Məhkəmə qərarları › İş №2(102)-437/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-437/2020

22.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-437/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 23 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 21 may 2018-ci il tarixli, 2(066)607/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh x2ndan 29134,90 ( iyirmi doqquz min yüz otuz dörd manat doxsan qəpik) manatın tutularaq iddiaçı x1nun xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Bayramov (sədrlik edən, məruzəçi), Ə.Məmmədov və F.Mehtiyev, 2(104)345/2019 saylı mülki iş) hazırki iş üzrə Göygöl Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(066)-607/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul vəsaiti müştərək qaydada tərəflərdən alınaraq SAP (XİİS), Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, m/h Az41NABZ********************, S.F.İ.F.T. Bik: CTRE AZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab№ AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tapşırıqla öz vəsaiti hesabına tikdirdiyi evə sərf etdiyi 30000 (otuz min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arı pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə i clasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən 20.11.2014-cü il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin Texniki Pasportunun surətindən görünür ki, x2 məxsus Göygöl rayonu, Qızılca kəndində yerləşən “A” və “B” literli fərdi yaşayış evinin faktiki istifadəsində olan torpaq sahəsi 0,1693 ha, sənəd üzrə torpaq sahəsi 0,12 ha təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı № ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydi yyat tarixi 22.11.2014-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən fərdi yaşayı evi 0.12 ha torpaq sahəsi ilə birlikdə x2nın xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin12.12.2014-cü il tarixli, 2(066)1107/2014 saylı qanuni qüvvəsini almış qətnaməsinin surətindən görünür ki, iddiaçı x3 cavabdeh x4 qarşı Göygöl rayonu, Yeni-Qızılca kəndində atasının inşa etdirdiyi yaşayış sahəsinə onu və xx.xx.2012-ci ildə anadan olmuş azyaşlı qızı x5 köçürülməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməs inin 03 mart 2016-cı il tarixli, 2(066)-214/2016 saylı qanuni qüvvəsini almış qətnaməsinin sürətindən görünür ki, həmin qətnamə ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) x3 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) x2nın mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən yaşayış evindən və 0,12 ha həyatyanı torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmasına dair ilk iddianın təmin edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) x3 iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) x2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22.02.2014-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınma z əmlakın dövlət reyestrindən Çıxarışın və ona aid texniki pasportun etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan qaimə-fakturaların əsli və sürətlərindən görünür ki, iddiaçı x1 tərəfindən 2013-2014-cü illərdə müxtəlif növ tikinti materiallarının alınması üçün ümumilikdə 12054,9 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2019-cu il tarixli, 27833 saylı ekspert rəyindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinə 42671,0 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizas ı Mərkəzinin 31 may 2019-cu il tarixli ekspertiza aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 20.05.2019-cu il tarixdə tədqiqat obyektinə baxış keçirilməsi üçün gedilmiş, lakin cavabdeh tərəfindən baxış keçirilməsinə icazə verilməmişdir. Odur ki, tədqiqatın aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsindəki icraat zamanı tərəflərin iştirakı ilə mübahisəli yerə baxış keçirilərkən müəyyən olmuşdur ki, Göygöl rayonu, Yeni Qızılca kəndində sənəd üzrə cavabdeh x2nın mülkiyyətində olan “A” və “B” literli iki fərdi yaşayış evi mövcuddur, həmin evlərin arasında təxminən 3-4 metr məsafə var.“B” literli fərdi yaşayış evi 3 yaşayış otağından, 1 böyük dəhlizdən, 1 mətbəxdən və 1 hamam-tualetdən ibarətdir. Görünür həmin ev təmir edilmişdir, lakin hamam-tualetində və digər yerlərində bəzi yarımçıq işlər qalmışdır. İddiaçı x1 bildirmişdir ki, “B” literli fərdi yaşayış evi onun vəsaiti hesabına onun qızı x3 kürəkəni x4 üçün inşa edilmişdir və o, həmin evin tikintisinə 30000 manatdan çox pul xərcləmişdir. Cavabdeh x2 bildirmişdir ki, həmin“B” literli fərdi yaşayış evi onun atası tərəfindən inşa edilmişdir. Şahidlər qismində dindirilmiş x6, x7 və x8 mübahisəli yerə baxış keçirilərkən yerində göstərmişdilər ki, “B” literli fərdi yaşayış evində iddiaçı x1 sifarişi ilə ifadələrində göstərdikləri işləri görmüşlər. Apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdiril məsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-n in 390.2-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şər tlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə aid şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə ba rəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 4 48.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qə bul etməsindən sonra qüvvəyə minir. Beləliklə, təqdim edilmiş sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər tapşırıq müqaviləsindən yaranmışdır. Tərəflər bu müqavilələrin mühüm şərtlərində razılığa gəlmişlər. Belə ki, cavabdeh qeyd etmişdir ki, evin tikintisində müəyyən işlərin görülməsini x1 həvalə etmişlər. İddiaçı x1nun cavabdeh x2nın mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən “B” literli fərdi yaşayış evinin inşa etdirilməsi üçün 2013-2014-cü illərdə müxtəlif növ tikinti materiallarının alması, habelə tikinti prosesinə ustaları cəlb etməsi, onlara əmək haqqı ödəməsi birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlərin ifadələri və iş materiallartında olan qaimə-fakturalar ilə təsdiq olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nın kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 23 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar