Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4344/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Musayev Yaşar Balaca oğlunun iştirakı ilə, İddiaçı və Cavabdeh Mirzə Əhməd oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)11771/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ə.S.Qəhrəmanov) 2(003)-1694/2018 nömrəli, 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehə qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, aylıq müavinətin ödənilməsi» barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Cavabdeh) 2(103)-11771/2018 nömrəli, 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(003)-1694/2018 saylı qətnaməsi qismən, yəni iddianın mənəvi ziyanın təmin olunmaması hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddia qismən təmin olunması, Cavabdehdən İddiaçı xeyrinə dəymiş mənəvi ziyana görə 1000 (bir min) manat pul vəsaiti tutulması, qətnamə qalan hissələrdə apellyasiy a şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdehə qarşı «cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, aylıq müavinətin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələblərini onunla əsaslandırılmışdır ki, 03 may 2015-ci il tarixdə, saat 20 radələrində oğlu X2-yə məxsus olan və oğlunun idarə etdiyi «Toyota Camry» markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Balaxanı şossesi ilə Binəqədi istiqamətində hərəkətdə olmuşlar. Bu zaman o, qabaq sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt oğlunun dostu Tural da, öz avtomobili ilə eyni istiqamətdə hərəkət etmişlər. X6 ilə görüşmək üçün avtomobili yolun kənar hissəsinə çəkib saxlamış və avtomobildən düşmüşdür. O, isə avtomobildə qalmışdır. Bu zaman əks ist iqamətdən yüksək sürətlə hərəkətdə olan «Lexus RX 300» markalı, **-FG-*** dövlət nömrə nişanlı avtomobil onların avtomobilini vurmuşdur. Həmin avtomobili sonradan adını bildiyi Cavabdeh Mirzə Əhməd oğlu idarə etmişdir. Zərbənin təsirindən o, huşunu itirmiş, ayılan zaman Sərxan və Turalın da xəsarət aldıqlarını görmüşdür. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili onları 3 saylı Birləşmiş şəhər xəstəxanasına aparmışdır. O, hadisə nəticəsində ağır xəsarət aldığından 7 gün xəstəxanada qalmış, hazırda isə boyun fəqərəsinin sağ yan çıxıntısının sınığından əziyyət çəkərək karsetdən istifadə edir. Baş vermiş hadisəyə görə Cavabdeh Mirzə Əhməd oğlu Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təsqirli bilinərək məhkəməyə verilmiş, lakin müddətin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilmişdir. Xəsarət nəticəsində kənar şəxsin qulluğuna ehtiyacı olduğundan 2016-cı ilin noyabr ayının sonuna kimi X3 ona qulluq göstərmiş və o, 18 ay ərzində ona hər ay 300 manat olmaqla 5400 manat məbləğində pul ödəmişdir. Dərmanlara isə 1041 manat məbləğində pul ödəmişdir. Bundan başqa o, baş vermiş hadisə nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Cavabdeh isə heç vaxt onun yanına gəlməmiş, onun səhhəti ilə maraqlanmamış və onlara heç bir pul vəsaiti ödəməmişdir. Özü iş yerində yanğın xəarətləri aldığı üçün 1981-ci ildən İ qrup əlildir. Göstərilənlərə əsasən, cavabdehdən 10000 manat maddi ziyanın, 15000 manat mənəvi ziyanın birdəfəlik ödənilməsi, eyni zamanda xəsarəti ilə əlaqədar müalicə və müayinələri davam etdiyindən məhkəməyə müraciət etdiyi vaxtdan başlay araq hər ay 200 manat məbləğində müavinətin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Mirzə Əhməd oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11771/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsinin iddianın mənəvi ziyanın qismən təmin edilməsi hissəsində ləğv ediməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11771/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsinin apellyasiya şikayətinin təmin edilməyən hissəsində tam təmin edilməklə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırıl mışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Musayev Yaşar Balaca oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları d inləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11771/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşdə olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli qərarından (həmçinin, tələb edilərək baxış keçirilmiş 1(001)-470/2017 saylı cinayət işinin materiallarından) görünür ki, Cavabdehin Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilmişdir. Qeyd edilən qərarla, həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh 03 may 2015-ci il tarixdə, saat 20.00 radələrində «Lexus RX 300» markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobillə 60-70 km/saat sürətlə Binəqədi-Balaxanı şossesində Balaxanı istiqamətində hərəkətdə olarkən yaşayış məntəqəsi daxilində, saatda 60 km-dən çox olmayan sürətlə hərəkət etməli olduğu və ya yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər iştirakçılara, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, naməlum nəqliyyat vasitəsinin onu sağ tərəfdən ötərək qarşısına çıxan zaman o, idarə etdiyi «Lexus RX 300» markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobili sola is tiqamətləndirərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək, ehtiyatsızlıqdan yolun sol çiynində dayanmış vəziyyətdə olan X1 etibarnamə əsasında idarə etdiyi «Toyota Camry» markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında əyləşmiş İddiaçı sağ kürək üstü və boyun nahiyyəsində yumşaq toxumaların əziyi, İİ boyun fəqərəsinin sağ yan çıxıntısının sınığı, qançır, hər iki diz oynağında sıyrıqlar kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İddiaçı cavabdehə qarşı aşağıda göstərilən tələbləri irəli sürmüşdür: - 10000 manat maddi ziyanın tutulması, - 15000 manat mənəvi ziyanın tutulması, - hadisə nəticəsində almış olduğu xəsarətlə əlaqədar müalicə və müayinələri davam e tdiyindən məhkəməyə müraciət etdiyi vaxtdan başlayaraq hər ay 200 manat məbləğində müavinətin tutulması. İddiaçı 10000 manat maddi ziyanı aşağıdakı qaydada təsnifləşdirmişdir: - dərmanlara görə apteklərə ödədiyi 1041 manat pul (9 ədəd ödəniş qəbzi) - almış olduğu xəsarətlərə görə kənar şəxsə qulluğa görə ödədiyi 5700 manat pul (19 ay ərzində hər ay 300 manat olmaqla) Apellyasiya instnasiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı almış olduğu xəsarətlərə görə kənar şəxsin qulluğuna ehtiyacının olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, iddiaçının dərmanlara görə apteklərə ödədiyini iddia etdiyi qəbzlərin mötəbərliyi, yəni orada göstərilən pul vəsaitlərinin məhz iddiaçı tərəfindən ödənilməsi və ya iddiaçının yol-nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərə görə ödənilməsi görünmür. Həmin qəbzlər şərti olaraq sübut kimi qəbul edilsə belə, iddiaçıya baş vermiş hadisəyə görə sığorta şirkəti tərəfindən ödənilmiş 1500 manat pul vəsaiti iddiaçının həmin hissədə tələbini tam qarşılayır. Həmçinin, iddiaçının tələb etdiyi, hər ay 200 manat məbləğində müavinətlə bağlı tələbin də qanuni əsası müəyyən olunmamışdır. Qeyd edildiyi kimi, cavabdehin cinayət qanunvericiliyi ildə qadağan olunan, təqsirli əməli nəticəsində iddiaçıya az ağır bədən xəsarəti vurulmuş, iddiaçının sağlamlığı uzun müddətə pozulmuş, sonuncu bu müddət ərzində iztirablar və dərin sarsıntılar keçirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərar ında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərər in məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnamə sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən f aktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11771/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və C avabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11771/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4344/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4344/2019
28.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver