Məhkəmə qərarları › İş №2(102)-4358/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4358/2021

23.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4358/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı və X oğlunun cavabdeh Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhimoğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2450/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı və X oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Maraqlı şəxs 18 mart 2017-ci il tarixdə İddiaçı ilə, 31 avqust 2017-ci il tarixdə isə X oğlu ilə kredit müqavilələri bağlamış, müqavilələr Bakı şəhəri 44 saylı notariat kontorunda təsdiq olunmuşdur. Həmin müqavilələrə görə Maraqlı şəxs tərəfindən Ramil və Fariz Əliyevlərin hər birinə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Maraqlı şəxs müraciəti əsasında 23 may 2020-ci il tarixdə 44 saylı notariat kontoru tərəfindən Ramil və Fariz Əliyevlərdən cəmi 50.000 ABŞ dolları məbləğində borcun tutulması barədə icra qeydi verilmişdir. Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 mart 2017ci il tarixli kredit müqaviləsini bağlayarkən Maraqlı şəx s tərəfindən ona müqavilədə göstərilən 50.000 ABŞ dollarını ödəməməsini və onların arasında borc münasibətinin olmamasını, müqavilənin formal xarakter daşımasını, Maraqlı şəxs tərəfindən həmin məbləğin başqaları ilə biznes əlaqələri ilə əlaqədar sərmayə kimi qoyulmasını, müqavilənin qardaşı Fariz Əliyevin xahişi ilə imzalamasını, göstərilən mübahisəli vəziyyətdə kredit müqavilələri üzrə icra qeydinin verilməsinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə zidd olmasını əsas göstərməklə 18 mart 2017-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 31 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə borclu X oğlu da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsində göstərilən məbləğin təyinatının borc olmamasını, müqavilə ilə əlaqədar ona 50.000 ABŞ dollarının verilməməsini, müqavilənin formal xarakter daşımasını, həmin məbləğin ortaqlı biznesə sərmayə kimi qoyulmasını, müqavilənin onunla zamin kimi bağlanmasını, müqavilədə göstərilən 50.000 ABŞ dollarının 40.000 ABŞ dolları məbləğində hissəsinin ona hissə-hissə qaytarılmasını, qalan borcun məbləğinin 25.000 ABŞ dolları deyil, 10.000 ABŞ dolları təşkil etməsini, borc məbləğinin mübahisəli olduğu halda notariat kontoru tərəfindən 25.000 ABŞ dolları məbləğində borcun tutulması barədə icra qeydi verilməsini əsas göstərməklə həmin icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 mart 2017-ci il tarixli və 31 avqust 2017-ci il tarixli kredit müqavilələri üzrə İddiaçı və Fariz Əliyev qardaşlarının hər birinə 50.000 ABŞ dolları olmaqla cəmi 100.000 ABŞ dolları məbləğində borc verməsini, həmin borcun 50.000 ABŞ dolları məbləğində hissəsinin ona qaytarılmasını, lakin qalan 50.000 ABŞ dollarının ona qaytarılmamasını, həmin pul məbləğlərinin ortaq biznesə sərmayə kimi qoyulması barədə Əliyevlərin göstərdiklərinin həqiqətə uyğun olmamasını, həmin müqavilələrin onların həqiqi niyyətlərinə uyğun bağlanmasını əsas göstərməklə Ramil və Fariz Əliyevlərdən onun xeyrinə 50.000 ABŞ dollarının və eləcə də ona dəymiş ziyana görə 5000 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hər üç iddia tələbləri bir icraatda baxılmış və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 n oyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) Ramil və Fariz Əliyevlərin icra qeydinin ləğv edilməsi barədə tələbi təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs isə iddiası qismən təmin edilərək 18 mart 2017-ci il tarixli və 31 avqust 2017-ci il tarixli kredit müqavilələri üzrə Ramin Əliyev və Fariz Əliyevin hər birindən Maraqlı şəxs xeyrinə 25.000 ABŞ dollarını ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İş üzrə iddiaçılar Ramil və Fariz Əliyevlər qətnamədən apellyasiya şikayəti verərək notariat kontoru tərəfindən icra qeydinin qanun pozuntusu ilə verilməsini, kredit müqavilələrinin isə formal xarakter daşımaqla həmin müqavilələr üzrə onlara tələb edilən pul məbləğlərinin v erilməməsini, məhkəmənin isə işin həqiqi hallarına və sübutlara düzgün qiymət verilmədən Maraqlı şəxs iddiasının qismən təmin edilməsi barədə qətnamə qəbul etməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi, onların iddia tələblərinin təmin, Maraqlı şəxs iddiasının isə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və X oğlunun iddia tələblərinin rədd edilməsinə dair hissədə ləğv edilmiş, həmin iddia tələblərinin təmin edilib Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən 18 mart 2017-ci il və 3 1 avqust 2017-ci il tarixli müqavilələr üzrə verilmiş icra qeydlərinin ləğv edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçılar İddiaçı və X oğlu kassasiya şikayəti vermiş, şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin Maraqlı şəxs iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçıların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsi ni, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin Maraqlı şəxs iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi həmin hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 18 mart və 31 avqust 2017-ci il tarixli kredit müqavilələri tərəflərin bilavasitə iştirakı ilə bağlanmış, müqavilələr notariatda təsdiq olunmaqla onların bağlanması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əliyevlər kredit müqavilələrinə əsasən onlara borc verilməsini inkar edib müqavilələrin formal xarakter daşımasını iddia etsələr də məhkəməyə göstərdiklərini təsdiq edən heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddə sinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əliyevlər kredit müqavilələrini bağlamaqla borcun 1 il müddətində qaytarılması barədə üzərlərinə öhdəlik götürmüşlər. Lakin müəyyən olunduğu kimi Əliyevlər kredit müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməməklə öhdəliklərinə əməl etməmiş, hər biri aldıqları borc məbləğindən 25.000 ABŞ dollarının iddiaçıya qaytarılmasını təmin etməmişlər. Göstərilənlərlə əlaqədar kollegiya Maraqlı şəxs iddia tələbinin qismən təmin olunmasının əsaslı olmasına dair apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissədə sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmaqla çıxarılmışdır. Şərh olunanlara əsasən və Az ərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən hakimlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar