Məhkəmə qərarları › İş №2(102)-4384/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4384/2019

18.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4384/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən İddiаçı Аslаnbəyоv Nizаmi Sulаydinоviç tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hаkim Ə.Hüseynov, iş № 2(051)-XX/18) iddiаçı X1 cаvаbdeh «X2» АSC-yə qаrşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması» tələbinə dаir iddiаsı qismən təmin edilərək,

1. Səhmdar cəmiyyətin səhmdarlarının 2018-ci il üzrə reyestrinin və Nizamnaməsinin; 2. 2014, 2015-ci, 2016-cı, 2017-ci və 2018-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditor aktlarının; 3. “2016-cı, 2017-ci və 2018-ci illərin SC-nin ümumi yığıncaqlarının protokollarının iddiaçı X2 təqdim edilməsi, eləcə də iddiaçı X2: 1) 2016-cı və 2017-ci illər üzrə, “Müəssisə balansları və onların Əlavələri, 2) 2014, 2015-ci, 2016-cı və 2017-ci illər üzrə “Mənfəət vergisinin bəyannamələrinin və onların Əlavələrinin”, “Əmlak vergisinin bəyannamələrinin və onların Əlavələrinin”, həmçinin “Torpaq vergisinin bəyannamələri, 3) 2015, 2016-cı, 2017-ci və 2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin və ö hdəliklərin inventarizasiya akt”-larının və “ əsas vasitələrin ləğv akt”-ları, 4) Cavabdeh1 ASC-nin yerləşdiyi sahənin plan cizgisinin, texniki pasportunun və Cavabdeh1 ASC-nin daşınmaz əmlakın dövlət reysterindən Çıxarışı, 5) Cavabdeh1 ASC-nin aidiyyəti şəxslərlə bağlanılmış xüsusi əhəmiyyətli əqdlər haqqında məlumatları, 6) 2015, 2016-cı, 2017-ci və 2018-ci illər üzrə “ Cavabdeh1” ASC tərəfindən digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr və icarə müqavilələri barədə məlumatları, 7) Cavabdeh1 ASC-nin aktivlərin dəyərinin qiymətləndirilməsinin keçirilməsi və onun nəticələri barədə məlumatları, 8) 2014, 2016-cı, 2017-ci və 2018-ci illər üzrə vergi orqan tərəfindən Cavabdeh1 ASC-də aparılmış səyyar vergi yoxlanmasının nəticəsi ilə əlaqədar tərtib edilmiş yoxlama AKT-ları ilə tаnış olmasına şərait yaradılması və ödənilmiş 10 mаnаt məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddiа qаlаn hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Аslаnbəyоv Nizаmi Sulаydinоviç apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov-sədrlik edən və məruzəçi, E.Hüseynov və V.Məlikov, iş № 2(107)xx/19) apellyasiya şikayəti təmin edilməyərək Mingəçevir Şəhər Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Аslаnbəyоv Nizаmi Sulаydinоviç kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiаçı cаvаbdeh «X2» АSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək a) Cavabdeh1 ASC-nin direktoru Cavabdeh2 hərəkətlərinin qanunsuz qəbul edilməsi, b) Cavabdeh1 ASC-nin rəhbərliyinin üzərinə Cəmiyyətin aşağıdakı sənədlərinin təsdiq olunmuş surətlərini ona təqdim etmək öhdəliyi qoyulması:

1. Səhmdar cəmiyyətin səhmdarların 2018-ci il üzrə reysterinin və Nizamnaməsinin; 2. 2014, 2015-ci, 2016-cı, 2017-ci və 2018-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının; 3. 2016-cı və 2017-ci illər üzrə, “Müəssisə balansları və onların Əlavələrinin”; 4. 2014, 2015-ci, 2016-cı və 2017-ci illər üzrə “Mənfəət vergisinin bəyannamələrinin və onların Əlavələrinin”, “Əmla k vergisinin bəyannamələrinin və onların Əlavələrinin”, həmçinin “Torpaq vergisinin bəyannamələrinin”; 5. “2016-cı, 2017-ci və 2018-ci illərin SC-nin ümumi yığıncaqların protokollarının; 6. 2015, 2016-cı, 2017-ci və 2018-ci illər üzrə Cavabdeh1 ASC-nin Müşahidə şurası tərəfindən keçirilmiş iclasların protokollarının və müşahidə şurasının üzvləri haqqında məlumatlarının; 7. 2015, 2016-cı, 2017-ci və 2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin və öhdəliklərin inventarizasiya akt”-larının və “ əsas vasitələrin ləğv akt”-larının;

8. Cavabdeh1 ASC-nin yerləşdiyi sahənin plan cizgisinin, texniki pasportunun və Cavabdeh1 ASC-nin daşınmaz əmlakın dövlət reysterindən Çıxarışının;

9. Cavabdeh1 ASC-nin aidiyyatı şəxslərlə bağlanılmış xüsusi əhəmiyyətli əqdlər haqqında məlumatlarının; 10. 2015, 2 016-cı, 2017-ci və 2018-ci illər üzrə “ Cavabdeh1” ASC tərəfindən digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr və icarə müqavilələri barədə məlumatlarının;

11. Cavabdeh1 ASC-nin aktivlərin dəyərinin qiymətləndirilməsinin keçirilməsi və onun nəticələri barədə məlumatlarının”; 12. 2014, 2016-cı, 2017-ci və 2018-ci illər üzrə vergi orqan tərəfindən Cavabdeh1 ASC-də aparılmış səyyar vergi yoxlanmasının nəticəsi ilə əlaqədar tərtib edilmiş yoxlama AKT-larının; c) Cavabdeh1 ASC-nin direktoru Cavabdeh2 hərəkətlərində korrupsiya ilə əlaqədar hüquq pozuntuları varsa bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi; d) Ödənilmiş dövlət rüsumu 10 (on) manat məbləği cavabdehlərdən tutulması bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili N.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil N.Məmmədovun izahatını dinləyərək, kas sasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh1 ASCnin üzvü (səhmdarlardan biri) olmaqla qanunvericiliklə, həmçinin Nizamnaməyə əsasən cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətində iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək,cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;. cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödəni ldikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; Mülki Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malikdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin a raşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməyən hissəsinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallar, tələbin qanuni əsasının dizpozisiya şərtləri ilə uzlaşmır. İkincisi, iddianın həmin hissəsinin əsaslı olması üçün cavadehin təqsirli hərəkət və ya hərəkərsizliyi sübut olunmalı və bu hərəkətlə (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqə müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 43, 98, 99, 106, 107-ci və Mülki Prosessual Mə cəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88,106.1-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və iddia tələbini qismən təmin etməkdə haqlı olmuş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri bu qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə v əzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimalların dan irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(107)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar