Məhkəmə qərarları › İş №2(102)-4361/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4361/2020

22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4361/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X4 və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil–Tikinti Kooperativinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən ve rilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (R.Xəlilov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Mənzil–Tikinti Kooperativinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin mənəvi zərərin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh Mənzil– Tikint i Kooperativindən 1000 (bir min) manat mənəvi zərərin tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh Mənzil–Tikinti Kooperativinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən 90 kv.metr qaraj sahəsinə iddiaçının sahiblik və istifadə hüququnu pozaraq ona zərər vurduğuna görə cavabdeh «xxxx» MTK-nın hesabından 180 000 manat maddi və 1000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli “Fərdi avtomobil qarajından İddiaçı istifadəsinə icazə verilməsi barədə” sərəncamından ilə H.Seyidzadə küçəsi 5 saylı binanın arxa sında yerləşən daş qarajdan, H.Seyidzadə küçəsi 5 saylı evin 28 saylı mənzilində yaşayan vətəndaş İddiaçı istifadəsinə icazə verilmiş, İddiaçı xəbərdarlıq edilmişdir ki, ərazidə ümumi abadlıq işləri aparılacağı təqdirdə, Rayon İcra Hakimiyyətinə heç bir iddia edilmədən qaraj söküləcəkdir. Həmin sərəncam hazırda da qüvvədədir Həmçinin o da mübahisə edilmir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə «xxxx» Mənzil-Tikinti Kooperativinin xx.xx.2017-ci il tarixli müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsi, 5 saylı binanın hissəsində yerləşən 0,3648 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikinti layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Eyni zamanda işin mübahis edilməyən halların dan görünür ki, İddiaçı istifadəsində olan H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən daş qaraja giriş-çıxışa «xxxx» Mənzil-Tikinti Kooperativi tərəfindən maneələr yaradılmışdır. İddiaçı bildirir ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli Sərəncamı ilə Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən daş qaraj sahəsinin onun istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh «xxxx» MTK 2018-ci ilin əvvələrində həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar qazıntı işləri aparmağa başlamış və buna etiraz edilərkən ərazidə yerləşən qaraj və sair sahələrin sahiblərinə MTK kompensasiya ödəyəcəyini öhdəsinə götürmüşdür. Qazıntı işləri aparılması nəticəsində həmin vaxtdan onun istifadəsində olan qaraj sahəsinin giriş qapısı bağlanmış və ora daxil olmaq qeyri-mümkün olmuşdur. Ona görə də avtomobili açıq dayanacaqda saxlamağa məcbur olmuşdur. Məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2017-ci il tarixli Sərəncamı ilə Kooperativin müraciətini nəzərə alaraq Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın şimal hissəsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinə icazə verilmişdir. Onun sahibliyində və istifadəsində olan qaraj sahəsi 90 kv.metrdən ibarət olduğundan o, cavabdehə hər kv.metr üçün 2000 manatdan kompensasiya ödəməsini bildirmişdir. Lakin, cavabdeh bu günə kimi müəyyən bəhanələrlə üzərinə götürdüyü öhdəliyi könüllü yerinə yetirmək istəmir və kompensasiya ödəməkdən yayınır. Cavabdeh ona bildirmədən özbaşına olaraq qazıntı işlərinin aparılması nəticəsində istifadəsində olan qaraj sahəsinə daxil ola bilmədiyindən və bir ildən artıq müddətdə dəfələrlə ona yanlış məlumat verərək kompensasiya ödəyəcəyinə əmin etməsinə görə sarsıntı keçirmiş, fiziki əzab çəkmiş, stresdə olmuş və buna görə də müalicə almışdır. Hazırda cavabdeh tərəfindən ərazidə çoxmənzilli bina inşa edilmişdir. Həmin bina ilə onun qarajının arasındakı məsafə çox az olduğundan qarajından istifadə etmək imkanından tam məhrum olmuşdur. Göründüyü kimi, cavabdeh MTK ona məlumat vermədən sahiblik və istifadə hüquqlarını pozaraq iddiaçıya 180 000 manat maddi və 1000 manat mənəvi zərər vurmuşdur. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 5 saylı binanın arxasında yerləşən 90 kv.metr qaraj sahəsinə iddiaçının sahiblik və istif adə hüququnu pozaraq ona zərər vurduğuna görə cavabdeh «xxxx» MTK-nın hesabından 180 000 manat maddi və 1000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edir. Cavabdeh bildirir ki, iddia təmin edilməməlidir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 bildirir ki, İcra hakimiyyəti tərəfindən verilmiş sərəncam hazırda da qüvvədədir. Lakin dövlət arxivində olduğundan təqdim edə bilmir. Mübahisə predmeti olan qarajın yerləşdiyi torpaq sahəsi icra hakimiyyəti tərəfindən cavabdehə abadlıq işləri aparılanadək müvəqqəti istifadəyə verilmişdir İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətn aməsini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə onun istifadəsində olan qaraja giriş-çıxışla bağlı Cavabdeh Mənzil – Tikinti Kooperativi tərəfindən maddi ziyan vurulmasını göstərən mötəbər sübutları təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iddiaçı mübahisə predmeti olan qarajın hər kvadratına 2000 manat pul tələb etsədə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh tərəfindən qarajda hər hansı söküntü işləri aparılmamış və qaraj mövcuddur. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, iddiaçının istifadəsində olan qaraja giriş-çıxışa Cavabdeh Mənzil – Tikinti Kooperativi tərəfindən aparılan tik inti nəticəsində maneə yaradan hərəkətlər edilmişdir. Ona görə də İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində əsaslı olduğundan, cavabdehdən iddiaçının xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzi tutulması qanuni olmaqla yanaşı ədalətlidir Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi maddi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən sax lanılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi maddi zərərin tutulmasının rədd edilməsi hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsanhüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərək ətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edilməlidir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İşin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, Cavabdeh Mənzil – Tikinti Kooperativi tərəfindən aparılan tikinti nəticəsində iddiaçının istifadəsində olan qaraja girişçıxışa maneə yaradan hərəkətlər edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mənə vi sarsıntı və iztirablara məruz qalmasının cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halı olduğundan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini mənəvi ziyanın tutulması hissəsində təmin etməklə, cavabdehdən iddiaçının xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması barədə qətnamə qəbul edərək bu hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi mənəvi zərərin tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlsə də maddi ziyanın tutulması hissəsində iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən hallarından göründüyü kimi İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə k üçəsi 5 saylı binanın arxasında yerləşən daş qarajdan istifadə edilməsi üçün xx.xx.2011-ci ildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir və həmin sərəncam hazırda da qüvvədədir. Lakin buna baxmayaraq həmin qaraja giriş-çıxışa «xxxx» Mənzil-Tikinti Kooperativi tərəfindən maneələr yaradılmışdır. Ona görə də iddiaçı «xxxx» Mənzil-Tikinti Kooperativi tərəfindən onun qaraja avtomobillə giriş-çıxışının qarşısı alındığına görə vurulmuş maddi və mənəvi zərərin əvəzini tələb edir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni maddi zərərin tutulması hissəsində onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə onun istifadəsində olan qaraja giriş-çıxışla bağlı Cavabdeh Mənzil – Tikinti Kooperativi tərəfindən maddi ziyan vurulmasını göstərən mötəbər sübutları təqdim etməmişdi r. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iddiaçı mübahisə predmeti olan qarajın hər kvadratına 2000 manat pul tələb etsədə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh tərəfindən qarajda hər hansı söküntü işləri aparılmamış və qaraj mövcuddur. Cavabdehin bununla bağlı dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan qaraj sökülməsə də, cavabdeh MTK tərəfindən inşa edilmiş bina ilə həmin qaraj arasındakı məsafə qarajdan istifadəni qeyri-mümkün edir. Göründüyü kimi mübahisə predmeti olan qarajla cavabdeh MTK tərəfindən inşa edilmiş bina arasındakı məsafənin həmin qarajdan istifadəni qeyri-mümükün edibetməməsinin müəyyən ləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu hal həm iddia ərizəsində həm də apelyasiya şikayətində qeyd edilməsinə baxmayaraq nə birinci instansiya məhkəməsi nə apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və hüquqi qiymət verməmişdir. Ona görə də işə yeni apelyasiya baxışında mübahisə predmeti olan qarajla cavabdeh MTK tərəfindən inşa edilmiş bina arasındakı məsafənin həmin qarajdan istifadəni qeyri-mümkün edib-etməməsi araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. Beləliklə, işin hallarından göründüyü kimi, apelyasiya instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normaların pozuntusu ilə çıxarmışdır və bu, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərba ycan Respublikası MPM-nin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi maddi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar