Məhkəmə qərarları › İş №2(102)-439/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-439/2024

01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-439/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təmir xərclərinin əvəzinin ödənilməsi) 01.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilin təmirinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3245/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh hüquqi varisi Şahid tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh olmuş Cavabdeh keçmiş gəlinidir.

2. İddiaçı Cavabdeh oğlu X3 ilə 2004-cü il tarixdə evləndikdən və övladları xx.xx.2005-ci il təvəllüdlü X4 doğulduqdan sonra cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə köçmüşdür.

3. İddiaçı ilə T.Kazımov arasında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 4. ünvan 1 ünvanda yerləşən mənzil təmir edilmişdir. 5. ünvan 1 ünvanda Cavabdeh yaşamamış, həmin ünvanda iddiaçı və onun keçmiş əri yaşamışlar.

6. İddiaçı ilə onun keçmiş ərinin münasibətləri 2015-ci ildə faktiki olaraq pozulmuş, onlar mübahisəli mənzildə birlikdə yaşasalar da, otaqlarını ayırmışlar, T.Kazımov mənzili 2020-ci ilin əvvəllərində tə rk etmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-252/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən 73 nömrəli evin 56 nömrəli mənzilinə köçürülməsi, İddiaçı Xalid qızına 16.200 manat məbləğdə kompensasiya verilib, övladı X5 ilə birlikdə həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. 8. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə görə, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 2 ünvanda yerləşən mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 18.023,70 manat təşkil edir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ev 73 ünvanda yerləşən 56 nömrəli mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olan 18.023 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144 manatın, ümumilikdə 18.144,023 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, cavabdehin oğlu T.Kazımov ilə iddiaçının rəsmi nikahları 2004-cü ildə qeydə alınmışdır. 2005-ci ildə birgə nikahlarından X4 anadan olmuşdur. Həmin vaxt hazırda yaşadığı və qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən mənzili birgə nikah dövründə əldə etmişlər. Sadəcə olaraq gələcəkdə baş verə biləcək neqativ halları nəzərə almadan mə nzili qayınanası Cavabdeh adına rəsmiləşdirmişlər və onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişlər. Cavabdeh heç vaxt hazırkı mənzildə yaşamamış və həmin mənzilin əldə edilməsində heç bir maddi vəsaiti olmamışdır. Sözügedən mənzildə o, keçmiş həyat yoldaşı və övladları yaşamışlar. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan rəsmi nikah pozulmuşdur.

11. Bundan sonra, keçmiş qayınanası Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun və qızı F.Kazımovanın ünvan 3 ünvana olan istifadə hüququna xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-252/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təm in edilmiş, Cavabdeh ünvan 3 ünvana köçürülməsi və 16.200 manat kompensasiya verilməklə onun və övladının həmin mənzildən çıxarılması qət edilmişdir.

12. Məhkəmənin diqqətinə çatdırmaq isdədiyi əsas məqam ondan ibarətdir ki, o, 2004-cü ildən həmin mənzilə köçmüş və mütəmadi olaraq mənzildə tərəfindən təmir işləri aparılmışdır. Sonuncu dəfə 2019-cu ildə həmin mənzili təmir etməyə başlamışdır və mənzilin təmiri 2020-ci ildə yekunlaşmışdır. Təmir xərclərinə ümumilikdə 18.023 manat 70 qəpik miqdarda vəsait xərcləmiş və bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə mütəxəssis rəyi tərtib edilmiş və mənzilin təmirinə çəkilmiş xərcin dəyəri 18.023 manat müəyyən edilmişdir.

13. Əlavə olaraq, həmin xərcin onun tərəfindən ödənilməsini təsdiq edəcək şahidlər vardır. Hesab edir ki, tərə findən həmin mənzilə çəkilən xərc mənzilin şəraitini yaxşılaşdırmaqla onun bazar dəyərini faktiki olaraq artırdığından və onun istifadə hüququna məhkəmə qətnaməsi ilə xitam verildiyindən, həmin təmir xərci cavabdehdən tutularaq ona ödənilməlidir.

14. Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh həmin mənzildə heç vaxt yaşamamış, faktiki olaraq mülkiyyətçi olsa da, mənzilə daim onun tərəfindən sahiblik edilmişdir. Tərəfindən mənzildə aparılmış təmir nəticəsində mənzilin bazar dəyəri kifayət qədər artmışdır.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1153/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Ümumiyyətlə, məhkəmə ar aşdırması zamanı mübahisələndirilən mənzilin təmir edilməsi halı öz təsdiqini tapsa da, mənzilin təmirinin məhz iddiaçı tərəfindən edilməsi və təmir üçün çəkilmiş xərclərinin iddiaçı tərəfindən ödənilməsi halı öz təsdiqi tapmır.

17. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda da göstərildiyi kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-252/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Xalid qızına 16200 manat məbləğində kompensasiya verilməklə övladı X4 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin kompensasiya məbləği müəyyən edilərkən "xxxx" MMC-nin xx.xx.2021ci il tarixli “daşınmaz əmlakın orta aylıq kirayə dəyə rinin müəyyən edilməsi” barədə arayışına istinad edilmişdir. Həmin arayışa əsasən ünvan 4 ünvanı və yaxın ətraf ərazidə yerləşən çoxmərtəbəli yaşayış binalarında, yaxşı təmirli, 2 otaqlı yaşayış mənzillərinin orta aylıq kirayə haqqı, mərtəbə və təchizatından asılı olaraq xx.xx.2021-ci il tarixinə 450 manat müməyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya ödəniləcək kompensasiya məbləği müəyyən edilərkən mənzilin təmirli olduğu nəzərə alınmış və kompensasiya da təmirli mənzil üçün müəyyənləşdirilmişdir.

18. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzili Cavabdeh mülkiyyətində olmaqla, iddiaçının istifadəsində olmuşdur. İddiaçı isə mənzili təmir etmək üçün cavabdehə məlumat verməsinə, cavabdehə xəbərdarlıq edilməsinə, cavabdeh tərəfindən ona razılıq verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və başqasının mülkiyyətində olan əmlakla bağlı tapşırıqsız təmir işləri aparmışdır. Beləliklə, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 73 saylı evin 56 saylı mənzilinin məhz onun tərəfindən təmir edilməsinə, mənzililin təmirinə məhz 18023,70 manat vəsait sərf etməsinə, mənzilin təmiri üçün formalaşdırılan vəsaitin ona məxsus olmasına, mənzilin təmirində onunla birlikdə yaşamış şəxslərin iştirak etməməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hərhansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.”

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 1094, 1087.1 və 1088.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normasını səhv tətbiq etdiyini, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almadığını irəli sürmüşdür.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5992/2022 nömrəli mülki iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən v ə məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırkı iddia tələbini əsaslandırdığı faktiki halı, yəni ünvan 5 ünvanında yerləşən 56 saylı mənzilin təmirinə 18 023 manat xərc çəkdiyini əvvəllər ona qarşı qaldırılmış “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıldığı zaman da irəli sürmüş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə kompensasiya məbləği müəyyənləşdirilərkən bu hal nəzərə alınmışdır.

24. Mülki-prosessual qanunvericiliklə müəyyənləşdirilmiş preyudisiya mexaniz minə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində göstərilən dəlillərlə eyni olan apellyasiya şikayətində irəli sürülənlərə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.4, 152.5, 157.7, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmməd ova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı təyin edilən 16.200 AZN kompensasiya məbləğinin onun mübahisəli mənzilə istifadə hüququnun olması ilə əsaslandırılmışdır. Həmin qətnamən in bir cümləsində belə haqlı olaraq həmin kompensasiya məbləği təyin edilərkən mənzilə çəkilmiş xərclərin dəyərinin nəzərə alındığı qeyd edilməmişdir. Çünki kompensasiya və çəkilmiş xərcləri tələb etmə hüququ ayrı-ayrı mülki hüquq normaları ilə tənzimlənən məsələlərdir. Mübahisəli mənzildən istifadə hüququ olduğuna görə kompensasiya almaq İddiaçı bir hüququ, həmin mənzilin təmirinə çəkdiyi xərcləri isə tələb etmək başqa bir hüququdur. İddiaçını tərəf olaraq maraqlandıran hal ondan ibarətdir ki, 4 hakim (birinci instansiya və apellyasiya instansiyası hakimləri) hansı qaydada müəyyən ediblər ki, İddiaçı 16.200 AZN kompensasiya məbləği təyin edərkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmir xərcləri nəzərə alınıb. Həmin işə baxan hakim H.Əhmədova da qətnaməsində belə bir cümlə yazmamışdır.

29. Kassator şikayətini Mülki Məcəllənin 157.6, 157.7, 1094, 1087.1, 1088.1, Mülki Prosesual Məcəllənin 8, 9, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(103)-5992/2022 nömrəli qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

31. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

32. Bildirilir ki, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsindən görünür ki, həmin məhkəmə gəldiyi nəticəni bir əsasla - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e2(007)- 252/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin hazırkı işə münasibətdə preyudisial əhəmiyyətə malik olması ilə əsaslandırmışdır.

33. Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın 28-ci bəndində şərh olunan hüquqi mövqeyindən çıxış edən məhkəmə kollegiyası bildirir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onla rın başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Bunun da mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

34. Odur ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin hazırkı işə münasibətdə preyudisial əhəmiyyətə malik olduğunu bildirmişdirsə, o halda həmin qətnamənin əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş hansı faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mü bahisələndirilə bilməyəcəyini həmin faktları və hüquq münasibətlərini konkret istinadla göstərməli idi. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, bu baş verməmişdir.

35. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində isə hazırkı işə münasibətdə preyudisial əhəmiyyətə malik hər hansı fakt və ya hüquq münasibəti müəyyən edilməmişdir. Qətnamənin təsviri hissəsində İddiaçı iddiaya etiraz edərək, evin təmirinə 18.023,70 manat xərclədiyini bildirdiyi və işdə olan sənədlərdən "xxxx" MMC-nin təmir xərclərinin 18.023 manat təşkil etməsi haqqında xx.xx.2021-ci il tarixli rəyi qeyd edilmiş, əsaslandırıcı hissəsində isə kompensasiya məbləği 16.200 manatın, mənzil yaxşı təmirli olduğu üçün aylıq kirayə haqqı 450 manatın 3 6 aya vurulması ilə əldə olunduğu göstərilmişdir.

36. Bu mənada, kassasiya şikayətinin “Həmin qətnamənin bir cümləsində belə haqlı olaraq həmin kompensasiya məbləği təyin edilərkən mənzilə çəkilmiş xərclərin dəyərinin nəzərə alındığı qeyd edilməmişdir” məzmunlu dəlili əsaslıdır.

37. Digər tərəfdən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi barədə işdə hər hansı rəsmi sənəd mövcud deyil.

38. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsində iddianın qanuni əsası kimi Mülki Məcəllənin 157.7, 1094, 1087.1 və 1088.1-ci maddələrinə istinad olunmasına baxmayaraq, həmin normalardan yalnız 157.7-ci maddəni tələbin hüquqi əsası kimi qəbul edən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində birinci instansiya məhkəməsinin hüquqi ə saslandırması ilə razılaşdığını qeyd etməsi ziddiyyətli olmuşdur. Həmçinin, qeyd olunan dörd normadan görünür ki, onlardan birincisi vicdanlı sahib, ikincisi əsassız varlanma, üçüncü və dördüncüsü isə özgə işlərini tapşırıqsız vicdanla aparma ilə bağlı münasibətləri tənzimləyir və sözügedən maddələrin tətbiqi sahələri xeyli fərqlidir. Bu səbəbdən, mübahisənin qanuni və ədalətli həlli baxımdan iddiaçının tələbinin düzgün qanuni əsasının, bunun üçün də mənzillə bağlı iddiaçının hansı əmlak hüququnun cavabdeh tərəfindən pozulmasının, o cümlədən cavabdehin təmir xərclərini hansı öhdəliyin (müqavilə, zərər vurulması, əsassız varlanma, Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar) icrası qaydasında iddiaçıya ödəməli olmasının və bu müstəvidə də subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.

39. Məhkəmə kollegiyası bildirir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

40. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 157.7, 386.1, 1087.1, 1088.1, 1094-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 106.1-ci maddələrinə də istinadla əsaslandırmışdır. d) Apellyasiya instansi yasındakı ikinci icraat

41. Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun qızı Şahid onun hüquqi varisi olaraq müəyyən olunmuşdur.

42. Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1153/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, Cavabdeh hüquqi varisi Şahid 18023, 70 manat (min səkkiz yüz iyirmi üç manat, yetmiş qəpik) pul tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 (yüz qırx dörd) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 36,20 (otuz altı manat, iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh hüquqi varisi Şahid alınaraq İdd iaçı verilməsi qət edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli, iddia təmin edilməlidir.

44. Mübahisəli mənzilin təmir olunduğu işin mübahisəsiz halıdır. İş üzrə birinci instansiya məhkəməsi də iddianı rədd edərkən mənzilin təmir edilməsinin öz təsdiqini tapmasını qeyd etmişdir. Mübahisəli və araşdırılmalı hal mənzilin kim tərəfindən təmir olunduğu və nə qədər vəsait sərf olunmasıdır.

45. İddiaçı iddia edir ki, mənzili öz vəsaiti hesabına və atasının maddi köməkliyi ilə təmir etdirmişdir. İddiaçı tələbini təsdiq edən sübutlar qismində məhkəməyə m ənzilin təmirində iştirak etmiş ustaları şahid olaraq təqdim etmişdir.

46. Cavabdeh tərəf isə iddiaya etiraz edərək mənzilin özünün pensiyası və oğlu Turqutun əmək haqqısı ilə təmir olunduğunu bildirmişdir. Cavabdeh etirazını əsaslandıran sübut qismində qızı, hazırkı iş üzrə cavabdehin hüquqi varisi Şahid olaraq təqdim etmişdir.

47. Birinci instansiya məhkəməsi mənzilin məhz iddiaçı tərəfindən təmir edilməsinə, mənzililin təmirinə məhz 18023,70 manat vəsait sərf edilməsinə dair sübutlar təqdim edilmədiyi, habelə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 252/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının mənzilə istifadə hüququna xitam verilərkən kompensasiya məbləğinin təmirli mənzil üçün müəyyənləşdirildiyi əsası ilə iddianı rədd etmişdir.

48. Kollegiya nəzər ə almışdır ki, həmin qətnamədə həmin kompensasiya məbləği təyin edilərkən mənzilə çəkilmiş xərclərin dəyərinin nəzərə alındığı qeyd edilməmişdir. Yəni, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində isə hazırkı işə münasibətdə preyudisial əhəmiyyətə malik hər hansı fakt və ya hüquq münasibəti müəyyən edilməmişdir. Qətnamənin təsviri hissəsində İddiaçı iddiaya etiraz edərək, evin təmirinə 18.023,70 manat xərclədiyini bildirdiyi və işdə olan sənədlərdən "xxxx" MMC-nin təmir xərclərinin 18.023 manat təşkil etməsi haqqında xx.xx.2021-ci il tarixli rəyi qeyd edilmiş, əsaslandırıcı hissəsində isə kompensasiya məbləği 16.200 manatın, mənzil yaxşı təmirli olduğu üçün aylıq kirayə haqqı 450 manatın 36 aya vurulması ilə əldə olunduğu göstərilmi şdir.

49. Ona görə də həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir.

50. Mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qərarı ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. 51. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında hə min məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

52. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən təqdim olunmuş şahid X9 ifadəsində göstərmişdir ki, o, Rəna xanımın evində usta kimi işləmişdir. O, Rəna xanımın evinin mətbəxini təmir etmişdir, laminatını vurmuşdur. Ev təmirdən öncə çox pis vəziyyətdə idi. Xidmət haqqını Rəna xanımdan almışdır. Təxminən 650-700 manat pul almışd ır.

53. Digər şahid X6 isə ifadəsində göstərmişdir ki, o, Rəna xanımın evində usta kimi işləmişdir. O, Rəna xanımın evinin lambirini, məxtbəxini təmir etmişdir. Ev təmirsiz vəziyyətdə idi. Xidmət haqqını Rəna xanımdan almışdır.

54. Cavabdeh tərəfindən dəvət olunmuş Şahid ifadəsində göstərmişdir ki, qardaşının maaş kartı həmişə iddiaçıda olmuşdur. 16 ildir ki, iddiaçı yaşadığı evi təmir etdirir. iddiaçı anası Cavabdeh evi təmir etmək üçün pul lazım olduğunu bildirmiş, anası isə ondan, öz pensiyasından Rəna xanıma pul vermişdir. Bundan başqa, onun qardaşı Dövlət Statistika Komitəsində işləyir və onun başqa gəlir yeri yoxdur. Anası illərlə Dövlət Statistika Komitəsində işləmiş və ev növbəsində durduğu üçün anasına dövlət tərəfindən ev verilmişdir. Evin təmiri üçün bankdan götürülən pulu anası ödəmişdir. Mübahisəli mənzilə Rəna xanım anasını söyüş söyüb təhqir etdikdən sonra bir daha getməmişdir. Evdə təxminən sonuncu dəfə 2009-2010-cu il tarixində olmuşdur. Qardaşı pul vermiş, Rəna xanımda evi təmir etdirmişdir. Evi təmir edən ustaların pulunu anası vermişdir. O, bu hadisələri görməmiş, lakin xəbəri olmuşdur. Ümumilikdə, təmirə anası və qardaşı pul xərcləmişdir.

55. Kollegiya nəzərə alır ki, iddiaçı tərəfindən təqdim olunmuş şahidlər hadisələrin birbaşa şahidi olmuş, görülmüş işlərə görə iddiaçı tərəfindən pulun verildiyini təsdiq etmişlər. Cavabdehin təqdim etdiyi şahid isə cavabdehin ailə üzvü olmaqla yanaşı, mənzilin təmirinin aparılmasının, pulun kim tərəfindən verilməsinin birbaşa şahidi olmamışdır.

56. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən dindirilmiş şahid ifadələri, habelə tərəflərin verdikləri izahatlar əsasında müəyyən edilir ki, mübahisəli mənzilin mənzilin təmiri ilə bağlı xərclər iddiaçı tərəfindən çəkilmişdir. Eyni zamanda cavabdeh tərəf təmirin mövcudluğunu inkar etmir, lakin Turqutun da vəsaitindən istifadə edilməsini bilidirmişlər. Hətta işin bu halı təsdiq edilmiş olsaydı belə bu halda gələcəkdə Turqutun Rənaya qarşı pul tələbinin yaranmasına əsas ola bilərdi. Kollegiya hesab edir ki, evdə aparlan təmir işləri qanunvericiliyin tələblərinə əsasən yaxşılaşdırma olmaqla mülkiyyətçiyə qalacağından cavabdeh tərəfindən alınaraq iddiaçıya ödənilməlidir. Əksi halda cavabdeh tərəf onun hesabına varlanmış olacaqdır. Bu isə iddiaçıya münasibətdə onun hüquqlarının pozulmasına dəlalət edir. xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən göründ üyü kimi, mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 18023 manat, 70 qəpik təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilin təmirinə çəkilmiş xərclərlə bağlı mütəxəssis rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur.

57. Yuxarıda qeyd olunanlar əsasında Kollegiya belə qənaətə gəlir ki, iddiaçının mənzildə apardığı yaxşılaşdırmalara görə sərf edilmiş 18023, 70 manat pul cavabdehin hüquqi varisi Şahid tutularaq iddiaçıya ödənilməlidir.

58. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.7, 386.1, 1094-cü, Mülki Prosesual Məcəllənin 14.2, 217.4, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəli lləri a) Kassasiya şikayətinin dəlilləri

59. Cavabdeh hüquqi varisi Şahid (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2023-cü il 2(103)3245/2023 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

60. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 73 saylı evin mülkiyyətçisi Cavabdeh olmuşdur. O mülkiyətində olan mənzili keçmiş gəlini İddiaçı və oğlu X1 istifadəsinə vermiş və tərəflər 2005-ci ildən 2020-ci ilə kimi həmin mənzildə yaşayaraq birgə təsərrüfat aparmışlar. İddiaçı (iddiaçı) 2022-ci ildə məhkəməyə müraciət edərək mənzildə 2019-cu ilin sonlarından 2020-ci ilin əvvəlinə kimi öz vəsaiti hesabına təmir işləri aparmasını və təmirə görə 18023,70 manat vəsait sərf etdiyini iddia edərək həmin məbləğin Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə işə baxan zaman mənzildə təmir işlərinin aparılması barədə mülkiyyətçini məlumatlandırmamış, onun təmirə münasibətini öyrənmədən 2019-cu ildə mənzilin təmirinə başlamış və 2020-ci ilin əvvəllərində başa çatdırmışdır. İddiaçı və X3 arasında rəsmiləşdirilmiş nikah Nizami Rayon Məhkəməsinin qətnzməsi ilə 2021-ci ildə pozulmuşdur. İddiaçı 2005-ci ildən Cavabdeh ilə yaşamamış, təsərrüfatları ayrı olmuş, nə də iddiaçı və əri qarşısında heç bir öhdəliyi olmamışdır, əksinə iddiaçının və ərinin evdən çıxarkən mənzili əvvəlki qaydada təhvil vermək öhdəlikləri olmuşdur.

61. Hesab edir ki, mənzilin təmir xərcləri İddiaçı və X1 birgə nikah müddətində əldə etdikləri vəsait hesabına olmuşdur. Mə hkəmə də sübutların qiymətləndirilməsində qeyd etmişdir ki, “təmir xərclərinin iddiaçının öz vəsaiti hesabına etməsi öz təsdiqini tapmadı.Tələb Cavabdeh qarşı deyil, iddiaçı tərəfindən ərinə - X2 qarşı yönəldilməli və ondan tələb edilməli idi, çünki tərəflər mənzildə yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə təmir işləri aparmışdılar.

62. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-320/2023 qərarının 37-ci paraqrafında qeyd edilir ki, həmçinin qeyd olunan dörd normadan (Mülki Məcəllənin 157.7, 1094, 1087.1 və 1088.1-ci maddələri) görünür ki, onlardan birincisi vicdanlı sahib, ikincisi əsassız varlanma, üçüncü və dördüncü isə özgə işlərini tapşırıqsız vicdanla aparma ilə bağlı münasibətləri tənzimləyir və sözügedən maddələrin tətbiqi sahələ ri xeyli fərqlidir. Bu səbəbdən, mübahisənin qanuni və ədalətli həlli baxımdan iddiaçının tələbinin düzgün qanuni əsasının, bunun üçün də mənzillə bağlı iddiaçının hansı əmlak hüququnun cavabdeh tərəfindən pozulmasının, o cümlədən cavabdehin təmir xərclərini hansı öhdəliyin (müqavilə, zərər vurulması, əsassız varlanma, mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar) icrası qaydasında iddiaçıya ödəməli olmasının və bu müstəvidə də subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.

63. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iddia tələbin təmin edərkən Əmlak Ekspert Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə mütəxəssis rəyinə və şahid ifadəsinə istinad etmişdir. Halbuki mütəxəssis rəyində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 73 say lı evin ümumi sahəsi 42.1 kv m olan ikiotaqlı 56-cı mənzilində konkret hansı təmir işlərinin aparılmasını, təmir zamanı hansı materiallardan istifadə edilməsi dəqiqləşdirilməmiş, təmir işlərinə təmirdən iki il sonra viziual baxış keçirərək ikiotaqlı mənzilin mətbəxində aparılan təmirə və mənzilə vurulmuş laminata görə 18023,70 manat təmir xərci müəyyən etmişdir. Cavabdeh tərəf hesab edir ki, həmin rəy obyektiv deyildir, mütəxəssis rəyi (izahatı) birtərəfli qaydada cavabdehin mənafeyinə uyğun tərtib edilmişdir. Ona görə də iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilməli və ekspert rəyi məhkəmə iclasında digər sübutlarla birgə qiymətləndirilməlidir.

64. Həmçinin məhkəmə iclasında İddiaçı mülki iş üzrə şahid qismində dindirilməsi üçün dəvət olunmuş şahidlər X10 və X6 ifadələrində göstərmş dilər ki, “Rəna xanımın evində usta kimi işləmiş, mətbəxdə təmir işi aparmş, laminat vurmuş və təmirə görə 650700 manat pul almışdılar”.Şahidlərin (iki nəfər ustanın) mənzildə təmir işlərinə görə 650700 manat əmək haqqı alıması ona dəlalət edir ki, mənzildə iddiaçının tələb etdiyi həcmdə təmir işləri aparılmamış, təmir xərcləri şişirdilmişdir.

65. Kassator hesab edir ki, məhkəmə tərəfindən işin halları hərtərəfli araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, hüquq normaları səhv tətbiq edilmiş və nəticədə qeyd olunan prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə işə baxarkən hüquq normalarının tələbini pozmaqla yanaşı gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.

66. Kassator şikayətini Mülki Məcəllənin 225.1, 385-ci, Ailə Məcəlləsinin 32.2.2-ci, Mülki Prosesual Məcəllənin 9.1, 14.1, 76.1, 77.1, 88, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

67. İddiaçı cavabdehin kassasiya şikayətinə etiraz göndərsə də həmin etiraz elektron kabinet vasitəsilə göndərilmədiyinə görə nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azər baycan Respublikasının Mülki Məcəlləsi

68. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

69. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 70. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

71. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

72. Maddə 1094. Varlanmış şəxsin xərclərinin kompensasiyası əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 73. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 74. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin ə mlakıdır). 75. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

79. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid e dilir.

80. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

81. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

82. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

85. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Kassasiya baxışının hədləri

86. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

87. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

88. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsas ında yeni qərar qəbul edilməlidir.

89. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halı kimi müəyyən edilmişdir ki, İddiaçı cavabdeh olmuş Cavabdeh oğlu X3 ilə 2004-cü ildə nikaha girmiş, onların arasında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia ərizəsində mənzildə mütəmadi təmir işləri apardığını bildirmiş, sonuncu dəfə 2019-cu ildə həmin mənzili təmir etməyə başladığını və mənzilin təmirinin 2020-ci ildə yekunlaşdığını göstərmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən də aparılan təmirin İddiaçı ilə X1 nikahda olduqları vaxt aparıldığı müəyyən edilmişdir. Belə olan təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1 və Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbləri baxımından onların nikahda ol duqları müddətdə Cavabdeh mülkiyyətində olmuş mənzilin təmiri üçün ödənilmiş pul vəsaiti, onların hər hansı biri tərəfindən, o cümlədən İddiaçı tərəfindən faktiki ödənilməsindən asılı olmayaraq İddiaçı ilə X1 ümumi birgə mülkiyyəti sayılır.

90. İş materiallarında təmirə sərf olunan pul vəsaitinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2 və 34.1-ci maddəsində nəzərdə tutulan əmlak olması, yəni nikaha daxil olanadək İddiaçı məxsus olan əmlak, habelə onun nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdiyi əmlak olmasını təsdiq edən sübutlar mövcud deyil.

91. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zam anı bu əmlakdakı payları bərabər hesab edilir.

92. İş materiallarında İddiaçı ilə X3 arasınada Ailə Məcəlləsinin 37.1-ci maddəsində nəzərdə tutulmuş xarakterli müqavilə olmasını təsdiq edən sübutlar mövcud deyil.

93. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh mülkiyyətində olmuş mənzildə aparılan təmir-tikinti işlərinin dəyərinin 18023 manat, 70 qəpik təşkil etdiyi müəyyən edilmişdir ki, kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin bununla əlaqədar olan əsaslandırması ilə razılaşır.

94. Yuxarıda şərh olunduğu qaydada iş üzrə cavabdeh olmuş Cavabdeh mülkiyyətində olmuş mənzilin təmirinə sərf edilmiş pul vəsaiti İddiaçı ilə X1 ümumi birgə mülkiyyəti sayıldığından, İddiaçı payı vəsaitin yarısı təşkil edir. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsas ən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan təqdirdə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən mənzildə aparılan təmir-tikinti işlərinin dəyəri olan 18023 manat, 70 qəpiyin deyil, İddiaçı iddia tələbində göstərdiyi təmir üçün çəkilən xərcin əvəzi olan 18023 manat pulun yarısı olan 9011,50 manat (doqquz min on bir manat əlli qəpik) pul vəsaiti cavabdehin hüquqi varisindən tutularaq iddiaçıya ödənilməlidir.

95. Kollegiya hesab edir ki, evdə aparılan təmir işləri qanunvericiliyin tələblərinə əsasən yaxşılaşdırma olmaqla mülkiyyətçiyə qalacağından iddiaçının iddia tələbində göstərdiyi pulun yarısı cavabdeh tərəfindən alınaraq iddiaçıya ödənilməlidir. Əksi halda cavabdeh tərəf onun hesabına əsassız varlanmış olacaqdır.

96. Yuxarıda şə rh edilənlərdə göründüyü kimi apellyasiya instansioyası məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə iddiaçının xeyrinə tutulmalı olan pul məbləğini düzgün müəyyən etməmişdir.

97. Ona görə də Cavabdeh hüquqi varisi Şahid tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli 2(103)-3245/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh hüquqi varisi Şahid 9011,50 manat (doqquz min on bir manat əlli qəpik)pul tutularaq İddiaçı ödənilsin, iddia digər hissədə rədd edilməli, iddia qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun 72 (yetmiş iki) manatlıq hissəs i və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumunun 36 (otuz altı) manatlıq hissəsi Cavabdeh hüquqi varisi Şahid alınaraq İddiaçı verilməli, kassasiya şikayəti verilərkən ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumunun 36 (otuz altı) manatlıq hissəsi İddiaçı alınaraq Cavabdeh hüquqi varisi Şahid verilməlidir.

98. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, cavabdeh tərəf təmirin mövcudluğunu inkar etmir, lakin Turqutun da vəsaitindən istifadə edilməsini bilidirmişlər. Hətta işin bu halı təsdiq edilmiş olsaydı belə bu halda gələcəkdə Turqutun Rənaya qarşı pul tələbinin yaranmasına əsas ola bilərdi.Kassasiya kollegiyası göstərilən qənaətlə razılaşmır.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallar və sübut lar əsasında təmirə sərf edilən pul vəsaitinin İddiaçı ilə X1 ümumi birgə mülkiyyəti sayılması və bölgü zamanı onun payının həmin vəsaitin yarısından ibarət olması nəticəsinə gəlməyə tam əsas verir.Göstərilən şəxslər arasındakı nikah pozulmuşdur,Belə olan təqdirdə iddia tələbində göstərilən təmir üçün çəkilən vəsaitin onun payına düşən hissənin deyil, bütünlüklə cavabdeh tərəfdən alınaraq iddiaçıya verilməsinin hüquqi əsası yoxdur.İddiaçı pul vəsaitindən sadəcə öz payına düşən hissəni almaq hüququna malikdir.

99. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh hüquqi varisi Şahid tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 27 sentyabr 2023-cü il tarixli 2(103)-3245/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh hüquqi varisi Şahid 9011,50 manat (doqquz min on bir manat əlli qəpik)pul tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun 72 (yetmiş iki) manatlıq hissəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumunun 36 (otuz altı) manatlıq hissəsi Cavabdeh hüquqi varisi Şahid alınaraq İddiaçı verilsin. Kassasiya şikayəti verilərkən ödənilmiş 72 (yetmiş iki) manat dövlət rüsumunun 36 (otuz altı) manatlıq hissəsi İddiaçı alınaraq Cavabdeh hüquqi varisi Şahid verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar