Məhkəmə qərarları › İş №2(102)-434/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-434/2022

31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-434/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və X2 qarşı aktların etibarsız hesab edilməsi tələbi barədə ilkin, pul tələbi barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: aktların etibarsız hesab edilməsi, birgə fəaliyyət müqaviləsi üzrə pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5109/2021 nömrəli iş üzrə 15.07.2021-ci il tarixli qətnaməsindən qarşılıq lı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 09.02.2015-ci il tarixdə "xxxx" MTK-nın sədri YYY "xxxx" MMC adına vəzifəsi göstərilmədən Cavabdeh2 və "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmış akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən "xxxx" MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885.528 manat sərmayə qoyulmuşdur. Tərəflər həmin sərmayənin düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. 09.02.2015-ci il tarixli digər akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən Qaradağ rayonu ərazisində «Şahqaya» adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97.342 manat sərmayə qoyulmuşdur. Tərəflər həmin aktın düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. 09.02.2015-ci il tarixli digər akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən Hökməli kəndində yerləşən daş istehsalı sexinə 341.800 manat sərmayə qoyulmuşdur. Tərəflər həmin aktın düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı «aktların etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə onun arasında imzalanmış 09.02.2015-ci il tarixli Hökməli qəsəbəsində ərazisi 0,5 hektardan ibarət olan, içərisində daş (aqlay) sexinin alğı-satqısına 341.800 manat sərmayə qoyulması ilə bağlı tərtib olunmuş aktın, 09.02.2015-ci il tarixdə «Şahqaya» adlanan ərazid ə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97.342 manat sərmayə qoyulması ilə bağlı tərtib olunmuş aktın və 09.02.2015-ci il tarixdə ünvan 1 ünvanda "xxxx" MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885.528 manat sərmayə qoyulması ilə bağlı aktın tərtib olunduğu andan etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü ilin ortalarında müqavilə əsasında Abşeron rayonu Xırdalan şəhərində beş ədəd tək bloklu 12 mərtəbəli binaların tikintisi üçün torpaq sahəsi götürərək yüksək mərtəbəli binanın tikintisinə başlamışdır. Həmin vaxt qeyd olunan torpaq sahəsinin sahibi ilə Cavabdeh2 vasitəsi ilə tanış olmuşdur. Tanışlıqdan sonra qarşı tərəflə razılaşma olduğundan vasitəçili yə görə tikiləcək binadan üç otaqlı olmaqla bir mənzil verəcəyinə vəd vermişdir. İnşa işləri başladıqdan sonra Cavabdeh2 vəd verdiyi üçün otaqlı mənzili onun adına rəsmiləşdirmişdir. Həmin vaxt Cavabdeh2 yanına gəlib gedirdi. 2014-cü ilin may ayının əvvəllərində ona bildirmişdir ki, inşa olunan mənzildən pul ödəmə şərti ilə daha iki mənzil lazımdır. Onu əvvəldən tanıdığından etiraz etməmişdir. Cavabdeh2 dərhal ödəniş edə bilməyəcəyini, tədricən ödəmə edəcəyini bildirmiş və onun tikinti sektorunda əlaqəsinin olduğunu bildirərək tikintiyə lazım olan tikinti materiallarını verəcəyini söz vermişdir. Onlar şifahi razılaşmanı əldə etdikdən sonra Cavabdeh2 iki şəxsiyyət vəsiqəsi təqdim etmişdir. Həmin şəxsiyyət vəsiqələri onun qızı X13 və qardaşı X14 adına olmuşdur. Cavabdeh2 mənzillər yazıldığı təqdirdə bir il altı ay müddətində ödəmələri başa çatdıracağına söz vermişdir. O, 23 may 2014-cü il tarixdə X13 adına MMC tərəfindən Abşeron rayonu Xırdalan şəhəri Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın «A» girişi 6-cı mərtəbəsindəki 33 saylı sahəsi 129,13 m2, dəyəri 64.565 manat olan mənzil və X14 adına isə MMC tərəfindən Abşeron rayonu Xırdalan şəhəri Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın «C» girişi 10-cu mərtəbəsindəki 49 saylı sahəsi 125,78 m2, dəyəri 62.890 manat olan mənzil üzrə alğı-satqı müqaviləsi bağlamışlar. Qeyd olunan mənzillər üzrə ödənişlər 2015-ci ilin dekabr ayının 23-dək yekunlaşmalı idi. Alğı- satqı müqaviləsi bağlandıqdan sonrakı bir il altı ay müddətində nə adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər, nə də Cavabdeh2 tərəfindən hər ha nsı ödəniş olmamışdır. Bundan başqa, Hökməli qəsəbəsində ərazisi 0,5 hektardan ibarət olan, içərisində daş (aqlay) sexinin alğı-satqısı ilə bağlı X6 ilə Cavabdeh2 arasında 25 oktyabr 2014-cü il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi ilə X4 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 22 fevral 2016-cı il tarixli 2(001)-538/2016 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, həmin dövrdə Cavabdeh2 onun tərəfindən aparılan tikinti işlərinə qoşulmaq üçün maddi imkanının olduğunu bildirmişdir. Bu məqsədlə aralarında 09.02.2015-ci il tarixdə akt tərtib edərək guya onun və Cavabdeh2 tərəfindən Hökməli qəsəbəsində ərazisi 0,5 hektardan ibarət olan, içərisində daş (aqlay) sexin in alğı-satqısına 341.800 manat müştərək qaydada pul qoymuşlar. Hansı ki bu fakt öz təsdiqini tapmamışdır. 09.02.2015-ci il tarixdə akt tərtib edərək, guya onun və Cavabdeh2 tərəfindən «Şahqaya» adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97.342 manat sərmayə qoymuşlar. Bildirir ki, qeyd olunan karxana və daş istehsalı sexi X9 məxsusdur və o, Elxanı tanımamışdan əvvəl həmin obyekti icarəyə götürüb işlədir. 09.02.2015-ci il tarixdə akt tərtib edərək, guya onun və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda "xxxx" MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885.528 manat sərmayə qoyulmuşdur. Bu xüsusatla bağlı bildirir ki, həqiqətdən uzaq olmaqla, reallığı əks etdirmir. Belə ki, o, qeyd olunan ünvanda faktiki tikintini 2015-ci ilin mart ayının sonlarında bağlamışdır. Necə ola bilərdi ki, aktın imzalandığı tarixdə 885.528 manat sərmayə qoyulsun? Digər tərəfdən, müqavilə bağlanan zaman X15 və X6 şahiddir ki, müqavilə bağlanan zaman hər hansı artıq qoyulmuş sərmayəyə görə deyil, gələcəkdə qoyulacaq sərmayə nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən onu bildirir ki, əgər Cavabdeh2 aktlarda göstərilən pulu var idisə yuxarıda qeyd etdiyi kimi, özünün və qızının adına sənədləşdirilmiş mənzillərin pulunu nə üçün ödəyə bilməmişdir. İlk iddia üzrə Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi, 1.523.369 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia qanunsuz və əsassızdır. Mülki Məcəllənin 324.1, 328.1, 337.1, 337.2, 339.1, 339.2, 354.1, 354.2-ci maddəsində əqdlərin etibarsızlığının əsasları, qaydası və müddətləri müəyyən edilmişdir. Həmin qaydalardan məlum olur ki, bağlanmış əqdin etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilə bilər (tərəflərin öz razılığı ilə etibarsız hesab edilmə halı istisnadır) və bu zaman əqdlə razılaşmayan və onu mübahisələndirən tərəf bu barədə məhkəmədə 1 il müddətində (əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən) iddia qaldıra bilər. Digər tərəfdən, iddiaçı iddia edir ki, guya Cavabdeh2 tərəfindən mübahisələndirilən aktlarda qeyd edilmiş məbləğlərin ödənilməsi təmin edilməmişdir. Bu baxımda n iddiaçı yaddan çıxarır ki, həmin aktlar, həmin aktlarda göstərilmiş məbləğlərin ödənilməsinə görə deyil, artıq ödənilmiş məbləğlərin ödənildiyini