Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-434/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı və vəkili Vəliyev Rasim Cəfər oğlunun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 2(107)-2400/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(046)-749/2019 saylı qətnaməsi ilə (hakim İ.B.Fəttahov) İddiaçı Cavabdeh ə ldən çıxmış faydaya görə 85.000 manat pulun alınaraq ona verilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 2(107)-2400/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən Ə.T.Məcidov, İ.F.Quliyev məruzəçi və M.A.Əsədli) Göyçay Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsi İddiaçı münаsibətdə dəyişdirilmədən, оnun apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydaya görə 85.000 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, JN-754 KOD 40812018 seriyalı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən X1, B, X2 mülkiyyətində olan 1.15 ha torpa q sahəsi onlar tərəfindən 15 oktyabr 2002-ci il tarixdə ona satılmış, həmin torpaq sahəsini bütövlükdə qəbul etmiş və torpaq sahəsinin əvəzində aralarında müəyyənləşdirilmiş 41.000 ABŞ dolları pul məbləği X1, B, X3 təqdim edilmiş, onlar isə həmin pul məbləğini qəbul etmişlər. DƏDRX-nin 16 saylı Ərazi İdarəsini tərəfindən Göyçay rayonu, Potu kəndində yerləşən 1.15 ha torpaq sahəsinin, 0.9849 ha hissəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 06 dekabr 2013-cü il tarixdə qeydə alınmış, və iddiaçıya RX seriyalı 298000 saylı çıxarış verilmişdir. 1.15 ha torpaq sahəsinin, 0.1690 ha hissəsi faktiki vəziyyətdə (təbii fəlakət nəticəsində) çay və sel sularının aşınmasına məruz qalaraq çay yatağı ilə birləşmişdir. İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndind ə yerləşən 0.9849 ha torpaq sahəsi 15 oktyabr 2002-ci il tarixdən 29 noyabr 2016cı il tarixədək Cavabdeh tərəfindən saxta sənədlərdən istifadə etməklə zəbt edilmiş, uzun müddət onun qanunsuz sahibliyində olmuş, nəticədə İddiaçı tərəfindən həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək mümkün olmamış, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. İddiaçı torpaq sahəsindən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini 85.000 manat məbləğində dəyərləndirir. Belə ki, İddiaçı, 15 oktyabr 2002-ci il tarixdən 29 noyabr 2016-cı il tarixədək Göyçay rayonu, Potu kəndində yerləşən 0.9849 ha torpaq sahəsini təyinatı üzrə istifadə etsəydi 85.000 manat gəlir əldə edə bilərdi. Lakin iddiaçı Cavabdeh dəfələrlə mülkiyyətdə olan torpaq sahəsindən çıxmaq tələb etmiş, Cavabdeh torpaq sahəsi ndən çıxmaqdan imtina etmiş, torpaq sahəsi İddiaçı təhvil verilməmişdir. Göyçay Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh Göyçay rayonu, Potu kənd Bələdiyyəsinin fondunun alqısatqı predmeti olan həyətyanı torpaq sahəsindən 0.144 ha torpaq sahəsinin satılmasına dair Potu Bələdiyyəsinin 22 dekabr 2003-cü il tarixli, 17 saylı qərarı, həmin torpaq sahəsinin alqı-satqısına dair 22 dekabr 2003-cü il tarixli akt və həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər barədə 01 saylı reyestr kitabında 35-ci səhifədə, 140 reyestr nömrəsi ilə qeydə alınmış 11 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, iddiaçının mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 0.9849 ha torpaq sahəsinin 0.25 ha tor paq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi və həmin torpaq sahəsindən Cavabdeh çıxarılması, Göyçay rayonu, Potu kəndində yerləşən 0.9849 ha torpaq sahəsinin 0.25 ha torpaq sahəsinə Cavabdeh yenidən daxil olmasına qadağa qoyulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da, Cavabdeh Göyçay rayonu, Potu kəndində yerləşən 0.9849 ha torpaq sahəsindən 2002-ci il tarixdən 2016-cı il tarixədək qanunsuz olaraq istifadə etmiş, nəticədə onu torpaq sahəsinin təyinatı üzrə istifadə edərək əldə ediləcək gəlirdən məhrum etmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Vəliyev Rasim Cəfər oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyekti v və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, ba xılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX ******* seriyalı, 06 dekabr 2013-cü il tarixli çıxarışından görünür ki Göyçay rayonu, Potu kəndində yerləşən 0.9849 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İşdə olan Göyçay Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı iddiası təmin edilmiş, Cavabdeh Göyçay rayon Potu kənd Bələdiyyəsi fondunun alqı-satqı predmeti olan həyətyanı torpaq sahəsind ən 0.144 ha torpaq sahəsinin satılmasına dair Potu Bələdiyyəsinin 22 dekabr 2003-cü il tarixli, 17 saylı qərarı, həmin torpaq sahəsinin alqı- satqısına dair 22 dekabr 2003-cü il tarixli akt və həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər barədə 01 saylı reyestr kitabında 35-ci səhifədə, 140 reyestr nömrəsi ilə qeydə alınmış 11 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, iddiaçının mülkiyyətində olan Göyçay rayon Potu kəndində yerləşən 0.9849 ha torpaq sahəsinin 0.25 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi və həmin torpaq sahəsindən Cavabdeh çıxarılması, Göyçay rayonu, Potu kəndində yerləşən 0.9849 ha torpaq sahəsinin 0.25 ha torpaq sahəsinə Cavabdeh yenidən daxil olmasına qadağa qoyulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 avqust 2016cı il qərarından görünür ki, Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin 04 fevral 2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh Göyçay rayon Potu kənd bələdiyyəsi fondunun alqı-satqı predmeti olan həyətyanı torpaq sahəsindən 0.144 ha torpaq sahəsinin satılmasına dair Potu Bələ diyyəsinin 22 dekabr 2003-cü il tarixli, 17 saylı qərarının həmin torpaq sahəsinin alqısatqısına dair 22 dekabr 2003-cü il tarixli Akt və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin Dövlət Reyestrində qeydə alınmış 15 mart 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsinə istinad edərək Cavabdeh tərəfindən 15 oktyabr 2002-ci il tarixdən 29 noyabr 2016-cı il tarixədək Göyçay rayonu Potu kəndində yerləşən və 06 dekabr 2013-cü il tarixdən iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınmış 0.9849 ha torpaq sahəsindən qanunsuz istifadəsinə görə cavabdehdən 85.000 manat əldən çıxmış fayda tələb edir. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 21 may 2015-ci il tarixli qətnaməsində n görünür ki, İddiaçı iddiası Göyçay rayon Potu bələddiyyəsinin Cavabdeh alqı-satqı yolu ilə satdığı 0.144 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyündən təmin edilmiş, Göyçay rayon Potu kənd bələdiyyəsinin 22 dekabr 2003-cü il tarixli, 17 saylı qərarı və 22.12.2003-cü il tarixli torpaq sahəsinin alqısatqısına dair akt və həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər barədə 01 saylı reyestr kitabında 35-ci səhifədə, 140 reyestr nömrəsi ilə qeydə alınmış 11 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamədən göründüyü kimi, qeyd edilən mübahisəli torpaq sahəsi Cavabdeh adına dövlət qeydiyyatına alınmaqla, onun istifadəsində olmuşdur. İş materiallar ından görünür ki, qətnamədə Cavabdeh başqa şəxsin mülkiyyətində olan torpaq sahəsini bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi alqı-satqı yolu ilə ona vermiş şəxslərin təqsirli hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürmək hüququ da izah edilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İddiaçı 06.12.2013-cü il tarixdən mülkiyyəti kimi qeydə alınmış 0.9849 ha torpaq sahəsindən Cavabdeh 2002-ci il tarixdən 2016-cı il tarixədək qanunsuz istifadə edərək 85.000 manat məbləğində əldən çıxmış fayda tələb etməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı nümayəndəsi X6 cavabdeh X5 əldən çıxmış faydaya görə 85.000 manat pulun alınıb İdd iaçı verilməsinə əsas ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı Seydiağa qızının cavabdeh X5 əldən çıxmış faydaya görə 85.000 manat məbləğində pul tələbinə dair iddiası təmin edilməməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tər əfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2019-cu il tarixli, 2(107)-2400/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-434/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-434/2020
28.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver