Məhkəmə qərarları › İş №2(102)-4345/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4345/2021

27.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4345/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh2nə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-996/2021 nömrəli iş üzrə 22 f evral 2021-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh2 rektoru un əmək müqaviləsinə xitam verilməsi barədə 14 sentyabr 2017ci il tarixli 209 saylı əmri ilə, universitetin “Mexanika və metallurgiya” kafedrasının baş müəllimi İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinin müddəti 15.09.2017-ci il tarixdə qurtardığına görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «b» bəndinə əsasən 15 sentyabr 2017-ci il tarixdən ləğv olunmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli 2(043)-802/2018 saylı qətnaməsi ilə, İddiaçı1 Cavabdeh2 rektoru a qarşı “qanunsuz əmrin ləğv edilməsinə və işə bərpa” tələbinə dair iddiası rədd edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2(043)1116/2019 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh2nə qarşı “əmək müqaviləsinin, əmrlərin və əmək müqaviləsi bağlanması ilə bağlı bildirişlərin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh2nə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildə Cavabdeh2nə laboratoriya müdiri vəzifəsinə işə qəbul olmuş, 1991-ci ildən 15.09.2017-ci ilədək müəllim vəzifəsində işləmişdir. 2007-2013-cü illər qanunsuz olaraq seçki elanları (ali məktəb müəllimləri seçkili əsaslarla beşillik müqavilə əsasında işləyirlər) verilməməs i səbəbindən müəllimlər bir illik müddətli əmək müqaviləsi əsasında fəaliyyətlərini davam etdirmişlər. 2010-cu ildə beşillik seçki müddəti başa çatdıqdan sonra digərləri kimi o da bir illik müddətli əmək müqaviləsi əsasında fəaliyyətini davam etdirmişdir. Cavabdeh2 rəhbərliyinin qərəzli münasibətinin nəticəsi olaraq 2017-ci ilin sentyabr ayının 15-də müddətli əmək müqaviləsinin müddətinin qurtardığına görə işdən çıxarılmışdır. Rəhbərlik bu məqsədlə ƏM-nin 45-ci maddəsinə işçilərin hüquqlarının müdafiəsi məqsədilə əlavə edilmiş 5-ci müddəanı aradan qaldırmaq məqsədilə silsilə saxtakarlıqlar etmişdir. Bunlardan 17.11.2017-ci ildə əmək kitabçasını aldıqdan sonra məlumatı olmuşdur. İşəgötürən 12.09.2017-ci ilədək olan müddətdə heç zaman ona bağlanmış əmək müqaviləsinə xitam verdiyini deməmiş v ə yeni müqavilə bağlamağı təklif etməmişdir. Belə ki, 2006-2017-ci illər üçün Hökümət Portalı üzərindən hər il üçün aylıq gəlirlərə və sosial ödəmələrə əsaslanaraq bildirir ki, bütün bu illər üçün işəgötürənlə əmək münasibətləri fasiləsiz olaraq davam etmişdir. Yəni 2010-2011-ci tədris ilində işəgötürənlə bağlanmış bir illik müddətli əmək müqaviləsinin müddəti ilbəil artırılaraq əmək münasibətləri fasiləsiz olaraq 15.09.2017-ci ilədək davam etmişdir. Müddətli əmək müqaviləsi altı ildir fasiləsiz davam etdiyi üçün artıq müddətsiz hesab olunurdu. Əmək münasibətləri 5 ildən artıq davam etdiyindən Əmək Məcəlləsinin 45.5-ci maddəsi tətbiq olunmalı idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı bundan əvvəl də qanunsuz əmrlərin ləğv edil məsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun bu iddiası qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə rədd edilmişdir. Bundan başqa, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Odur ki, iddianın müddətinin tətbiq edilmli və iddia rədd edilməlidir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin (hakim Zaur Hüseynov) 21 avqust 2020-ci il tarixli 2(043)-2162/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 14 sentyabr 2017-ci il tarixli 209 nömrəli əmrin mövcudluğu barədə 17 noyabr 2017-ci il tarixdə məlumatı olmuş, bu iddia ərizəsində, həm də iddiaçının nümayəndəsinin izahatında öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçı 2017-c i ilin noyabr ayında əmrin mövcudluğunu bilməklə, hüququnun pozulduğunu aşkar etmiş, lakin həmin vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək 3 ilə yaxın müddət keçməklə, iddiaçı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək vaxtını ötürmüşdür. Qeyd olunanları, həmçinin cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia rədd edilməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Rəhman Muradov - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Ədil Məmmədov) 22 fevral 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icrata xitam verilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2nə qarşı qanunsuz əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair məhkəmədə iddia qaldırmış və sonuncunun iddiası təmin edilməmişdir. İddiaçı yenidən cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, Əmək Məcəlləsinin 45.5-ci maddəsi nəzərə alınmaqla işə barpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(043)-802/2018 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh2nə qarşı qanunsuz əmrin ləğv edilməsi və işə bərpa tələbində də göstərmişdir ki, onunla bağlanmış əmək müqaviləsi 5 il fasiləsiz olduğundan əmək müqaviləsi müddətsiz olmalıydı və belə olan halda əmək müqaviləsinin müddəti 15 sentyabr 2017-ci il tarixdə başa çata bilməzdi və onun la bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad edilməməliydi. Hazırkı iddia tələbinin əsası və predmeti də əvvəlki iddia ilə eynilik təşkil edir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual h üquq normalarının tələbərini pozmuşdur. Əmək Məcəlləsinin 288-ci maddəsindəki fərdi əmək mübahisələrinin predmeti göstərilmişdir. Əvvəlki iddia ərizəsi (209 saylı əmrin ləğv olunması və işə bərpa tələbi) ilə hazırkı iddia ərizəsi və apellyasiya şikayətinə Əmək Məcəlləsinin 288-ci maddəsinin müddəaları ilə birgə baxılsa onların predmetlərinin və əsaslarının tamamilə fərqli olduğunu müəyyən etmək olar. Bu isə o deməkdir ki, iddia ərizəsindən Əmək Məcəlləsinin 45.5-ci maddəsinin tətbiq olunması və işə bərpa tələbi ayrılsa, qalan hissə ayrılmış iddianın predmetinin tərkib hissəsi deyil və ayrıca iddia tələbləridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi məhkəmə kollegiy asının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əvvəlki tələbi ilə hazırki tələbinin predmeti (işə bərpa edilməsi) eynidir. İddiaçının hazırki iş üzrə tələbində hüquqi əsasının fərqli olması iddia tələbinin predmeti ni dəyişmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-996/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar