Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4366/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ilk, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: payların naturada ayrılması, ekspert rəyi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı payın naturada bölün məsinə dair ilk, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı payların naturada bölünməsi qarşılıqlı iddia tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-727/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax Rayon Məhkəməsinin 2(039)-256/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnamənə əsasən X1 və X4 miras qalmış, ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sa yılmış və həmin yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh4; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı1; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı2; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı3; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh1 payları müəyyən edilmişdir.
2. Şəki Apellasiya Məhkəməsinin 2(107)-329/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 02 se ntyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsi iddiaçı Cavabdeh3 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı ünvan 2 ünvanında sənəd üzrə torpaq sahəsi 0.084 ha, faktiki sahə 0.10071 ha, tikinti altı sahə 0.01832 ha, digər sahələr 0.08239 ha, yaşayış evinin ümumi sahəsi 99.4 m2, açıq eyvan 40.8 m2, tikinti altı sahə 163.7 m2 təşkil edir. Texniki pasportda xüsusi qeyd: həyətyanı sahədə bələdiyyə mülkiyyətinə aid 166.31 m2 qanunsuz istifadədə olan torpaq sahəsi var, “C” (anbar) literi bütövlükdə və “B” (təsərrüfat binası) literinin 21.5 m2 hissəsi həmin torpaq sahəsində yerləşdiyindən ümumi tikinti altı sahəyə daxil edilməmiş dir.
4. Mübahisə yuxarıda göstərilən əmlakın naturada bölünməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə ünvan 3 ünvanda yerləşən 0.084 ha torpaq sahəsində hər birinin 1/8 hissədə olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının ayrılaraq mülkiyyətlərinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Nurlan və Cavabdeh1 İddiaçı1 mərhum əri Sehrab Tağıyevin oğlanları, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 isə bacı və qardaşıdır.
7. İddiaçı1 və qızlarının həmin yaşayış evində hər birinə 5,02 m2 olmaqla, cəmi 15 m2 sahədən ibarət payları vardır. Digər hissələr cavabdehlərin payına düşür ki, bununla da onların cəmi 84.6 m2 torpaq payının evin altına düşməsidir. Həyətdə “B” tikilisi vardır ki, təsərrüfat binası kimi qeydə alınmışdır, 16.5 m2 sahədən ibarətdir və 1956-cı ildə tikilmişdir. Həyətin sol hissəsindən həyətboyu eni 2 metrdən 3 metr aralığında torpağın uzunluğunda bələdiyyə torpağı vardır. Həmin torpaq sahəsi onlarla qonşunun sərhədləri arasında yerləşir və küçəyə birbaşa çıxışı vardır.
8. İddiaçı1 və qızlarına düşən torpaq payı isə 0.0105 olmaqla, cəmi 0.0315 hektardır. Cavabdehlə münasibətlər elə səviyyədədir ki, birgə yaşaya bilmirlər. Cavabdehlərdən Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 hər birinin də torpaq payı 0.0105 hektardır.
9. Qızlarının atası vəfat etdiyindən onların hüquqlarını İddiaçı1 özü təmsil edir. Həyətin arxa hissəsində 17.05 m2 uzununda, 22.05 m2 enində tam sərbəst, daxilində heç bir tikinti olmayan torpaq sahəsi mövcuddur. Bələdiyyə torpağında olan “C” tikilisi isə qanunsuz istifadədə olan torpaq sahəsinin daxilində olduğundan bölgü zamanı digər şəxslərin hüquqları pozulmur. Naturada ayrılıb onlara verilməsini tələb etdikləri torpaq sahəsinin bələdiyyə torpağına çıxışı vardır ki, onlar da digər şəxslərin mülkiyyət hüququnu pozmadan küçəyə sərbəst çıxa bilər.
10. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 220.3-cü maddəsinə istinad etmişdir.
11. İddiaçı1 Mingəçevir Şəhər Məhkəməsində kuryer vəzifəsində işlədiyi üçün məhkəmə aktının obyektivliyinə şübhə yaratmamaq məqsədilə Şə ki Apellyasiya Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir.
12. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşılıqlı iddia verərək, ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evindən Cavabdeh1 payına düşən evin 1/20 (5.02 m2 ) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2 ) hissəsinin, Cavabdeh2 payına düşən yaşayış evinin 1/20 (5.02 m2 ) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2 ) hissəsinin, Cavabdeh5 payına düşən yaşayış evinin 5/20 (25.1 m2 ) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2 ) hissəsinin, Cavabdeh3 payına düşən yaşayış evinin 5/20 (25.1 m2 ) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2 ) hissəsinin və Cavabdeh4 payına düşən yaşayış evinin 5/20 (25.1 m2 ) hissəsinin, torpaq sahəsinin 1/8 (92.45 m2 ) hissəsinin üzərinə gələrək torpaq sahəsindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(039)-256/2020 saylı qətnaməsi ilə qeyd olunan qaydada paylar müəyyən edilmişdir. Cavabdehlərdən biri olan İddiaçı1 gəlin gəldiyi otaqda yaşayır. Cavabdeh5 vəsaiti ilə tikilən hamam-tualetdən istifadə etməyə cavabdeh İddiaçı1 maneçilik törətdiyi üçün qalmaqal olmamasına görə özlərinə hamam-tualet tikmək məcburiyyətində qalmışlar. Həmin həyətin sol hissəsində olan torpaq hissəsini cavabdeh İddiaçı1 özünə mənimsəmək istəyir. Həmin torpaqdan onlar 1956-cı ildən bəri ba baları, nənələri, bibiləri, əmisi, atası istifadə etmişdir. Hazırda İddiaçı1 maneçiliyinə baxmayaraq hər gün dava-dalaşla istifadə edir.
14. Qarşılıqlı iddiaçılar da tələblərinin hüquqi əsası Mülki Məcəllənin 220.3-cü maddəsinə istinad etmişlər.
15. İddiaçının sifarişi ilə verilmiş X3 129 №-li 08 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********70-10301 saylı çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 4 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.084 ha torpaq sahəsindən hər birinin payı 1/8 hissədə olmaqla ümumilikdə 0.0315 ha (30/80x0.084) torpaq sahəsinin tikinti altına düşməyən torpaq sahəsindən ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un tələbinə uyğundur. Təklif olunan bölgü zamanı fərdi yaşayış evinin arxa tərə findən yerləşən tikinti altına düşməyən torpaq sahəsi 0,315 ha (19.5x16.1)m təşkil edir.
16. Birinci instansiya məhkəməsi iddia və qarşılıqlı iddia tələbləri üzrə evin və torpaq sahəsinin mülkiyyətçilərin payına uyğun şəkildə naturada ayrılmasının mümkünlüyü barədə rəy verilməsi üçün texniki ekspertiza təyin etmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzinin 10/4680№-li, 29 noyabr 2022-ci il tarixli rəyinə əsasən ünvan 5 ünvanda yerləşən 0.084 ha torpaq sahəsində hər birinin 1/8 (30/80 pay) hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının real ayrılması Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 ünvanında yerləşən 0.084 ha torpaq sahəsində hər birinin 1/8 hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının real ayrılmasının mümkünlüyünü ekspert belə əsaslandırmıdır ki, torpaq sahəsinin faktiki vəziyyətini, bir tərəfdən bələdiyyə mülkiyyəti ilə əhatə olunan torpaq sahəsindən giriş-çıxış yolun verilməklə və bələdiyyə mülkiyyətinə düşən tikililər sökülməklə həmin ünvanda yerləşən 0.084 ha torpaq sahəsindən hər birinin 1/8 (30/80 pay) hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən payların real ayrılması texniki cəhətdən mümkündür. Bölgü zamanı tərəflərə düşən torpaq sahəsinin konkret ölçüləri və bölgü qaydası rəyə əlavə olunm uş sxemdə ətraflı göstərilmişdir. ünvan 5 ünvanda yerləşən 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin paylara uyğun (xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) təcrid şəklində naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olarq texniki cəhətdən mümkün deyildir.
18. Cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 ərizə təqdim edərək ünvan 5 ünvanda yerləşən həyətyanı torpaq sahəsini anaları X7 bağışladıqlarını, bu səbəbdən mülki iş üzrə ilk iddia üzrə cavabdehlərin və qarşılıqlı iddia üzrə iddiaçıların əsl cavabdeh X8 və əsl iddiaçı X8 ilə əvəz olumasını xahiş etmişlər.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predme ti olan yaşayış evi və torpaq sahəsinin mülkiyyətçiləri, habelə paylar dəyişməklə cavabdehlərə aid maddi hüquq münasibətlərində dəyişmə olduğundan ilk iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar əvəz edilməklə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçılar kimi yalnız Tahirə Əliyeva və Cavabdeh3 qəbul edilməlidir.
20. Yevlax Rayon Məhkəməsinin 2(039)-21/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. (hakim Toğrul Əliyev)
21. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 ünvanında yerləşən sahəsi 100.4 m2 olan yaşayış evinin və həmin evin yerləşdiyi 0.084 ha torpaq sahəsinin mülkiyyətçilərinin payları aşağıda qeyd edilən kimidir: İddiaçı1 t orpaq sahəsi 8/80 hissə, İddiaçı2 yaşayış evi 3/40, torpaq sahəsi 11/80 hissə, İddiaçı3 yaşayış evi 3/40, torpaq sahəsi 11/80 hissə, Cavabdeh3 yaşayış evi 34/40 hissə, Tahirə Əliyeva torpaq sahəsi 50/80 hissə.
22. Birinci instansiya məhkəməsi daşınmaz əmlakın texniki pasportuna əsasən onu da müəyyən etmişdir ki, sənəd üzrə torpaq sahəsi 0.084 ha, faktiki sahə 0.10071 ha, tikinti altı sahə 0.01832 ha, digər sahələr 0.08239 ha, yaşayış evinin ümumi sahəsi 99.4 m2, açıq eyvan 40.8 m2, tikinti altı sahə 163.7 m2 təşkil edir, həyətyanı sahədə bələdiyyə mülkiyyətinə aid 166.31 m2 qanunsuz istifadədə olan torpaq sahəsi var, “C” (anbar) literi bütövlükdə və “B” (təsərrüfat binası) literinin 21.5 m2 hissəsi həmin torpaq sahəsində yerləşdiyindən ümumi tikinti altı sahəyə daxil edilməmişdir.
23. Bi rinci instansiya məhkəməsinin mövqeyinə görə daha ətraflı araşdırılma aparıldığından payın ayrılmasının mümkünlüyünün əsası kimi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4680№-li, 29 noyabr 2022-ci il tarixli rəyi qəbul edilməlidir. Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 ünvanında yerləşən 0.084 ha torpaq sahəsində hər birinin 1/8 hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının real ayrılmasının mümkünlüyünü ekspert belə əsaslandırmışdır ki, torpaq sahəsinin faktiki vəziyyəti, bir tərəfdən bələdiyyə mülkiyyəti ilə əhatə olunan torpaq sahəsindən giriş-çıxış yolu verilməklə və bələdiyyə mülkiyyətinə düşən tikililər sökülməklə həmin ünvanda yerləşən 0.084 ha torpaq sahəsindən hər birinin 1/8 (30/80 pay) h issəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən payların real ayrılması Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür.
24. Birinci instansiya məhkəməsi ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, rəydə torpaq sahəsinin faktiki vəziyyəti, bir tərəfdən bələdiyyə mülkiyyəti ilə əhatə olunan torpaq sahəsindən giriş-çıxış yolun verilməklə və bələdiyyə mülkiyyətinə düşən tikililər sökülməklə həmin ünvanda yerləşən 0.084 ha torpaq sahəsindən hər birinin 1/8 (30/80 pay) hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən payların real ayrılması Məhkəmə Tikinti-X5 Metodlarının tələblərin ə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edildiyindən, cavabdehlər yolun verilməsi ilə bağlı bələdiyyəyə müraciət etməlidirlər. Belə bir qaydada yolun bələdiyyə tərəfindən verilməsi isə cavabdehlərin deyil, məhz həmin torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyənin iradəsindən asılı olacaqdır. Bu səbəbdən ilk iddia təmin edilərsə, məhkəmə qərarının icrası mümkünlüyü iş üzrə tərəf olmayan bələdiyyənin qərarından asılı olacaqdır ki, bu da yolverilməzdir.
25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia ərizəsində və ekspert rəyində qeyd edilən qaydada payın ayrılması evin və yerləşdiyi torpaq sahəsinin ümumi dəyərinin aşağı düşməsinə səbəb olar ki, bu halda cavabdehlərin mülkiyyət hüququ məhdudlaşdırılmış olduğundan ilk iddia təmin edilməməlidir.
26. Qarşılıqlı iddia ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinə əsasən ünvan 5 ünvanda yerləşən 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin paylara uyğun (xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) təcrid şəklində naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olarq texniki cəhətdən mümkün deyildir. Rəy həmin hissədə belə əsaslandırılmışdır ki, qeyd edilən ünvanda 0.084 ha torpaq sahəsi və həmin sahə üzərində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi, tərəflərə yaşayış evindən düşən payların tikinti normalarından az təşkil etdiyini nəzərə alınmaqla bu bölgü mümkün deyil. Cavabdeh3 yaşayış evinə münasibətdə, T ahirə Əliyevanın torpaq sahəsinə münasibətdə payları dəyişərək artsa da, İddiaçı2 və İddiaçı3 yaşayış evinə və torpaq sahəsinə, habelə İddiaçı1 yalnız torpaq sahəsinə münasibətdə payları dəyişməz qaldığından ekspert rəyi nəticə etibarı ilə dəyişmədiyindən bu hissədə əsas kimi qəbul edildiyindən qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 220.1-220.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətinin dəlilləri; - məhkəməyə təqdim edilmiş 22 fevral 2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestr xidmətindən verilmiş çıxarışdan görünür ki, mübahisəli ünvan olan ünvan 6zlarının hər birinin isə 11/80 hissə payları vardır. Həmin ünvanda yerləşən 100.4 kv. metr sahədən ibarət yaşayış evində isə iddiaçının qızlarının hər birinin 3/40 hissə payları vardır. 100.4 m2 sahədən ibarət yaşayış evi həyətin giriş hissəsindədir. Qızlarının həmin yaşayış evində hər birinə 7.53 kv. m olmaqla cəmi 15.6 kv. m sahədən ibarət payları vardır. Digər hissələr cavabdehlərin payına düşür ki, bununla da onların cəmi 84.6 kv.m torpaq payı evin altına düşür. Həyətdə “B” tikilisi vardır ki, təsərrüfat binası kimi qeydə alınmışdır, 16.5 kv.m sahədən ibarətdir və 1956-cı ildə tikilmişdir. Həyətin sol hissəsindən həyətboyu eni 2 metrdən 3 metr aralığında torpağın uzunluğunda bələdiyyət torpağı vardır. Həmin torpaq sahəsi onlarla qonşunun sərhədləri arasında yerləşir və küçəyə birbaşa çıxışı vardır. Ona və qızlarına düşən torpaq payı isə hər birinə 0.0105 olmaqla, cəmi 0.0315 hektardır. Aralarındakı münasibətlər elə səviyyədədir ki, birgə yaşaya bilmirlər; - cavabdehlərdən Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 hər birinin də torpaq payı 0.0105 hektardır. Sonradan həmin şəxslər torpaq paylarını Nurlan və Cavabdeh1lərin anası, heç bir vərəsəliyi olmayan Tahirə Əliyevaya bağışlamaqla məhkəməni aldatmağa çalışırlar. Həyətin arxa hissəsində 17.05 kv.m uzununda, 22.05 kv.m enində tam sərbəst, daxilində heç bir tikinti olmayan torpaq sahəsi mövcuddur. Bələdiyyə torpağında olan “C” tikilisi isə qanunsuz istifadədə olan torpaq sahəsinin daxilində olduğundan bölgü zamanın digər şəxslərin hüquqları pozulmur. Naturada ayrılıb ona verilməsini tələ b etdiyi torpaq sahəsinin bələdiyyə torpağı adlanan hissəsinə çıxışı vardır ki, digər şəxslərdə mülkiyyət hüquqları pozulmadan küçəyə sərbəst çıxa bilər; - məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim etsə də, məhkəmə onun tələbini əvvəlki qaydada qətnaməyə daxil etmişdir. Belə ki, onun tələbi aşağıdakı kimi olmuşdur: Mingəçevir şəhəri Ərəş küçəsi 44 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan 0.084 ha torpaq sahəsində İddiaçı2 11/80 hissədə, İddiaçı3 11/80 hissədə, İddiaçı1 8/80 hissədə olan torpaq payının tikinti altına düşməyən, həyətin arxa hissəsindən torpaq sahəsindən naturada bölünərək mülkiyyətimizə verilməsi barədə qətnamə çıxarasınız; - məhkəmə formal olaraq maddi normaya istinad etsə də, nəzərə almamışdır ki, təqdim edilmiş həm ekspert rəyində, həm də mütəxəss is rəyində onların paylarının naturada bölünməsinin mümkünlüyü qeyd edilmişdir. Məhkəmənin əlaqələndirdiyi qaydada, yəni “yolun bələdiyyə tərəfindən verilməsi isə cavabdehlərin deyil, məhz həmin torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyənin iradəsindən asılı olacaqdır” mülahizəsi tam əsassızdır. Əvvəla, həmin torpaq sahəsi Bələdiyyənin sahibliyində və istifadəsində deyildir. Digər tərəfdən bələdiyyə torpağı cavabdehlərin istifadəsində olmaqla bərabər onların niyyəti iddiaçını 2 qız uşağı ilə küçəyə atmaq, sonra isə həmin bələdiyyə torpağını da mənimsəmək, sənədləşdirməkdir; - həmçinin məhkəmənin bu qaydada torpaq bölgüsü olarsa əmlakın dəyəri azalacaqdır kimi mövqeyi də əsassızdır. Çünki iddiaçının tələb etdiyi qaydada onun torpağı kiril hərfi ilə «Q» şəkilli, cavabdehlərin torpağı isə k vadrat şəkilini alacaqdır. Halbuki, ən adi insanda bilir ki, torpaq «Q» şəkilli olduqda daha ucuz, kvadrat şəkilli olduqda daha dəyərli olur; - o, iddianın əsaslılığına dair həm mütəxəssis rəyi, həm ekspert rəyi təqdim etsə də məhkəmə onun sübutlarını subyektiv mülahizələrlə heç bir maddi və prosessual normalara istinad etmədən rədd etmişldir. Halbuki məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda bunu etməmiş, iş materiallarında olan sübutların heç birini nəzərə almamışdır.
30. Apellyasiya baxışında Mingəçevir şəhər Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismind ə işə cəlb edilmişdir.
31. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-727/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Günay Cavadova, Mahir Əsədli)
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həyətin sol hissəsindən həyətboyu eni 2 metrdən 3 metr aralığında torpağın bələdiyyə torpağı olması, həmin torpaq sahəsindən küçəyə birbaşa çıxışın olması, bələdiyyə torpağında olan “C” tikilisi qanunsuz istifadədə olan torpaq sahəsinin daxilində olduğundan bölgü zamanı digər şəxslərin hüquqlarının pozulmaması, naturada ayrılıb ona verilməsini tələb etdiyi torpaq sahəsinin bələdiyyə torpağı adlanan hissəsinə çıxışının olması, digər şəxslərin də mülkiyyət hüquqları pozulmadan küçəyə sərbəst çıxa bilməsi, məhkəmənin təqdim edilmiş həm ekspert rəyində, həm də mütəxəssis rəyində onların paylarının naturada bölünməsinin mümkünlüyünü nəzərə almamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10/4680№-li, 29 noyabr 2022-ci il tarixli rəyinə əsasən ünvan 5 ünvanda yerləşən 0.084 ha torpaq sahəsində hər birini 1/8 (30/80 pay) hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının real ayrılması Məhkəmə Tikinti-X5 Metodlarının tələb lərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bölgü zamanı tərəflərə düşən torpaq sahəsinin konkret ölçüləri və bölgü qaydası rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. ünvan 5 ünvanda yerləşən 0.084 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin paylara uyğun (xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) təcrid şəklində naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olarq texniki cəhətdən mümkün deyildir.
34. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Mingəçevir şəhəri, Ərəş küçəsi, 44 ünvanında yerləşən 0.084 ha torpaq sahəsində hər birinin 1/8 hissəsində olan 0.0315 ha torpaq sahəsinin tikinti altına düşməyən 0.03 ha torpaq sahəsinin naturada bölünərək həyətin arxa hissəsindən paylarının real ayrılmasının mümkünlüyünü ekspert torpaq sahəsinin faktiki vəziyyəti, bir tərəfdən bələdiyyə mülkiyyəti ilə əhatə olunan torpaq sahəsindən giriş-çıxış yolunun verilməsi və bələdiyyə mülkiyyətinə düşən tikililərin sökülməsi ilə əsaslandırmışdır.
35. Göründüyü kimi, ekspertiza tədqiqatı zamanı iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən 0,03 ha hissəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edilsə də, məlum olur ki, 29 noyabr 2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş bölgü planında göstərilən torpaq sahəsinə giriş-çıxış yolu bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində olan tikililər sökülməklə bələdiyyə torpağından verilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1-ci maddəsinə istin adən qeyd etmişdir ki, paylı mülkiyyət ayrılacağı halda həmin əmlakdan sərbəst sahiblik və istifadə imkanları təmin edilməlidir. Bunun üçün yola maneəsiz çıxışın təmin edilməsi də sahiblik və istifadə imkanlarının tərkib hissəsidir. Ekspert tərəfindən bölgü variantında iddiaçıların yola çıxışları tərəflərin paylı mülkiyyətində olmayan və üzərində tikililərin mövcud olduğu bələdiyyə mülkiyyətində olan torpaq sahəsi hesabına təklif edilmişdir. Hansı ki, ona aid olan torpaq sahəsi üzərində yerləşən tikililərin sökülməsi bələdiyyə tərəfindən mübahisələndirilməməklə yanaşı, iddiaçılar tərəfindən də buna dair tələb irəli sürülməmişdir.
37. Qeyd edilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin məhkəmənin “yolun bələdiyyə tərəfindən verilməsi isə cavabdehlərin deyi l, məhz həmin torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyənin iradəsindən asılı olacaqdır” mülahizəsinin tam əsassız olmasına dair dəlilini də əsaslı hesab etməmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 06 aprel 2022-ci il, 16 fevral 2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçılardan Fidan və İddiaçı3lar 0,084 ha torpaq sahəsi ilə yanaşı hər biri həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinin də ayrı-ayrılıqda 3/40 hissədə paylı mülkiyyətçiləridirlər. Ekspertin ayrılıb verilməsini təklif etdiyi torpaq sahəsi isə fərdi yaşayış evinə bitişik deyil, bir qədər kənarda yerləşir. Ekspertiza tədqiqatına uyğun bölgünün aparılacağı halda, yaşayış evindən də mülkiyyət payı olan iddiaçıların torpaq sa həsinə bitişik olmayacaq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən paylarının ayrılması tələbini irəli sürmələrini istisna etmir. Bu hal isə bir mübahisə tərəfinə vahid əmlakın ayrı-ayrı müxtəlif hissələrindən payların ayrılması ilə nəticələnəcəkdir. Bu baxımdan, iddiaçının məhkəmənin bu qaydada torpaq bölgüsü olarsa, əmlakın dəyəri azalacaqdır kimi mövqeyinin əsassız olmasına dair apellyasiya şikayətinin dəlili də əsaslı deyil.
39. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim etsə də, məhkəmənin onun tələbini əvvəlki qaydada qətnaməyə daxil etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materialından iddiaçıların birinci instansiya məhkəməsinə iddia tələbinin azaldılması barədə ərizə təq dim etmələri halı müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətini dəlillərinə uyğun əsaslandırlıb, şikayətdə əlavə olaraq bunlar göstərilib: - apellyasiya instansiyası məhkəməsi qeyd etdmişdir ki, bələdiyyə torpağı tərəflərin paylı mülkiyyətində olan daşınmaz əmlakın hasarlanmış sərhədləri daxilindədir. Məhz bu səbəbdən apellyasiya instansiyası məhkəməsi Mingəçevir Bələdiyyəsini işə cəlb etsə də, bununla bağlı onların iştirakını, iddiaya münasibətini almağa cəhd etməmişdir. Qeyd olunan Bələdiyyə torpağı faktiki iddiaçının istifadəsindədir və bu istifadəyə Bələdiyyə heç bir vaxt mübahisə və ya etiraz etməmişdir; - digər tərəfdən, iddiaçı məhkəməyə həmin tikilinin tam yararsız və həyətə baxış keçirilərsə, tikililərin faktiki yararsız vəziyyətdə olmasını aşkar edilə biləcəyini demişdir; - apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi ekspert və mütəxəssis rəylərinə öz subyektiv mülahizəsi əsasında qəbul etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 81-cimaddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 63.1-cimaddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Apellyasiya instansiyası məhkəməsi iş üzrə xüsusi biliyə ehtiyac olduğu üçün eksperti işə cəlb edib rəyin alınmasını təmin etsə də məhkəməyə təqdim edilmiş ekspert rəyini qəbul etməyərək öz subyektiv mülahizələri ilə apellyasiya şikayətini təmin etməmişdir. Halbuki, məhkəmənin bu şəkildə dəyərləndirməsi ancaq xüsusi bidliyi olan şəxslərin rəyi öyrənilməklə mümkün idi; - həmçinin iddiaçı payın müəyyən edilməsi tələbinə dair iddia qaldırmış və həmin hissəyə yolun açılması, tikilinin sökülməsi məsələsi iddiaçı ilə Bələdiyyə arasında olan məsələdir. İddiaçı hesab edirdi ki, ona və övladlarına düşən pay ekspert rəyində qeyd olunduğu şəkildə verildiyi təqdirdə həmin torpağından sərbəst sahiblik və istifadə edib, sərəncam verə biləcəkdir. Məhkəmə mübahisənin yekunlaşmasında deyil, əksinə, uzanmasında maraqlı olduğunu göstərən qətnamə qəbul etmişdir. Halbuki, ədalət mühakiməsi məhz mübahisənin qurtarmasına yönəlmiş fəaliyyət olduğundan məhkəmənin ədalət mühakiməsinin aparılmasına dair bu prinsiplərə zidd fəaliyyəti Mülki Prosessual Məcəllənin 2-ci maddəsinin pozulması ilə nəticələnərək onların Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasına yönəlmişlir. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmə t ruhunda tərbiyə edilməsinə rəvac verir; - iddiaçı da 8 ildən artıq davam edən və yeniyetmə qızlarının pozulan hüquqlarının təmin olunması, yaşayış yerində ictimai qaydanın qanunvericiliyin onlara verdiyi imtiyazlar çərçivəsində təmin olunmasını istəyirdi. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Hazırki qətnamə isə bu tələblərə riayət olunmadan çıxarılmış, ekspert və mütəxəssis rəyinin olmasına baxmayaraq, məhkəmə qətnaməni özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlil lərlə əsaslandırmışdır; - məhkəmə hesab etmişdir ki, “işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 06 aprel 2022-ci il, 16 fevral 2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçılardan Fidan və İddiaçı3lar 0,084 ha torpaq sahəsi ilə yanaşı, hər biri həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinin də ayrı-ayrılıqda 3/40 hissədə paylı mülkiyyətçiləridirlər. Ekspertin ayrılıb verilməsini təklif etdiyi torpaq sahəsi isə fərdi yaşayış evinə bitişik deyil, bir qədər kənarda yerləşir. Ekspertiza tədqiqatına uyğun bölgünün aparılacağı halda, yaşayış evindən də mülkiyyət payı olan iddiaçıların torpaq sahəsinə bitişik olmayacaq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən paylarının ayrılması tələbini irəli sürmələrini istisna etmir. Bu hal isə bir mübahisə tərəfinə vahid əm lakın ayrıayrı müxtəlif hissələrindən payların ayrılması ilə nəticələnəcəkdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin bu qaydada torpaq bölgüsü olarsa əmlakın dəyəri azalacaqdır kimi mövqeyinin əsassız olmasına dair dəlilini də əsaslı hesab etmir.” - iddiaçı payının boş torpaq sahəsindən ayrılmasını tələb edərkən məhz ümumi birgə mülkiyyət hüququna xitam verilmənin əsaslarına istinad etmişdir. Belə ki, Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. İddiaçı da payının həmin hissədən verilməsi ilə əmlak ümumiliyinə xitam veri lməsini istəyirdi. Məhkəmənin ona yenidən iddia qaldırmaq imkanları ilə bağlı hər hansı sual vermədən, araşdırma aparmadan belə bir dəlilə istinad etməsi əsassızdır; - Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə nəzərə almamışdır ki, bölgü sxeminə əsasən məhkəmə tənasübsüz zərər vurmadan iddiaçıya bölünə bilən əmlak paylarının onlara verilməsi və verilə bilməyən əmlak paylarına görə onların pul kompensasiyası almaq hüquqları olmuşdur; - digər tərəfdən, məhkəmə mübahisəsiz olan hissədə yəni, 3 sota münasibətdə onların payının naturada ayrılması barədə iddianı təmin etməklə gələcəkdə yüksək vaxta və məsrəfə səbəb olan mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olan hərracla bağlı mübahisəyə də son qoymuş olacaqdı. Eyni zamanda əlavə zamana və məhkəmə araşdırmaları ilə bağlı qənaət prinsipinə əsasən mülki mübahisəni yekunlaşdırmış olacaqdı. Əgər məhkəməni onların gələcəkdə tikili üzərində olan 15 kv.metr (həm yaşayış otaqları, həm də köməkçi sahədən olan) paylarının ödənilməsi narahat edirdisə, bununla bağlı Mülki Məcəllənin 220.4-cümaddəsinə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Qanunvericiliyin bu şəkildə əmlakın bölünməsi ilə bağlı qaydası olmasına baxmayaraq, məhkəmənin onlar üçün yüksək əlavə xərc tələb edən hərracın keçirilməsini zəruri edən qətnamə qəbul etməsi başa düşülən deyildir. Bir halda ki, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin mülkiyyətçilərindən yalnız iddiaçılar vərəsədirlər. Yaşayış evinin mülkiyyətçisi vərəsə olmuş şəxs olsa da, Tahirə Əliyeva vərəsə olmamaqla bərabər torpaq payının yeni mülkiyyətçisidir. Onların isə həmin miras əmlakda paylarının ayrılması ilə bağlı Tahirə Əliyevaya münasibətdə üstün hüquqları vardır. Çünki onlara həmin torpaq sahəsi miras qalsa da, Tahirə Əliyeva həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu sonradan hər hansı əqd üzrə əldə etmişdir; - Cavabdeh3 tikinti üzərində olan payı Tahirə Əliyevanın torpaq sahəsi üzərində yerləşdiyindən, 0.084 ha torpaq sahəsindən 0.0315 ha torpaq sahəsinin naturada blünməsindən sadə nə ola bilərdi. Məhkəmə işin bu hallarını nəzərə almamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə cavabdeh X8 tərəfindən etiraz daxil olmuşdur. Etirazda işin faktiki halları sadalanmaqla, kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
45. Məhkəmə kollegiyası hüququn in kişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin bütün dəlill ərinə tam qiymət verib.
48. İddia tələbi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi ilə bağlıdır.
49. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ekspertiza tədqiqatı zamanı iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən 0,03 ha hissəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edilsə də, məlum olur ki, 29 noyabr 2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş bölgü planında göstərilən torpaq sahəsinə giriş-çıxış yolu bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində olan tikililər sökülməklə bələdiyyə torpağından verilməlidir.
50. Bu baxımdan, ekspert rəyinə əsasən işin müəyyən edilmiş halları iddianın təmin edilməsini istisna etdiyi üçün iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.
51. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübut ları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
52. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 33-39-cu bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
53. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
54. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər iddianın və apellyasiya şikayətinin əsasını təşkil edən edən dəlillərdir və apellyasiya instansiyası məhkəməsi də məhz həmin dəlillərə qiymət verməklə iddianın təmin edilməməli olması nəticəsinə gəlmişdir.
55. Məhkəmə kollegiyası qeyd oluna nlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-727/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.