Məhkəmə qərarları › İş №2(102)-439/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-439/2020

21.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-439/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X1 ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(021)-xx/18) İddiaçı Cavabdeh qarşı cavabdehin qonşuluq hüququnu pozan qeyriqanuni hərəkətlərinə son qoyulması və yolun açılması tələbinə dair iddiası təmin edilərək cavabdeh qanunsuz hərəkətlərinə son qoyulmasıvə onun tərəfindən bağlanmış Bərdə rayonu, Mollalı kəndində yerləşən təsərrüfat daxili yolun açılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Bayramov-sədrlik edən və məruzəçi, L.Süleymanov və İ.Şəfiyev, iş № 2(104)-xxx/18) apellyasiya şikayəti təmin edilməyərək Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Bayramov-sədrlik edən və məruzəçi, L.Süleymanov və F.Mehtiyev, iş № 2(104)-2511/19) Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti qaytarılmışdır. Cavabdeh bu qərardaddan kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qonşuluq hüququnu pozan qeyri-qanuni hərəkətlərinə son qoyulması və yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən o nun izahatı dinlənilmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədə n saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətini qaytararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə müəyyən etmişdir ki, şikayət qanunvericilikdə nəzərdə tutlmuş müddət ötürülməklə verilmişdir. Belə ki, mülki işin 108-ci səhifəsində olan xəbarnamədən görünür ki, Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin surəti rəsmi qaydada 20.07.2018-ci il tarixdə alınmışdır. Cavabdeh Əli oğlutərəfindən kassasiya şikayəti isə qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsi ilə (31.07.2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuşdur) verilmiş və bundan başqa, müddətin bərpasına dair heç bir ərizə verilməmişdir. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 405.0.2-ci maddəsinə əsasən, kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa,kassasiya şikayəti geri qaytarılır. Bu normadan göründüyü kimi, kassasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, “qətnamənin rəsmi qaydada verilməsi” anlayışının izahına ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikası MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. “O.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” iş üzrə 29 iyun 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessual qanunvericilik məhkəmə qətnaməsindən verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilmə qaydalarını müəyyən etmişdir və qanunvericilikdə bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, Cavabdeh Əli oğlu tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada verilmədiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin prosessual normaların düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələbləri ni nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qərardadı qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(104)-xxx/18 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar