Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4356/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ İddiaçı Cavabdeh qarşı iş üzrə İş № 2(102)-4356/2023 (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-728/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh hüquqi varisi Əliyeva Tamella Canisahib qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh qarşı gündəlik gediş-gəliş yolu üzərində quraşdırılmış kanalizasiya quyusunun, həmçinin evinə tərəf quraşdırılmış müşahidə kamerasının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən gündəlik gediş-gəliş yolunun üzərində quraşdırılmış kanalizasiya quyusu onun öz hesabına sökülməsi qət edilmişdir.
3. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən Cavabdeh hüquqi varisi Əliyeva Tamella Canisahib qızı kassasiya şikayəti vermişdir.
6. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə geri qaytarılmışdır.
7. Cavabdeh hüquqi varisi Əliyeva Tamella Canisahib qızı yenidən kassasiya şikayəti vermişdir.
8. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti onu tərtib edən tərəf və vəkil tərəfindən elektron qaydada imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğu halda, kağız daşıyıcıda tərtib olunaraq imzalanmış və sonradan skan olunaraq elektron kabinetə yerləşdirilmiş, qeyd olunan halın mövcudluğu kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi kimi qəbul edilə bilmədiyindən geri qaytarılmışdır.
9. Daha sonra Cavabdeh hüquqi varisi Əliyeva Tamella Canisahib qızı apellyasiya instansiyası məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermiş və şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasına göndərilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM) Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə m əhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi nə dair qərardad qəbul edilir; Maddə 408.1.7. Kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, kassasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmadığına görə geri qaytarılmalıdır.
12. Belə ki, kassasiya şikayəti onu tərtib edən tərəf və vəkil tərəfindən elektron qaydada imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğu halda, kağız daşıyıcıda tərtib olunaraq imzalanmış və 29 sentyabr 2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin dəftərxanasına təqdim olunmuşdur.
13. Halbuki MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasi təsilə həyata keçirilir. 14. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.1.7).
15. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayəti baxılması üçün Ali Məhkəməyə göndərmişdir.
16. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 2 64 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-728/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh hüquqi varisi Əliyeva Tamella Canisahib qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət mülki işlər birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.