Məhkəmə qərarları › İş №2(102)-4379/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4379/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4379/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Cavabdeh və X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı X2, vəkili X9, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıların oğlu xx 13 oktyabr 2018-ci il tarixdə yetkinlik yaşına çatmayan x xun tüfəngdən ehtiyatsız hərəkəti nəticəsində açılan atəş nəticəsində ölmüşdür.

2. Hazırda iddiaçılar cavabdehlərə qarşı iddia qaldıraraq onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, maddi zərər 37.000 (otuz yeddi min) manat (22.000 uşağın öldüyü tarixədək saxlanılması görə və 15.000 dəfnlə bağlı xərclənmiş pul) və mənəvi zərər 50.000 (əlli min) manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onların xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddiaçı1 və X4 məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, övladının qətli ilə bağlı uşağın öldüyü tarixədək saxlanılmasına görə çəkdiyi xərc vurulmuş maddi zərər kimi 34.650 manat və 14.620 manat dəfnlə bağlı xərclənmiş pul və mənəvi zərər kimi 100.000 manatın, vəkilə ödənilmiş 500 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər X14 və Cavabdeh onların xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehin oğlu xx oğurluq yolu ilə əldə etdiyi silahla 13 metr məsafədən atəş açaraq oğlu xxx alnından vuraraq qətlə yetirmişdir Uzun illərlə böyütdüyü oğlunun 18 yaşı tamam olmuşdur. Qətlin baş verməsindən bəri o, yoldaşı və digər ailə üzvləri mənəvi sarsıntı və iztirab keçirmişlər, özü birinci dərəcəli əlild ir, görmə qabiliyyətini 80% itirmişdir. Öldürülən oğlu ona qulluq edirdi. İstintaq orqanlarının cinayət şini səhv aparılması, məsələn: cinayətin baş verdiyi yeri yanlış göstərməsi, hadisənin ovda baş verməsi, atəşin ehtiyatsızlıq üzündən baş verməsi (açılması) və s. bu kimi uydurmalar ona daha da əzab verir. Oğlu yaşamaq hüququndan məhrum edilmişdir. Ehtiyatsızlıq üzündən açılan atəşin 13 metr məsafədə «alnından dəyməsi milyonda bir təsadüf olduğu unudulmuşdur. 100% mümkün olan reallıq kimi qəbul olunmuşdur. Ona və ailəsinə həm mənəvi cəhətdən həm də, maddi cəhətdən böyük zərər dəymişdir. 18 illik bir əməyin nəticəsi 18 yaşında həyatı bir güllə ilə sona yetmişdir. Dövlət bir uşağın bir aylıq alimentinin miqdarını 154 manat məbləğində müəyyən etmişdir. Bəs onun əməyinə 18 ildə 100 manatdan hesablansa idi ona dəymiş zərər hansı məbləğə gəlib oturardı? 22.000 (iyirmi iki min) manat. Qatilin atası oğlunun hərəkətlərini müdafiə edir. Hər dəfə onu görəndə oğlunun əzab çəkərək ölümü gözü qarşısına gəlir. Bu da onların iztirablarını daha da artırmaqdadır. Oğlunun dəfninə 15.000 manat pul xərcləmişdir. Lakin cavabdeh ona bir qəpik də maddi yardım etməmişdir. Oğlunun qan içində çapaladığını görəndən sağlamlığının həddən artıq geri düşdüyü faktı ilə üzləşmişdir. Bir neçə dəfə tibbi müalicə almış və almaqda davam edir. Cavabdehin oğlu cinayəti törətmiş xx Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqsirli bilinərək barəsində cəza təyin edilmişdir. Dəfnlə bağlı xərclər aşağıdakı kimidir: qəbir baş daşı (qara mərmərdən)-6000 AZN, cənazənin aparılması üçün Qazel avtomaşınına-100 AZN, tabu t250 manat, kəfən suyu kafir, cənazəni yuyan molla-100 AZN, cənazəni dəfn edən molla-100 AZN, üçündə xərclənən maddi zərər, xeyr şər evi, kişilər və qadınlar üçün-2000 AZN, kişi mollası-100 AZN, qadın mollası-60 AZN, birindən üçünədək süfrə yeməkləri, cəmi 2000 AZN, üçündən yeddisinə qədər xərclənən maddi zərər 4-cü gün süfrə-300 AZN, 5-ci gün süfrə-400 AZN, 6-cı gün 300 AZN, yeddisində xərclənən 360 AZN, qadın mollası-50 AZN, kişi mollas-150 AZN, süfrə yeməkləri aş qara və s-1000 AZN, cümə axşamları: 1-ci cümə axşamı-200 AZN, 2-ci cümə axşamı-200 AZN, 3-cü cümə axşamı-200 AZN, 4-cü cümə axşamı-200 AZN, 5-ci cümə axşamı-200 AZN, mərhumun qırxında xərclənən zərər süfrə üçün alınan ərzaq-2000 AZN, qadın və kişi mollası-150 AZN, yas mərasimlərinə ətin bir kq-mı 10 manat olmaqla, 200 kq ət alm aqla, cəmi 14.620 manat. Həmçinin xahiş edir ki, övladının qətli ilə bağlı uşağın öldüyü tarixədək saxlanılmasına görə çəkdiyi xərc vurulmuş maddi zərər kimi 34.650 manat və 14.620 manat dəfnlə bağlı xərclənmiş pul və mənəvi zərər kimi yüz min manatın, vəkilə ödənilmiş 500 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər X14 və Cavabdeh onların xeyirlərinə tutulması barədə qətnamə çıxarılsın.

6. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçıların iddia ərizəsində göstərdikləri əsassızdır, göstərilənlər iddiaçıların subyektiv fikirləridir, reallığı və həqiqəti özündə əks etdirmir. Belə ki, cavabdehin oğlu xxin oğurluq yolu ilə silah əldə etməsi, 13 metr məsafədən atəş açaraq iddiaçının oğlu xxx guya qətlə yetirməsi, guya istintaq orqanı tərəfindən hadisənin baş vermə yerinin yanlış göstərilməsi, hadisənin guya ovda baş verməsi kimi ifadələrin heç bir əsası yoxdur. xxx n tüfəngdən ehtiyatsızlıqdan açılan atəş nəticəsində həyatını itirməsi göstərdiyi kimi ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisədir. Hadisənin baş verməsində heç bir qəsddən, qərəzçilikdən, düşmənçilikdən söhbət gedə bilməz. Belə ki, hadisə baş verən günə kimi iki ailə arasında normal, mehriban qonşuluq, qohumluq münasibətləri olmuşdur, uşaqları mərhum x x dostluq ediblər, daim meşəyə göbələk yığmağa, çaya balıq tutmağa birlikdə gediblər, birlikdə gəziblər. Bədbəxt hadisə 13 oktyabr 2018-ci il tarixdə Zeyvə kəndində təxminən saat 12 radələrində iddiaçıların ailə üzvlərinin nəzarət etdiyi yaşayış evinin həyətində baş ve rmişdir. Cavabdehin oğlu x hadisə baş verən zaman yəni, mərhum xin iddiaçıların nəzarət etdiyi evin seyfindən götürdüyü qoşalülə ov tüfəngini qoyduğu yerdən ona verməsini istədikdə tüfəng xin əlində olarkən onun ehtiyatsızlığından tüfəngdən açılan atəşlə başından yaralanmış, daha sonra Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həmin gün saat 19 radələrində keçinmişdir. Hadisə baş verən zaman xin 15 yaşı olmuşdur. x azyaşlı olduğundan baş vermiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxs qismində cəlb olunmamışdır, yəni hadisə baş verən vaxt xx cinayət məsuliyyətinə cəlb olunmaq üçün nəzərdə tutulmuş yaş həddinə çatmadığından ona Azərbaycan Respublikasının CM-nin 124-cü maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə ittiham vermək mümkün olmamışdır. Qeyd etmək la zımdır ki, baş vermiş hadisə ilə əlaqədar 9 ay istintaq araşdırmaları aparılmış və nəticədə xx Azərbaycan Respublikasının CM-nin 232.2.1 -ci maddəsi ilə təqsirləndirilmişdir ondan ötəri ki, o, 13.10.2018ci il tarixdə saat 13 radələrində Şabran rayonu, Zeyvə kəndində dostluq münasibətlərində olduğu həmkəndlisi X10 ilə qabaqcadan əlbir olaraq X11 28.12.2016-cı il tarixdə Nərimanov rayon polis idarəsi tərəfindən 263 nömrəli şəhadətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular” mağazasından 300 manat məbləğində aldığı istifadəyə yararlı “TOZ-54” markalı, iki lülə, 12 çaplı, 47988nömrəli, yivsiz odlu ov tüfəngini və 5 ədəd həmin tüfəngə aid patrondan ibarət sursatı sonuncuya məxsus Şabran rayonu, Zeyvə kəndində yerləşən evə daxil olaraq bağlı vəziyyətdə olan dəmir seyfdən gizli yolla talamışdır. Bu hərəkətləri ilə X15 Azərbaycan Respublikası CM-nin 232.2.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İddiaçı cavabdehin oğlunu qatil adlandıraraq müdafiə etdiyini göstərir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 23.1 -ci maddəsinə əsasən cinayət mühakimə icraatı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmənin hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla və məhkum oluna bilməz. Yuxarı da göstərilənlərlə yanaşı bir daha bildirir ki, cavabdehin oğlu x azyaşlı olduğundan onun valideyni kimi istintaq və məhkəmə orqanı tərəfindən qanuna uyğun olaraq oğlunun qanuni nümayəndəsi qismində işdə iştirak etmişdir. Oğlunun hərəkətinə hüquqi qiymət vermək səlahiyyəti isə cavabdehin işi deyil, xin hərəkətlərinə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli hökmü ilə cavabdehin oğlu x x Azərbaycan Respublikasının CM-nin 232.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Halbuki, cavabdehin oğlu xi mərhum x ailəsinin nəzarət etdikləri xun evinə aparıb oradan Mahmudova məxsus tüfəngi və patronları götü rməsəydi heç bu xoşagəlməz bədbəxt hadisə də baş verməyəcəkdi, cavabdehin də övladı yetkinlik yaşına çatmamış məhkumluq həyatı yaşamayacaqdı. İlk dəfə otuz min manat maddi və on min manat mənəvi ziyan tələb edən iddiaçılar, ikinci dəfə maddi ziyanın məbləğini otuz yeddi min manata, mənəvi ziyanın məbləğini isə əlli min manata, həmin iddiaya əlavə verilmiş ərizədə isə maddi ziyanın məbləğini 49270,00 (qırx doqquz min iki yüz yetmiş) manata, mənəvi ziyanın məbləğini isə ərizənin ortasında 50000.00 (əlli min) manat qiymətləndirdiyini yazır, ərizənin xahiş edirəm hissəsində isə 100000,00 (yüz min) manat göstərir. Bu məbləğlərin hamısı, ümumiyyətlə iddianın əsassız olması aydındır, amma məbləğlərin hər dəfə əsassız da olsa şişirdilməsi iddiaçıların səmimiyyətinə şübhə yaradır, belə ki, özləri də nə tələb etdiklərini aydınlaşdırıb dəqiqləşdirə bilmirlər. İddia əsassız verildiyindən ərizədə iddianı əsaslandırmaq məqsədi ilə yazılmış siyahıda göstərilən məsrəflərin həqiqətən olub-olmaması və qoyulan qiymətlərin düzgün yazılıbyazılmadığını, bu qiymətlərin hansı mənbədən götürüldüyünü isə müzakirə etmək istəmir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin.

7. Şabran Rayon Məhkəməsinin (hakim Ç.İsgəndərov) 24 avqust 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X6 və Cavabdeh maddi zərərə görə 7560 (yeddi min beş yüz altımış) manat pulun, mənəvi zərərə görə 10000 (on min) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb İddiaçı1 və X3 ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməmişdir.

8. Məhkəmə Mülki Məcəllənin 1097.1-ci və 1104.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, mərhumun qəbirüstü abidəsinin hazırlanması və quraşdırılması üçün iddiaçılar tərəfindən çəkilən xərc Məhkəmə Ekspertizasının 20 iyul 2020-ci il tarixli ekspert rəyinə əsasən 3060.0 manat olması müəyyən edilmişdir. Maddi ziyanın təmin olunmuş qalan hissəsinə dair iddiaçı tərəfindən maliyyə sənədləri təqdim olunmasa da, iddiaçıların oğlunun dəfn etməsi, el adəti və dini tələblərə əsasən mərasimləri təşkil etməsi obyektiv həqiqətdir. X18 tərəfindən silahla vurularaq ölməsi iddiaçılar X7 və X3 yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Bir qonşu olaraq hər dəfə cavabdehləri gördükdə, onlarla qarşılaşdıqda övladlarının ölümünü, can verməsini, əzab çəkməsini xatırlayırlar. Bunla da, onlarda məyusluq, fiziki narahatlıq, ədalətsizlik hissi yaranır, həyatda yaşamaq eşqi azalır. Məhkəmə həmçinin hesab etmişdir ki, övladının vəfat etməsi nəticəsində iddiaçıların çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və oğlunun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. x xun ehtiyatsızlığından onun qanunsuz hərəkətləri ilə xxin ölməsi, iddiaçıların şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur ki, bu da onlara vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə yaradır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 15 fevral 2021-ci il tarixli, 2(105)-318/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xsaylı, 24 avqust 2020-ci il tarixli qətnaməsi dəymiş maddi və mənəvi zərərin məbləği hissəsində dəyişdirilməsi, X6 və Cavabdeh müştərək qaydada maddi zərərə görə 5060 manat pul, mənəvi zərərə görə 1500 manat pulun tutularaq iddiaçılara verilməsi, qətnamə vəkil xidmətinə görə ödənilmiş 500 manatın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb İddiaçı1 və X3 ödənilməsi, 100 manat ekspertiza xərcinin tutulub Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməsi, iddianın təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçılara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə düzgün nəticəyə gəlsə də, həmin zərərin məbləği hissəsində qət edilmiş qətnamə işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası məhkəmənin zərərin məbləğilə bağlı gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mənəvi zərərin əvəzi kimi cavabdehlərdən 1500 manat məbləğində pul tutulması daha ağlabatandır və bu məbləğ işin faktiki hallarına, o cümlədən cavabdehlərin əmlak vəziyyətinə uyğundur. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin məbləğ hesablanarkən hadisə törədilən zaman x xun yetkinlik yaşına çatmaması, cinayət hadisəsinin törədilməsi zamanı zərərçəkənin rolu da nəzərə alınmalıdır. Kassasiya şikayətinin və ona etir azın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın əsasını təşkil edən dəlillərə dair heç bir mötəbər sübutu iddiaçılar təqdim edə bilməmişlər. İddiaçıların iddia ərizəsində göstərdikləri əsassızdır, göstərilənlər iddiaçıların subyektiv fikirləridir, reallığı və həqiqəti özündə əks etdirmir. Belə ki, xxin oğurluq yolu ilə silah əldə etməsi, 13 metr məsafədən atəş açaraq iddiaçının oğlu xxx guya qətlə yetirməsi, guya istintaq orqanı tərəfindən hadisənin baş vermə yerinin yanlış göstərilməsi, hadisənin guya ovda baş verməsi kimi ifadəl ərin heç bir əsası yoxdur. Şıxəliyev xin tüfəngdən ehtiyatsızlıqdan açılan atəş nəticəsində həyatını itirməsi göstərildiyi kimi ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisədir. Hadisənin baş verməsində heç bir qəsddən, qərəzçilikdən, düşmənçilikdən söhbət gedə bilməz. Belə ki, hadisə baş verən günə kimi iki ailə arasında normal, mehriban qonşuluq, qohumluq münasibətləri olmuşdur, uşaqlar mərhum x x dostluq ediblər, daim meşəyə göbələk yığmağa, çaya balıq tutmağa birlikdə gediblər, birlikdə gəziblər. Bədbəxt hadisə 13 oktyabr 2018-ci il tarixdə Zeyvə kəndində təxminən saat 12 radələrində iddiaçıların ailə üzvlərinin nəzarət etdiyi yaşayış evinin həyətində baş verib. Nəzərinizə çatdırıram ki, x hadisə baş verən zaman yəni, mərhum xin iddiaçıların nəzarət etdiyi evin seyfindən götürdüyü qoşalül ə ov tüfəngini qoyduğu yerdən ona götürüb verməsini xahiş etdikdə tüfəng xin əlində olarkən onun ehtiyatsızlığından tüfəngdən açılan atəşlə başından yaralanmış, daha sonra Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həmin gün saat 19 radələrində keçinmişdir. Hadisə baş verən zaman xin 15 yaşı olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar 9 ay istintaq araşdırmaları aparılmış və nəticədə xx Azərbaycan Respublikasının CM-nin 232.2.1-ci maddəsi ilə təqsirləndirilmişdir ondan ötəri ki, o, 13.10.2018-ci il tarixdə saat 13 radələrində Şabran rayonu, Zeyvə kəndində dostluq münasibətlərində olduğu həmkəndlisi X10 ilə qabaqcadan əlbir olaraq X11 28.12.2016-cı il tarixdə Nərimanov rayon polis idarəsi tərəfindən 263 nömrəli şəhadətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşə n “Ovçular” mağazasından 300 manat məbləğində aldığı istifadəyə yararlı “TOZ-54” markalı, ikilülə, 12 çaplı, 47988 nömrəli, yivsiz odlu ov tüfəngini və 5 ədəd həmin tüfəngə aid patrondan ibarət sursatı sonuncuya məxsus Şabran rayonu, Zeyvə kəndində yerləşən evə daxil olaraq bağlı vəziyyətdə olan dəmir seyfdən gizli yolla talamışdır. Bu hərəkətləri ilə X15 Azərbaycan Respublikası CM-nin 232.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. xin hərəkətlərinə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə tərəfindən hüquqi qiymət verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli hökmü ilə x x Azərbaycan Respublikasının CM-nin 232.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ed ilmişdir. Halbuki, xi mərhum x ailəsinin nəzarət etdikləri xun evinə apararaq oradan Mahmudova məxsus tüfəngi və patronları götürməsəydi heç bu xoşagəlməz bədbəxt hadisə də baş verməyəcəkdi, x yetkinlik yaşına çatmamış məhkumluq həyatı yaşamayacaqdı, həyatına qara ləkə düşməyəcəkdi, belə ki, mərhum xin xi cinayət etməyə cəlb etməsi nəticəsində bütün həyatı, gələcəyi məhv olmuşdur. İddiaçılar ərizədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə istinad edir. Halbuki bu maddə zərərin ödənilməsi üsullarını müəyyən edir, qaldırılan iddianı əsaslandırmır. Belə ki, ilk növbədə qaldırılmış iddia əsaslandırılmalıdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinə baxmayaraq əslində iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 149-150-ci maddələrinin tələblərinə cavab vermir, çünki iddia ərizəsinə qoyulan tələbi əsaslandıran sübutlar əlavə olunmayıb. İlk dəfə otuz min manat maddi və on min manat mənəvi ziyan tələb edən iddiaçılar, ikinci dəfə maddi ziyanın məbləğini otuz yeddi min manata, mənəvi ziyanın məbləğini isə əlli min manata, həmin iddiaya əlavə verilmiş ərizədə isə maddi ziyanın məbləğini 49270,00 (qırx doqquz min iki yüz yetmiş) manata, mənəvi ziyanın məbləğini isə ərizənin ortasında 50000,00 (əlli min) manat qiymətləndirdiyini yazır, ərizənin xahiş edirəm hissəsində isə 100000,00 (yüz min) manat göstərir. Bu məbləğlərin hamısı, ümumiyyətlə iddianın əsassız olması aydındır, amma məbləğlərin hər dəfə əsassız da olsa şişirdilməsi iddiaçıların səmimiyyətinə şübhə yaradır, belə ki, iddiaçıların hər nə vasitə ilə olur-olsun bu iddiadan, daha doğ rusu baş vermiş bədbəxt hadisədən qazanc əldə etmək istədiklərini göstərir. Bu məqsədlə iddiaçılar qarşı tərəfi, eyni zamanda hüquqmühafizə orqanlarını, müdafiə tərəfini ölümlə hədələməkdən, təhqir etməkdən, şantaj etməkdən belə çəkinmirlər, qanunsuz vasitələrlə işə baxan məhkəməyə, müdafiə tərəfinə təzyiq və təsirlər etməyə çalışırlar, hətta bunları edərkən müdafiəçilərinin də yaxından iştirakından istifadə edirlər. Qəbir daşının qiyməti iddiaçılar tərəfindən 6000,00 manat göstərilsə də ekspert bu daşa cəmi 3060,00 manat qiymət qoyub. Əslində ekspertiza keçirilmədən -daşa yerində baxış keçirilmədən, ölçüləri, dəyəri müəyyənləşdirilmədən daşın düzəldildiyi sexin verdiyi qaiməyə əsasən ekspert bu qənaətə gəlmişdir ki, bu da qanuni sayıla bilməz. Belə ki, 12 mart 2020-ci il tarixli, 2926 say lı məktubla ekspert EX daşın istehsal yeri, ölçüləri və sair barədə arayış təqdim edilmədiyinə görə rəy vermədən işi məhkəməyə qaytarmışdır. Göstərilən çatışmamazlıqlar aradan qaldırılmadan yenidən iddiaçıların təkidi ilə iş ekspertizaya göndərilmiş bu dəfə 20 iyul 2020-ci il tarixli rəy verilmişdir ki, bu da qəbulolunmazdır. Bütün Zeyvə kəndinin əhalisi təsdiq edər ki, həmin kənddə cənazə qəbirstanlığa maşınla deyil, camaatın çiynində aparılır, mərhum xin də cənazəsi əllə aparılıb, yəni bu məqsədlə 100,00 manat maşın pulu verilməyib. Nəinki Zeyvə kəndində, hətta bütün Şabran rayonu ərazisində camaat ölüsünü daşımaq üçün tabuta pul vermir, tabut məscidin həyətində qoyulur, lazım olan götürüb istifadə etdikdən sonra yenidən aparıb yerinə qoyur. Zeyvə camaatı kəfən suyu kafir deyilən bir şey dən istifadə etmir, bunu iddiaçılar özləri də təsdiq edə bilərlər. Cənazəni Cavabdeh bacanağı xvə x adlı şəxslər yuyublar. Cənazəni dəfn edən molla Cavabdeh bibisi nəvəsi x və x adlı şəxslər olub ki, mərhumun yasını təmənnasız tutublar, onlara bir manat da olsun pul ödənilməyib, daha doğrusu götürməyiblər. Zeyvə kəndində yas və toy məclislərində adi göy tentdən istifadə etməklə çadır qurulur, o da kişilər üçün arvadlar evdə oturur. Çadır yas məclislərində 3 və 40 günləri qurulur, həmin göy lent də Məmmədinin öz dayısı oğlunundur, rayondan, şəhərdən heç bir xeyir-şər çadırı pul verilib gətirilməyib. Yenidən kişi və qadın mollasına pul verilməsi qeyd olunur ki, bu da yalandır, belə ki, Zeyvə kəndində yas məclisinə qadın mollası gətirilmir, burda da olmayıb, kişi mollası da eyni adam olub, o da təmənnasız xidmət göstərib. Ümumiyyətlə nəinki Zeyvə kəndində bütün respublika ərazisində yasın 1-ci, 2-ci günləri yemək verilmir, yemək yalnız 3-cü gün verilir. Mərhum cavan olduğuna görə isə həmin məclisdə bir-neçə yaşlı şəxslərdən başqa yemək yeyən də olmayıb, yəni göstərilən kimi 2000,00 manat pul xərclənməyib, o qədər adam da olmayıb. Zeyvə kəndində ölülər üçün yeddi məclisi verilmir, odur ki, üçündən yeddisinə qədər maddi zərər kimi göstərilən xərclər mümkünsüzdür. Cümə axşamlarında o da təzə vaxtda 5-6 yaşlı adam olur ki, onları yola salmaq üçün hər dəfə 200,00 manat pul hesablamaq absurddur. Mərhumun qırxında cəmi 60-70 adam olub, belə ki, qırxa çağrılmamış adamlar getmir, odur ki, bu qırx məclisinə 2000,00 manat pulun xərclənməsi doğru deyil. Məhkəməyə sübut qismində təqdim edi lmiş 18 dekabr 2019-cu il tarixdə tərtib edilmiş akta nəzər saldıqda isə görünür ki, akt mərhumun vəfatından düz 1 il 2 ay sonra iddiaçı Məmmədinin xalası oğlu X16, qudası İmanəddin və qonşusu Əlimurad tərəfindən iddiaçıların istəklərinə və maraqlarına uyğun tərtib edilmişdir ki, bu aktın sübut kimi qəbul edilməsi belə qeyrimümkündür. X1 və X15 hər ikisi eyni cinayətin əlbir olub törədildiyinə görə ittiham olunur, hər ikisi cinayət törədiblər. Törətdiyi cinayətə görə cinayətin iştirakçısı olmuş x x etdiyi əmələ görə məhkəmənin məlum hökmü ilə cəzalandırılmış, məhkum olunmuşdur, cinayətin təşkilatçısı-mərhum Şıxəliyev x Məmmədi oğlu isə məlum bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyinə görə məhkəmə məsuliyyətinə verilə bilməmişdir. Odur ki, X22 oğlundan və onun atası qismində cavabde hdən iddiaçılar tərəfindən maddi və mənəvi zərər barədə tələbin irəli sürülməsi tamamilə yolverilməzdir, qanuni sayılaraq bu tələb təmin edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və vəkili K.Tağıyev kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1097.