təsdiq etmək baxımından, yəni onun tərəfindən aktlarda qeyd edilən məbləğlərin sərmayə olaraq qoyulduğunun təsdiqi baxımından tərtib olunmuşdur. Buna görə də, iddiaçının həmin aktlarda qeyd edilən məbləğlərin onun tərəfindən ödənilməməsinə dair «dəlilləri» absurd və həqiqətə uyğun deyildir. Qeyd edilən məbləğlər onun tərəfindən sərmayə olaraq qoyulmuş və iddiaçı tərəf həmin sərmayələrə münasib gəlirlərin bölüşdürülməsindən yayınmaq xatirinə bu gün bu məzmunda iddia qaldırmışdır. Hesab edir ki, yuxarıdakılara əsasən iddiaçının tələbinin hüquqi əsası yoxdur və iddiaçı etibarsız hesab etdirmək istədiyi əqdlər üzrə üzərinə düşən öhdəliyi icra etmək dən yayınmaq istədiyindən həmin aktlar üzrə tərəfindən sərmayə kimi ödənilmiş məbləğlər (341.800 + 97.342 + 885.528) = 1.324.670 manat məbləğində sərmayə və həmin məbləğdən 3 ildən artıq bir müddətdə istifadəyə görə qüvvədə olan bank faizinin uçot dərəcəsi ilə (5 % olmaqla) (1.324.670 x 5 % = 66.233 x 3 = 198.699 manat, cəmi 1.324.670 + 198.699) = 1.523.369 manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Tağıyev Ceyhun) 12.02.2020-ci il tarixli 2(006)-61/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı «aktların etibarsız hesab olunması» tələbinə dair ilk iddiası; Cavabdeh2 İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ilk iddiaçı iddiasında əsasən Cavabdeh2 hərəkətlərini mübahisələndirsə də, digər cavabdeh kimi göstərilən X6 və aktı imzalayan "xxxx" MTK-nın sədri kimi qeyd edilən Müslət Nəcəfov tərəfindən onun hansı hüquqlarının pozulmasını göstərməmişdir. Məhkəmə daha sonra qeyd edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən eyni tarixli aktların hansının əvvəl, hansının sonda bağlanmasının ardıcıllığı göstərilməmiş və hansı səbəbdən eyni tarixdə razılaşdırılmış məsələlərin bir aktda deyil, 3 müxtəlif aktda sənədləşdirilməsinin, "xxxx" MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı aktlda imza edənlər Müslət Nəcəfovun "xxxx" MTK-nın sədri, Cavabdeh2 "xxxx" MMC-nin nümayəndəsi (vəzifəsi göstərilmədiyi üçün) və İddiaçı "xxxx" MMC-nin direktoru kimi göstərilməsinə baxmayaraq digər aktlarda onların vəzifəli şəxslər kimi deyil, fiziki şəxslər kimi imzalamalarının, aktlarından bağlanmasından 1 ildən çox vaxt keçdikdən sonra onların etibarsızlığına dair hazırki iddianın qaldırılmasının səbəblərini göstərməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin (aktların) etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Məhkəmə qarşılıqlı iddianın dəlillərinə qiymət verməkdə davam edərək həmçinin də hesab edir ki, qarşılıqlı iddiaçı 3 aktlar əsasında qoyulmuş sərmayədən gəlir əldə edilməsinə dair də məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Halbuki, yuxarıda sadalanan qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxa rmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə qarşılıqlı iddianın ilk iddianın verilməsindən sonra qaldırılmasını vurğulamaqla qeyd etməyi də zəruri sayır ki, qarşılıqlı iddiaçı mübahisələndərilən aktlarda qeyd edilən məbləğlərin onun tərəfindən sərmayə olaraq qoyulmasına və İddiaçı tərəfindən həmin sərmayələrə mütənasib gəlirlərin bölüşdürülməsindən imtina etməsi faktı mövcud olduğu təqdirdə Cavabdeh2 hüquqlarının pozulması anından etibarən qoyulmuş sərmayədən əldə edilən gəlirlə bağlı həmin gəliri ondan gizlədən və ya verməyən şəxsə yaxud şəxslərə qarşı iddia qaldıra bilərdi. Bundan əlavə, işin materiallarından görünür ki, qarş ılıqlı iddiaçı aktlarda qeyd edilən 341.800 + 97.342 + 885.528 manat məbləğində pulları tərəfindən sərmayə kimi ödənilmiş məbləğlər kimi qiymətləndirsə də, nəzərə almamışdır ki, cəmi məbləğ olan 1.324.670 manat məbləğində sərmayə tək onun özünə aid deyildir. Aktların məzmunundan da göründüyü kimi, bu sərmayə həm də İddiaçı aid olmuşdur. Bu səbəblərdən məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsi mümkün deyil. Birinci instanisya məhkəməsi öz mövqeyini əsaslandırarkən MM-nin 324, 328, 337, 339, 354, MPM-nin 14, 77, 217-ci maddələrinə istinad etmişdir. Nəsimi rayon məhkəməsinin 12.02.2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-5822/2020 nömrəli 07.10.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(006)-61/2020 saylı qətnaməsi Cavabdeh2 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı arqumentləri ilə razılaşaraq həmçinin qeyd edir ki, sərmayə qoyuluşu ilə bağlı 09 fevral 2015-ci il tarixli aktlarda qeyd olunan xüsusatlar başqa heç bir sübutla təsdiq olunmamış, hər üç aktın tərtibində iştirak etmiş X7 həmin aktların etibarsız olduğunu, Cavabdeh2 sərmayə qoyacağına söz versə də, vədinə əməl etmədiyini bildirmişdir. Kollegiya həmçinin qeyd e dir ki, aktların məzmunundan Cavabdeh2 və İddiaçı hərəyə nə qədər sərmayə qoymasını müəyyən etmək mümkün deyil. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən MPM-nin 77-ci maddəsinə istinad etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Elşad Şamayev və Aqil Abbasov) 05 mart 2021-ci il tarixli 2(102)2153/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv edilməsi və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya instansiyası məhkəməsinin aktlarla bağlı müəyyən etdiyi hallar özü-özlüyündə ziddiyyətlidir. Belə ki, məhkəmə kollegiyası bir tərəfdən aktlarda sərmayələrin qoyulması ilə bağlı xüsusatın başqa heç bir sübutla təsdiq olunmadığını və hər üç aktın tərtibində iştirak etmiş X5 həmin aktların etibarsız olduğunu bildirdiyini qeyd etsə də, digər tərəfdən aktların məzmunundan Cavabdeh2 və İddiaçı hər birinə nə qədər sərmayə qoymasının müəyyən edilməsinin mümkün olmadığını qeyd etmişdir. Digər tərəfdən, isə məhkəmə qarşılıqlı iddia tələbinin əsasları üzrə zəruri olan hərtərəfli araşdırılmanı həyata keçirməmişdir. Halbuki, bir-biri ilə bağlı olan 3 akt üzrə qoyulmuş sərmayələrin geri alınması tələbi üzrə mübahisənin həlli məqsədilə ilk növbədə tərəflərin hər bir inin qoyduğu sərmayənin həcmi, bu sərmayələrin qoyulması üzrə tərəflər arasında hansı müqavilədən irəli gələn qarşılıqlı öhdəliklərin götürüldüyü, yəni tərəflərin öhdəliklərinin nədən ibarət olması, daha sonra isə bu öhdəliklərin pozulub- pozulmaması, pozulmuşdursa kimin tərəfindən pozulması, öhdəliyin pozulmasına görə zərərin mövcud olub-olmaması müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə işin həlli baxımından əhəmiyyətli olan bu halları aydınlaşdırmadan qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətində göstərilən dəlillərə müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, qarşılıqlı iddianın əs ası kimi, istinad etdiyi hallara düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – X1 edən və məruzəçi, Mərdanova Xumar və Babayev Fuad) 2(103)5109/2021 nömrəli iş üzrə 15.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı «aktların etibarsız hesab olunması» tələbinə dair iddia tələbi üzrə işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – X1 edən və məruzəçi, Mərdanova Xumar və Babayev Fuad) 2(103)5109/2021 nömrəli iş üzrə 15.07.2021-ci il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-61/2020 saylı iş üzrə 12 fevral 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən h issədə, yəni qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunması və həmin hissədə yeni qətnamə çıxarılması, Cavabdeh2 İddiaçı qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 tərəfindən 09.02.2015-ci il tarixli aktlar üzrə sərmayə kimi ödənilmiş 662 335 (altı yüz altmış iki min üç yüz otuz beş min) manat, həmçinin dövlət rüsumlarının əvəzi qismində 45,60 (qırx beş manat 60 qəpik) manat İddiaçı alınaraq ona ödənilməsi və Cavabdeh2 qarşılıqlı iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi YYY, digər nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmiş, ilk məhkəmə iclasında iştirak edən İddiaçı şikayətin əsassız olduğunu bildirmiş (dəfələrlə dəvət olunmasına baxmayaraq, o, sonrakı iclaslara gəlməmişdir), ilkin iddia üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh1 isə 01.11.2019-cu il tarixdə vəfat etdiyi müəyyən olunmuşdur. Kassasiya instansiyasının qərarında şərh olunanları da əsas götürməklə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еtmişdir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və qarşılıqlı iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (ilkin iddia tələbi üzrə icraata Cavabdeh1 aid hissədə xitam verildiyi və qətna mənin həmin hissəsinin müvafiq qərardadla ləğv olunduğu nəzərə alınmaqla). İşin müəyyən olunmuş hallarına görə, 09.02.2015-ci il tarixdə "xxxx" MTK-nın sədri YYY "xxxx" MMC adına vəzifəsi göstərilmədən Cavabdeh2 və "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmış akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən "xxxx" MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885 528 manat; eyni tarixli digər akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən Qaradağ rayonunda “Şahqaya” adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97 342 manat; eyni tarixli digər akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən Hökməli kəndində yerləşən daş istehsalı sexinə 341 800 manat sərmayə qoyulmuş, İddiaçı və Cavabdeh2 həmin aktların düzgünlüyünü öz imzaları ilə təsdiq et mişlər. Qarşılıqlı iddia tələbini rədd edərkən birinci instansiya məhkəməsi öz qənaətini belə əsaslandırmışdır ki, tərtib olunmuş aktlar birgə sərmayə qoyuluşu və sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, tərəflər bu fəaliyyət nəticəsində qarşılaşa biləcəkləri risklərə görə bir- birinin qarşısında məsuliyyət daşımırlar. Bundan əlavə, qarşılıqlı iddiaçı mübahisələndirilən 3 akt üzrə qoyulmuş sərmayədən gəlir əldə edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir və aktların məzmunundan görünür ki, 1 324 670 manat məbləğində qoyulmuş sərmayələr yalnız Cavabdeh2 deyil, həm də İddiaçı aid olmuşdur. Məhkəmə həmçinin, Cavabdeh2 bu iddianı İddiaçı tərəfindən iddia qaldırıldıqdan sonra irəli sürdüyünü, tərəflər arasında qərəzlimünasibətlərin olmasını vurğulamışdır. Məhkəmə hеsаb еtmişdi r ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə qənaətə gələrkən hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu mənada kollegiyanın qənaətinə görə, Cavabdeh2 irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı, “aktların etibarsız hesab edilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını (qətnamədən şikayət vermədiyini) də nəzərə almaqla kollegiya hesab edir ki, ağlabatan mühakimə əsasında 09.02.2015-ci il tarixli aktlarda göstərilən pul məbləğlərinin ortaq biznes fəaliyyəti göstərmək məqsədilə sərmayə kimi qoyulduğu (yatırıldığı), lakin həmin ortaqlığın baş tutmadığı (reallaşmadığı) və İddiaçı qarşılıqlı iddiaçının hesabına əsassız varlandığı qənaətinə gəlmək mümkündür. Bununl a belə kollegiya, qarşılıqlı iddia tələbinin qismən əsaslı olduğunu vurğulamışdır, belə ki, qarşılılqı iddiaçının istinad etdiyi aktlarda əks olunan pul vəsaitlərinin “Cavabdeh2 və İddiaçı tərəfindən sərmayə kimi qoyulduğu” göstərilmişdir və bu o deməkdir ki, əksi sübut olunmayana qədər həmin vəsait onlar tərəfindən bərabər hissədə (hər biri 662 335 manat olmaqla) sərmayə qismində yatırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Kolle giya hesab edir ki, qarşılıqlı iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, onun iddia tələbi “istifadəyə görə faizlərin tutulması” hissəsində də təmin oluna bilməz. Şərh olunanlara əsasən, kollegiya Cavabdeh2 İddiaçı 662 335 manatı sonradan həyata keçirilməmiş və ya aradan qalxmış əsasla vermiş olduğu qənaətinə gəlmiş və hesab etmişdir ki, həmin məbləğ İddiaçı onun xeyrinə tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372, Mülki Məcəllənin 449, 1092, 78.1, 217.4, 80, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, qarşılıqlı iddia tələbin in tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ilə aralarında 09.02.2015-ci il tarixdə tərtib və təsdiq olunmuş, onun tərəfindən 1) Hökməli qəsəbəsində, ərazisi 0,05 ha-dan ibarət olan, içərisində daş (aqlay) sexinin alqı- satqısma görə 341.800 manat; 2) “Şahqaya” adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə görə 97.342,0 manat və 3) ünvan 2 ünvanında, "xxxx" MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə görə 885,528,00 manat sərmayə qoyulmuşdur. Kassator bildirmişdir ki, qoyduğu sərmayələrdən faydalanmalı idi, lakin göstər ilən tarixdən indiyə kimi nə pulundan nə də gəlirindən faydalana bilməmişdir. Cavabdeh bütün pulları mənimsədi və üstəlik onu həbsə atdırmağa nail oldu, işini peşəkarcasına görsə də vaxtı düzgün hesablamayaraq iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. Hətta müddəti ötürməsə belə iddiaçı tələbində haqlı deyildir. Haqq nazilər üzülməz, ilk iddiaçı üzrə iddiaçının iddia tələbindən də görünür ki, sərmayələr onun tərəfindən qoyulub, baxmayaraq ki, aktlarda guya onunla bərabər iddiaçının da sərmayə qoyduğu yazılmışdır. Həmin aktlar artıq sərf edilmiş sərmayəni əks etdirir. Qarşılıqlı tələbində haqlıdır və tələb tam təmin olunmalıdır, ilkin iddia üzrə İddiaçı ilə hər hansı narazılığın olmasına baxmayaraq ortada təsdiq olunmuş və imzalanmış aktlar var, həmin aktlar mübahisələndirilə bi lməz. Söhbət pulun sərmayə kimi qoyuluşundan gedir ki, bunu da təsdiq etmiş şəxslər sonradan təkzib edə bilməz və mübahisələndirərkən qanunun tələbinə və işin faktiki halına əks getmək mümkün deyildir. Sərmayə kimi ödənilmiş məbləğlər (341.800+97342+885528) = 1.324.670,00 manat məbləğində sərmayə və həmin məbləğdən 4 ilə yaxın bir müddətdə istifadəyə görə qüvvədə olan Bank faizinin uçot dərəcəsi ilə (5 faiz olmaqla) 1 324.670 x 5%=66.233 x 4 = 264 934,00 manat, cəmi 1.324.670 + 264 934 = 1.589 604 manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. İddiaçı tərəfindən kassasiya şikayətinə dair yazılı etiraz və ya izahat verilməmişir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədiyi üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onalrın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduq da məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qarşılıqlı idia üzrə iddiaçı kassasiya şikayətində qətaməni qismən qarşılıqlı iddianın təmin edilməmiş hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, qətnamənin yoxlanılan hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin ş ikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qarşılqlı iddianın təmin edilməyən hissəsində həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5109/2021 nömrəli iş üzrə 15.07.2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar