Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4356/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-735/2020 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qərardadından cavabdeh “Azneft” İstehsalat Birliyi tərəfindən ver ilmiş kassasiya şikayətinə dair işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) “Azneft” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 ölüm günündən – 18.03.2019-cu il tarixdən “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” X3 İdarəsi tərəfindən zərərçəkmiş şəxsə ödənilən ödənci almaq hüququ olan şəxs kimi tanınması, həmin ödəncin ona ömürlük təyin edilməsi və 18.03.2019-cu il tarixdən qəbul ediləcək qətnamənin icra ediləcəyi günədək ödəncin hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehə həvalə olunması, 30 manat dövlət rüsumunun və 100 manat hüquqi yard ım xidmətləri üçün, cəmi 130 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2589/2019 nömrəli iş üzrə 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia tələbi qismən təmin edilərək, iddiaçının mərhum əri X1 ölüm günündən, yəni 18.03.2019-cu il tarixdən “Azneft” İB-nin “Neft Daşları” NQÇİ tərəfindən zərərçəkən şəxsə ödənilən ödənci almaq hüququnun tanınması, həmin ödəncin iddiaçıya ömürlük təyin edilməsi və 18.03.2019-cu il tarixdən qəbul olunmuş qətnamənin icra ediləcəyi tarixədək iddiaçıya ödənilməli olan ödəncin məbləğinin birdəfəlik hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-735/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov – sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 09 iyul 2020-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə vəsatət və kassasiya şikayəti ilə müraciət edərək, kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2020-ci il tarixli qətnaməs i rəsmi qaydada 29 mart 2020-ci il tarixdə poçt şöbəsinə daxil olsa da, “COVİD-19” virusunun yayılması ilə bağlı karantin rejiminin tətbiq edilməsi səbəbindən qanunla nəzərdə tutulmuş müddətdə kassasiya şikayətinin verilməsini təmin edə bilməmişlər. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-735/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qərardadı ilə (hakimlər T.Səmədov – sədrlik edən və məruzəçi, İ.Şirinov və A.Tanrıverdiyev) cavabdehin vəsatəti təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respulikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1114/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev – sədrlik edən və məruzəçi, İ.Xələfov və Z.Əliyev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər X.Sarıyev – sədrlik edən və məruzəçi, E.Mehdiyev və Ş.Məmmədova) həmin Məhkəmənin 12 mart 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəf qətnamənin surətini 20 aprel 2020-ci il tarixdə almış, kassasiya şikayəti son gün olaraq 20 iyun 2020-ci il tarixdə verilməli olduğu halda, 09 iyul 2020-ci il tarixdə məhkəməyə verilmişdir. Məhkəmə cavabdehin müddətin bərpasına görə ““COVİD-19” virusunun yayılması ilə əlaqədar karantin rejiminin tətbiq edilməsi” ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, həmin dəlil müddətin bərpası üçün əsas hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli 05 saylı, 23 aprel 2020-ci il tarixli 06 saylı qərarlarının 3-cü bəndindən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 may 2020-ci il tari xli məlumatının 1.6-cı bəndindən görünür ki, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermədiyindən, müddətin bərpası üçün üzrlü səbəblər müəyyən olunmadığından, müddət bərpa edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır. Qərardaddan cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və kassasiya şikayətinin icraata qəbul edilərək kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi rəsmi qaydada poçt şöbəsinə daxil olsa da, karantin rejiminin tətbiq edilməsi səbəbindən qanunla nəzərdə tutulmuş müddətdə kassasiya şikayətinin verilməsini təmin etməmişlər. Belə ki, karantin rejimi ilə bağlı işçilərin əksəriyyəti işə çıxmamış və zəruri sənədləşdirmə işləri vaxtında həyata keçirilməmiş, elektron məhkəmə sisteminə daxil olmaq imkanları olmamış və şikayətin elektron qaydada göndərilməsini təmin edə bilməmişlər. Bu səbəbdən, əvvəlcə müddətin bərpası barədə vəsatətlə elektron qaydada müraciət etmişlər, sonra isə poçt vasitəsilə sənədləri göndərmişlər. İşə apellyasiya qaydasında baxan məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən və iş materiallarında olan xüsusatları ümumiyyətlə araşdırmamış, müddətin üzrlü səbəbdən ötürülməsinə dair sübutları əlaqəli şəkildə şərh etməmiş və hüquqi qiymət verməmişdir. Ali Məhkəmənin qərarında birbaşa qeyd olunmuşdur ki, COVİD 19 infeksiyasının yayılması və bununla bağlı karantin rejiminin tətbiqi hamıya bəlli olan haldır və sübuta ehtiyacı yoxdur. Buna baxmayaraq, məhkəmə Ali Məhkəmənin mövqeyinə məhəl qoymamış, həmin dəlili əsassız hesab etmişdir. Bundan başqa, məhkəmə cavabdehin vəkilini proses iştirakçısı kimi elektron məhkəmə sisteminə qoşmamışdır və faktiki olaraq cavabdehi elektron kassasiya şikayəti vermək imkanından məhrum etmişdir. Məhkəmə isə bu hall ara əhəmiyyət verməmiş, şikayətin 09.07.2020-ci il tarixdə daxil olmasını əsas götürmüşdür. Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 133.1-ci maddəsinə istinad olunmuşdur. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən kassatorun vəkili şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir (maddə 134.1.5). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1). Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır (maddə 408.1.4). Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayət vermə müddətini ötürdüyünü mübahisələndirmir və həmin müddətin bərpa olunmasını xahiş edir. Cavabdeh müddətin üzrlü səbəbdən ötürüldüyü barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, bunu yalnız “ COVİD-19” virusunun yayılması ilə əlaqədar karantin rejiminin tətbiq edilməsi ilə əlaqələndirmişdir. Halbuki Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli 05 saylı, 23 aprel 2020-ci il tarixli 06 saylı qərarlarının 3-cü bəndinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 may 2020-ci il tarixli məlumatının 1.6-cı bəndinə fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir. Eyni zamanda ölkədə karantin rejiminin tətbiq edildiyi bütün müd dət ərzində vəkillərin fəaliyyətinə, məhkəmə və rabitə orqanlarının işinə tam məhdudiyyət qoyulmamışdır. Bu baxımdan cavabdeh qanunla müəyyən olunmuş müddət ərzində kassasiya şikayətini rabitə orqanına təqdim etmək imkanına malik olmuşdur. Cavabdehin vəkili kassasiya şikayətində çoxsaylı müraciətlərinə baxmayaraq apellyasiya instansiyası məhkəməsinin onu proses iştirakçısı kimi elektron məhkəmə sisteminə qoşmadığını bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu, o cümlədən bununla bağlı elektron yazışmalardan çıxarışı şikayətə əlavə etməmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Azneft” İstehsalat Bi rliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-735/2020 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4356/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4356/2021
26.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver