Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4349/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Məmmədov Amid Əbülfəz oğlunun iştirakı ilə, üçüncü şəxs x4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(009)309/2018 saylı qətnaməsi ilə (hakim A.Tanrıverdiyev) x1 cavabdehlər x2 və x3 qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli 2(103)-1191/2019 saylı qətnaməsi ilə (hakimlər: X.Cəmilova, İ.Xəlilov və İ.Kərimli) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(009)-309/2018 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin olunması x2-nin “CHEVROLET CRUZE” markalı 90 RT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 07 mart 2017-ci il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatının və x3-nin 19 aprel 2017-ci il tarixli Y-182 saylı Protokolunun etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Üçüncü şəxs x4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli 2(103)-1191/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2 və x3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “CHEVROLET CRUZE” markalı 90 RT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair x2-nin 07 mart 2017-ci il tarixli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatının və x3-nin 19 aprel 2017-ci il tarixli Y-182 saylı Protokolunun etibarsız hesab edilməsi, “CHEVROLET CRUZE” markalı, qara metal rəngli, mühərrik F16D4356437KA, ban KL1JF68E9CK745890, 2012-ci il buraxılışlı 90 RT *** dövlət qeydiyyat ni şanlı avtomobilin ilkin satış qiymətinin onun real bazar dəyərinə uyğun müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Üçüncü şəxs x4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019cu il tarixli 2(103)-1191/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Məmmədov Amid Əbülfəz oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamə nin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, 06 noyabr 2012-ci il tarixli 108446-1-4262 saylı kredit müqaviləsinə əsasən x1 tərəfindən x5 illik istifadə faizi 17% olmaqla 48 ay müddətinə qaytarılmaq şərtilə 21 656 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi x5a məxsus CHEVROLET CR UZE” markalı, qara rəngli, mühərrik F16D4356437KA, ban KL1JF68E9CK745890. 2012-ci il buraxılışlı olan 90 RT *** dövlət qeydiyyat nişanlı avtomobili ipotekaya qoyularaq bununla əlaqədar bankla onun arasında eyni tarixli ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsi daşınar əmlakın müvafiq rəsmi reyestrində (DİN BDYP) qeydiyyata alınmışdır. İş materiallarına surətləri əlavə edilmiş məhkəmə aktları ilə müəyyən olunur ki, x1nin x5a qarşı “avtomobil krediti müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” barədə iddia tələblərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 03 avqust 2016-cı il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, 06.11.2012-ci il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi, əsas kredit borcunun ödənilməsi məqsədilə 12 887,41 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 1420,31 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 31,01 ABŞ dolları, cəmi isə 14 338,73 ABŞ dolları məbləğində pulun (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) x5 Bankın xeyrinə tutulması; tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi; avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra artıq qala biləcək pul məbləğinin cavabdehə verilməsi; iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması qət olunmuş, qətnamə əsasında verilən icra sənədi icra ya yönəldilmiş, x2-nin 17219 saylı, 07 mart 2017-ci il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı əsasında avtomobil 500 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından aydın olur ki, Binəqədi rayon İcra Şöbəsinin 09.03.2017-ci il tarixli sifariş məktubuna əsasən avtomobil ilkin satış qiyməti 500 manat olmaqla hərraca çıxarılmış, 19.04.2017-ci il tarixdə x3 tərəfindən keçirilmiş hərracda avtomobil 500 manata x4na satılmış, hərracın nəticələri haqqında eyni tarixli protokol tərtib olunmuşdur. İş materiallarından həmçinin müəyyən olunur ki, x5 sonradan Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, işə apellyasiya icraatı qaydasında baxılarkən bankın iddia tələbinin əsasını təşkil edən 31.07.2015-ci il t arixli “Razılaşma”dakı imzanın x5a aid olmadığı müəyyən edildiyindən onun apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş və x1-nin x5a qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair” tələbləri barədə iddiası təmin edilməmiş, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, x3, Binəqədi rayon İcra şöbəsinin sifarişi əsasında Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2016-cı il tarixli qətnaməsinin icrası istiqamətində hərrac proseduruna başlamışdır, bununla belə yuxarıda qeyd olunduğu kimi, sözügedən qətnamənin apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək bankın iddiasının təmin ed ilmədiyi, həmin qətnamənin kassasiya instansiyası tərəfindən də dəyişdirilmədən saxlanıldığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qiymətləndirilmə hesabatının və hərracın nəticələri haqqında protokolun əsasını təşkil edən məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildiyindən bankın iddia tələbləri həmin qiymətləndirilmə hesabatının və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi hissəsində əsaslıdır. Bununla belə məhkəmə kollegiyası, “CHEVROLET CRUZE” markalı avtomobilin ilkin satış qiymətinin onun real bazar dəyərinə uyğun müəyyənləşdirilməsi tələbini əsaslı hesab etmir. "İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna müvafiq olaraq məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. İstinad olunan normanın dispozisiyasından göründüyü kimi, əmlakın məcburi qaydada qiymətləndirilməsi yalnız məhkəmə qərarının təmin edilməsi məqsədilə və buna zərurət olduqda həyata keçirilə bilər. İndiki halda isə, belə bir məhkəmə qərarının olmadığı, əksinə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, bank x5a qarşı yenidən iddi a qaldırmış və həmin iş üzrə icraat hazırkı işə baxılması ilə əlaqədar dayandırılmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçının özünə aid olunmalıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiy ası Qərara aldı: x4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4349/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4349/2019
20.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver