Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4342/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan, subyektiv hüquq, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-699/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Əli-Bayramlı şəhər X1 (XDS) 10 mart 1994-cü il tarixli, 02 saylı qərarına əsasən ƏliBayramlı şəhəri L-nt İbrahimov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində XXX kiçik müəssisəsinə 20,25 kv.m torpaq sahəsi ayrılmışdır. Şirvan Bələdiyyəsinin 30.07.2015-ci il tarixli, 11 nömrəli iclas protokolu ilə yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının 28.07.2015-ci il tarixli, 05 nömrəli iclasında məsələ üzrə qəbul edilmiş qərar, XXX kiçik müəssisəsinin 13.07.2015-ci il tarixli məktubu və bələdiyyəyə təqdim etdiyi sənədlər nəzərə alınaraq, XXX kiçik müəssisəsinin könüllü imtina etdiyi 0,5 hektar torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna daxil edilmişdir. Şi rvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-764/2018 nömrəli iş üzrə 22.05.2018ci il tarixli qərardadı ilə İddiaçı (bundan sonra – iddiaçı) Şirvan Bələdiyyəsinə qarşı sonuncunun 28.07.2015-ci il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi barədə iddiası mümkün sayılmamış, həmin qərardaddan verilmiş şikayətlər təmin edilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə həmin iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsi iddiaçıya deyil, XXX kiçik müəssisəsinə ayrılmış, lakin iddiaçı iddianı öz adından qaldırmışdır. Bu baxımdan iddiaçının həmin iddianı qaldırmaqla bağlı subyektiv hüququ olmamışdır. Şirvan Şəhər Məhkəməsinin 2(032)-123/2018 nömrəli iş üzrə 22.05.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 6 saylı Regional Mətbuatyayım İd arəsinə qarşı mətbuatyayımı köşkünün torpaq sahəsindən götürülməsi barədə iddia ərizəsi təmin edilmiş, "xxxx" ASC-nin 6 saylı Regional Mətbuatyayım İdarəsi tərəfindən qoyulmuş mətbuatyayımı köşkünün Şirvan şəhəri L-nt İbrahimov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində olan 20 kv.m torpaq sahəsindən götürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-397/2019 nömrəli iş üzrə 13.02.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədən kassasiya şikayəti verilməmişdir. Şirvan Şəhər İcra və Probasiya şöbəsinin 17.09.2019-cu il tarixli qərarı ilə, Şirvan Şəhər Məhkəməsinin 2(032)-123/2018 nömrəli, 22.05.2018-ci il tarixli icra sənədi icra edilməklə, borcluya aid mətbuatyayım köşkü mübahisəli ərazidən götürüldüyün dən, həmin icra işi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı, "xxxx" ASC-nin 6 saylı Regional Mətbuatyayımı İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin 6 saylı Regional Mətbuatyayımı İdarəsindən onun xeyrinə maddi zərərin əvəzi olaraq 31122 manat, mülkiyyətindən qanunsuz məhrum olunmağının əvəzi olaraq 3000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra Şirvan Şəhər Məhkəməsinin 2(032)-1567/2019 saylı, 04.11.2019-cu il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin 6 saylı Regional Mətbuatyayımı İdarəsi "xxxx" ASC (bundan sonra – cavabdeh) ilə əvəz edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 5 nəfər ailə üzvü ilə birlikdə yaşamaqla hazırda səyyar sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əli-Bayramlı şəhər X1 10 mart 1994-cü il tarixli qərarı ilə ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmiş, çünki həmin sahənin düz mərkəzinə "xxxx" ASC-nin 6 saylı Regional Mətbuatyayımı İdarəsi tərəfindən mətbuatyayımı köşkü qoyulmuşdur. Həmin köşkün torpaq sahəsində qoyulmağına görə o, uzun illər torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Dəfələrlə "xxxx" ASC-nin 6 saylı Regional Mətbuatyayımı İdarəsinə və digər müxtəlif instansiyalara rəsmi müraciətlər edərək torpaq sahəsindən qəzet köşkünün götürülməsini tələb etsə də, bunun müsbət nəticəsi olmamış, buna görə də pozulmuş hüquqlarının bərpa edilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə xeyrinə qətnamə qəbul etsə də, bu günə kimi həmin mətbuatyayımı köşkü qeyd edilən ərazidə durmaqla onun mülkiyyətindən fasiləsiz istifadəsinə maneçilik yaradır. Qanuni sahibliyinə verilmiş əmlak şəhərin çox əlverişli yerində olmaqla gediş-gəliş yolları üstündədir. 90-cı illərdən cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində iqtisadi fəaliyyətini apara bilmir. Həmin ərazidə hər hansı ət dükanı, ya da balıq dükanı inşa edib qazanc əldə edə bilərdi ki, həmin qazancdan dövlətə olan vergi borcunu ödəyər, ailəsinin güzəranını yaxşılaşdıra bilər, həmçinin möhtac olan şəxslərin əməyindən istifadə etməklə onların da işçi kimi rifahının yaxşılaşmasına vəsilə ola bilərdi. Şəhə rin həmin ərazisinə aid icarə haqqı da çox yüksəkdir ki, o, həmin ərazidə tikili tikə bilər, onu icarəyə verməklə də qazanc götürə bilərdi, amma bundan məhrum olmuşdur. Daşınmaz Əmlakın Rieltor Mərkəzinin 09.09.2019-cu il tarixli rəyinə əsasən Şirvan şəhəri, 20 Yanvar və L-t İbrahimov küçələrinin kəsişməsində yerləşən 21,6 kv.metr olan obyektin kirayə bazar qiyməti 1995-2000-ci illərdə 1 kv.metr üçün 4 manat, 20002005-ci illərdə 1 kv.metr üçün 5 manat, 2005-2010-cu illərdə 1 kv.metr üçün 5 manat, 2010-2015-ci illərdə 1 kv.metr üçün 5,50 manat, 2015-2019-cu illərdə 1 kv.metr üçün 6,50 manat təşkil etmişdir. 1995-ci ilin yanvar ayından götürülsə (1995-2000-ci illər üçün 60x4x21=5040 manat, beləliklə 2000-2005-ci illər üçün 6300 manat, 2005-2010-cu illər üçün 6300 manat, 2010-2015-ci illər üç ün 6930 manat, 2015-2019-cu illər çün 6552 manat) ümumilikdə 31122 manat olmaqla bu günkü günə qədər o, həmin qazancından məhrum olunmuşdur. Bu illər ərzində pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəmə instansiyalarında iştirak etməklə xeyli narahatlıq hissləri, stress, əzab və əziyyətlər keçirmiş, ona mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan 3000 manat qiymətləndirir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələblərini qəbul etməmiş və iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli köşk (6 kv.m. standarta uyğun) hələ sovetlər dönəmindən orada olmuşdur. İddia ərizəsindən görünür ki, 1994 - cü ildə ƏliBayramlı şəhər XDS tərəfindən cavabdehin köşkünün yerləşdiyi torpaq sahəsi ətrafı da daxil olmaqla (20.25 kv.m.) XXX kiçik müəssisəsinə ayrılmışdır. Bu barədə həmi n vaxt onlara heç bir məlumat verilməmişdir. 2018-ci ildə iddiaçının Şirvan Şəhər Məhkəməsinə müraciətindən sonra belə bir sərəncamın olmasından məlumatları olmuşdur. Şirvan Şəhər Məhkəməsi tərəfindən 22.05.2018-ci ildə köşkün götürülməsi barədə qətnamə çıxarılmışdır. Qətnamənin icrası qaydasında köşkü həmin ərazidən götürmüşlər. Qəzet jurnal köşkləri yerli icra hakimiyyəti orqanlarının razılığı ilə yerləşdirilir, məqsəd qazanc əldə edilməsi deyil, dövri mətbuatın yayımını həyata keçirməklə respublikada həyata keçirilən islahatlar və quruculuq işlərinin geniş xalq kütlələrinə çatdırılması və ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılmasıdır. İddia olunduğu kimi, onlar köşkü torpaq sahəsi ayrıldıqdan sonra ora qoymamış, köşk sərəncam verilməzdən xeyli əvvəl həmin yerdə olduğundan onlar iddiaçının hüquqlarını pozmamışlar. Həmin iş üzrə qətnamə icra olunduqdan sonra icra işinə xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-716/2020 nömrəli iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1995-ci ildən etibarən cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin dəyməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmin tarixdən mübahisəli sahənin cavabdehin istifadəsində olmasına baxmayaraq, onun iddiaçının sərəncamına qaytarılması vəzifəsi cavabdehin üzərinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qoyulduğundan, həmin dövr (1995-ci il – 2019-cu i l) ərzində cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli hüquqazidd hərəkətlər edilməmişdir ki, iddiaçıda ziyanın ödənilməsi ilə bağlı tələb hüququ yaransın. Bundan əlavə, cavabdeh tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası zamanı da maneçilik törədilməmiş, icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə, həmçinin belə qənaətə gəlmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsinə dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından cavabdehdən mənəvi zərərin əvəzinin tutulması barədə iddia tələbi də rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə, “M ənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qətnamə çıxarmışdır. Apellyasiya şikayətinə əlavədə iddiaçı birinci instansiya məhkəməsində prosessual hüquq normalarının pozulmasını onunla əsaslandırmışdır ki, birin ci instansiya məhkəməsi iddia ərizəsində və onun məhkəmə çıxışlarında bildirdiyi arqumentlərə heç bir hüquqi qiymət verməmiş, məhkəməyə təqdim etdiyi və mülki iş materiallarında mövcud olan sübutlara obyektiv hüquqi qiymət verməyərək iş üçün mühüm əhəmiyyəti olan halları araşdırmamış, yalnız cavabdehin mənafelərinə xidmət edən absurd və mülahizə xarakterli arqumentlərlə iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə araşdırması zamanı o, torpaq sahəsinin 1995-ci ildən ona məxsus olduğunu, cavabdehin həmin torpaq sahəsinə dair heç vaxt hər hansı hüququ olmadığını, cavabdehin qanunsuz olaraq 25 il müddətində ona məxsus torpaq sahəsini zəbt etdiyini, bununla da həm onun mülkiyyət hüquqlarını pozduğunu, həm də onun əmlakından istifadə edərək gəlir əldə etmək imkanından məhrum et diyini, nəticədə ona iddia tələbində qeyd edilən həcmdə maddi və mənəvi zərər vurduğunu sübuta yetirildiyini qeyd etmişdir. O, məruz qaldığı maddi zərərlə bağlı mütəxəssis rəyini də məhkəməyə təqdim etmişdir. Bu səbəbdən hesab edir ki, o həm zərərə məruz qalmasını, həm də zərərin həcmi barədə sübutetmə öhdəliyini tam icra etdiyindən birinci instansiya məhkəməsi iddianın tam təmin olunması barədə qətnamə çıxarmalı idi. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-699/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasi ya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı öz mülkiyyəti hesab etdiyi və cavabdeh tərəfin uzun müddət istifadəsində olmuş torpaq sahəsi 1994-cü ildə ona deyil, XXX kiçik müəssisəsinə ayrılmışdır. Lakin hazırda iddiaçı həmin torpaq sahəsindən qanunsuz istifadəyə görə cavabdehdən maddi və mənəvi ziyanın əvəzinin tələb edilməsi ilə bağlı iddia tələbini torpaq sahəsinin ayrıldığı müəssisənin adından deyil, öz adından qaldırmış, iddianın dəlilləri kimi müəssisənin çəkmiş olduğu və ya çəkə biləcəyi zərərə deyil, özünün şəxsiyyəti ilə bağlı olan əsaslara (hüquqlarının pozulması nəticəsində maddi və mənəvi zərərə məruz qalmasına, səhhətində problemlərin yaranmasına, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb və stress keçirməsinə və s.) istinad etmişdir. M əhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında əvvəllər mövcud olmuş digər məhkəmə çəkişmələri ilə bağlı qəbul edilmiş qərarlarda da, mübahisəli torpaq sahəsinin iddiaçıya deyil, XXX kiçik müəssisəsinə ayrılması müəyyən edilmişdir. Bundan başqa, iddiaçı özünün XXX kiçik müəssisəsinin təsisçisi və direktoru olduğunu bildirsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla belə, iddiaçı hətta belə sənədləri məhkəməyə təqdim etdiyi təqdirdə belə, onun hazırkı iddianı cavabdehin fəaliyyət göstərdiyi torpaq sahəsinin ayrıldığı müəssisənin adından deyil, öz adından qaldırması mülki prosessual qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilə bilməzdi. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışd ır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə öz mövqeyini MPM-in 4.1, habelə “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayət inin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ var. Apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi Şirvan Şəhər Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(032)-123/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçının "xxxx" ASC-yə qarşı köşkün götürülməsi və sair tələblərə dair iddiası təmin edilmişdir. Hazırki iş də məhz həmin iş üzrə yaranmış mübahisənin tərkib hissəsidir. Köşkün götürülməsi ilə bağlı Şirvan Şəhər Məhkəməsinin baxdığı işdə İddiaçı kimi i ştirak etdiyindən, həmin iş üzrə onun iddianın irəli sürülməsində subyektiv hüququ tanındığından, iddia təmin edildiyindən, MPM-in 82.3-cü maddəsinə əsasən, həmin iş üzrə müəyyən edilmiş faktlar bu işdə mübahisələndirilə və yenidən sübut edilməsi tələb edilə bilməz. Kassasiya şikayətinin digər dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 21, 157, 164.1, MPM-in 77.1, 88, 217-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı b arədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlərin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsn a olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəc əyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarı...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müə yyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir....mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. MPM Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə e tmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 82.3-cü maddəsinə və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016cı il tarixli qərarına əssən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslə r tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Eyni zamanda MPM-in 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-699/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4342/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4342/2021
27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver