Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4339/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Məmmədov Dilsuz Babək oğlunun iştirakı ilə, İddiaçı və vəkili Məmmədov Dilsuz Babək oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)2888/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sabunçu Rаyоn Məhkəməsinin (M.C.Qarayeva) 07 noyabr 2018-ci il tarixl i, 2(008)-3173/2018 nömrəli qətnаməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməsi, Cavabdeh 3343 (üç min üç yüz qırx üç) manat dəymiş maddi və 500 (beş yüz) manat mənəvi zərərə görə, habelə 10 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğinin Cavabdeh tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) 2(103)-2888/2019 nömrəli, 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3173/2018 saylı iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddia çı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi rədd edilməsi, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, iş üzrə kеçirilmiş еkspеrtizа tədqiqаtının dəyəri оlаn 50 (əlli) manat İddiaçı tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına kеçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, 7.500 manat maddi və 2.500 mənəvi zərərin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili Məmmədov Dilsuz Babək oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(1 03)-2888/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Məmmədov Dilsuz Babək oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-2888/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni i şə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xe yrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkə nə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, deliktlə bağlı normaların tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, Cavabdeh İddiaçı (Fateh və Fatimə Mədəti) qarşısında yuxarıda adı çəkilən əsaslardan biri üzrə öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı, uşaqlarının adına ünvan1də torpaq sahəsi almaq istəmiş və bunun üçün həmin ərazidə cavabdehə məxsus 1, 34 ha torpaq sahəsindən 0,015 ha hissəsinin ayrılaraq ona satılması barədə razılaşmışlar. Bu məqsədlə 26.01.2016-cı il tarixdə tərəflər arasında bağlanmış, torpaq sahəsinin bölgüsü haqqında sazişə əsasən, ünvan1də yerləşən 1,34 ha torpaq sahəsinin 0,015 ha hissəsi X1-in əvəzinə imza edən İddiaçı və yerdə qalan hissəsi Cavabdeh əvəzinə etibarnamə əsasında imza edən Elşən Əhmədov arasında bölünmüşdür. Tərəflər eyni zamanda bölgü eskizini razılaşdıraraq, imzaları ilə təsdiqləmiş və həmin sazişə əlavə etmişlər. Bundan sonra tərəflər arasında bağlanmış eyni tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan1də yerləşən torpaq sahəsinin 0,015 ha hissəsi Cavabdeh tərəfindən X1 və X2-yə satılmışdır. Həmin saziş və müqavilə notarial qaydada təsdiqlənmişdir. Müqaviləni və sazişi Cavabdeh tərəfdən etibarnamə əsasında X3, X1 və X2 tərəfdən isə qanuni nümayəndələri İddiaçı və X5 imzalamışlar. ünvan1 ərazisində yerləşən 0,015 ha torpaq sahəsi 10.02.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının uşaqları X1 və X2-nin adına ümumi birgə mülkiyyət hüququ ilə qeydə alınmış və bu barədə iddiaçıya çıxarış, habelə torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. İddiaçının aldığı sahənin bir hissəsi qonşu şəxslər tərəfindən istifadə olunduğu üçün Abşeron Rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qiyabi qətnaməsi ilə cavabdehlər tərəfindən yol kimi istifadə edilən Fateh Mədəti və Fatimə Mədətinin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,015 ha torpaq sahəsinin 21,6 kv.m. hissəsinin, habelə həmin torpaq sahəsinin cavabdehlər tərə findən qanunsuz istifadə olunan hissəsinin boşaldılaraq İddiaçı qanuni sahibliyinə qaytarılması qət edilmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri olmuşdur. İddiaçı, zərərin cavabdehin müqavilə öhdəliyini pozması və onu aldatması nəticəsində yaranmasını bildirmişdir. İddiaçı ona istinad etmişdir ki, cavabdeh sahəni ona satarkən ölçüsünü sənəddə 150 kv.m. göstərsə də, əslində torpaq 136 kv.m. olmuş, onun da 21 kv.m. yola düşmüş, 14 kv.m. sol, 10 kv.m. isə sağ qonşu tərəfindən zəbt olunmuş, bu səbəbdən sahədə tikdiyi bünövrə düz olmadığı üçün onu sökmək məcburiyyətində qalmış və 7.500 manat ziyana düşmüşdür. Cavabdeh isə, X6-nın aldatma yolu ilə ondan etibarnamə aldığını, torpaq sahəsinin onun adından sataraq pulunu mənimsədiyini, iddiaçının bilavasitə ona pul ödəmədiyi ni bildirmişdir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İşdə olan sazişin 2.1-ci, müqavilənin isə 1-ci və 8-ci bəndlərindən görünür ki, tərəflər Abşeron rayonu Masazır kəndində yerləşən 1,34 ha torpaq sahəsinin bölgü eskizində göstərilən qaydada 0,015 ha hissəsinin Fateh M ədəti, yerdə qalan hissəsinin isə Cavabdeh arasında bölünməsini razılaşdırmış, habelə satıcı Cavabdeh, mülkiyyət hüququ ilə özünə məxsus olan sahədən üçüncü şəxslərin hüquqlarından azad, 0,015 ha hissəni alıcılar Fateh və Fatimə Mədətinin birgə mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd edilənlər, tərəflərin razılaşmaları üzrə Cavabdeh yerinə yetirməli olduğu müqavilə şərtləri olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 10.02.2016-cı il tarixli, ******* nömrəli çıxarışdan (və torpaq sahəsinin planı və ölçüsü sənədindən) görünür ki, Cavabdeh, həmin öhdəliyini icra edərək, 0,015 ha ölçüdə torpaq sahəsinə olan mülkiyyət hüququnu yüksüz şəkildə iddiaçının adları çəkilən uşaqlarının mülkiyyətinə keçirmişdir. Bu sənədlər onu təsdiq edir ki, cavabdeh, saziş və müqavilə il ə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirərək, üçüncü şəxslərin hüquqlarından azad və razılaşdırılmış ölçüdə torpaq sahəsini iddiaçının uşaqlarının mülkiyyətinə vermişdir. İddiaçı iddia etdiyi və həmin razılaşmalardan kənarda baş verən hallar – torpaq sahəsinin bir hissəsinin qonşu şəxslər tərəfindən qanunsuz istifadə edilməsi və tikinti üçün bünövrənin sahənin sərhədlərindən kənarda qoyulması isə, tərəflər arasındakı müqavilə öhdəliklərinə aid olmayıb, üçüncü şəxslərin iddiaçının övladlarına məxsus sahəyə qanunsuz müdaxilə etmələri və iddiaçının özünün sahənin sərhədlərinə uyğun tikinti işləri aparmaması ilə bağlıdır. Bu hallara görə məsuliyyəti sahəni razılaşmaya uyğun şəkildə və ölçüdə iddiaçıya vermiş cavabdeh (keçmiş mülkiyyətçi) daşıya bilməz. Yuxarıda qeyd olunan məhkəm ə qətnaməsindən və iddiaçının izahatından görünür ki, qonşu şəxslərin torpaq sahəsindən çıxarılmaları və sahənin iddiaçının qanuni sahibliyinə qaytarılmasına dair tələb təmin edilmiş və hazırda 0,015 ha torpaq sahəsi ölçülərinə uyğun şəkildə iddiaçının mülkiyyətində və sahibliyindədir. Kollegiya onu da nəzərə alır ki, torpaq sahəsi üzərində tikinti aparan şəxs, əvvəlcə, sahənin sərhədlərini (kordinatlarını) hüquq müəyyənedici sənədlər və aidiyyəti qurumların ölçmə və nişanlamaları ilə müəyyənləşdirməli, müvafiq norma və qaydalara riayət etməklə tikintini həmin sərhədlərin daxilində aparmalıdır. Bu qaydalara əməl edilməməsinin riski həmin şəxsə aiddir. Odur ki, bu qaydalara riayət edilmədən aparılmış tikinti işləri üzrə yaranan zərərə görə başqa şəxs, o cümlədən torpaq sahəsini satmış keç miş mülkiyyətçi məsuliyyət daşıya bilməz. Baxılan işdə İddiaçı apellyasiya məhkəməsinin iclasında etiraf etmişdir ki, sahədə inşa etmək istədiyi binanın bünövrəsini aldığı sahənin plan və ölçüsünə uyğun olan sərhədlərini dəqiq müəyyənləşdirmədən sahənin hüdudlarından kənarda qoymuşdur. Tikintiyə başlayarkən sahənin sərhədlərini dəqiqləşdirməyi bilməmiş və buna görə də zərərə düşmüşdür. Belə olan halda, yaranmış zərərə görə Cavabdeh məsuliyyət daşıya bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən keçirilmiş mühəndis-texniki ekspertizasının 01.10.2018-ci il tarixli rəyi cavabdehin müqavilə öhdəliyini (şərtlərini) pozmasını və ya delkt törətməsini təsdiqləyən sübut olmayıb, iddiaçı tərəfindən torpaq sahəsi alındıqdan sonra aparılmış tikinti işlərinə çə kilmiş xərclərin dəyəri haqqındadır. Odur ki, mübahisənin hüquqi həlli üçün həmin rəyin əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş ols un, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2888/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Məmmədov Dilsuz Babək oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2888/2019 nömrəli iş üzrə 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4339/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4339/2019
28.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver