Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4337/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi, zərərçəkənin təqsirli davranışı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2755/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş k assasiya şikayətinə dair işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 7700 manat zərərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Siyəzən rayonu, Yenikənd kəndində yaşayır. 05.08.2019-cu il tarixdə Yenikənd kəndində kəndin mal-qara sürüsünün növbəsində olmuşdur. Həmin gün 13:30 radələrində ona evdən zəng etmişlər ki, həyətdəki ot tayası yanır. Belə ki, həmin gün səhər saat 10:00 radələrində Siyəzən ra yonunda, o cümlədən Yenikənd kəndində də güclü külək əsməyə başlamışdır. Mal-qaranı tanış adamların yanında qoyub, 5 km. kimi yolu piyada evə gəlmiş və görmüşdür ki, Siyəzən və Şabran rayonunun Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri oradadır. Hadisə baş verən vaxt qonşu xxxx onların evinə gələrək bildirmişdir ki, rezin iyi gəlir. Həyat yoldaşı bayıra çıxan vaxt görmüşdür ki, elektrik naqillərindən qığılcım çıxır və yerə səpələnir. X7 görmüşdür ki, qığılcım tayaya düşmüş və taya yanmışdır. Elektrik naqili qızıb, onların evin qabağında tayanın yanına düşmüşdür. FHN-nin 2 yanğınsöndürən maşını təxminən 20 dəqiqə sonra gəlmişlər. 8 maşın su vursalar da, ona məxsus 200 ədəd saman bağlaması, 800 ədəd ot bağlaması, şifer çardaq, 3 tövlədən biri tamam yanmış, birinin isə şiferləri yanmışdır. Sonradan ekskavator hasarı sökmüş, yanğının qarşısı alınmışdır. Ayın 9-da FHN-nin X5 inspektoru evdəkilərdən, qonşulardan izahat almış və bu barədə akt tərtib edilmişdir. Elektrik naqilləri (10 minlik) telefon xətləri ilə bir yerdə çox bərbad vəziyyətdə çəkilmişdir. Cavabdehin Siyəzən rayon filialının işçiləri nə hadisə yerinə gəlmiş, nə də ona dəymiş zərərlə maraqlanmışlar. Halbuki birbaşa cavabdehin günahı ucbatından ona külli miqdarda zərər dəymişdir. Siyəzən Rayon Prokurorluğunun 10.10.2019-cu il tarixli, 158 saylı məktubuna əsasən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində olan ot tayasının və mal tövləsinin yanmasına dair FHN-nin Əməliyyat-İstintaq İdarəsində toplanmış 1366№ li material araşdırmanın davam etdirilməsi üçün Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) Təhqiq at Qrupuna göndərilmişdir. Siyəzən RPŞ-nin 18.10.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, dəymiş ziyanla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh qeyd olunan sübutlara əhəmiyyət verməyərək ona dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Ona dəymiş ziyan: saman bağlaması - 1,5 manat x 200 ədəd = 300 manat, ot bağlaması - 3 manat x 800 ədəd = 2400 manat, şifer çardaq - 3000 manat, 1 tövlə - 2000 manat, cəmi 7700 manat təşkil edir. Göstərilənlərə əsasən ona dəymiş 7700 manat zərərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, yanğın hadisəsinin məhz cavabdehin təqsirindən baş verməsini təsdiq ed ən sübut iddia ərizəsinə əlavə olunmamışdır, iddiaçı qeyri-mötəbər, işə aidiyyəti olmayan sənədləri təqdim etmişdir. Odur ki, iddia tələbi təmin olunmamalıdır. FHN X6 Xidməti (DYMX) Siyəzən rayon X6 hissəsinin rəisi tərəfindən verilmiş 15.08.2019-cu il tarixli arayışa əsasən, 05.08.2019-cu il tarixində iddiaçıya məxsus həyətyanı sahədə yığılmış 20 ton ot bağlamasında və yaxınlıqda olan mal tövləsinin dam örtüyündə yanğın hadisəsi baş vermişdir. FHN X9 Xidməti (DYNX) Şimal Regional X9 İdarəsinin (DYNİ) X9 Şöbəsinin (DYNŞ) böyük inspektoru Ramiz Həsənov, İddiaçı və X2 iştirakı ilə tərtib edilmiş 07.08.2019-cu il tarixli yanğın haqqında akta əsasən, İddiaçı məxsus ot tayası və mal tövləsində yanğın baş vermiş və hadisə nəticəsində İddiaçı 4200 manat məbləğində maddi ziyan dəymişdir. Yanğın baş verdiyi yerə baxışın nəticələrinə əsasən, yanğın hadisəsinin elektrik xətlərinin küləyin təsirindən bir-birinə toxunması, qığılcım əmələ gələrək ot tayasının üzərinə düşməsindən baş verməsi güman edilmişdir. 18.10.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən, 05.08.2019-ci il tarixdə İddiaçı məxsus Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tövlədə və ot tayasında baş vermiş yanğınla əlaqədar ona 4200 manat məbləğində maddi zərər dəymişdir. Qərarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186 və 187-ci maddələrinə istinadla qeyd edilmişdir ki, hadisə zamanı İddiaçı 4200 manat məbləğində ziyan dəydiyindən, həmin faktla əlaqədar cinayət işinin başlanması rədd olunmalı və müraciət müəllifinə bununla bağlı m ülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. "xxxx" ASC-nin X12 Təchizatı və Satışı İdarəsinin 09-6-01-/165/130 nömrəli 13.09.2019-cu il tarixli məktubuna əsasən, yanğın hadisəsi zamanı X3 əməkdaşları hadisə yerində olmuşlar. Əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, 2017-ci ildə çəkilmiş xətt “Texniki İstismar və X1”na tam uyğundur. Yanğın baş verən ərəfədə enerji sistemində qısa qapanma və digər qəza halları baş verməmişdir. Lakin iddiaçı, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 №-li Qərarına zidd olaraq, yüksək gərginlikli elektrik veriliş x əttinin mühafizə zonasında yanğın təhlükəli quru otlardan taya qurmuşdur. Yanğın nəticəsində kəndin 0.4 kv-luq şəbəkəsində 60 metrdən artıq 1x50 SİP kabel yanaraq sıradan çıxmışdır. Qeyd edilənlər nəzərə alınaraq, baş vermiş yanğın hadisəsinə görə enerji təchizatı təşkilatı məsuliyyət daşımır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.09.2020-ci il tarixli, 10/2063 saylı və 17.07.2020-ci il tarixli, 10/1083 saylı ekspert rəylərinə əsasən, baş vermiş hadisə ilə əlaqədar «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18, 5.7.19 bəndlərinin və «Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5-ci bəndinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması hadisənin texniki səb əbləri olmuşdur. Hava elektrik xətlərinin bir-birinə toxunması nəticəsində yaranan qığılcımların quru ot tayasının üzərinə düşməsi nəticəsində otun alışması mümkündür. Yaşayış məntəqələrində gərginliyi 10 kV-luq hava elektrik xətləri yer səthindən 7 m hündürlükdə aparılmalı idi. Ot tayası 10 kV-luq hava elektrik xətlərinin altında, yəni xətlərin mühafizə zonasında saxlanıldığına görə, «Gərginliyi 1000 V-dan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5, 14 bəndlərinin tələbləri ot tayasının sahibi tərəfindən pozulmuşdur. 10 kVluq hava elektrik xəttinin etibarlı işləməsini təmin etmək üçün hava xətlərinin elementlərində qüsur və nasazlıqlar ləğv edilmədiyinə, xətlərə vaxtaşırı və növbədənkənar baxışların keçirilməsi təşkil olunmadığına görə, «Elektrik stansiyaları və şəbəkələ rinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18, 5.7.19 bəndlərinin tələbləri hadisə baş vermiş fərdi yaşayış evinin yerləşdiyi ərazi üzrə elektrik hava xətlərinə texniki baxışların keçirilməsini təşkil edib təmin etməli olan vəzifəli və digər əməkdaşları tərəfindən öz vəzifə və peşə təlimatları dairəsində pozulmuşdur (Siyəzən rayon Elektrik Şəbəkəsinin vəzifəli və digər əməkdaşlarının vəzifə və peşə təlimatları ekspertizaya təqdim olunmadığı üçün hazırda sualın tam həlli imkan xaricindədir). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1391/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia qismən təmin edilmiş, maddi zərərə görə 2100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 8 ma natı, cəmi 2108 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 222 manatın 60 manatının cavabdehdən, 162 manatının isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 05.08.2019-cu il tarixində iddiaçıya məxsus həyətyanı sahədə yığılmış 20 ton ot bağlamasında və yaxınlıqda olan mal tövləsinin dam örtüyündə yanğın hadisəsinin yüksək elektrik xətlərinin bir-birinə toxunmasından əmələ gəlmiş qığılcımların ot tayasına düşməsi nəticəsində baş verdiyi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, "xxxx" ASC-nin Şimal Regional DYNİ DYNŞ-nin böyük ins pektoru Ramiz Həsənov, İddiaçı və X2 iştirakı ilə bu barədə 07.08.2019-cu il tarixli akt tərtib edilmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən, yanğın hadisəsinin cavabdehin təqsiri ucbatından baş verdiyi, yəni əməkdaşların öz vəzifə və peşə təlimatları dairəsində hərəkət etmədikləri nəticəsində pozulduğu müəyyən olunsa da (cavabdehin əməkdaşları tərəfindən «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydaları»nın 5.7.1, 5.7.5, 5.7.16, 5.7.18, 5.7.19 bəndlərinin və «Gərginliyi 1000 Vdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5-ci bəndinin tələblərinin pozulduğu, 10 kV-luq hava elektrik xəttinin etibarlı işləməsini təmin etmək üçün hava xətlərinin elementlərində qüsur və nasazlıqların ləğv edilmədiyi, xətlərə vaxtaşırı və növbədənkənar baxışların k eçirilməsinin təşkil olunmadığı), eyni zamanda ot tayasının sahibi tərəfindən «Gərginliyi 1000 V-dan yuxan olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 5 və 14-cü bəndlərinin tələblərinin pozulduğu aşkar edilmişdir. Belə ki, o, ot tayasını 10 kv-luq hava elektrik xətlərinin altında, yəni xətlərin mühafizə zonasında saxlamaqla qeyd edilən Qaydaların müvafiq tələblərini pozmuşdur. Məhkəmə hesab etmişdir ki, yanğın hadisəsinin baş verməsində hər iki tərəfin təqsirli olduğu müəyyən edildiyindən, Azərbaycan Respublikası FHN DYNX-i Şimal Regional DYNİ-nin DYNŞ-nin 07.08.2019-cu il tarixli yanğın haqqında akta əsasən müəyyən edilmiş zərərin məbləği yarıbayarı azaldılmalı, 2100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası M ülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 23.3, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 81, 89.3, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş materiallarına əlavə olunmuş Siyəzən RPŞ-nin 18.10.2019-cu il tarixli cinayət işinin başlanılmasının rəd d edilməsi haqqında qərarında İddiaçı fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədə və ot tayasında baş vermiş yanğın hadisəsinin səbəbinin aidiyyəti qurumların səlahiyyətli əməkdaşlarının iştirakı ilə araşdırılması nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tərkibini yaradan faktiki halın olmadığı müəyyən edilmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-texniki ekspertizasının 10/2063 nömrəli 02 sentyabr 2020-ci il tarixli rəyində ifadə olunmuş "Hava elektrik xətlərinin bir-birinə toxunması nəticəsində yaranan qığılcımların quru ot çalınının üzərinə düşməsi nəticəsində otun alışması mümkündür" fikri preyudisial əhəmiyyətə malik deyil. Yəni, qığılcım ot çalının üzərinə düşsə belə alışmaya da bilər. İddiaçı fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ona məxsus o lmasına dair hüquq müəyyənedici sənədləri belə məhkəməyə təqdim etməmiş, baş vermiş yanğın ərazisinin hüquqi statusu müəyyən edilməmişdir. Baş vermiş yanğın hadisəsinin məhz "xxxx" ASC-nin təqsirindən baş verməsini müəyyən edən sənəd həm iddia ərizəsinə əlavə olunmamış, eyni zamanda aparılmış araşdırmanın nəticəsi ilə sübuta yetirilməmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinin tərkibini yaradan fakt işin hallarında öz əksini tapmır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2755/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təm rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onun la əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2020-ci il tarixli 10/2063 saylı ekspert rəyində hava elektrik xətlərinin bir-birinə toxunması nəticəsində yaranan qığılcımların quru ot tayasının üzərinə düşməsi nəticəsində otun alışmasının mümkün olması qeyd edilmişdir. Lakin ekspert öz rəyində hadisə baş verən gün Siyəzən rayonunda əsən küləyin surəti barədə heç bir məlumata əsaslanmadan sadəcə naqillərin bir-birinə dəymə ehtimalına əsaslanaraq yanğının baş verməsinin mümkünlüyünü bildirmiş və qeyd edilən faktın (küləyin surətinin) müəyyən edilməsi barədə əlavə tədqiqat materiallarının ona təqdim edilməsinin zəruriliyi barədə məhkəməyə vəsatət verməli olduğu halda bunu etməmişdir. Həmçinin, qeyd edilən ekspert rəyində ekspertizaya təqdim edilmiş hadisə yerindən götür ülmüş elektrik naqil parçasının tədqiqi zamanı naqilin damarları üzərində qismən ərimə izlərinin müşahidə olunduğu və həmin ərimə izlərinin elektrik qəza halından baş verməsi üçün xarakterik olmadığı qeyd edilmişdir. Yekunda ekpertizaya təqdim edilmiş naqil parçasının tədqiqatı zamanı onun cərəyandaşıyıcı damarları üzərində texniki qəza, yəni qısa qapanma, yüksək keçid müqaviməti və sair halların aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmə yuxarıda sadalanan hallara aydınlıq gətirilməsi məqsədilə əlavə və ya təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməmiş və bu hal öz növbəsində məhkəmə tərəfindən əsassız qətnamənin çıxarılmasına səbəb olmuşdur. Bundan başqa, iddiaçı məhkəməyə Siyəzən rayonu Yenikənd ərazisində yaşaması barədə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayaşını təqdim etsə də, qeyd edilən həyətyanı sahənin və orada yerləşən tövlənin mülkiyyətçisi olması və həmçinin yanan ot tayalarının ona məxsus olması barədə hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Lakin qeyd edilən hallar nə birinci instansiya, nə də apellyasiya məhkəməsində tam və hərtərəfli araşdırılmamışdır. Kassasiya şikayətinin əsası kimi MPM-in 88, 101.7, 102.1, 102.2, 103.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş e tdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətn aməsini cavabdehin apellyasiya şikayəti əsasında ona aid hissədə yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin şəxsin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla v ə ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər (maddə 1108.1). MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İ ş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə keçirilmiş qiymətləndirmə rəylərinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən mü nasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 2(103)-2755/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4337/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4337/2021
27.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver