üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq üzrə güdülən məqsəd iddiaçı ilə cavabdeh tərəfindən başqa subyektiv tərkibdən istifadə edilməklə təkrarlanmışdır.
36. Baxmayaraq ki, ilkin iddia üzrə iddiaçı iddia tələblərinin qanuni əsası kimi, “Lexus NX 200” markalı avtomobil barəsində aparılmış hərəkətlərin yalan əqd olaraq qiymətləndirilməsinə dair dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsi bu istinadla razılaşmış, işin faktiki halları mübahisələndirilən əqdlərin uydurma əqd olmasına dəlalət etmişdir. Çünki yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir və bu işdə həmin əlamətlərin hamısı (tərəflər özləri üçün hər hansı hüquqi nəticə yaratmaq niyyətində olmaları, onların pərdələmək istədikləri əqdin mövcud olması) müəyyən edilməmişdir. Yalan əqdin etibarsızlığının əsas səbəbi müqavi lə tərəflərinin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Halbuki müqavilə tərəfi olan "xxxx" MMC-nin tərəflərin güddükləri məqsəddən məlumatlı olması faktı öz təsdiqini tapmamışdır. Bu da əslində razılaşmanın tərəflərinin - iddiaçı ilə cavabdeh olmasına, MMC tərəfindən verilmiş hesab-arayışın həmin razılaşmanın nəticəsi olmasına dəlalət etmişdir.
37. Məhkəmə mübahisəyə etibarsız əqdlərlə bağlı kəsici müddətlərin tətbiq olunması barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.
38. Məhkəmə, həmçinin qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmışdır.
39. Beləliklə, məhkəmə işin faktiki hallarını müzakirə ed ərək, hesab etmişdir ki, birinci instansiyası məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
40. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324, 337, 340, 354-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd və qarşılıqlı i ddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını tətbiq edərkən ziddiyyətli mövqe nümayiş etdirmişdir. Belə ki, məhkəmə bir tərəfdən, hazırkı işə heç bir hüquqi nəticə yaratmayan uydurma əqdlə bağlı Mülki Məcəllənin 340.1-ci maddəsini tətbiq etmiş, digər tərəfdən isə kəsici müddətlə bağlı cavabdehin dəlilinə münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337.5-ci maddəsi (restitusiya qaydası) və 354.1-ci maddəsi ilə bağlı şərhlərinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi nəzərdən qaçırmışdır ki, uydurma əqdin hüquqi nəticələri olmur, bu səbəbdən də burada əqdin etibarsızlığının nəticələrindən söhbət gedə bilməz. Yəni, uydurma əqdə Mü lki Məcəllənin 337.5-ci maddəsi (restitusiya qaydası) tətbiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi kəsici müddət məsələsində Mülki Məcəllənin 354.1-ci maddəsinin deyil, 354.2ci maddəsinin tələblərini tətbiq etməli idi. Belə ki, iddiaçı məhz 14 iyul 2018-ci il tarixli əqdin etibarsız hesab edilməsinə dair iddia irəli sürmüş, həmin əqdi mübahisələndirmişdir. Göründüyü kimi burada əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia olmamışdır.
43. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə “uydurma əqd”lə bağlı maddi hüquq normasını tətbiq etsə də, bu növ əhəmiyyətsiz əqdin mahiyyətinin nədən ibarət olduğuna varmamış, habelə “uydurma əqd”in hazırkı münasibətlərə heç bir aidiyyətinin olmadığını müəyyən edə bilməmişdir. Nəticədə, hazırkı iş üzrə maddi-hüquq normasın ı düzgün tətbiq etməmiş, öz mövqeyini düzgün əsaslandırmamışdır. Halbuki uydurma əqd üçüncü şəxslər üçün, onlara lazım olan hər hansı hüquqi nəticələr yarada bilməz. Məhz bu səbəbdən hakim qətnaməsində üçüncü şəxslərin kimliyi və onlar üçün hansı hüquqi nəticələr yaranacağını göstərə bilməmişdir. Digər tərəfdən, hazırkı iş üzrə alqı-satqı subyektləri bir tərəfdən “Lexus” avtosalonu, digər tərəfdən isə cavabdeh olmuşdur. Belə vəziyyətdə, məhkəmə “Lexus” avtosalonunun nəqliyyat vasitəsinin alqısatqısı zamanı əsl niyyətinin nədən ibarət olduğunu göstərə bilməmişdir. Nəqliyyat vasitəsi satan avtosalon, həqiqətən nəqliyyat vasitəsini satmış və nəqliyyat vasitəsinə görə sonuncuya ödəniş də edilmişdir. Burada “uydurma əqd”dən söhbət gedə bilməz. Əgər satış salon tərəfindən görüntü üçün edilmişdis ə, onda həqiqətdə nəqliyyat vasitəsi şəxsə satılmamalı (faktiki verilməməli), pul vəsaiti (və ya naturada barterlə ödəniş) isə qəbul edilməməli idi. Əksinə, nəqliyyat vasitəsinin həqiqətən şəxsə satılması həyata keçirilmiş və həmin nəqliyyat vasitəsinə görə ödəniş də tam olaraq satıcıya ödənilmişdir. Digər tərəfdən, avtosalonun hansı üçüncü şəxslərə münasibətdə onlara lazım olan hüquqi nəticələri yaratmaq niyyətinin (əsl niyyətinin) olması da qətnamədə izah edilməmişdir. Çünki, avtosalonun nəqliyyat vasitəsini satmaqdan başqa hər hansı başqa niyyəti olmamışdır. Əslində üçüncü şəxslər üçün hüquqi nəticələr yaratmaq niyyətinin mövcudluğu, “uydurma əqd” institutuna aid deyildir.
44. Apellyasiya instansiyası məhkəməsi şahid qismində dindirilən Kadir Kuzunun ifadəsini sübutlar siyahısından çıxa rsa da, qətnamənin 48-ci bəndində qeyd etmişdir ki, “hər iki avtomobilin iddiaçının sahibliyində və istifadəsində olması halı iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır”. Apellyasiya instansiyası məhkəməsi burada hansı şahidləri (adları, soyadları və ata adları göstərilməmişdir) nəzərdə tutduğunu və ifadələrinin nədən ibarət olduğunu qeyd etməmişdir. Məhkəmə mübahisəli avtomobilin məhz cavabdehin etibarnaməsi əsasında iddiaçının sahiblik və istifadəsinə verildiyini, işin bu halının mübahisələndirilmədiyini, etibarnamə ilə nəqliyyat vasitəsinin sahiblik və istifadəyə verilməsinin, həmin nəqliyyat vasitəsinin sonuncunun mülkiyyətinə verilməsi üçün əsas ola bilmədiyini nəzərə almamışdır. Məhkəmə yanlış olaraq avtomobil nömrə nişanlarının əvvəllər kimə məxsus olması əs asında əmlaka mülkiyyət hüququ tanınmasını və əqdin etibarsız hesab edilməsi üçün bu halın əsas götürülməsini mümkün hesab etmişdir.
45. Kassator şikayətini Mülki Məcəllənin 340, 354-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 217, 389-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
47. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
48. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtər əfli iradə ifadəsidir.
49. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
50. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
51. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
52. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
53. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
54. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
55. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
56. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
57. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquql arın həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı
58. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələy irlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir.
59. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müq avilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. 60....subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəfl ər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
61. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
62. Pərdələnən m üqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
63. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. 64....Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri p ərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.
65. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı 66....əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
67. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin eti barsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan suiistifadəyə yol verməməlidirlər.
68. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi).
69. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərind ən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Prosessual Məcəllə
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
78. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin olunmaması hissələrində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
79. Baxılan iş üzrə birinci instansiya məhkəməsi mübahisəli avtomobilin cavabdehin adına qeydə alınmasına əsas olmuş əqdi subyektə görə yalan əqd hesab etməklə etibarsız (əhəmiyyətsiz) hesab etmiş və Mülki Məcəllənin 340.2-ci maddəsinə istinadla ilkin iddianı təmin etmişdir.
80. Apellyasiya instansiyası məhkəməsi həmin əqdin yalan əqd olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmamış və öz mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə mübahisələndirilən ə qddə yalan əqdin bütün əlamətləri (tərəflərin özləri üçün hər hansı hüquqi nəticə yaratmaq niyyətində olmaları, onların pərdələmək istədikləri əqdin mövcud olması) müəyyən edilməmişdir. Çünki yalan əqdin etibarsızlığının əsas səbəbi müqavilə tərəflərinin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Halbuki iş üzrə müqavilə tərəfi olan "xxxx" MMC-nin tərəflərin güddükləri məqsəddən məlumatlı olması faktı öz təsdiqini tapmamışdır. Bu da əslində razılaşmanın tərəflərinin - iddiaçı ilə cavabdeh olmasına, MMC tərəfindən verilmiş hesab-arayışın həmin razılaşmanın nəticəsi olmasına dəlalət etmişdir.
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsin in işin müəyyən edilmiş faktiki halları üzrə gəldiyi yuxarıdakı nəticə Mülki Məcəllənin 340.2-ci maddəsinin məzmununa və həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olmuşdur.
82. Lakin apellyasiya instansiyası məhkəməsi eyni faktiki hallar əsasında baxılan iş üzrə cavabdehin mübahisəli avtomobili əldə etməsinə dair müqaviləni uydurma əqd hesab etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 340.1ci maddəsinə müvafiq olaraq, başqa əqdi pərdələyən yalan əqddən fərqli olaraq, uydurma əqdin bağlanması zamanı tərəflərin həmin əqdə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmur və əqd yalnız görünüş üçün bağlanır.
83. Uydurma əqd zamanı tərəflər əqdlə bağlı müəyyən hərəkətləri icra etsələr də, onların müvafiq hüquqi nəticələri əldə etmək məqsədləri olmur. Yalan əqdlərdə olduğu kimi uydurma əqdlərdə də müqavilənin qarşı tərəfi uydurmalıq niyyətindən xəbərsizdirsə və öz öhdəliklərini vicdanla yerinə yetirməyə çalışırsa, belə əqd uydurma hesab edilə bilməz.
84. Baxılan işin müəyyən edilmiş halları isə ondan ibarətdir ki, mübahisəli avtomobilə dair "xxxx" MMC ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış (hesab-arayış tərtib edilmiş), avtomobilin dəyərinin bir hissəsi digər avtomobillə, qalan hissəsi pulla ödənilmiş, bundan sonra avtomobil satıcının mülkiyyətindən çıxaraq, rəsmi reyestrdə cavabdehin adına qeydə alınmış və cavabdehin verdiyi etibarnamə əsasında uzun illər iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, müqavilə tərəfi olan (satıcı) "xxxx" MMC-nin tərəflərin həmin əqd bağlanarkən iddiaçı və cavabdehin güddükləri məqsəddən məlumatı olmamışdır.
85. İşin sadalanan faktiki halları müəyyən edildiyi halda məhkəmənin mübahisəli avtomobilin cavabdeh tərəfindən əldə edilməsinə dair əqdin uydurma olduğu barədə gəldiyi qənaət Mülki Məcəllənin 340.1-ci maddəsinin düzgün olmayan tətbiqi ilə nəticələnmişdir.
86. Bununla yanaşı, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından Məhkəmə kollegiyası aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir.
87. İddiaçı mübahisəli avtomobilin əldə olunmasına dair cavabdehlə bağlanmış əqdin etibarsızlığını ilkin olaraq onunla əsaslandırmışdır ki, ailə-nikah münasibətlərində və vərəsəlik məsələlərində ailədaxili problem yaşadığı ndan, bu münaqişələr məhkəmə mübahisəsi həddinə çatdığından, boşanma və s. hallarla müşayiət olunduğundan sözügedən avtomobilin gələcəkdə bu mübahisələrin predmetinə çevrilməməsi üçün avtomobili şərti olaraq qızı olan cavabdehin adına rəsmiləşdirmişdir. Sonradan iddiaçı (onun səlahiyyətli nümayəndəsi) iddianın əsasını dəyişərək, mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobilin alqı-satqısını qızının adına rəsmiləşdirməklə, əslində özü ilə bağlanmış alqı-satqını bu formada pərdələməkdə iddiaçının əsas motivi və məqsədi həmin nəqliyyat vasitəsini borclu qismində müştərək borclu olduğu ödənilməmiş kredit öhdəliyi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası çərçivəsində həyata keçirilən məcburi icra tədbirlərindən yayındırmaq olmuşdur. Belə ki, iddiaçı müəyyən səbəblərdən pri nsipial olaraq qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə borcu ödəməmiş, lakin əmlakının da məcburi icra tədbirlərinə - siyahıya alınmaya, üzərinə həbs qoyulmasına, tələbkara təklif olunması və s. məruz qalmaması üçün aldığı yeni avtomobil üzrə sənədləşmə işlərini qızının adına aparmışdır.
88. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məcəllənin 560-cı maddəsinə müvafiq olaraq mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadə hesab edilən əsas hərəkətlər Mülki Məcəllənin 560.3-cü maddəsində sadalanmışd ır.
89. Bu baxımdan hazırkı işin düzgün həlli, yuxarıda sadalanan hallarla yanaşı, həmçinin iddiaçının bu cür davranışlara istinadla əqdin etibarsızlığını tələb etməsinin hüquqdan sui-istifadə olub-olmadığı və vicdanlılıq prinsipinə uyğun olub-olmadığı barədə məsələlərə aydınlıq gətirilməsini tələb edir.
90. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan maddi hüquq normaları əsasında qiymət verilməklə yeni məhkəmə aktı qəbul olunmalıdır.
91. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2721/2023 nömrəli iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın təmin olunmaması hissələrində ləğv edilsin, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.