Məhkəmə qərarları › İş №2(102)-4366/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4366/2019

19.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4366/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qərardadından Cavabdeh və onun vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən V.Sadıqov, hakimlər A.Hüseynov və A.İmanov, İş № 2(103)-4183/2019) İddiaçı şikayəti təmin edilərək Bakı şəhəri Səbail. Rayon Məhkəməsinin 2(009)-515/2019 saylı iş üzrə 21 yanvar 2019-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli 2(009)515/2019 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.(hakim M.Bağırova). Cavabdeh və onun vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərardadı ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulmuş bununla da düzgün olmayan qərardad qəbul edilmişdir. Eyni predmet eyni mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnamə olduğu halda işə yenidən baxılması və yeni qətnamə çıxarılması isə prosessual qanunvericiliyin tələblərinə ziddir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin MKnın 18 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, İddiaçı X1 qarşı “hasarın sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən özbaşına çəkdiyi su və kanallizasiya xətti, həmçinin tikdiyi su anbarının onun öz hesabına sökülməklə mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qanunsuz olaraq onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində özbaşına çəkdiyi su və kanallizasiya xətti, həmçinin evinin yağış suları üçün tikdiyi su anbarının onun öz hesabına sökülməklə mülkiyyətində olan torpaq sahəsindən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2(009)-408/2017 say lı qətnaməsi ilə hər iki iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Nəticədə, Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi həmin məhkəmə aktlarını nəzərə alıb, MPM-nin 261.0.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, artıq eyni tərəflər arasında, eyni oredmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi Dİduğundan, İddiaçı iddiasına yenidən baxıla bilməz. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin iş üzrə tələb başqa cavabdehə - X1 qarşı yönəlmişdir. Yəni, həmin işdə cavabdeh X3 olduğu halda, hazırki işdə Cavabdehdir. İddiaçı əvvəlki iddiasının rədd olunmasının əsasını da məhz iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırılması olmuşdur. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsində göstərilmişdir: «Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia İddiaçı sökülməsini tələb etdiyi hasar cavabdeh X1 məxsus torpaq sahəsi üzərində deyil, RX seriyalı ******* nömrəli çıxarış əsasında məhz Cavabdeh məxsus torpaq sahəsinin üzərində olduğundan və sonuncu hazırki mülki iş üzrə cavabdeh olmadığından İddiaçı X1ə qarşı iddiası əsassız hesab edilərək rədd edilmişdir.» Göründüyü kimi, hazırki iş üzrə mübahisənin predmeti və əsası eyni olsa da, tərəfləri eyni şəxslər deyil. Ona görə də birinci intsansiy a məhkəməsi MPM-nin 261.0.2-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır. Beləliklə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr qanuni və əsaslıdır. Kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası onları əsassız hesab edir ona görə ki, şikayətdə irəli sürülən dəlillər mülahizə xarakterli olub formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmamışdır. Belə ki, işdən göründüyü kimi hazırki iş üzrə mübahisənin predmeti və əsası eyni olsa da, tərəfləri eyni şəxslər deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfl ərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual pozuntuya yol verməsi qeyd edilsə də şikayətdə bu pozuntunun nədən ibarət olması əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə əsasən şikayət verən şəxsin şikayətində maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı ol maqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 18 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar