Məhkəmə qərarları › İş №2(102)-4328/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4328/2019

24.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4328/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Hacıyev Sənan Firudin oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi, İddiaçı Xnun vəkili Vəkil2, İddiaçı1nın vəkili X5, Cavabdeh1-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-860/2018 nömrəli iş üzrə 07 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı X və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: 1-ci iş üzrə: İddiaçı1 cavabdeh Şirkətə və ca vabdeh MMC-nə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,6 kv.metrdən ibarət olan 3 otaqlı 13 saylı mənzilə (bundan sonra – mübahisəli mənzil) sahiblik və istifadə hüququnun tanınması, mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla ə saslandırmışdır ki, iddiaçı, mübahisəli mənzili cavabdeh Şirkətdən 104 saylı 08.09.2007-ci il tarixli müqavilə əsasında almışdır. Müqavilədə mənzilin dəyəri 173.360 ABŞ dolları göstərilmişdir. İddiaçı, cavabdeh Şirkətin xəzinəsinə 24.08.2007-ci il tarixdə 22.000 ABŞ dolları, 08.09.2007-ci il tarixdə 30.000 ABŞ dolları, 27.09.2007-ci il tarixdə 13.600 ABŞ dolları, 14.11.2007-ci il tarixdə 13.600 ABŞ dolları, 10.12.2007-ci il tarixdə 13.600 ABŞ dolları, 07.01.2008ci il tarixdə 13.600 ABŞ dolları, 21.01.2008-ci il tarixdə 6.800 ABŞ dolları, 11.03.2008-ci il tarixdə 6.800 ABŞ dolları, 20.03.2008-ci il tarixdə 13.600 ABŞ dolları, 30.05.2008-ci il tarixdə 10.000 ABŞ dolları, 19.07.2008-ci il tarixdə 16.600 ABŞ dolları, 11.08.2008-ci il tarixdə 6.800 ABŞ dolları, 27.08.2008-ci il tarixdə 4.000 AB Ş dolları, 22.12.2008-ci il tarixdə 2.360 ABŞ dolları, cəmi 173.360 ABŞ dolları məbləğində pulu, yəni mənzilin tam pay dəyərini ödəmişdir. Müqaviləyə əsasən, Şirkət 24 ay ərzində tikinti-quraşdırma işlərini başa çatdırıb mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin həmin müddət keçməsinə baxmayaraq mənzil təhvil verilməmişdir. İddiaçı mütəmadi olaraq Şirkətin ofisinə zəng edərək və ofisə gedərək öz iradlarını bildirmişdir, lakin Şirkətin nümayəndəsi hər dəfə yeni bəhanələr gətirərək mənzilin təhvil verilməsini uzatmışdır. Nəticədə, mənzil bu günə kimi Şirkət tərəfindən iddiaçıya təhvil verilməmişdir. Bununla yanaşı, Şirkətin nümayəndəsi iddiaçı ilə əlaqə saxlayaraq 10.06.2014-cü il tarixdə iddiaçını ofisə dəvət etmiş, artıq binaya dair məsələlərlə Şirkəti deyil, cavabdeh MM C-nin məşğul olduğunu bildirmişdir. İddiaçıya binanın tezliklə təhvil veriləcəyini və təmir işlərinin başlanacağını söz verərək qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqaviləni imzalamağı təklif etmiş və (işıq, su, qaz və siqnalizasiya) sayğacları üçün 1.200 manat pul istəmişdir. İddiaçı ilə MMC arasında “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” 49 saylı 10.06.2014-cü il tarixli müqavilə imzalanmış və iddiaçı 1.200 manatı da MMC-ya ödəmişdir. Lakin bugünədək mənzil iddiaçıya təhvil verilməmiş, hər iki cavabdeh üzərilərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 29 iyun 2016-cı il tarixli 2(011)-4204/2016 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m ibarət olan 3 otaqlı yaşayış sahəsi olan mənzilə İddiaçı1 nın sahiblik və istifadə hüququnun tanınması, həmin mənzildə təmir işlərinin aparılmasına maneəçilik törədilməməsi vəzifələrinin Cavabdeh2nə və Cavabdeh1-nə həvalə edilməsi qət edilmişdir. Rayon Məhkəməsinin iclaslarında iştirak etməyən cavabdeh MMC apellyasiya şikayəti ilə birgə qarşılıqlı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək Cavabdeh2 ilə İddiaçı1 arasında bağlanmış 08.09.2007-ci il tarixli 104 saylı “Müqavilənin” bağlandığı andan etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Aygün Abdullayeva) 06 mart 2017-ci il tarixli 2(103) -2522/2017 nömrəli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Xətai Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli 2(011)-4204/2016 nömrəli qətnaməsinin apelyanta münasibətdə dəyişdirilmədən saxlanılması, Cavabdeh1-nin İddiaçı1 na qarşı 08.09.2007-ci il tarixli, 104 saylı müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə qarşı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Ənvər Şadiyev, Qəhrəman Allahverdiyev) 10.07.2017-ci il tarixli 2(102)-5145/2017 nömrəli qərarı ilə Cavabdeh1-nin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 06.03.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkə məyə qaytarılmışdır. 2-ci iş üzrə: İddiaçı X3 cavabdehlər Cavabdeh1, İddiaçı1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzildən istifadə etməsinə, mənzilə giribçıxmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, cavabdehlər İddiaçı1 ilə MMC arasında imzalanmış 08.09.2007-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə MMC arasında bağlanmış 17.12.2006-cı il tarixli müqaviləyə əsasən, iddiaçı mübahisəli mənzili almış və onun dəyəri olan 157.600 manatı MMC-nə tam ödəmişdir. Mənzil daşınmaz əmlakın dövlət reyes trində iddiaçının adına qeydə alınmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, mənzil Cavabdeh2 direktoru X2 tərəfindən sözügedən binanın və mənzillərin tikintisinə aidiyyəti olmayan Şirkətin adından İddiaçı1 satılmışdır. Mənzil iddiaçının mülkiyyətində ola-ola, mənzilin qanuni sahibi olduğu halda üçüncü şəxsə satılması qanunsuzdur və mülki qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh2nə həmin ərazidə bina tikintisi üçün razılıq sərəncamı verilməmişdir və onun MMC-nin tikdiyi binada mənzil satmaq səlahiyyəti olmamışdır. MMC-nin direktoru olan X2 həm də Cavabdeh2 direktoru olmuş və MMC-nə məxsus mənzillərin satılması barədə saxta müqavilələr imzalamışdır. X2un bu hərəkətlərinə görə onun barəsində cinayət işi açılmış, o cinayət məsuliyyətinə cəlb edilmiş, lakin özünü asaraq öldürdüyünə gör ə cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmişdir. MMC ilə İddiaçı1 arasında bağlanmış müqavilə isə əsas öhdəlik haqqında müqavilə olmamış, qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilədir. İddiaçı1 mənzilə görə nəzərdə tutulmuş pulları MMC-nə deyil, Cavabdeh2nə ödəmişdir. Bundan başqa, iddiaçının müqaviləsi İddiaçı1 müqaviləsindən əvvəl bağlanmışdır. Mənzil X3a satıldıqdan sonra təkrar olaraq İddiaçı1 satılmışdır. Halbuki həmin vaxt mənzilə dair sərəncam vermək hüququ X3a məxsus olmuşdur. X3un isə mənzilin satılmasından məlumatı və buna razılığı olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Məmmədov) 25 may 2018-ci il tarixli 2(011)-63/2018 nömrəli qətnaməsi ilə iddiaçı Xnun cavabdehlər Cavabdeh1-nə, İddiaçı1 na və Cavabdeh2nə qarşı ünvan 2 ünvanda inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m olan 3 otaqlı 13 saylı mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzildən istifadə etməsinə, mənzilə giribçıxmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, cavabdehlər İddiaçı1 ilə Cavabdeh1 arasında imzalanmış 10.06.2014-eü il tarixli müqavilənin və İddiaçı1 ilə Cavabdeh2 arasında imzalanmış 08.09.2007-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.08.2018-ci il tarixli 2(103)-9344/2018 nömrəli qərardadı ilə hər iki iş bir icraatda 2(103)-11253/2017 nömrə altında birləşdirilmişdir. Bakı Apellyasiya Mə hkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Həmid Həmidov) 07 dekabr 2018-ci il tarixli 2(103)-860/2018 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyun 2016cı il tarixli qətnamədən Cavabdeh1-nin verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli qətnaməsi (İş № 2(011)-4204/2016) ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı1 nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1-nə qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, İddiaçı1 nın ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 5-ci mərtəbə, ümumi sahəsi 157,6 kv.metrdən ibarət olan 3 otaqlı yaşayış sahəsi olan 13 nömrə li mənzilə sahiblik və istifadə hüququnun tanınması, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binası, 5ci mərtəbə, ümumi sahəsi 157,6 kv.metrdən ibarət olan 3 otaqlı yaşayış sahəsi olan 13 nömrəli mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifələrinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1-nin üzərinə qoyulması iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1-dən müştərək qaydada alınaraq İddiaçı1 na ödənilməsi, İddiaçı1 nın iddiasının qalan hissədə təmin edilməməsi, Cavabdeh1-nin İddiaçı1 na və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2018-ci il tarixli qətnam ədən X və Cavabdeh1-nin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018ci il tarixli qətnaməsinin (İş № 2(011)-63/2018) dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-860/2018 nömrəli iş üzrə 07.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı1 iddiasının rədd edilməsi, X3un iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin 2-ci iş üzrə iddiaçı X kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-860/2018 nömrəli iş üzr ə 07.12.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə onun apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, “xxxx” MMC ilə X arasında imzalanmış müqavilə etibarsızdır. Həmin müqavilə MMC tərəfindən heç vaxt mübahisələndirilməmişdir. İş materiallarına nəzər saldıqda müqavilənin iddiaçı tərəfindən də mübahisələndirilmədiyi, hətta iddiaçının həmin müqaviləni əsas gətirərək mənzilini tələb etməsi görünür. Məhkəmənin mübahisələndirilməyən müqavilə üzrə qətnamə çıxarması qanunvericil iyin tələblərinə tamamilə ziddir. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, mənzil satmağa “xxxx” MMC 2007-ci ilin fevral ayından səlahiyyətli olmuşdur. Həmin müqavilə üzrə “xxxx” Şirkəti ilə MMC-nin münasibəti 2007-ci ildən əvvəlki dövrü əhatə edir, sadəcə müqavilə 2007-ci ilin fevral ayında imzalanmışdır. Bu fakta əsaslanıb iddia tələbinin rədd edilməsi absurddur. Müqavilənin 2007-ci ildən imzalanması X3 ilə imzalanan müqavilənin etibarsızlığına dəlalət eləmir. Cavabdeh2 vətəndaşlarla “xxxx” MMC-nə məxsus mənzillərə dair müqavilələr imzalamışdır. Analoji işlər üzrə bir çox qərarlar qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, həmin binaya dair səlahiyyətli şəxs “xxxx” MMC olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının özünə məxsus ərazidə ofis və yaşayış binasının istehsalat və istirahət zonasının layihələşdirilməsi haqqında 12.10.2005-ci il tarixli 267 saylı sərəncamının 27-ci bəndindən müəyyən olunur ki, xxxx X6 03.10.2005-ci il tarixli 05 saylı məktubu nəzərə alınmaqla Xətai rayon F.Bayramov küçəsi 1156-cı məhəllədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.05.2004-cü il tarixli 115 saylı sərəncamı ilə həmin şirkətlər qrupunun Azərşans müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsi xxxx X6 istifadəsinə verilmişdir. Bakı şəhəri, Xətai rayonu F.Bayramov küçəsindəki 1156-cı məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin 29.05.2004-cü il tarixli, 115 saylı sərəncamı ilə Azərşans müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1.9 ha torpaq sahəsinin 0.63 ha sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi məqsədi ilə xxxx X6 istifadəsinə verilmiş və ayrılmış ərazidə yaşayış binasının layihələndirilməsi və inşası “xxxx” MMC-nin vəsaitləri hesabına həyata keçirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2015-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, X7 Cavabdeh2 adından ayrı-ayrı şəxslərə, Cavabdeh2 tikmədiyi binada mənzilləri satmaqla, onların etibarından istifadə edərək, dələduzluq etmiş, onların pullarını fiziki şəxs kimi, yəni X7 olaraq mənimsəmişdir. X2 binanın tikilməsinə aidiyyəti olmayan Cavabdeh2 adından saxta müqavilələr imzalayaraq başqa-başqa şəxslərin pullarını mənimsəmişdir. O həmin pulları, bi nanın tikilməsinə sərf etməmişdir. F.Bayramov küçəsi 1156 saylı məhəllədə yerləşən yaşayış binasının layihələndirilməsinin və inşasının “xxxx” MMC-nin vəsaiti hesabına həyata keçirilməsi faktı rəsmi sənədlərlə yanaşı qanuni qüvvəsini almış məhkəmə qətnamələri və cinayət işi üzrə qərar ilə də müəyyən edilmişdir. 2-ci müqavilə üzrə isə mənzil Cavabdeh1 tərəfindən satılmamış, X2 öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək və öz qanunsuz əməllərini ört-basdır etmək üçün bu barədə MMC-nə heç bir məlumat verməmişdir. İddiaçı X kassasiya şikayətini onunla əsaslandırmışdır ki, X3la “xxxx” MMC arasında 17 dekabr 2006-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində əsasən “Satıcı” ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157, 6 kv.m. olan 3 otaqlı 13 saylı mənzili “Alıcıya” təhvil verir. Müqavilənin 2.2.1-ci bəndinin tələbinə əsasən mənzilin hər bir kv.m. üçün 1000 manat olmaqla ümumi olaraq 157600 manat məbləğində pulu “Satıcı”ya ödəməyi öhdəsinə götürür. “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyəri X tərəfindən tam ödənilmişdir. Müqavilə və maliyyə arayışı müəssisənin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. X3la “xxxx” MMC arasında imzalanan müqavilənin etibarsızlığını heç bir tərəf mübahisələndirməmişdir, müqavilə etibarsız hesab edilməmiş, hal-hazıra qədər qüvvədədir. X3 mübahisəli mənzilin dəyərini ödəyərək mülkiyyət hüququ əldə etmiş, müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Üçüncü şəxslə “xxxx” MMC arası nda olan münasibətlərin X3la bağlanan müqavilənin etibarlı olmasına heç bir aidiyyətı yoxdur. X3la imzalanan müqavilə qanuni əsaslarla imzalanmışdır. “xxxx” MMC ilə İddiaçı1 arasında imzalanmış 10 iyun 2014-cü il tarixli müqavilə ilə əsas öhdəlik haqqında müqavilə olmayıb qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilədir. Həmin müqavilə də qanunsuz və əsassızdır. Ona görə də hər iki şirkətlə bağlanmış müqavilənin hüquqi nəticələri ola bilməz. İddiaçı1 mənzilə görə nəzərdə tutulmuş pulları “xxxx” MMC-nə deyil, Cavabdeh2nə etmişdir. Cavabdeh2 möhürü ilə təsdiq edilmiş kassa mədaxil orderləri də bunu sübut edir. Göründüyü kimi, mənzilin dəyəri Cavabdeh2 ilə bağlanmış müqavilə əsasında ödənilmişdir və “xxxx” MMC adından bağlanmış müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Cəfərov Məzahir dələduzluq edərək, “xxxx” MMC-nə məxsus binadakı mənzilləri Cavabdeh2 adından bir neçə nəfərə satmışdır. İddiaçı1 ilə bağlanmış müqavilələrin tarixi 08.09.2007 və 10.10.2014, X ilə bağlanmış müqavilənin tarixi isə 17 dekabr 2006-cı il tarixlidir. Yəni İddiaçı1 ilə müqavilə imzalanarkən həmin mənzilin qanuni sahibi və mülkiyyətçisi X3 olmuş, həmin mənzilə dair sərəncam vermək hüququ X3a məxsus olmuşdur. “xxxx” MMC-nin keçmiş direktoru Cəfərov Məzahir dələduzluq edərək X3un mülkiyyətində olan mənzili ikinci dəfə İddiaçı1 satmışdır. Halbuki, həmin vaxt həmin mənzilə dair səlahiyyətli şəxs “xxxx” MMC və Cavabdeh2 deyil, X3 olmuşdur və X3un həmin mənzilin satılmasına razılığı, ümumiyyətlə mənzilin satılmağından məlumatı olmamışdır. Həmin mənzil X2un dələduz əməlləri nəticəsind ə ikinci şəxsə satılmış, elə bu əməllərinə görə də X2 barəsində cinayət işi açılmışdır və cəzalandırılmışdır. Tərəflərin izahatları: İddiaçı Xnun vəkili Vəkil2 məhkəmə kollegiyası iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iş üzrə hər iki kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı1 nın vəkili X9 məhkəmə kollegiyası iclasında hər iki kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh1-nin nümayəndəsi X3 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xə bərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,6 kv.metrdən ibarət olan 3 otaqlı 13 saylı mənzillə bağlı İddiaçı1 ilə Cavabdeh2 arasında 08.09.2007-ci il tarixdə, X3la Cavabdeh1 arasında isə 17.12.2006-cı il tarixdə ayrı-ayrı müqavilələr bağlanmış, İddiaçı1 və X3 mənzilin müqavilələr ilə müəyyən edilmiş dəyərlərini tam ödəmişlər, onların mənzilə görə heç bir borcları qalmamışdır. Həmçi nin İddiaçı1 ilə Cavabdeh1 arasında 10.06.2014-cü il tarixdə həmin mənzilin təhvil verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Bütün bu müqavilələr “xxxx” MMC-nin keçmiş direktoru X2 tərəfindən imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Həmin mənzil üzərində X3un mülkiyyət hüquqları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.01.2017-ci il tarixli 2-1(82)-732/2017 saylı qərarına əsasən qeydə alınmasına baxmayaraq, İddiaçı1 ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2017-ci il tarixli 2-1(82)-732/2017 saylı qərardadı ilə İddiaçı1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.01.2017-ci il tarixli 2-1(82)732/2017 saylı qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmiş və yeni icraat zamanı X3un “iddia tələbinin həcminin azaldılması barədə” ərizə verərək hazırki mübahisəli mənzilə dair mülkiyyət hüquqlarının qeydə alınması hissəsində tələbini geri götürmüşdür. Həmçinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə göndərilmiş 09.03.2018-ci il tarixli 2-1(82)-732/2017 nömrəli məktubundan görünür ki, həmin məktubla X3un adına mübahisəli mənzilin qeydiyyata alınmasına əsas olmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.01.2017-ci il tarixli 2-1(82)-732/2017 saylı qərarının ləğv olunmasını nəzərə alaraq, qısa müddət ərzində həmin şəxsin adına sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğvi ilə bağlı tədbir görülməsi və bu barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Apellyasiya instansiya məhkəməsi mənzilə dair hər iki şəxslə bağlanmış müqavilələrin mötəbərliyi üzrə araşdırma apararaq, müəyyən etmişdir ki, Cavabdeh1 ilə X3 arasında 17.12.2006cı il tarixdə müqavilə bağlanarkən MMC həmin müqaviləni bağlamağa səlahiyyətli olmamışdır. Çünki MMC belə səlahiyyəti 2007-ci ilin fevral ayında “xxxx” X6 cavabdeh MMC ilə bağladığı “Birgə fəaliyyət barədə müqavilənin” bağlanmasından sonra əldə etmişdir. Həmin vaxtadək mübahisəli mənzilin yerləşdiyi ərazi yaşayış binasının layihələndirilməsi və tikintisi məqsədilə “xxxx” X6 istifadəsində olmuşdur. MMC, X3la bağladığı müqaviləni “xxxx” X6 adından deyil, öz adından bağladığı üçün həmin müqavilə etibarlı hesab edilə bilməz. Ap ellyasiya instansiya məhkəməsi İddiaçı1 müqaviləsinin etibarlılığını Cavabdeh1-nin qarşılıqlı iddiası üzrə araşdırararaq müəyyən etmişdir ki, müqaviləni imzalayan X2un həm Cavabdeh2, həm də Cavabdeh1-nin icraçı direktoru olması və mənzillərin satışından alınan vəsaiti öz şəxsi ehtiyacları üçün sərf etməsi və cəmiyyətin hesabına köçürməməsi barədə dəlilləri əsassızdır. Hüquqi şəxsin möhürü, imzası, rəsmi blankı, ciddi maliyyə sənədləri ilə təmsil olunan rəhbəri şirkətin rəsmi ofisində İddiaçı1 ilə müqavilə bağlayaraq mənzili satmış və mənzilin dəyəri olaraq razılaşdırılmış pulu uzun müddət mütəmadi olaraq almışdırsa, sonradan vəzifəli şəxsin hansısa qanunsuz hərəkətlərə yol verərək vəsaiti mənimsəməsinə görə mənzili satın alan şəxs cavabdehlik daşıya bilməz. Həmçinin İddiaçı1 ilə Cavabdeh1 arasında 10.06.2014-cü il tarixdə mənzilin təhvil verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Bundan başqa, MMC-nin iddia etdiyi cinayət işi materiallarında İddiaçı1 məxsus olan mənzilə görə ödənilmiş pulların məsimsənilməsi barədə mərhum X2a ittiham irəli sürülməmişdir. İddiaçı1 ödəmiş olduğu vəsaitin şirkətin hesabına daxil olmamasına dair MMC-nin bildirdikləri ehtimal xarakteri daşıyır. Digər tərəfdən, hər hansı məhkəmənin konkret mübahisə ilə bağlı hansı hüquqi nəticəyə gəlməsinin (hətta oxşar iş olduğu təqdirdə belə), hazırki işə baxan Məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmir. Buna görə də, apellyasiya instansiya məhkəməsi mübahisəli mənzilə İddiaçı1 sahiblik və istifadə hüququnun tanınmalı olduğu, X3un həmin mənzilə bağlı iddiasının rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki, iş üzrə müəyyən olunur ki, Xətai rayonu, F.Bayramov küçəsindəki 1156 saylı məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin 29.05.2004-cü il tarixli 115 saylı sərəncamı ilə “Azərşans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi məqsədilə “xxxx” X6 istifadəsinə verilmiş, “xxxx” X10 ilə Cavabdeh1 arasında 2007-ci ilin fevral ayında bağlanmış “Birgə fəaliyyət barədə müqavilə ilə isə ayrılmış ərazidə yaşayış binalarının la yihələndirilməsi və inşası cəmiyyətin vəsaitləri hesabına həyata keçirilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 4-cü maddəsinə əsasən, müqavilənin imzalandığı andan bağlanmış hesab olunduğu və həmin andan qüvvəyə mindiyi müəyyənləşdirilmişdir. ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,6 kv.metrdən ibarət olan 3 otaqlı 13 saylı mənzillə bağlı İddiaçı1 ilə Cavabdeh2 arasında 08.09.2007-ci il tarixdə, X3la Cavabdeh1 arasında isə 17.12.2006-cı il tarixdə ayrı-ayrı müqavilələr bağlanmışdır. Hər iki müqavilə üzrə alıcılar mənzilin onlara təhvil verilməsini tələb etdiyindən apellyasiya məhkəməsi haqlı olaraq, tələb hüququnun əsasında duran müqavilələrin(sübutların) mötəbərliyini araşdırmış və onları Mülki Məcəllənin tələbləri baxımınd an qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. İlk növbədə qeyd edilməlidir ki, X3la Cavabdeh1 arasında isə 17.12.2006-cı il tarixdə bağlanmış müqavilə subyekt tərkibinə a id edilən şərtə cavab vermir, belə ki, göstərilən ərazidə yaşayış binalarının Cavabdeh1 tərəfindən inşası və s. səlahiyyətləri “xxxx” X10 ilə bağlanmış birgə fəaliyyət haqqında 2007-ci ilin fevral ayında bağlanmış müqaviləyə əsasən yarandığından Cavabdeh1 17.12.2006-cı il tarixdə həmin yaşayış binasında yerləşən mənzillərə dair sərəncam vermək səlahiyyəti olmamışdır. İddiaçı X3 iddia ərizəsində də özü qeyd etmişdir ki, 2007-ci ilin fevral ayından etibarən qeyd edilən ərazidə yaşayış binası Cavabdeh1 tərəfindən və onun vəsaiti hesabına layihələndirilmiş, tikilmiş və vətəndaşlara satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsi z şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. İşdə isə qeyd edilən əqdin “xxxx” X4baqcadan razılığı ilə bağlanması və ya bağlandıqdan sonra onun tərəfindən bəyənilməsinə dair heç bir sübut yoxdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, X3un tələbinin əsaslandıran 17.12.2006-cı il tarixdə bağlanmış müqavilə etibarlı əqd olmadığından həmin əqd əsasında mənzilin X3a təhvil verilməsi barədə iddiası düzgün olaraq məhkəmələr tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyası İddiaçı1 ilə Cavabdeh2 arasında 08.09.2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair həm X3un, həm də Cavabdeh1-nin iddia tələbləri ilə bağlı qeyd edir ki, mübahisəli mənzil İddiaçı1 həmin binada mənzillərin satışını həyata keçirmək səlahiyyəti olmayan Cavabdeh2 tərəfindən həyata keçirilsə də, 2007-ci ilin fevral ayından sonra birgə fəaliyyət haqqında müqavilə əsasında həmin mənzilləri tikib satmaq səlahiyyətinə malik olan Cavabdeh1 İddiaçı1 ilə 10.06.2014-cü il tarixdə qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 49 saylı müqavilə bağlamış, həmin müqavilənin 1.1-ci bəndinə görə Cavabdeh1 İddiaçı1 08.09.2007-ci il tarixli 104 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.m olan 13 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-c ü bəndi əsasında MMC tərəfindən verilmiş “Kassa mədaxil orderinə əsasən sayğaclara (işıq, su, qaz və siqnalizasiya) üçün İddiaçı1 10.06.2014-cü il tarixdə 1.200 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, 10.06.2014-cü il tarixli müqavilədə Cavabdeh1 həmin mənzilin İddiaçı1 08.09.2007-ci il tarixli 104 saylı alqı-satqı müqaviləsinə əsasən satdığını qəbul etmiş və mənzili təhvil verməyi öz öhdəsinə götürməklə, həmin alqı-satqı müqaviləsini bəyənmişdir. Buna görə də, 08.09.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hər iki iddia tələbinin əsasını təşkil edən müqavilənin səlahiyyətsiz şəxslə bağlanması əsası Mülki Məcəllənin 358-ci maddəsinə əsasən aradan qalxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 İddiaçı1 ilə 10.06.2014-cü il tarixdə qarşılıqlı mü nasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 49 saylı müqavilənin özünün etibarsız hesab edilməsi barədə X3un tələbi də əsassızdır. Belə ki, çünki bu tələbin əsasını təşkil edən alqısatqı müqaviləsi üzrə pulun Cavabdeh1-nə ödənilməməsi, X2un dələduzluq etməsi barədə dəlilləri əqdin etibarsız hesab edilməsinə əsas vermir. Belə ki, X2un Cavabdeh2 adından İddiaçı1 ilə müqavilə bağlayaraq mənzil satması Cavabdeh1 tərəfindən 10.06.2014-cü il tarixli müqavilə bağlamaqla bəyənilmişdir, mənzilin dəyəri olaraq alınan pulların isə sonradan vəzifəli şəxsin hansısa qanunsuz hərəkətlərə yol verərək mənimsənilməsinə görə mənzili satın alan şəxs cavabdehlik daşıya bilməz. Həmçinin həmin mənzilə dair X3un hər hansı hüququnun olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən həmin şəxs mənzilin ona məxsu s olmasına istinad etməklə bu müqavilənin etibarsızlığını tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 157-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya b aşqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən maddi hüquq normaları baxımından İddiaçı1 Cavabdeh1 ilə bağlanmış 10.06.2014-cü il tarixli qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 49 saylı müqaviləyə əsasən mənzilin ona təhvil verilməsini və ona yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Həmin mənzilin daha əvvəl başqa şəxsə satılması barədə əqd etibarlı əqd hesab olunmadığından həmin mənzil in İddiaçı1 təhvil verilməsinə mane olan Mülki Məcəllənin 452-ci maddəsində göstərilən hallar mövcud deyildir. Hər iki kassasiya şikayətinin dəlilləri X3 və Cavabdeh1-nin iddia tələblərinin dəlilləri ilə eyni olduğundan və məhkəmə kollegiyası yuxarıda həmin dəlillərə ətraflı qiymət verdiyindən, məhkəmə kollegiyası həmin dəlillərlə bağlı əlavə əsaslandırmaya zərurət görmür. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətlərində göstərilən dəlillər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, düzgün və əsaslı qətnamə qəbul etmi şdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı X və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-860/2018 nömrəli iş üzrə 07 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar