Məhkəmə qərarları › İş №2(102)-4331/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4331/2024

11.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4331/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Birinci iş üzrə: İddiaçı cavabdeh X5 qarşı; ikinci iş üzrə: iddiaçılar Maraqlı şəxs, Ərizəçi və X1 cavabdehlər İddiaçı, Bakı şəhəri 10 saylı notariat ofisi, X9, Cavabdeh, X12, X13, X8, X14 və X6 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-61/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Ərizəçi kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci iş üzrə birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyət hüququ üzrə ½ hissədə ona, ¼ hissədə cavabdehə, ¼ hissədə mərhumə Ağabaçı Pirverdi qızının adına açıq qalmış olan ünvan 1 ünvanında yerləşən evin naturada paylara ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-762/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Qətnamənin maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qə tnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-762/2021 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs qətnamənin maraqlarına toxunduğu şəxs kimi tanınmış və onun apellyasiya şikayəti mümkün hesab edilmişdir. İkinci iş üzrə birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar Maraqlı şəxs, Ərizəçi və X2 cavabdehlər İddiaçı, Bakı şəhəri 10 saylı notariat ofisinə, X7 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı notariat kontorunun 01 sentyabr 2020-ci il tarixdə verdiyi 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, faktiki olaraq X9 tərəfindən onların xeyrinə imtina edilmiş və faktiki olaraq qəbul etdikləri mirasın vərəsəlik haqqında şəhadətnamədə onların adına qeyd olunması və yenidən onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. Daha sonra iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr vermiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2, 33 saylı fərdi yaşayış evinə dair 10 saylı notariat kontorunun 01 sentyabr 2020-ci il tarixli 2V-99 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, faktiki olaraq X4 iddiaçıların xeyrinə imtina edilmiş və faktiki olaraq qəbul etdikləri mirasın vərəsəlik haqqında şəhadətnamədə onların adına qeyd edilməsi və yenidən onlara və rəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-783/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. İddiaçı X2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-307/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-61/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi də yişdirilmədən saxlanılmışdır.

11. Həmin qətnamədən iddiaçı Ərizəçi kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, pro sessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 40 8.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.

14. İşdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdeh Ərizəçi vəkili və nümayəndəsi Vəkil2 onun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuş, kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə sözügedən kabinetə yerləşdirilməklə verilmiş və bununla da, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutula n 2 aylıq prosessual müddət buraxılmışdır. Həmçinin kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin bərpasına dair ərizə verilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi də qanunvericiliyin istinad olunan imperativ tələblərini diqqətdən qaçıraraq, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddət buraxılmaqla verilmiş şikayəti qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

16. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Göstərilənlərə əsasən və MPM-in 404-1 və 408.1-ci maddələ rini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-61/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Ərizəçi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət ona qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar