Məhkəmə qərarları › İş №2(102)-440/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-440/2021

17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-440/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X3 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh “X3 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2236/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə istehlakçı hüquqlarının pozulması nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh “X3 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia qaldıraraq, ona vurulmuş maddi zərərin dəyəri olaraq ilkin biletin dəyəri olaraq 326 manat, ikinci biletin dəyəri olaraq 468 avro, 1 günlük gecələmə haqqının əvəzi olaraq 500 manat, işgüzar nüfuzuna və mənəvi zərərə görə 20000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7552/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2236/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)7552/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdeh “X5 AnoniOrtaklığı Ana Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul tələbi”nə dair iddiası təmin edilməmiş, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilnişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərŞ.Məhərrəmova (sərlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) xx.xx.2020-ci il tarixli, 2(103)-2236/2020 nömrəli qərardadı ilə həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

7. Qərar belə əsaslandırılmışdır ki, qətnamə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə poçt xəbərnaməsinə imzalanmaqla rəsmi şəkildə qəbul edilmiş, lakin kassasiya şikayəti xx.xx.2020-ci ildə məhkəməyə ünvanlanmışdır. Bununla da şikayət qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verilmiş və buraxılmış müddətin bərpsına dair vəsatət təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını, kassasiya şikayətinin müddətinin ötürülməmiş hesab edilməsi və işin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi poçt qəbzində məktubun kimə təhvil verilməsi qrafasında iddiaçının adı, soyadı və imzası yoxdur. Qətnaməni iddiaçının özü almamışdır. Poçt qəbzinə onun əvəzinə poçtalyon imza etmişdir. Bu fakt “xxxx” MMC-nin 6 saylı poçt filialının xx.xx.2020-ci il tarixli məktubu ilə təsdiqlənir. Qətnaməni xx.xx.2020-ci il tarixdə nümayəndəsi almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c ) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə qarşı etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 405.0.1. maddəsinə görə, kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilir.

14. Maddə 135.2 və 135.3. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir.

15. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci“maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

16. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

17. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri q aytarılması prosessual hüquq normalarına uyğun olmamışdır.

20. Qanunun yuxarıda sadalanan normalardan (§ 14-15) görünür ki, məhkəmə sənədləri, müvafiq qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, yaxud şəxslə birlikdə yaşayan ailə üzvlərindən birinə, onlar olmadıqda isə müvafiq icra hakimiyyəti, yerli özünüidarə orqanına, yaxud iş yeri üzrə müdiriyyətə verildiyi halda rəsmən çatdırılmış sayılır.

21. Hazırkı işdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin iddiaçıya müvafiq qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə təqdim olunmasını, yaxud qanunda göstərilən digər şəxslərə və ya qurumlara verilməsini təsdiqləyən mötəbər sübutlar aşkar edilmir.

22. Apellyasiya məhkəməsinin istinad etdiyi SS602093593 AZ kodlu sifarişli xəbərnaməyə iddiaçını n və ya ünvanda olan şəxsin deyil, poçtalyonun imza etməsi işdə olan “xxxx” MMC-nin 6 saylı poçt filialının xx.xx.2020-ci il tarixli məktubu ilə təsdiqlənir.

23. Belə olan halda, həmin xəbərnamə iddiaçının kassasiya şikayətinin verməsi üçün qanunla müəyyən edilmiş müddətin hesablanmasında mötəbər sübut kimi istifadə edilə bilməz.

24. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçının nümayəndəsi qətnaməni xx.xx.2020-ci ildə almış, kassasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə rabitə orqanına verilmişdir.

25. Belə olan halda iddiaçının kassasiya şikayətinin prosessual müddət baxımından mümkünlüyü iş materialları və qeyd edilən hüquq normaları baxımından yenidən nəzərdən keçirilməli, zəruri olduqda əhəmiyyət kəsb edən hallar tərəflərin iştirakı ilə məhkəmə iclasında araşdırılmalı və nəticəsindən asılı olaraq məsələyə yekun hüquqi qiymət verilməlidir. Bu məqsədlə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və iş həmin məhkəməyə qaytarılmalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2236/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli, 2(103)-2236/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar