Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4370/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və üçüncü şəxs Füzuli rayon notariat ofisinə qarşı ilk, Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mirasda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və üçüncü şəxs Füzuli rayon notariat ofisinə qarşı mirasda payın müəyyən edilməsi tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras paylarının bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-757/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Miras qoyan X3 xx.xx.2020-ci il tarixində vəfat etməsi ilə miras açılmışdır.
2. Miras qoyan vəsiyyətnamə qoymamışdır.
3. Miras qoyanın birinci növbəli vərəsələri - İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X2r.
4. Mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış miras kütləsinə daxil olan əmlaklar aşağıdakılardır: Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsinin icarə hüq uqu; ** CT *** dövlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı; ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı; “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı; “MERCEDES BENZ E200 CDİ” markalı avtomobilləri; Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binası; "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitləri. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və üçüncü şəxs Füzuli rayon notariat ofisinə qarşı mirasda payın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək Füzuli rayonu ər azisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, ** CT *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, göy rəngli, “HYUNDAİ COUNTY” markalı avtobus, ** MA *** nömrə nişanlı, buraxılış ili 1999 olan, qəhvəyi metalik rəngli, “OPEL ZAFİRA” markalı avtomobil, ** ZN *** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan, ağ rəngli “FORD TRANSİT” markalı mikroavtobus, ** CK *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, gümüşü metalik rəngli, “MERSEDES BENZ E200 CDİ” markalı minik avtomobili üzərində onun 1/4 hissədə vərəsəlik hüququnun tanınması və qeyd olunan miras əmlaklarda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Rüstəmov Arzu Əfsər oğlu 15 dekabr 2020-ci il tarixdə dünyasını dəyişmişdir. Atasının vəfatında n sonra miras əmlakdan ona çatası payın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün Füzuli rayon Dövlət notariat ofisinə müraciət etmişdir. Füzuli rayon Dövlət notariat ofisinin notariusu Fəxrəddin İbadullayevin 19 iyun 2021-ci il tarixli 211 nömrəli məktubuna əsasən digər vərəsələrlə aralarında mirasın bölünməsi ilə bağlı mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması və bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyə olundu. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atasının daşınar və daşınmaz əmlakları kifayət qədər olmuş, onlardan çox az qismi rəsmi reyestrdə qeydiyyatdan keçmişdir. Atası rəsmi reyestrdə qeydiyyatdan keçmiş daşınar və daşınmaz əmlakları bunlardır: Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, ** CT *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, göy rəngli, “HYUNDAİ COUNTY” markalı avtobus, ** MA *** nömrə nişanlı, buraxılış ili 1999 olan, qəhvəyi metalik rəngli, “OPEL ZAFİRA” markalı avtomobil, ** ZN *** dövlət nömrə nişanlı, buraxılış ili 1999 olan, ağ rəngli “FORD TRANSİT” markalı mikroavtobus, ** CK *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, gümüşü metallik rəngli, “MERSEDES BENZ E200 CDİ” markalı minik avtomobili.
7. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras paylarının bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, "xxxx" ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 və 6,92 manat, "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 554,50 manat pul vəsaitinin vərəsələr arasında bölüşdürülməsi, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, ** CT *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, “HYUNDAİ COUNTY” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “MERSEDES BENZ E200 CDİ” markalı, buraxılış ili 1999 olan, “FORD TRANSİT” markalı, ** CK *** dövlət nömrə nişanlı və ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı avtomobillərin qiymətləndirilməsi, satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, əri Rüstəmov Arzu Əfsər oğlu 15 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Mərhumdan Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 və 6,92 manat, "xxxx" ASC-nin Sumqayıt filialında saxlanılan 554,50 manat pul vəsaitinin vərəsələr arasında bölüşdürülməsi, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, ** CT *** dövlət nömrə nişanlı, buraxılış ili 2007 olan, “HYUNDAİ COUNTY” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “MERSEDES BENZ E200 CDİ” markalı, buraxılış ili 1999 olan, “FORD TRANSİT” markalı, ** CK *** dövlət nömrə nişanlı və ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı avtomobillər miras qalmışdır. Vərəsəliyin qəbul edilməsi ilə bağlı digər vərəsələrlə birlikdə notariat orqa nına müraciət etmişlər, 6 ay keçdikdən sonra mirasdan onun xeyrinə imtina olduğu üçün adına şəhadətnamə verilmiş, İddiaçı payı isə açıq saxlanılmışdır. İddiaçı payını qəbul etmək istəmir. Belə ki, mirasın çox hissəsini tələb edir. Əsassız mübahisələr yaradır. Bu səbəbdən də, miras əmlakının razılıqla bölüşdürülməsi mümkün deyil. Ona görə də, miras əmlakının vərəsələr arasında bölüşdürülməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin ona vərəsələr arasında mübahisə olduğu üçün payların bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir.
9. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin həcmini artıraraq ilk iddia ərizəsində göstərilənlərlə yanaşı Sumqayıt şəhərində yerləşən 17,7 kv.metr qeyri-yaşayış sahəsinin (qaraj) istifadə hüququnun, eləcə də "xxxx" ASC-də saxlanılan 509,35 manat, "xxxx" QSC-də saxlanılan 228,66 manat pul vəsaitinin, eləcə də "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitin ¼ hissəsinə dair İddiaçı vərəsəlik payının tanınmasını xahiş etmişdir.
10. Füzuli Rayon Məhkəməsinin (hakim: Y.Həşimov) 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi, ** CT *** dövlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E200 CDİ” markalı avtomobillərin ¼ hissəsi, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun ¼ hissəsi, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin ¼ hissəsinə İddiaçı vərəsəlik payı tanınmış. İlk iddia üzrə Cavabdeh3 63,66 manat vəsait alınaraq İddiaçı verilməsi, Qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitin, "xxxx" A SC-də saxlanılan 509,35 manat vəsaitin ¼ hissəsinə Cavabdeh1 vərəsəlik payı tanınmış. Cavabdeh3 318,33 manat vəsait alınaraq Cavabdeh1 verilməsi, qarşılıqlı iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, miras qoyan A.Rüstəmovun xx.xx.2020-ci il tarixində vəfat etməsi ilə miras açılmışdır. Miras qoyan vəsiyyətnamə qoymamışdır. Miras qoyanın birinci növbəli vərəsələri – İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X2r. Miras qalmış əmlak Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququ, ** CT ***, ** MA ***, ** ZN *** və ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillər, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasından (qaraj) istifadə hüququ, "xxxx" QSCdə saxlanılan 228,66 manat vəsait, "xxxx" ASC-də saxlanılan 509,35 manat vəsait, eləcə də "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitdən ibarətdir. Bununla yanaşı, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Rüstəmov Arzu Əfsər oğlunun bank hesabında olan 514,50 manat vəsaitdən xx.xx.2022-ci il tarixdə 509,35 manat vəsait Cavabdeh3 tərəfindən xəzinədən məxaric edilmiş, 5,14 manat isə bank tərəfindən xidmət haqqına tutulmuşdur.
12. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə belə hesab etmişdir ki, ilk iddia təmin olunmaqla qeyd olunan əmlakın (Mülki Məcəllənin 1162-ci maddəsinin tələbi nəzərə alınmaqla) və əmlak hüquqlarının ¼ hissəsinə İddiaçı vərə səlik payı tanınmalıdır. Həmçinin ABB-də saxlanılan vəsait (509,35 manat) Cavabdeh3 tərəfindən götürüldüyündən İddiaçı ¼ hissədə payı, yəni 63,66 manat pul Cavabdeh3 alınaraq İddiaçı verilməlidir. Həmçinin qarşılıqlı iddia qismən təmin edilməklə Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitin, ABB-də saxlanılan 509,35 manat vəsaitin ¼ hissəsinə (Mülki Məcəllənin 1162-ci maddəsinin tələbi nəzərə alınmaqla) Cavabdeh1 vərəsəlik payı tanınmalıdır. Bununla yanaşı, ABB-də saxlanılan vəsait (509,35 manat) Cavabdeh3 tərəfindən götürüldüyündən Cavabdeh1 ¼ hissədə payı (MM-in 1162-ci maddəsinin tələbi nəzərə alınmaqla), yəni (254,67+63,66=318,33) 318,33 manat pul Cavabdeh3 alınaraq İddiaçı verilməlidir. Qarşılıqlı iddia tələbinin Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, ** CT *** dövlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “MERSEDES BENZ E200 CDİ” markalı, “FORD TRANZİT” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobillərin qiymətləndirilməsi, satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsi hissəsini rədd edərək məhkəmə bildirir ki, qeyd olunan iddia tələbinə hazırkı mərhələdə baxılması əsaslı deyil. Belə ki, vərəsələrin paylarının müəyyən edilməsinə dair qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin tələbə ayrıca icraatda baxılması daha məqsədəmüvafiqdir. Bununla yanaşı, Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin (qaraj) hüquqmüəyyənedici sənədləri olmadığından satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsi əsaslı və qanuni ola bilməz.
13. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 158.1, 158.2, 225.1, 1133.1, 1151.1, 1159.1.1, 1162, 1243.2, 1246, 1255-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 32.2-ci, Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci, 2-ci və 7-ci hissələrinə, «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyul 2014-cü il tarixli Qəra rına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinə dair ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmənin gəlmiş olduğu nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığından, həmçinin qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iş üzrə faktlar və qanun əsasında yeni qərar qəbul edilməlidir. İşin hallarına əsasən tərəflər-İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ana (Cavabdeh1) və övladlardan ibarət olmaqla, onların hər dördü xx.xx.2020-ci ildə vəfat etmiş Rüstə mov Arzu Əfsər oğlunun 1ci növbə vərəsələridir. İşin halları ilə həmçinin mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Rüstəmov Arzu Əfsər oğlundan ilk iddiada sadalanan əmlaklar miras qalmışdır. Həmçinin işin mübahisəsiz hallarından biri də miras qoyan Rüstəmov Arzu Əfsər oğlu ilə cavabdeh-ana Cavabdeh1 miras qoyanın ölüm tarixinə birgə nikahda olmaları faktıdır. Bununla yanaşı məhkəmə MM-nin 225.1-ci və 1162-ci maddələrinə və Ailə Məcəlləsinin 32-ci maddəsinə istinadi anlaşılmazdır. Həmin qanun normaları da ər-arvadın birgə nikah dövründə qazandıqları əmlakın onların ümumi mülkiyyəti hesab olunmasından bəhs edir. Bu baxımdan hesab edir ki, hazırkı halda mərhum Rüstəmov Arzu Əfsər oğlunun ölümündən sonra qalmış əmlaklardan onun həyat yoldaşı-Cavabdeh1 Tanriverən qızının payı ) əmlakların 1/2 hissəsi) çıxıldıqdan sonra vərəsələr (İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3) mərhum Rüstəmov Arzu Əfsər oğlunun payına düşən 1/2 hissəyə dair mübahisə aça bilərdilər. Bundan başqa, işin hallarından görünür ki, miras əmlaklardan – ** MA *** dövlət nömrə nişanlı “OPEL ZAFİRA” markalı avtomobil hələ mərhum Rüstəmov Arzu Əfsər oğlunun sağlığında etibarnamə əsasında faktiki olaraq başqa şəxsə satılmışdır, yəni həmin əmlakın ilk iddia üzrə cavabdehlərdə olması iş materialları ilə təsdiq olunmur.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – C.F.İmanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və P.T.Əhmədov) 2(106)-757/23 nömrəli, 11 may 2023-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili Vəkil1 tərəfindən verilmiş birgə apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(064)-137/2023 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış miras kütləsinə daxil olan Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququnun ¼ hissəsi üzərində Cavabdeh1, ¼ hissəsi üzərində İddiaçı, ¼ hissəsi üzərində Cavabdeh3, ¼ hissəsi üzərində Cavabdeh2, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E200 CDİ” markalı avtomobillərinin, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerlə şən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərin 5/8 hissəsi üzərində Cavabdeh1, 1/8 hissəsi üzərində İddiaçı, 1/8 hissəsi üzərində Cavabdeh3, 1/8 hissəsi üzərində Cavabdeh2 vərəsəlik paylarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlara istinad edərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vək ilinin birgə apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
18. İddia tələbindən göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış miras kütləsinə daxil olan Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi üzərində icarə hüququ, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ E200 CDİ” markalı avtomobillərinin, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binasının (qaraj) istifadə hüququnun, "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitlərinin üzərində onun vərəsəlik payı tanınmasını xahiş etmişdir.
19. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, miras qoyan A.Rüstəmovun xx.xx.2020-ci il tarixində vəfat etməsi ilə miras açılmışdır. Miras qoyan vəsiyyətnamə qoymamışdır. Miras qoyanın birinci növbəli vərəsələri – İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X2r. Müəyyən edilmişdir ki, mərhum Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış miras kütləsinə daxil olan əmlaklar aşağıdakılardır. Füzuli rayonu ərazisində yerləşən 15.0 ha əkin torpaq sahəsi (icarə hüququ); ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı; ** MA *** nömrə nişanlı, “OPEL ZAFİRA ” markalı, ** ZN *** dövlət nömrə nişanlı; “FORD TRANZİT” markalı və ** CK *** dövlət nömrə nişanlı; “MERCEDES BENZ E200 CDİ” markalı avtomobilləri; Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən ümumi sahəsi 17.7 kv.m olan qeyri-yaşayış binası; "xxxx" QSC-də saxlanılan 228,66 manat, "xxxx" ASC-də saxlanılan 509,35 manat və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda saxlanılan 197,92 manat və 6,92 manat vəsaitləri.
20. Bundan başqa işin faktiki hallarından görünür ki, iddia tələbi Cavabdeh1 tərəfindən tam şəkildə mübahisələndirərək vərəsələr arasında miras əmlaklar üzərində ədalətli payların müəyyən edilməsini xahiş etmişdir. Ümumiyyətlə həm iddiaçı həm də cavabdehlər miras qoyandan qalan əmlaklardan onlara düşən payların ədalətli şəkildə müəyyən edilməsini xahiş etmişlər.
21. Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir.
22. Göründüyü kimi miras qoyan tərəfindən hər hansı vəsiyyətnamə qoyulmamışdır. Buna görə də miras qoyandan miras qalan əmlaklar üzərində onun qanun üzrə vərəsələrinin payları müəyyən edilməlidir.
23. Mülki Məcəllənin miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) ki mi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
25. Buna görə də Konstitusiya Məhkəməsinin Plenum Qərarı göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mira sın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər.
26. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
27. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyanın ölümündən sonra onun 4 vərəsəsi qalmışdır. Onlaradan biri Cavabdeh1 miras qoyanın arvadı, digər 3 nəfər İddiaçı, Cavabdeh3 və Cavabdeh2 isə onun övladlarıdır.
28. Cavabdeh1 miras qoyanın arvadı olduğundan və onların əldə etdikləri əmlakda ər-arvadın payları bərabər hesab edildiyindən miras qoyandan qalmış miras kütləsinə daxil olan 15 ha torpaq sahəsi istisna olmaqla digər əmlaklar üzərində Cavabdeh1 5/8 hissə payı, 15 ha torpaq sahəsinin icarə hüququ üzərində isə ¼ hissə payı müəyyən olunmalıdır. Həmçinin 15 ha torpaq sahəsinin icarə hüququ üzərində dig ər vərəsələrin də ¼ hissə, digər əmlaklar üzərində isə onların 1/8 hissə vərəsəlik payı müəyyən edilməlidir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qeyd edilən məsələ ilə əlaqədar xarici ölkələrin təcrübəsi araşdırılarkən bir sıra ölkələrdə daha məqsədəmüvafiq və uğurlu normativ tənzimetmənin nəzərdə tutulduğu müəyyən olunmuşdur. Məsələn, Almaniya Federativ Respublikasının mülki qanunvericiliyinə əsasən, imtina hüququnun mövcudluğuna baxmayaraq, mirasın açılması ilə miras əmlak vərəsəyə keçir. Əgər vərəsə mirası qəbul etmişsə və ya mirasdan imtina üçün nəzərdə tutulmuş müddət keçmişsə, o, mir asdan imtina edə bilməz. Mirasdan imtina müddətinin keçməsilə vərəsə mirası qəbul etmiş sayılır (Almaniya Federativ Respublikasının Mülki Məcəlləsinin 1942 və 1943-cü maddələri). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur.
30. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin Sumqayıt şəhərində yerləşən 17,7 kv.m qeyri-yaşayış sahəsinin, ** CT *** dovlət nömrə nişanlı, “HYUNDAİ COUNTY” markalı, ** ZN *** dövlət nömrə nişanlı, “MERSEDES BENZ E200 CDİ” markalı, “FORD TRANZİT” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobillərin qiymətləndirilməsi, satışının təşkil olunması, satışdan əldə olunmuş vəsaitin miras şərikləri arasında paylarına mütənasib qaydada bölüşdürülməsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilən tələbə hazırkı mərhələdə baxılması əsaslı və yol verilən deyildir. Belə ki, vərəsələrin paylarının müəyyən edilməsinə dair qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin tələbə ayrıca icraatda baxılması daha məqsədəmüvafiqdir. Odur ki, kollegiya qarşılıqlı iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1145, 1146, 1147.1, 1151.1, 1159.1.1, 1162, 1246, 1248. 1,1248.2 və 225.1-ci maddələri, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 34.2.3, 36.3 və 37.1-ci maddələri, Torpaq Məcəlləsinin 51-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İlk iddia üzrə İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
33. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi payların qeyd olunan formada müəyyən olunmasında haqlı olmamışdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras paylarının bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış əmlakda pay ların müəyyən edilməsini xahiş etsə də digər vərəsələrin belə bir tələbləri olmamış, və onlar mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişlər. Belə olan halda digər vərəsələrin ümumiyyətlə iddia tələbləri olmadığı halda məhkəmənin həmin şəxslərin paylarının müəyyən etməsi qanuni və əsaslı hesab oluna bilməz. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv və rəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Təqdim olunmuş sübutlar məhkəmə tərəfindən hərtərəfli tam obyektiv araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq etməklə və lazımi qaydada əsaslandırılmadan qəbul edilmişdir. İşin faktiki halları ilə qətnamə arasında yuxarıda qeyd olunan uyğunsuzluqlar vardır. Tələb olmadığı halda məhkəmə olmayan tələbə baxaraq qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İlk iddia üzrə Cavabdeh3 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Şirvan Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-757/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-757/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəlləsi
36. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
37. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
38. Maddə 1145 Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
39. Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
40. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
41. Maddə 1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, da şınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
43. Maddə 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
44. Maddə 1162 Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
45. Maddə 1246 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna y ol verilmir.
46. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
47. Maddə 1248.2. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 48. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan h ər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Ailə Məcəlləsi
49. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
50. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
51. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arv addan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Mülki Prosessual Məcəllə
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 407.2. Kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 418.3. Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiy a şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
63. Belə ki, apelyasiya instansiyası məhkəməsi tətəfindən də tədqiq olunan xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-865 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 18-ci mik-on ərazisi ünvanında yerləşən ümumi sahəsi 17,7 kv.metr olan qeyri-ya şayış binasının (dəmir qaraj) istifadə hüququndan ibarətdir. Miras əmlakdan ¾ hissədə Cavabdeh1 payı tanınmış, qalan ¼ hissədə pay açıq saxlanılmışdır; 64. xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-864 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Sumqayıt filialının xx.xx.2021-ci il tarixli, 211659 saylı məktubuna əsasən Rüstəmov Arzu Əfsər oğlunun 514,50 manat pul məbləğindən ibarətdir;
65. Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 2288 nömrəli məktubda qeyd edilmişdir ki, Rüstəmov Arzu Əfsər oğlundan miras qalmış əmlaklara dair xx.xx.2021-ci il tarixində 2V-862, 863, 864 və 865 reyestr nömrələri ilə rəsmiləşdirilmi ş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vərəsəlik işi üzrə şəhadətnamələrdə payı açıq qalmış vərəsənin miras payına qanunvericiliyə zidd olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Odur ki, payların bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir.
66. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən vərəsəlik hüququna dair şəhadətnamələri, eləcə də Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh1 ünvanlanmış 16 avqust 2021-ci il tarixli, 2288 nömrəli məktubda qeyd edilmiş vərəsəlik hüququna dair şəhadətnamələri lazımi şəkildə araşdıraraq hüquqi qiymət verməmiş, həmin vərəsəlik hüququna dair şəhadətnamələrlə miras paylarının müəyyənləşdirilməsini nəzərə almadan, vərəsəlik hüququna da ir şəhadətnamələrin qüvvədə olub-olmamasına hüquqi qiymət vermədən miras paylarını yenidən müəyyən etmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
67. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində vərəsəliyin qəbul edilməsi ilə bağlı digər vərəsələrlə birlikdə notariat orqanına müraciət etdiklərini, 6 ay keç dikdən sonra mirasdan onun xeyrinə imtina olduğu üçün adına şəhadətnamə verildiyini göstərmişdir.Lakin apellyasiya instansiyası məhkəməsi vərəsələrdən hər hansı birinin mirasdan imtina edibetməməsini də araşdırıb hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi mirasdan imtina halını müəyyən etdiyi təqdirdə bunun nəticələrini nəzərə almaqla məhkəmə aktı qəbul etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
68. Belə ki, MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə q ərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
69. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanu n və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.Lakin apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
70. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühak iməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
72. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
73. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaəti ni formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2023-cü il tarixli 2(106)-757/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılm aq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.
75. Apelyasiya instansiyası məhkəməsi tətəfindən işə yenidən baxılarkən yuxarıda şərh olunan nöqsanlar aradan qaldırılmaqla, sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməklə maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış yekun məhkəmə aktı qəbul edilməlidir.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 may 2023-cü il tarixli 2(106)-757/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qə