Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4349/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ilk, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin "xxxx" MMC-yə və İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ iş № 2(102)-4349/22 (Açar sözlər: artıq hesablanmış borcun silinməsi, kredit borcunun tutulması) Bakı şəhəri 05 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabde hlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq hesablanmış borcun silinməsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı “kredit borcunun qaytarılması” qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2247/2022 nömrəli mülki iş üzrə 04 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 1 8 mart 2014-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında s aparılan yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətə qədər kreditləşməsi ilə əlaqədar razılığa gəlmiş, müqaviləsinin 4.3-cü bəndinə əsasən, "xxxx" MMC müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsinə öhdəsinə götürmüş və özünə məxsus müəyyən edilmiş bank hesabında n göstərilən borcun akseptsiz qaydada silinməsi huququnu Banka vermişdir
2. «AAAF-İnşaat” MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzil İddiaçı satılmışdır;
3. İddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə 06 avqust 2014-cü il tarixdə 14/162 saylı kredit müqaviləsi bağlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzilin alınması üçün istifadə müddəti 120 ay olmaqla 70.800 manat məbləği ndə kredit götürmüşdür.
4. Verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi iddiaçı ilə "xxxx" ASC arasında 06 avqust 2014-cü il tarixli İP 14/138 saylı ipoteka müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə aralarında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsi üzrə borcunun yenidən hesablanması və iddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsində 70.800 manat verilməsi qeyd edilsə də, iddiaçıya 69.728 manat pul verilmişdir. 2014-cü ilin sentyabr ayından başlayaraq iddiaçı krediti ödəməyə başlamışdır. 2014-cü ildə 4400 manat, 2015-ci ildə 13.200 manat, 2016-cı ildə 8800 manat, 2017-ci ildə 2900 manat, 2018-ci ildə 1400 manat, 2019-cu ildə 750 manat olmaqla, cəmi 31.450 manat ödəniş etmişdir. Lakin bank 2020-ci ildə ölkədə və dünyada baş verən pandemiya şəraitinə və həmin halla əlaqədar verilmiş kreditlərə görə müştərilərə faiz hesablanmasının dayandırılması barədə banklara göstərişin olmasına baxmayaraq 2020-ci ildə də faiz hesablamaqla, iddiaçının ödədiyi 31.4 50 manat vəsaitin çox hissəsini faiz borcuna silmiş və hazırda 60.397,84 manat əsas, 36.550,63 manat faiz olmaqla, ümumilikdə 96.948,47 manat borcu olduğu bildirilmişdir. Eyni zamanda, iddiaçı ilə "xxxx" ASC arasında 06 avqust 2014-cü il tarixli İP 14/138 saylı ipoteka müqaviləsi bağlanarkən də yanlışlığa yol verilmiş, 06 avqust 2014-cü il tarixli İB/B-B-(b)/020 saylı mənzilin alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzil dövlət reyestrində qeydiyyata alınmadan ipoteka ilə yüklü edilmişdir.
7. Ləğv prosesində olan TexnikaBankASC öz növbəsində cavabdehlər İddiaçı və "xxxx" MMC qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edə rək, ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsinə əsasən 60.397,84 manat məbləğində əsas borc, 41.271,60 manat məbləğində faiz borcu, ümumilikdə isə 101.669,44 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər İddiaçı və "xxxx" MMC-dən tutulması, tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc mə bləğinin İddiaçı və "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh LPO Cavabdeh1 ASC işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, borclu şəxs İddiaçı və zamin kimi "xxxx" MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 23 iyun 2021-ci il tarixinə banka 60.397,84 manat məbləğində əsas borc, 37.396,26 manat məbləğində faiz borcu, ümumilikdə isə 97.794,10 manat məbləğində borcu yaranmışdır.
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli qərardadı il ə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı Cavabdeh1 ASC-yə 07 iyun 2021-ci il tarixə olan əsas borcu 64.406,56 manat, faiz borcu isə 37.454,75 manat, ümumilikdə isə 101.861,31 manat məbləğində müəyyən edilmişdir.
10. Birinci instansiya məhkəməsinin (011)-5194/2021 saylı işi üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinə əsasən 60397,84 manat əsas borc, 41271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101669,44 manat məbləğində pul vəsaitinin alınaraq idd iaçı ləğv prosesində olan "TexnikaBank” ASC-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ekspert rəyi sübut qismində qəbul edilməli, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə ekspert rəyinə əsasən məhkəməyə müraciət edilən tarixə olan əsas borcu 64.406,56 manat, faiz borcu 37.454,75 manat, ümumilikdə isə 101.861,31 manat məbləğində müəyyən edilməlidir.
12. Məhkəmə müəyyən etmişdirki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan 133 nömrəli mənzil ipoteka ilə yüklü edilərkən xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdi r.
13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında 06 avqust 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa da, bu öz-özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Buna görə də ilkin iddia tələbi həmin hissədə də təmin edilməli, İddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.
14. Məhkəmə qarşılıqlı iddianın cavabdeh "xxxx" MMC-dən pul tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilə özündə zaminlik müqaviləsinin ünsürlərini əks etdirən müqavilə olsa da, müqaviləyə əsasən MMCnin birgə məsuliyyət yox, subsidiar məsuliyyət daşıması müəyyən edilir. Belə olan halda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı irəli sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. İstinad edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, borc tərəflərdən birgə tutula bilməz.
15. Məhkəmə, qarşılıqlı iddia tələbinin ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 06 avqust 2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 60.397,84 manat məbləğində əsas borc, 41.271,60 manat məbləğində faiz borcu, ümumilikdə isə 101.669,44 manat m əbləğində pulun tutulması hissəsi ilə bağlı hesab etmişdir ki, ekspert rəyi ilə cavabdehdən tutulmalı olan əsas borcun məbləği 64.406,56 manat məbləğində müəyyən edilsə də, iddiaçının tələb etdiyi pul məbləği ekspertin müəyyən etdiyi məbləğdən az olduğundan, iddia tələbi əsas borca görə 60.397,84 manat, faiz borcuna görə 41.271,60 manat hissədə təmi edilməlidir.
16. Məhkəmə qarşılıqlı iddia tələbinin “tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan, 133 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam bağlanmas ı üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı və "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq ləğv prosesində olan Cavabdeh1 ASC-yə təhvil verilməsi” hissələrinə qiymət verərək belə hesab etmişdir ki, məhkəmə tərəfindən İddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, İP 14/138 saylı ipoteka müqaviləsi etibarsız hesab edildiyindən qarşılıqlı iddia tələbi bu hissələrdə əsassızdır. Ona görə də qarşılıqlı iddia tələbi həmin hissələrdə rədd edilməlidir.
17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 271.1, 307.3, 309.1, 390, 470.1, 472.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 36.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh LPO Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və Fondun iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, ipoteka qeydiyyata alınmadıqda iddia ərizəsi həmin hissədə rədd edilməli deyil, baxılmamış saxlanılmalı idi. Göründüyü kimi, tərəflər arasında ipoteka müqaviləsi bağlanmış, lakin qeydiyyata alınmamışdır. Bu halda həmin müqavilə qeydiyyata alındıqdan sonra iddiaçı müvafiq qaydalara əməl etdikdən sonra tutmanın yönəldilməsi üçün müraciət edə bilər. Məhkəmənin Bankın bu hüququ nu məhdudlaşdırması qanunsuz və əsassızdır. Həmçinin məhkəmə "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə düzgün qiymət verməməklə tərəflərin iradə ifadəsini nəzərə almamış, həmçinin Mülki Məcəllənin müqavilə azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipini pozmuşdur. Məhkəmə sözügedən müqaviləni özündə zaminlik müqaviləsinin ünsürlərini əks etdirən müqavilə kimi qəbul etsə də, qətnamədə qeyd etdiyi kimi həmin müqaviləyə münasibəti birgə məsuliyyət yox, subsidiar məsuliyyət daşıması barədə müqavilə kimi qəbul edərək, Mülki Məcəllənin 472.1-ci mddəsinə istinad etsə də, fikrini əsaslandırmamışdır. Halbuki, həmin maddəyə əsasən müqavilədə subsidiar məsuliyyətin göstərilməsi imperativ qayda kimi göstərilmişdir (əgər bu Məcəllədə və ya zami nlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar). Lakin tərəflər arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqavilədə subsidiar məsuliyyətə heç bir maddədə istinad edilməmişdir. LPO Cavabdeh1 ASC cavabdeh İddiaçı xx.xx.2019cu il tarixli xəbərdarlıq məktubu ilə müraciət edərək, Banka olan borcunun ödənilməsini tələb etmişdir. LPO Cavabdeh1 ASC əsas borcluya xəbərdarlıq məktubu göndərmiş, əsas borclu isə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan sonra, "xxxx" MMC-yə də borclunun borcun vaxtında ödəməməsi ilə bağlı dəfələrlə xəbərdarlıq göndərilərək Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank olan borcun ödənilməsi tələb edilmişdir (Qoşmaya əlavə olunur). Bundan əlavə, "xxxx" MMC özü də Banka müraciət edərək, Əməkdaşlıq müqaviləsi çərçivəsində verilmiş kreditlər üzrə öhdəliklərini vaxtında icra etməyən borclular haqqında məlumat tələb etmişdir. Bu səbəbdən məhkəmə "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləni subsidiar məsuliyyətli zaminlik müqaviləsinin ünsürlərini əks etdirən müqavilə kimi qiymətləndirsə belə, iddia ərizəsi həmin hissədə rədd edilməli deyil, baxılmamış saxlanılmalı idi. İddiaçı müvafiq qaydalara əməl etdikdən sonra borcun ödənilməsi üçün "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət edə bilər. Məhkəmənin Bankın bu hüququnu məhdudlaşdırması qanunsuz və əsassızdır.
20. Cavabdeh "xxxx" MMC apellyasiya instansiya məhkəməsinə etiraz təqdim edərək qeyd etmişdir ki, kredit müqaviləsində öhdəliyin icrasının təmina tı olaraq xx.xx.2014-cü il tarixli müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin geçikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2247/2022 nömrəli iş üzrə 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti qismən - (qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində) İddiaçı 06 avqust 2014-cü il tarixli, 14/162 saylı kredit müqaviləsinə əsasən 60397,84 manat əsas borc, 41271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101669,44 m anat məbləğində pul vəsaitinin alınaraq iddiaçı ləğv prosesində olan "TexnikaBank” ASC-yə ödənilməsi hissəsində - ləğv edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2247/2022 nömrəli iş üzrə 04 aprel 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi üzrə maddi hüquq normaların tətbiqində ümumilikdə qüsurlar müəyyən edilməsə də, qarşılıqlı iddianın icraata qəbulu və müvafiq olaraq hər bir cavabdehə qarşı yönəlmiş tələbin nədən ibarət olduğu əsaslandırılmamışdır.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Bankın «AAAF-İnşaat” MMC ilə bağlanılmış müqaviləinin məz mununa (2.1 və 4.3 bəndinə) müvafiq pretenziya qaydasına tam riayət etməklə prosedurların həyata keçirilməsi təmin edilməmiş və ümümiyyətlə, bir-biriylə bilavasitə bağlı olmayan müqavilələr (öhdəliklər) üzrə kreditor borclu subyektlərinin fərqli vəzifələri qarışıq və ziddiyyətli mövqedən təqdim edilmiş, bildiriş formal olaraq göndərilsə də, digər müqavilə şərtlərinə əməl edilməsi həyata keçirilməmişdir.
25. Kollegiya, hesab etmişdir ki, qarşılıqlı iddia üzrə subyekt tərkibi baxımından məhkəmə aidiyyatı, yəni iki hüquqi şəxs arasında olan munasibətlərin kommersiya və ya mülki səciyyə daşıması ayırd edilməmişdir. Nəzərə alınmalıdır ki, tərəflər arasında subyektlərinin fərqli tərkibi və fərqli öhdəliklərə dair müqavilələr bağlanmışdır. 26. “Bank Technique» ASC ilə "xxxx" MMC arasında bağlanmı ş 18 mart 2014-cü il tarixli Müqavilənin (2.1-ci bəndi ilə) predmeti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirməsi barədə ümumi razılıq olsa da, əqdin 4.3 və digər müddəaları tam və müstəqil məsuliyyət müəyyən edən öhdəliklər nəzərdə tutmuşdur. 27. “AAAF-İNŞAAT» MMC borc alan İddiaçı ilə «‘Bank Technique ASC xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə zamin kimi birgə məsuliyyəti üzərinə götürməmişdir. Belə ki, 18 mart 2014-cü il tarixli əqdin 4.3 bəndində ipoteka ilə təmin edilmiş öhdəlik 120 ay müddətində icra edilməli olması qeyd edilmiş, lakin bu pretenzi ya proseduruna əməl edilməsini, habelə bu əqdə münasibətdə kredit öhdəliklərinin müştərək məsuliyyətini müəyyən edən əsaslar sübuta yetirilməmişdir.
28. Apellyatorun qətnamənin ilkin iddiaya aid hissədə mübahisələndirmədiyini və yalnız öz iddiasının təmin edilməyən hissəsində mübahisələndirdiyini, habelə qətnamənin digər proses iştirakçıları tərəfindən ümumiyyətlə mübahisələndirməməsini apellyasiya instansiyasında baxış hədlərini şərtləndirən meyar kimi nəzərə alaraq kollegiya hesab etmişdir ki, qarşılıqlı tələbin təmin edilən hissəsi mülki prosessual əsaslara müvafiq ləğv edilməli, tələbin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməlidir. Diqqətə çatdırılmalıdır ki, qarşılıqlı tələb üzrə iddiaçı hər bir cavabdehə olan tələbin (müqavilə öhdəliklərindən irəli gələrək) nədən ibarə t olduğunu göstərməklə, habelə pretenziya qaydalarına və muqavilə prosedurlarına riayət etməklə yenidən müraciət etmək hüququna malikdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh LPO Cavabdeh1 ASC (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, məhkəmə "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Birgə Əməkdaşlıq” müqaviləsinə düzgün hüquqi qiymət verməmişdir. Müqavilədə zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. "xxxx" MMC satdığı mənzil ə görə hesabına köçürülmüş məbləğdən, kreditin müddətindən və ona hesablanan faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi Bank qarşısında öhdəlik daşımışdır. 31. “Birgə əməkdaşlıq” müqaviləsinin şərtlərindən də görünür ki, "xxxx" MMC gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Əgər müqaviləyə əlavə edilmiş müddəalar gələcəkdə tətbiq olunmayacaqdırsa, onların müqaviləyə daxil edilməsinin heç bir mənası da olmazdı. Bank məhz müqavilənin bu müddəalarına əsaslanaraq "xxxx" MMC-nin tikdiyi mənzillərin kreditləşməsini həyata keçirmişdir. Məhkəmə hesab etmişdir ki, “Birgə əməkdaşlıq” müqaviləsində "xxxx" MMC zamin kimi birgə məsuliyyəti öz üzərinə götürməmişdir və müstəqil məsuliyyət daşıyır. Məhkəmə nəzərə almamışdır ki, zaminlik müqaviləs i gələcək öhdəliklərin təminatı kimi də bağlana bilər. Məhkəmənin qənaətinə görə, Bank borcludan məhkəmə qətnaməsi ilə borcunu tələb etdikdən sonra "xxxx" MMC-yə qarşı da ayrıca iddia qaldıraraq borcludan tələb etdiyi məbləği yenidən "xxxx" MMC-dən tələb etməlidir. Bu halın baş verməsi məhkəmənin eyni predmetli işə 2 dəfə baxması anlamına gəlir ki, bu hal da gələcəkdə eyni predmet üzrə 2 qətnamənin olmasına və gələcəkdə icra mərhələsində bir çox çətinliklərə gətirib çıxaracaqdır. Məhkəmənin tövsifinə əsasən gələcəkdə həm İddiaçı, həm də "xxxx" MMC-dən 101.861,31 manat borcun tutulmasına dair 2 qətnamə olmalıdr. Əgər bu işlərə qanunun tələblərinə uyğun olaraq eyni icraatda baxmaq mümkündürsə, nə üçün məhkəmə hakimiyyətinin vaxtı sərf olunaraq iki eyni predmetli işə ayrı-ayrı icraatlarda bax ılmalıdır.
32. Məhkəmə düzgün maddi normanı tətbiq etməmişdir və bu da düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Həmçinin, Bank tərəfindən öhdəliklərin təminatı olmadan 70.800 AZN məbləğində kreditin verilməsi Bank fəaliyyətinə ziddir və qeyri-mümkündür. Bank nəzərə almışdır ki, kredit borcu gecikdirildiyi təqdirdə "xxxx" MMC ilə müştərilər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən ev satılaraq alınan məbləğ hesabına ödəniləcəkdir.
33. Həmçinin məhkəmə araşdırmadan, əsassız yerə Bankın iddiasını baxılmamış saxlamışdır. Qərardaddan kassasiya şikayəti vermək nəzərdə tutulmadığına görə Ali Məhkəmə bu hissədə qanunvericilikdə olan prosessual məsələyə hüquqi münasibət bildirməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh “AAAF ” İnşaat” MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, müqaviləni zaminlik müqaviləsi hesab etmək olmaz. Zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Cavabdeh "xxxx" MMC borc alan İddiaçı ilə cavabdeh LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə xx.xx.2014-cü il tarixli 14/162 saylı kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmiş və bununla bağlı cavabdeh LPO-ASC məhkəməyə heç bir sübut - zaminlik müqaviləsi təqdim etməmişdir. Həmçinin kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx.xx.2014cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddi açı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Prossesual məsələlər
35. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
36. Cavabdeh kassasiya şikayətinə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması üçün hazırki kassasiya şikayətinə şifahi icraat qaydasında baxılması barədə vəsatət vermiş, lakin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilmədiyindən vəsatət təmin edilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 390.4 Tərəflər müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
38. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
40. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
41. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
42. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakç ıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
43. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
44. Maddə 34.1 ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallar aiddir.
45. Maddə 36.3 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
46. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bil ər.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır..
49. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə qismən, qarşılıqlı iddia hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, qətnamə mübahisələndirilən hi ssədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
53. Belə ki, iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddianın mülki prossesual normaların tələblərinə uyğun verilmədiyi qənaətinə gələrək, birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv etmiş, ayrıca qərardadla qarşılıqlı iddia tələblərini baxılmamış saxlamışdır.
54. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəməsinin kassasiya şikayəti verilə bilən qərardadları göstərilmişdir. Ərizənin baxılmamış saxlanılması barədə qərardadlardan kassasiya şikayəti verilməsi imkanı həmin normada nəzərdə tutulmamışdır.
55. Hazırki kassasiya şikayətinin dəlilləri əslində ərizənin baxılmamış saxlanılma sının düzgün olmaması barədədir. Sadəcə qanunvericilik həmin qərardaddan kassasiya şikayəti imkanı nəzərdə tutmadığından və qarşılıqlı iddianın təmin edilməsi hissəsinin ləğv edilməsi məsələsi qətnamədə həll olunduğundan cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir.
56. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın təmin edilən hissəsi həmin qarşılıqlı iddianın baxılmamış saxlanılması əsası ilə ləğv edildiyindən, kassasiya məhkəməsinin apellyasiya instansiya məhkəməsinin kassasiya şikayəti verilməyən qərardadını yoxlamaq səlahiyyəti olmadığından, ərizənin baxılmamış saxlanılması üçün əsasların olması birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə əsas verdiyindən və bu Azərbaycan Respublikası Mülki Prossesual Məc əlləsinin 384.0.5-ci maddəsinə uyğun olduğundan qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2247/2022 nömrəli iş üzrə 04 aprel 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.