Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4352/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı ilk, Cavabdeh X4 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4352/2022 Açar sözlər: ( Vicdanlı sahibin əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsi tələbi, əsassız varlanma) Bakı şəhəri, 05 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı X2 Cavabdeh qarşı təmirə çkilmiş xərcə görə pul tələbinə dair ilk, Cavabdeh X4 qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddia sı üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2(103)-2289/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(006)-1656/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı ünvan 1 ünvanında inşa etdiyi binanın 2-ci blokunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.m olan, 102 saylı mənzilə iddiaçının mülkiyyət hüququnun tanınması və həmin mənzilə köçürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının rədd edilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 5020/2018 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(006)-1656/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddia təmin edilərək "xxxx" MMC ilə X9 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa etdiyi binanın 2-ci blokunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m olan, 102 saylı mənzilin iddiaçı Cavabdeh istifadəsinə verilməsi və Cavabdeh həmin mənzilə köçürülməsi qət edilmişdir.
3. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)7308/2018 saylı qərarının surətindən görünür ki, cavabdeh X9 və vəkil Kazımov Əbülfət Xəlil oğlunun kassasi ya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-5020/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 4. 01.08.2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında inşa etdiyi binanın 2-ci blokunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m olan, 102 saylı mənzili X4 verməyi, X7 isə sahəsi 117, 5 kv.m olan mənzil üçün cəmi 48.527 manat ödəməyi öhdəsinə götürmüşdür. 5. 02.12.2019-cu il tarixli aktın surətindən görünür ki, Xətai rayon icra şöbəsinin icra məmurları Tural Rəhimov, rəis müavini Azər Paşayev, Vüsal Umarov, Gündüz Sadıqov, Ülvi Əkbərli, Aydın Vəliyev, Mehdi Zeynalov, Xətai rayon polis idarəsinin 36-cı polis şöbəsinin sahə müvəkilli Polad Əbdülov aktı ona görə tərtib etmi şlər ki, ünvan 1 ünvanında inşa etdiyi binanın 2-ci blokunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m olan, 102 saylı mənzili boş vəziyyətdə Cavabdeh təhvil verilməklə həmin mənzilə köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X7 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin təmirinə çəkilmiş 30.000 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, 2014-cü ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küşəsi, bina 20, mənzil 102-də yerləşən 3 otaqlı evi alqısatqı müqaviləsi ilə "xxxx" MMC-dən alaraq, 2019-cu ilin dekabr ayınadək ailəsi ilə birlikdə göstərilən ünvanda yaşamışdır. 2019-cu ili n dekabr ayında Xətai rayonu İcra şöbəsinin işçilərinin Aşərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7308 nömrəli xx.xx.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar, tələblərinə əsasən yuxarıda göstərilən mənzili boşaldaraq Cavabdeh təhvil vermişdir. Hansı ki o, bu evə köçəndən sonra, həmin evi 2 il ərzində təmir etdirərək, təmirə 30.000 (otuz min) manat xərc çəkmişdir. Odur ki, bu çəkdiyi xərc ona qaytarılmalıdır. Onun vicdanlı sahib olmağı Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında da göstərilmişdir.
8. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X4 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 34.000 manat maddi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, artıq eyni mahiyyətli pul tələbi ilə Razim Cəfərovun kürəkəni X10 Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş və bu iddia ərizəsi X16 tərəfindən baxılaraq xx.xx.2019-cu il iş № 2(011)-6446/2019 saylı Qərardad ilə təmin edilməmiş və baxılmamış saxlanılmışdır. X8 heç bir ziyan vurulmamışdır, əksinə Razim Cəfərov bir sıra dələduzlarla cinayət əlaqəsinə girərək saxta sənədlərlə ona məxsus mənzilə daxil olaraq əmlakını talan etmiş, ona mənəvi və külli miqdarda maddi ziyan vurmuşdur. Məlumat üçün bildirmək istəyir ki, onun 2010-cu ildə Bakı şəhəri Xətai r-n R.Məmmədov küç 20 ünvanda "xxxx" MMC tərəfindən inşa edilən binadan aldığı mənzil bir çox qeyri-vətəndaşlarda olduğu kimi mübahisə doğurmuş və "xxxx" MMC-də b aş verən cinayət xarakterli əməllərlə əlaqədar olaraq MMC rəhbərliyinə qarşı cinayət işi başlamışdır. 1(101)-65/14 saylı xx.xx.2014-cü il tarixli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş və çıxarılmış hökm Bakı Apellyasiya Məhkəməsində də baxılaraq dəyişdirilmədən saxlanılaraq öz qanuni qüvvəsini almışdır. Cinayət işinin onunla bağlı hissəsində Bakı Ağır Cinayətlər Məhkəməsi "Birlik İnşaat” MMC-nin cinayət işini araşdırarkən təqsirləndirilən və o vaxt şahid qismində dindirilən şəxs "xxxx" MMC-nin rəhbəri Elman Tağıyev ifadə vermişdir ki, onu tanıyır və ona saxta sənədlərlə mənzil satmaqla 32800 (otuz iki min səkkiz yüz) manat ziyan vurmuşdur. Məhkəmə zamanı MMC tərəfindən vurulan ziyan müqabilində ona həmin binada başqa 102 saylı mənzil təklif edilmişdir. Bakı Ağır Ci nayətlər Məhkəməsində işi aparan cinayət işləri üzrə kollegiyanın sədri cənab Novruz Kərimovun tövsiyəsi ilə, o, yeni təklif edilən mənzilə baxış keçirmiş və ona vurulan ziyan müqabilində bu mənzilin ona verilməsinə məhkəmədə öz razılığını bildirmişdir. Əvvəl alınan və yeni təklif edilən mənzillərin dəyəri arasında (mənzilin sahəsi və əvvəlki sahibi tərəfindən edilmiş bəzi təmir işləri ilə əlaqədar) yaranan fərq 12000 (on iki min) manat əlavə pul vəsaiti məhkəmə prosesi zamanı tərəfindən "Birlik İnşaat” MMC-yə tam ödənilmiş və 2013-cü ildə yeni alqı-satqı razılaşma müqaviləsi bağlanılmışdır. Yeni mənzilin açarları ona təqdim edildikdən sonra bu barədə məhkəmə kollegiyasına tərəfindən yazılı məlumat verilmiş və mənzil heç bir kəs tərəfindən mübahisələndirilmədiyindən və o, evlə təmin olundu ğu üçün "Birlik İnşaat” MMC-nin rəhbərliyinə qarşı şikayyətini geri götürmüşdür. Sonradan o, yeni mənzilin təmir olunması üçün tələb olunan mal və materialları alıb mənzilə yığmış, bütün qapı və pəncərələri yeniləmişdir. Lakin bir neçə ay sonra komendant ona bildirmişdir ki, mənzil kənar şəxslər tərəfindən zəbt edilmiş, təmir üçün aldığı təxminən 2000 (iki min) manat dəyərində malmateriallar talan edilmişdir. O, mənzilə gələndə mənzilin çöl “Seyf” qapısı dəyişdirilərək bağlanılmışdı. Məlum olmuşdur ki, evin əvvəlki sahibi Nizami Vahidov yenidən mənzilə daxil olmuş və saxta sənədlərlə bu mənzili başqa Razim Cəfərov adlı şəxsə satmışdır. Mənzilin ona məxsus olmasını sübuta yetirmək üçün mülki qaydada məhkəməyə müraciət etmişdir. Faktiki mənzilin kimə məxsusluğunu təsdiq edən sənədlərin məhkə mədən Nizami Vahidov tərəfindən gizlədilməsi və bəzi sənədlərin saxtalaşdırılması səbəbindən araşdırmalar uzun müddət vaxt aparmışdır. (Nizami Vahidov bu mənzilin 2011-ci ildə başqa mənzillə əvəzlənməsi barədə sənədləri məhkəmədən gizlətmiş və saxta sənədlərlə 2014-cü ildə mənzili Razim Cəfərovun adına qeydiyyata salmışdır). Yekunda Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyası tərəfindən kassasiya şikayətinə baxılaraq çıxarılmış, xx.xx.2018-ci il tarixli 2(103)-5020/2018 nömrəli Qətnamədə Bakı şəhəri Xətai r-n R.Məmmədov küç 20 ünvanda inşa edilən binanın 2-ci blok 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 117 m2 olan 102 saylı 3 otaqlı mənzilin ona Cavabdeh mənsub olması öz əksini tapmışdır. Sonradan qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kollegiyası iclasında ma hiyyəti üzrə baxılaraq, dəyişdirilmədən saxlanılmış və 05 noyabr 2018-ci il tarixində öz qanuni qüvvəsini almışdır. Qətnaməyə əsasən bu vaxta qədər 102 saylı mənzili qanunsuz zəbt etmiş Nizami Vahidovun mənzilə sahiblik iddiasını təsdiqləyən sənədlərin saxta və qeyri-qanuni olması sübuta yetirilmiş, onun qeyd edilən mənzilə dair sərəncam vermək hüququ olmadığı halda 01 avqust 2014-cü il tarixində X7 ilə həmin mənzilə dair bağladığı müqavilə Mülkü Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından əhəmiyyətsiz olmaqla etibarsız əqd olması üzə çıxmışdır. Bu səbəbdən Nizami Vahidov və Razim Cəfərov arasında bağlanılan 01 avqust 2014-cü il tarixli müqavilə özlüyündə bağlandığı andan etibarsız olması da sübuta yetirilmişdir. Qətnamənin tələblərinin icra olunması üçün Bakı Apellyasi ya Məhkəməsindən Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinə 19 dekabr 2018-ci il tarixli "İcra vərəqigöndərilmişdir. İcra sənədinin tələblərinə əsasən Bakı şəhəri Xətai r-n R,Məmmədov küç 20 ünvanda inşa edilən binanın 2-ci blok 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 117 k/m olan 102 saylı 3 otaqlı mənzil onun istifadəsinə verilməli və onun bu mənzilə köçürülməsi təmin edilməli idi. Lakin mənzili qeyri-qanuni zəbt edərək orada məskunlaşmış Razim Cəfərovun ailəsi mənzili boşaltmaqdan imtina etmişlər. Min bir bəhanələrlə qanuni qüvvəsini almış məhkəmə qərarını yerinə yetirməkdən boyun qaçıraraq və ancaq bir ildən sonra hüquq mühafizə orqanlarının və icra məmurlarının səyi nəticəsində mənzil Razim Cəfərov tərəfindən boşaldılaraq onun istifadəsinə verilmişdir. Məlumat üçün bildirmə k istəyir ki, o, ona məxsus mənzilə öz qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən daxil olmuş və bu vaxt X8 heç bir ziyan vurulmamışdır. Razim Cəfərov mənzili boşaldarkən ona mənsub bütün əmlakı, ev əşyalarını Xətai rayonu İcra məmurları, sahə polis idarəsinin nümayəndəsinin iştirakı ilə mənzildən götürmüş və bu barədə akt tərtib edilmişdir. Uzun müddət Cəfərovun ailəsi əmlakın daşınması xərclərini çəkmək imkanları olmadığını bəhanə gətirərək mənzili boşaltmaqdan imtina etmələri səbəbdən əmlakın daşınması xərcləri təxminən 900 (doqquz yüz) manata yaxın pul vəsaiti onun tərəfindən ödənilmişdir. Bundan başqa Razim Cəfərovun ailəsi mənzilini zəbt etmələri səbəbindən ailəsilə uzun müddət yad evində kirayə qalmalı, onun mənzilini saxta sənədlərlə zəbt etdiklərini sübuta yetirmək üçün, mə hkəmələrə müraciət edərək vəkil xidmətindən istifadə etməli, bütün məhkəmə proseslərində o, məhkəmədə təmsil olunması üçün ayrı-ayrı vəkillərə və vəkillər kollegiyasının xəzinəsinə pul vəsaiti xərcləməli olmuşdur. Ona məxsus mənzildə hər hansı bir təmir işinin aparılması ilə bağlı onun Cəfərovlar ailəsi ilə heç bir razılığı olmamışdır və onun ondan hər hansı bir təmir pulu istəməsi ən azından səhv kimi qiymətləndirmək olar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, X3 ona qarşı "vurulmuş ziyanla bağlı pul tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Əksinə olaraq X1 sənədlərlə ona məxsus mənzili zəbt etməklə ona və ailə üzvlərinə mənəvi və çox miqdarda maddi ziyan vurmuşdur. Mənzilində qanunsuz yaşadığı müddətdə Cəfərovun ailəsi mənzilində bir sıra konstruktiv dəyişikliklə r etmişdir ki, onların bərpasına o, bundan sonra də kifayət qədər xərc çəkməli olacaqdır.
10. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X7 xx.xx.2020-ci il tarixdə öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən məhkəmə İddiaçı ərizəsinə əsasən onu iddiaçı (hüquq varisi) qismində tanınmışdır.
11. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili X6 ilkin iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda qarşılıqlı iddiaya etiraz olaraq bildirmişdir ki, Cavabdeh ərizəsində etiraf edir ki, "xxxx" MMC-nin rəhbərliyinin cinayətkar hərəkətlərinin qurbanı olub, ona saxta sənədlərlə ev satıblar və buna görə müəyyən m üddətdə əziyyət çəkməli olmuşdur. Eyni hadisə də rəhmətlik Razim Cəfərovun başına gəlib. Şirkətə tam pulunu ödəməklə ev əldə edib, həmin evi təmir etdirib, içində yaşadığı zaman gəlib qapını döyüblər ki, evi boşaldın bu sizin ev deyil. X18 heç bir dələduzluq etməyib, o da cavabdeh kimi törədilən cinayətkar hərəkətlərin qurbanı olub. Həmçinin Cavabdeh qeyd edir ki, həmin evdə hər hansı təmir işlərinin aparılması barədə onun Cəfərovlar ailəsi ilə heç bir razılığı olmamışdır. Cəfərovlar ailəsi pul verib ev almışlar, onu da təmir etdirib bu evdə yaşamışlar. Əgər bilsə idilər ki, bir müddət sonra bu evdən çıxmalı olacaqlar, evi təmir etdirməzdilər. Qarşılıqlı iddia ərizəsində də, məhkəmə baxışında da fotolar təqdim ediləndə Nazilə xanım etiraf etdi ki, onlar təmirli evə giriblər. Hansı ki, yeni inşa edilən binalarda ancaq pəncərə-qapı qoyulur, qalan təmiri isə ev sahibləri etdirir. Qarşılıqlı iddia ərizəsində onlara qarşı 34.000 manat pul tələbini qəbul etmirlər, cavabdehin evin təmirinə çəkdikləri xərclərin onlara ödəməsində israrlıdırlar.
12. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda ilkin iddiaya etiraz olaraq bildirmişdir ki, məhkəmə ekspertizası mərkəzinin eksperti tərəfindən icra edilmiş “Tikinti-Texniki obyektlərin tədqiqi" üzrə X7 tərəfindən ünvan 5 ünvanda 102 saylı mənzildə aparılmış təmirə çəkilmiş xərclərin qiymətləndirilməsinə dair Smetada nöqsanlara yol verilmişdir. Belə ki, smetanın birinci bəndində göstərilən 2650 manat dəyərində divarin təmiri divar kağızının vurulması və s. iddiaçı R.Cəfərov tərəfindən deyil, mənzil sahibi Cavabdeh tərəfindən yerinə yetirilmişdir. Smetanın üçüncü bəndində göstərilən tavanın şpaklyovka çəkilməsi və boya ilə rənglənməsi (təmir dəyəri 870 manat göstərilmişdir) yenidən mənzil sahibi Cavabdeh tərəfindən yerinə yetirilmişdir. Smetanın beşinci və altıncı bəndlərində göstərilən ümumi dəyəri 3161 manat göstərilən döşəmə təmiri işləri yenidən mənzil sahibi Cavabdeh tərəfindən təmir edilərək laminat parketlə döşənilib. Smetanın yeddinci bəndində göstərilən plasmas plintuslar ev sahibi Cavabdeh tərəfindən alınaraq vurulub. Smetanın onuncu bəndində göstərilən şpon qapıların təzəsinin indiki qiyməti 300 yox, 110 manatdir (çatdırılm a və quraşdırılma ilə birlikdə 140150 manat civarında). Hal-hazırda qapılar dəyişdirilib. Çoxu yararsız vəziyyətdədir. İddiaçı mənzil sahibinə vurduğu ziyan ödənildikdən sonra qapılar yeyəsinə qaytanla bilər. Smetanın on birinci bəndində göstərilən su kanalizasiya materialları özü tərəfindən təmir üçün hələ 2013-cü ildə alınıb mənzilə qoyulmuşdur sonradan mənzili zəbt edən şəxslər tərəfindən talan edilmişdir. Əlüzyuyan 150 manat dəyərində və su krantları 100 manat dəyərində özü tərəfindən alınaraq quraşdırılmışdır. X7 tərəfindən quraşdırılmış unitazin təzəsinin dəyəri 200 yox cəmi 75 manatdır. Smetanın on ikinci bəndində göstərilən 297 manat qiymətləndirilən plastik pəncərələr hələ 2013-cü ildə alınarkən tikinti şirkəti tərəfindən quraşdırılmışdır ki, onun da iddiaçıya heş bir aidiyyətı yo xdur. Smetanın on dördüncü bəndində göstərilən 520 manat dəyərləndirilən özü tərəfindən alınaraq quraşdırılmışdır. Smetanın on beşinci bəndində göstərilən elektrik xətləri hələ 2013-cü ildə özü tərəfindən alınaraq çəkdirilmişdir. X7 tərəfindən ancaq avtomat qoruyucular və "rozetkalar" quraşdırılmışdır. Hal hazırda "rozetkalar"in hamısı yararsız hala gəldiyindən ev sahibi Cavabdeh tərəfindən alınaraq yenilənmişdir. Belə ki, nəticə etibarı ilə X7 tərəfindən Bakı şəhəri Xətai r-n R.Məmmədov küç 20 ünvanda 102 saylı mənzildə təmirə çəkilmiş xərclərin Smeta dəyəri 7553 manat təşkil edir ki, onlardan 5 və 6-cı bəndlərdə göstərilən döşəməyə çəkilən xərclərə həddən artıq yüksək qiymət qoyulmuşdur. Ümumiyyətlə bu xərclər (5 və 6-cı bəndlər) 3161 manat çox şişirdilmişdir.
13. Azərbaycan Respublikası nın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 10/985 saylı rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Raqib Məmmədov küçəsi, 20 saylı binanın 102 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 17.162,00 manat məbləğində müəyyən edilmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, iş № 2(006)-488/21 nömrəli qətnaməsi ilə (hakim C.Musayeva) ilkin iddia qismən təmin edilmiş, 15.365 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 15.380 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia digər hissədə və qarşılıqlı iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilən hissəs ində gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mənzil X7 tərəfindən əldə edilərkən tam təmirsiz və istifadəyə yararsız vəziyyətdə olmuş, o, həmin mənzili təmir etdirməklə orada uzun müddət yaşamış, mənzil qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən mülkiyyət hüququ ilə Cavabdeh təhvil verilmişdir. Beləliklə, sonuncu X2 mənzilin təmirinə çəkdiyi xərc hesabına qanuni əsas və ya müqavilə əsası olmadan varlanmışdır və sonuncu təmirə sərf etdiyi pulu ondan geri tələb edir.
16. Mənzilə çəkilmiş xərcin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizanın rəyində mənzilinin təmirsiz vəziyyətdən hazırkı vəziyyətə gətirilməsi üçün görülmüş təmir işlərinin dəyərinin 17.162 manat olduğu təsbit olunmuş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim e tməmişdir.
17. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ekspertin mənzilin müxtəlif sahələrinə aid təmir xərcləri ilə razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla müvafiq nəticəyə gəlinməlidir. Lakin məhkəmə ekspert rəyində quraşdırılma ilə birlikdə dəyəri müəyyən edilən (1.500 manat) şpon qapıları və (297 manat) plastmas qapıpəncərələrinin MTK tərəfindən yox, məhz ilkin iddia üzrə iddiaçı tərəfindən quraşdırılmasının sübuta yetirilmədiyini, həmçinin bu əmlakın ayrıla bilməyən yaxşılaşdırmalara aid olduğunu, nəzərə alan məhkəmə hesab edir ki, şpon qapıları və plastmas qapı-pəncərələrinin dəyəri ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğdən çıxılmalıdır.
18. Digər tərəfdən məhkəmə qeyd etmişd ir ki, ilkin iddia üzrə cavabdeh sözügedən mənzildə təmirin bir qisminin onun tərəfindən edildiyini, ilkin iddia üzrə iddiaçı isə aldığı mənzildə həyata keçirdiyi təmir xərclərinin daha yüksək olduğunu bildirsələr də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişlər. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, X2 təmirsiz mənzili istifadəyə yararlı vəziyyətə gətirmək üçün ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğdə xərc çəkməsi daha ağlabatandır və məhkəmədə ilkin iddiada göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır.
19. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddiaya dair hissədə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən ona maddi zərər vurulmasına məhz X2 qanunsuz hərəkətlərinin səbəb olmasını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim et məmişdir.
20. Həmçinin qanuni qüvvəsini almış çox saylı məhkəmə aktları ilə müəyyən edilən və iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlardan göründüyü kimi mübahisə predmeti olan mənzillə bağlı epizod üzrə cinayət işi başlanılmış, "xxxx" MMC-də baş vermiş cinayət xarakterli əməllərə dair araşdırma aparılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X5 Cinayət Məcəlləsinin 178.3.2, 213.3.2 və 313-cü maddələri ilə təqsirli bilinmişdir. Qeyd olunan halların hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və bu hallar artıq müəyyən edilmiş hesab edilməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş maddi zərərin səbəbinin qarşılıqlı iddia üzrə cavabd ehin qanunsuz hərəkətlərinin olması, onun dəymiş zərərə görə cavabdehlik daşıması halları işdə olan sənədlərə əsasən müəyyən edilməmişdir.
21. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 157.7, 1091, 1092, 1094cü maddələri, Mülki Prosessual Məcəllənin 14, 77 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mənzilin təmirinə çəkilmiş xərclər mülkiyyətçinin iradəsi əleyhinə olmuş və öz yaşayışlarını təmin etmək məqsədi ilə həyata keçirilmişdir. Həmçinin, iddiaçı tərəfindən mənzil təmir ol unduqdan sonra uzun müddət həmin mənzildə yaşanıldığına görə mənzilin təmiri köhnəlib bəzi yerlərdə hətta yararsız hala düşdüyünə görə mənzil cavabdeh tərəfindən iddiaçıdan geri alındıqdan sonra əsaslı təmir edilmişdir. Məhkəmə iddiaçını mənzilin dəyərini tam olaraq “Hasil“ MMC-yə ödədiyinə görə vicdanlı sahib kimi tanımış, lakin "xxxx" MMC-nin həmin mənzilə dair sərəncam vermək hüququnun olmadığını nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmış və Bakı Apellyasiya məhkəməsi öz qətnaməsi ilə qeyd olunan mənzillə bağlı Razim Cəfərovla "xxxx" MMC arasında bağlanmış müqaviləni Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız əqd hesab etmişdir. Cavabdeh 2019-cu ilin dekabrında icra vərəqəsinin icrası ilə öz mənzilinə köçü rüldükdən sonra mənzildə yenidən təmir işlərinə başlayaraq xeyli miqdarda pul xərcləyərək mənzili yenidən təmir etmiş, mənzilə mərkəzi istilik (kombi) sistemi qurulmuş, qapı və döşəməsi yenilənmişdir. İddiaçı tərəfindən qaldırılmış pul tələbinə dair iddia əslində Cavabdeh qarşı deyil, iddiaçını aldadaraq başqasına məxsus olan mənzili ona satan Nizami Vahidova və "xxxx" MMC-yə qarşı qaldırılmalı idi. X17 həmin mənzilin satılmasında və R.Cəfərov tərəfindən mənzildə təmirə xərclərin çəkilməsində Cavabdeh heç bir təqsiri olmamışdır. Məhkəmənin istinad etdiyi ekspert rəyində mənzilə qurulmuş istilik sistemi radiatorlar 520 manat məbləğində qiymətləndirilmiş və həmin xərclər iddiaçıya aid edilmişdir. Halbuki, "xxxx" MMC tərəfindən verilmiş zəmanət talonu və Ödəniş Cədvəlindən görünür ki, radiato rlar və Kombi cavabdeh tərəfindən alınaraq mənzilə quraşdırılmışdır.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2289/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq birinci instansiya məhkəməsinin ilkin iddianın təmin olunan hissəsində gəldiyi nəticəni əsaslı saymış və qeyd etmişdir ki, cavabdeh öz etirazında (apellyasiya şikayətində) istinad etdiyi faktları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bil mədiyindən birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
26. Qarşılıqlı iddia tələbinə münasibətdə apelyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə öz mövqeyini iddiaçı tərəfindən ona maddi zərər vurulmasına məhz X2 qanunsuz hərəkətlərinin səbəb olmasını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi, habelə tələbin əsasını təşkil edən faktların preyudisial əhəmiyyətli olması ilə əsaslandırmışdır.
27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14, 1091 və 1092-ci maddələrinə, Mülki Prosessual Məcəllənin14, 77 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv ed ilib işin Bakı Apellyasiya Məhkəməsinə yenidən baxışa göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qət edərkən birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 157.7-ci maddəsinə istinad edilməsini düzgün hesab etmişdir. Həmin mənzillə bağlı digər iddia üzrə apellyasiya və kassasiya məhkəmələrinin qərarlarında iddiaçı qanunsuz yolla mənzili əldə etdiyi üçün vicdanlı alıcı kimi tanınmamışdır. İddiaçının mənzili əldə etdiyi sənədlər saxta olduğuna görə onun mənzillə bağlı əlində olan alqı-satqı müqaviləsi Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının2(102)-7308\2018 nömrəli, xx.xx.2018ci il tarixli qərarı etibarsız əqd hesab olunmuşdur. Vicdanlı alıcı kimi tanınmayan şəxsə münasibətdə Mülki Məcəllənin 157.7-ci maddəsinin tətbiq edilməsi düzgün deyildir. Məhkəmə mənzilin qanuni sahibinin uzun müddət öz mülkiyyətində olan mənzildən kənarda məcburən kirayələrdə yaşayıb maddi və mənəvi zərərlərə düşməsini nəzərə almadan, məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 1 il ərzində icra etməkdən yayınan iddiaçının məcburi icra orqanı tərəfindən cavabdehin vəsaiti hesabına icra edilməsi nəticəsində cavabdehin öz mülkiyyətində olan mənzilə qayıtmasını əsassız varlanma hesab etmişdir. Guya ki, iddiaçı tərəfindən öz yaşayışlarını təmin etmək məqsədi ilə mənzildə hər hansı təmir işləri aparması nəticəsində cavabdeh əsassız olaraq varlanmışdır. Halbuki, iddiaçı saxta sənədlərlə cavabdehin mənzilini zəbt edərək 6 il ərzində orada qanunsuz olaraq yaşamış və öz yaşayışını təmin etmək üçün qanuni mülkiyy ətçinin razılığını almadan mənzildə bəzi təmir işləri və konstruksiya dəyişiklikləri etmişdir ki, bu da cavabdehin mənzilini təmir etdirərkən əlavə xərclərə düşməsinə səbəb olmuşdur. Həmçinin cavabdeh öz mənzilinə qayıtdıqdan sonra evin təmiri yararsız halda olduğuna görə mənzildə yenidən təmir işləri həyata keçirmişdir və ekspert tərəfindən qiymətləndirilmə aparılarkən cavabdehin həyata keçirdiyi təmir işləri xərclərini də iddiaçının adına yazmışdır. Birinci instansiya və apellyasiya məhkəmələrinə bu barədə müraciət edib təmir xərclərinin kimin hesabına həyata keçirilməsinin aydınlaşdırılması tələb edilsə də təmin edilməmişdir. Mülki Məcəllənin 157,1091,1092 və 1094-cü maddələri vicdanlı alıcıya münasibətdə tətbiq edilməli olduğu halda birinci instansiya və apellyasiya məhkəmələri tərəfin dən qətnamə qəbul edilərkən, qanunsuz yolla, saxta sənədlərlə mənzili zəbt etmiş və məhkəmə qətnamələri ilə vicdanlı alıcı kimi tanınmamış iddiaçının iddiasını təmin edərkən qeyd olunan maddələrə istinad edilmişdir. Məhkəmə qətnamə çıxararkən MPM-in 14.2-ci maddəsinə istinad etsə də əslində təqdim edilmiş sübutlara əhəmiyyət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi təqdim edilmiş sübutları araşdırmadan əsassız hesab etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 14.2.7. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən o ndan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmələr tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktları, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı vicdanlı sahib olaraq evdə təmir işləri aparmışdır. Təmir işlərinin dəyəri məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, mənzil boşaldılana qədər iddiaçı mübahisəli əmlaka sahiblik etmişdir, aparılan bütün yaxşılaşma işləri onun həmin əmlaka sahiblik hüququnun real həyata keçirilməsi istəyi ilə bağlı olmuşdur. Ona görə də çəkilən xərclərin mövcudluğu ağlabatan olduğu qədər, həm də realdır. İddiaçı tərəfindən edilən yaxşılaşdırma əmlaka tənasübsüz zərər vurmadan ayrılmadığından, çəkilən xərclərin qaytarılması tələbi əsaslı olmuşdur. Qarşılıqlı iddiaçı ona maddi zərər vurulmasına məhz X2 qanunsuz hərəkətlərinin səbəb olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əs aslandırılmışdır.
46. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğu n olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
48. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2(103)2289/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.