Məhkəmə qərarları › İş №2(102)-4378/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4378/2021

04.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4378/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili X4, cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1623/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 sentyab r 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 21.06.2018-ci il tarixdə Bakı şəhəri, Badamdar şosesində İddiaçı (bundan sonra – iddiaçı) və X1 (bundan sonra – cavabdeh) idarə etdikləri avtomobillərin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş, iddiaçıya məxsus “Toyota Prado” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdehə məxsus “Mersedes-Benz GL450” markalı, **-HR*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh hadisə zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4960 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hadisə zamanı bədən xəsarəti alan olmasa da, onun avtomobilinə ciddi zərər dəymişdir. Avtomobilinə dəyən zərər və onun aradan qaldırılması üçün çəkiləcək xərcləri hesablamaq üçün Toyota Bakı Mərkəzinə müraciət etmiş, 23.06.2018-ci il tarixli 785 saylı qiymətləndirmə aktına əsasən avtomobilə dəyən zərər 4960 manat məbləğində müəyyən edilmişdir. Həmin qiymətləndirmə aktında göstərilən məbləğin, yəni 4960 manat maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi X6 məhkəmə iclasında verd iyi izahatında bildirmişdir ki, cavabdeh iddianı qismən qəbul edir. Belə ki, avtomobilə dəymiş ziyanla razıdır. Lakin iş materiallarında olan fotoşəkillərdən göründüyü kimi, avtomobilin faralarına heç bir ziyan dəyməmişdir. Ona görə də bu hissədə iddianı qəbul etmir. Qalan hissədə isə iddia ilə razıdır və qəbul edir. İddiaçı sübut qismində məhkəməyə 23 iyun 2018-ci il tarixli, Toyota Bakı Mərkəzinin qüsur aktını təqdim etmişdir. Aktda “Toyota Prado” markalı, **-GM-*** qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4960 manat zərər vurulduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2019-cu il tarixli, 19422 saylı ekspert rəyinə əsasən, 23.06.2018-ci il tarixli qüsur aktındakı məlumatlarda olan avtohissələr in qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı Toyota Prado markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə farasız 1820 manat, fara ilə birgə təxminən 4960 manat müəyyən edilmişdir. Məhkəmə iclasında dindirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti X5 ifadəsində bildirmişdir ki, avtomobilin üzərinə vizual olaraq baxış keçirərək, iş materiallarında olan qüsur aktını əsas götürərək həm faralarla birlikdə, həm də farasız avtomobilə dəymiş ziyanı öz rəyində göstərmişdir. Real zədə haqqında onda məlumat olmamışdır, amma öz praktikasında eyni hadisə baş vermişdir, yəni faraların üzərində heç bir zədə olmasa da, daxili olaraq avtomobilin faralarının sisteminin sıxılması nəticəsində faraların sis temi pozularaq sıradan çıxmışdır. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(034)-290/2019 nömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 4960 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materialları və məhkəmə ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçının avtomobilinə 4960 manat ziyan vurulmuşdur. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096, 1097.1, 1108.1, 1115-ci, Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, avtomobilə dəyən zərərin məbləği çox müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1623/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin olunmamış, birinci insta nsiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının nəqliyyat vasitəsinə ziyan dəymişdir. Ekspertiza tədqiqatının nəqliyyat vasitələrinə dəymiş ziyanın ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında aparılması mümkün olduğundan, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğini ekspert rəyinə əsasən müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlill əri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ondan 1820 manat pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını araşdırmamış, bir sıra maddi hüquq normalarını, o cümlədən Mülki Məcəllənin 6.1.9-cu maddəsinin tələblərini pozmuşdur. Avtomobilin markası, buraxılış ili (2013) nəzərə alındıqda, məlum olur ki, zərərin məbləği hədsiz dərəcədə şişirdilmişdir. Halbuki avtomobilə dəyən zərər gözlə görünməz dərəcədədir. Ekspert rəyi yalnız nəzəri hesablamalara əsaslanmışdır. Məhkəmə ekspert rəyinə əsaslanmaqla yanlışlığa yol vermiş, təkrar ekspertizanın keçirilməsi barədə vəsatət isə təmin olunmamışdır. Avtomobilin farası hər hansı zədə almamışdır, dəyişdirilməmişdir, zavod istehsalında avtomobilə qoyulmuş faradır. Həmin fara dəyişilmiş olsa belə, onun bazar dəyəri (yenisi) 450 manat təşkil edir. Kassasiya şikayətinin əsası kimi MPM-in 9, 77.1, 217.3-cü maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçı və onun vəkili ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) ə məldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurdu ğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər (maddə 1108.1). MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə keçirilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Cavabdeh kassasiya şikayətində təkrar ekspertizanın keçirilməsi barədə vəsatə tinin təmin olunmadığını bildirsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iclasında məhz cavabdehin nümayəndəsinin vəsatəti əsasında iş üzrə rəy vermiş ekspert məhkəmə iclasında dindirilmiş, cavabdeh tərəfə ekspertə suallar vermək üçün imkan yaradılmış və bundan sonra cavabdeh tərəf təkrar və ya əlavə ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1623/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar