Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4371/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmlakın boşaldılmaqla təhvil verilməsi) 17.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2941/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı xxxnun kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal rayon İc ra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 №-İi Sərəncamına əsasən “Azon” zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m. ölçüdə qeyri-yaşayış sahələri İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən tikilmiş və hazırda avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə edilir. 2. “Azon” zavodunun nəqliyyat sahəsində iddiaçı tərəfindən tikilmiş qeyri-yaşayış sahəsindən bir hissəsi (51,2 kv.m) torpaq sahəsi ilə birgə vahid əmlak kimi əvvəlcə X1, sonradan isə həmin hissə Cavabdeh1 xxxoğlunun adına rəsmiləşdirilmişdir.
3. Cavabdeh1 iddiaçının qardaşıdır
4. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin vahid əmlakı (qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsini) Cavabdeh2 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi (iddia ərizəsinə əlavə, tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 125 №-li Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilmiş 51,2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsinin boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə çıxarılmasını edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 125 №-li Sərəncamına əsasən “Azon” zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m ölçüdə qeyri-yaşayış sahələri iddiaçı tərəfindən tikilmiş və hazırda avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə edilir. Həmin Sərəncamda “Azon” zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m ölçüdə qeyri-yaşayış sahələrinin iddiaçıya məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması təsdiq edilmiş, habelə qeyri-yaşayış sahəsinin ərazisinin və ətrafın sanitar vəziyyətinin qorunması iddiaçıya tapşırılmışdır. “Azon” zavodunun nəqliyyat sahəsin də iddiaçı tərəfindən tikilmiş qeyri-yaşayış sahəsindən bir hissəsi (51,2 kv.m) əvvəlcə cavabdehin oğlu Emil Qəhrəmanovun, sonradan isə həmin hissə Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının doğma qardaşıdır.
7. Qeyri-yaşayış sahəsinin qalan hissəsinə Sərəncam əsasında iddiaçının hüququ qalmaqda davam edir. Qeyri-yaşayış sahəsi bütövlükdə iddiaçının vəsaiti hesabına inşa olunmuş, yalnız bir hissəsi formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh heç bir vaxt qeyri-yaşayış sahəsinə vəsait sərf etməmişdir.
8. Sonradan Cavabdeh1 qeyri-yaşayış sahəsindən bir hissəsini (51,2 kv.m) digər Cavabdeh2 satmışdır. Cavabdehlər iddiaçıya qeyri-yaşayış sahəsinin ona məxsus hissəsindən istifadə etməyə maneələr yaradır, iddiaçının əmlak hüquqlarını pozurlar. Bu sə bəbdən iddiaçı hesab edir ki, qeyri-yaşayış sahəsinin özgəninikiləşdirilməyən hissəsinin naturada ayrılmasına zərurət yaranmışdır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinə istinad etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Təhminə Xəlilova)
11. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı irəli sürdüyü tələblərin əsaslığı ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamını və “Azon” zavodunun xx.xx.2005-ci il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Həmin məktub qeyri-yaşayış sahəsinin iddiaçının faktiki istifadəsində olmasını təsdiq edir. Lakin bu sənədlər iddiaçının icarə əsasında hə min sahənin onun istifadəsində olmasını təsdiq etmir.
12. Birinci instansiya məhkəməsi vurğulayıb ki, iddiaçının nə torpaq sahəsi, nə də qeyri-yaşayış sahəsi üzərində hər hansı hüquqları dövlət qeydiyyatına alınmayıb. İddiaçı onun bu iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən sübut kimi təqdim etdiyi sərəncamın hazırda qüvvədə olmasına dair sübut verməyib.
13. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən sübutları – hüquq müəyyənedici sənədləri təqdim edə bilmədiyi üçün iddia təmin edilə bilməz.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1-ci, Torpaq Məcəlləsinin 67-ci, Mülki Prosessual Məcəllənin 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmadığını qeyd edir, lakin məhkəmə nəzərə almayıb ki, Mülki Məcəllədə 157 və 158-ci maddələr də var. oaln - birinci instansiya məhkəməsinin qənaətinə görə, mülkiyyət hüququ yalnız hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra həmin hüquqların müdafiəsinə təminat verilir. Halbuki, 139.1-ci maddədə qanunverici “qeydiyyata alınmış hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat”ı məsələsinə toxunur. Başqa sözlə, qeydiyyata alınmış hüquqların təminatı, dövlət reyestrində qeydiyyata alınmamış, başqa əsaslarla müəyyən edilmiş əmlak hüquqlarının mövcudluğunu istisna etmir. İş üzrə tərəflərin izahatlarından və iş materiallarından – konkret olaraq, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olmuş və onun tərəfindən inşa olunmuşdur; - qeyri-yaşayış sahəsinin 51,2 kv.m hissəsi sonradan Cavabdeh1 adına Dövlət reyestrində rəsmiləşdirilsə də, həmin qeyri-yaşayış sahəsinin qalan hissəsi, yəni 68,8 kv.m hissəsi iddiaçıda qalmışdır. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən Sərən camı nəzərə almayaraq, qətnamədə qeyd etmişdir ki, “iddiaçı onun bu iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən sübut kimi təqdim etdiyi sərəncamın halhazırda qüvvədə olmasına dair də məhkəməyə sübut təqdim etməmişdir.” Halbuki qeyd edilən Sərəncam cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4313/22 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, İlham Kərimli)
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, əvvəla, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kim i iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına g örə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Belə ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.8, 158, 220-ci maddələri nəzərdən keçirilə bilər. Lakin faktiki hallar həmin, yaxud digər hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlmir.
19. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı (işə kserosurəti əlavə edilməsinə baxmayaraq) iddiaçıya “Azon” zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyri-yaşayış sahəsi yaxud torpaq sahəsi ayrılmamışdır. Bunun ayrılması da mümkün ola bilməzdi. Çünki mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi həmin vaxt dövlət mülkiyyətində olmuşdur. “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubun da iddianın əsaslılığına heç biri təsiri ola bilməz. Qeyd olunan məktubun nə dərəcədə qanuni olmasının yoxlanılması hazırki icraatın predmeti olmasa da “Azon” zavodunun rəhbərliyinin həmin vaxt zavodun ərazisindəki dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmək kimi bir səlahiyyəti ola bilməzdi. Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olub-olmaması nəzərə alınmasa belə, iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və to rpaq sahəsini hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, əksinə, tədqiq olunmuş sübutlara əsasən ünvan 1 ünvanında yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış binası icarəyə verilmiş əmlakın 5201 saylı xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0,1083 ha torpaq sahəsi (vahid əmlak) özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 4958 nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Emil Qəhrəmanov xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən mübahisəli daşınmaz əmlakı Cavabdeh1 bağışlamış və əmlak xx.xx.2020-ci il tarixdən tam mülkiyyət hüququ üz rə sonuncunun mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin vahid əmlakı (qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsini) Cavabdeh2 satmışdır. Bu faktların özü də hazırki iddianın açıq-aşkar əsassız olduğuna dəlalət edən hallardır. Ona görə də birinci instansiya məhkəməsinin hər hansı bir araşdırma aparmasına da zərurət və lüzum ola bilməzdi. Çünki reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki mübahisəli əmlaka C avabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin əmlakın tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçı həmin əmlakın bir hissəsinin qanuni əsaslarla cavabdehə aid olmadığını düşünür. Lakin apellyasiya şikayətində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və qətnamənin ləğvinə səbəb olacaq dərəcədə əhəmiyyətli təsiri ola bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 148.2, 152.1, 157.8, 157.4, 158, 203.5, 220.1-220.6-cı maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə iddiaçı tərəfin iştirakı olmadan bir iclas keçirməklə, iddiaçı tərəfin işdə iştirakını təmin etmədən, heç bir araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İş üzrə heç bir araşdırma aparmayan apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh tərəfindən iddiaçının istinad etdiyi Sərəncamın mötəbərliyi mübahisələndirilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədəir. Maddə 148.2 Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bi lər. Maddə 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bö lüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, buna görə d ə kollegiya qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə düzgün nəticəy ə gəlib.
31. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 18-22-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Sərəncamın mötəbərliyinin cavabdeh tərəfindən nəzərə nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin sərəncamla bağlı mövqeyini (sərəncamın kserosurət olması, həmin sərəncamla iddiaçıya qeyri-yaşayış sahəsi yaxud torpaq sahəsinin ayrılmaması) əsaslandırmışdır. (bax: 19-cu bənd)
33. Məhkəmə kollegiyası apellyasiya instansiya mə hkəməsinin işə iddiaçı tərəfin işdə iştirakını təmin etmədən baxması dəlillərini də əsassız sayır. Belə ki, işdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin vəkilinin (nümayəndəsinin) elektron məhkəmə kabinetinə müvafiq məlumat yerləşdirilmiş (İİ cild, i.v.9), bundan əlavə, həm iddiaçının həm də onun vəkilinin apellyasiya şikayətində qeyd etdikləri mobil telefon nömrələrinə məhkəməsində iclasın vaxtı və yeri barədə “sms” bildirişlər göndərilmiş, onlar həmin bildirişləri almış (İİ cild, i.v.12), lakin məhkəmə iclasında iştirak etməmiş və qabaqcadan da apellyasiya məhkəməsinə bu barədə məlumat verməmişlər. Halbuki Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-c maddəsinə görə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxnun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(103)-2941/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.