3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

20. Maddə 1104. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir.

21. Maddə 1127. Zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi mə sələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

28. İddiaçıların mərhum oğlu xx 13 oktyabr 2018-ci il tarixdə, dostu olmuş, hazırkı iş üzrə cavabdeh x xun ehtiyatsız hərəkəti nəticəsində əlində olan tüfəngdən açılan atəşlə başından yaralanmı ş və aldığı ağır xəsarətlər nəticəsində ölmüşdür. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 1(101)-810/2019 saylı hökmü ilə təsdiq edilir.

29. X5 ölümü ilə bağlı mərhumun valideynləri X7 və X3 maddi və mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Baş vermiş cinayət hadisəsi x xun ehtiyatsızlığından törədilsə də, mərhumun valideynləri bu hadisə nəticəsində həm maddi, həm də mənəvi zərər çəkmişlər.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki şəxsə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, mövcud qanuvericiliyin yuxarıda sad alan normalarına əsasən iddiaçılar İddiaçı1 və X2 övladları xxin ölümü nəticəsində onlara dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə X14 ilə yanaşı onun atası Cavabdeh qarşı məhkəməyə müraciət etmək hüququ vardır və onların həmin tələbi əsaslıdır.

31. İddiaçılar övladları mərhum xxin dəfnini təşkil etmiş, yas mərasimləri keçirmiş, mərhumun qəbirüstü başdaşını (abidəni) qoydurmuşlar. İşə baxan məhkəmə yas mərasimlərinə çəkilmiş xərc olaraq cavabdehlərdən 4000 manat tutulması nəticəsinə gəlsə də, həmin məqsədlər üçün ümumilikdə 2000 manat vəsaitin xərclənməsini məhkəmə kollegiyası daha ağlabatan məbləğ hesab edir. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş 18 dekabr 2019-cu il tarixli aktda da qeyd edilmişdir ki, mərhum xxin yas mərasimlərində 40 gün ərzində 2000 manatlıq ərzaq məhsullarından istifadə edilmişdir. Bundan başqa, aparılmış ekspertiza tədqiqatı nəticəsində mərhumun qəbirüstü abidəsinə çəkilən xərcin 3060 manat olduğu müəyyənləşdirilmişdir.

32. Məhkəmə kollegiyasının qənaətinə görə, dəfn xərci dedikdə, dəfn günü nəqliyyat xərci, məzarın hazırlanması ilə bağlı xərclər, bütün zəruri dini ayinlərə əməl olunmaqla, mərhumun dəfninə sərf olunan xərclər, habelə qəbirüstü abidənin qoyulmasına çəkilən xərclər başa düşülür.

33. Beləliklə də, məhkəmə kollegiyasının qənaətinə görə onlara dəymiş maddi zərər cəmi 5060 manat təşkil edir. Bu məbləğdən aşağı və ya yuxarı miqdarda maddi zərərin təmin edilməsi, məhkəmə kollegiyasının fikrincə, hazırkı şəraitdə ağlabatan deyildir və işin faktiki hallarına uyğun gəlmir.

34. İşdən həmçinin görünür ki, iddiaçılar baş vermiş bədbəxt hadisə nəticəsində mənəvi zərər çəkdiklərini qeyd edərək, cavabdehlərdən 100000 manat tələb etmiş, məhkəmə isə bu zərəri 10000 manat miqdarında qiymətləndirmiş, iddiaçılar bu məbləğlə razı olsalar da, Cavabdeh bu hissədə də iddianı qəbul etməmişdir.

35. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, X18 tərəfindən silahla vurularaq ölməsi iddiaçılar X7 və X3 yüksək dərəcəli mənəvi sarsıntı vermiş və iztiraba səbəb olmuşdur. 36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

37. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçıların övladlarının X2un ehtiyatsız hərəkətləri nəticəsində ölməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Belə olan halda, qanunvericiliyin tələbinə görə iddiaçıların bu hadisə nəticəsində dəymiş mənəvi zərərin əvəzini tələb etmək hüquqları vardır. 38. “Mənəvi zərərin ödənilməsi barədə qanun vericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olma sı, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi z ərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarda qeyd olunmuşdur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

39. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəm ənin Plenumunun qeyd edilən qərarında da mənəvi zərərin miqdarının meyarı kimi mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı nəzərə alnmalıdır.

40. Bu baxımdan, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçılara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə düzgün nəticəyə gəlsə də, həmin zərərin məbləği hissəsində qət edilmiş qətnamə işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası məhkəmənin zərərin məbləğilə bağlı gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mənəvi zərərin əvəzi kimi cavabdehlərdən 1500 manat məbləğində pul tutulması daha ağlabatandır və bu məbləğ işin faktiki hallarına, o cüml ədən cavabdehlərin əmlak vəziyyətinə uyğundur. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, həmin məbləğ hesablanarkən hadisə törədilən zaman x xun yetkinlik yaşına çatmaması, cinayət hadisəsinin törədilməsi zamanı zərərçəkənin rolu da nəzərə alınmalıdır.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

42. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işi n hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar