Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4403/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4403/2023 (Açar sözlər: yaşayış sahəsindən məcburi qaydada çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4582/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil X8) tərəfindən verilmiş kassasiya şikayətinə 18 de kabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh 25 mart 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 01 sentyabr 1999-cu il təvəllüdlü X1 və 30 yanvar 2002-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6770/2012 nömrəli, 11 dekabr 2012-ci il tarixli qətnaməsi ilə, Moskva şəhəri Levoberejni VVAQ şöbəsində bağlanmış, 589 nömrə ilə qeyd edilmiş nikahı ləğv edilmiş, boşanmadan sonra uşaqların ananın yanında qalması müəyyən edilmişdir.
3. İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə yenidən nikahlarını bağlamış və həmin nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. 4. 22 sentyabr 2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsindəki 62A nömrəli evin, 16 nömrəli mənzilini İddiaçı bağışlamışdır.
5. Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsindəki 62A nömrəli evin, 16 nömrəli mənzil xx.xx.2010-cu il tarixdən İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən 22 saylı evin 16 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ona əvvəlki mülkiyyətçisi Bakı şəhəri, Səbail rayonu, Ulyanseva küçəsi ev 5, mənzil 66-da yaşayan əmisi oğlu X7 tərəfindən xx.xx.2007-ci il tarixdə bağışlanıb və həmin mənzildə qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamışdır. Aralarında olan şifahi razılaşmaya görə cavabdeh könüllü olaraq ona məxsus olan mənzildən və qeydiyyatdan çıxmalı idi. Lakin bu müddət ərzində cavabdeh müxtəlif bəhanələrlə mənzildə qalır və qeydiyyatdan çıxmır. Hal-hazırda cavabdeh onun ailə üzvü olmadığı üçün və onunla heç bir bağlılığı olmadığı səbəbindən ona məxsus evdə qeydiyyatda olması və qalması cavabdehin ona əmlakı üzərində mülkiyyət və digər hüquqlarını həyata keçirməyə maneələr yaradır. Cavabdehin mərhum valideyinlərindən miras qalan mənzili vardır. Cavabdehlə ya ranmış mübahisəni məhkəmədənkənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh iddia tələbinə etirazla birinci instansiya məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında İddiaçı ona qarşı “mənzildən istifadə hüququnun xitam verilməsi” barədə iddia ərizəsi var. Bununla bağlı qeyd olunmalıdıryir ki, o, Bakı şəhərində xx.xx.1979-cu ildə anadan olmuşdur. Bakı şəhəri Nizami rayon 32 saylı orta məktəbdə təhsil aldığı məktəbin ona rus dili fənnindən dərs deyən X3, onun anasına bildirmişdir ki, onu Russiya Federasiyasında yaşayan Namik adlı qardaşına almaq istəyir. İlkin nikahı Bakı şəhərində xx.xx.1997-ci ildə “Səadət Sarayında” qeydə alınmışdır. Həmin vaxt onun 18 yaşı olduğundan anasının təkidi ilə razılaşaraq iddiaçı ilə ailə qurmuşdur. İddiaçı xx.xx.1961-ci ildən Lənkəran şəhərində anadan olmuş, əvvəl evli olmuş, sonradan boşanmışdır və ondan 18 yaş böyük idi. O zaman o, Moskvada birgə yaşayan zaman iddiaçı onunla R.F-da Moskva şəhərində təkrarən xx.xx.2000-ci ildə rəsmi nikah bağlanmışdır. İddiaçı ona qarşı pis və kobud münasibəti nəticəsində dəfələrlə özünə qəsd etmiş, damarlarını kəsmişdir. İddiaçı onunla çox kobud rəftar edirdi və o, iddiaçıdan çox qorxurdu. Lakin Vətəndən uzaq olduğundan məcbur idi ki, həyatı ilə razılaşsın. Həmin nikahda n onların 2 (iki) övladı: oğlu X1 xx.xx.1999-cü ildə və qızı X5 xx.xx.2002-ci ildə anadan olmuşdur. İddiaçının Moskva şəhərində mülkləri və biznesi var idi. İddiaçı ilə yaş fərqi çox olduğundan ondan qorxurdu və iddiaçı ona təqdim etdiyi bütün rəsmi sənədlərə onun təkidi ilə, oxumadan imza edirdi. İddiaçı ilə yaşayan müddətdə o, ev dustağı kimi həyatını yaşayırdı. Dəfələrlə onlar boşanırdılar, sonradan yenidən rəsmi nikaha daxil olurdular. Sonuncu dəfə iddiaçının təklifi ilə onun adından məhkəməyə nikahın etibarsızlığını qaldırmasını ondan tələb etmişdir. Onun hüquqi savadı olmadığından iddiaçı nə deyirdi onu da edirdi. Ona bildirirdi ki, belə olmalıdır. Moskvadan Azərbaycana qayıtdıqdan sonra onlar 3 (üç) il Lənkəran şəhərində yaşamışlar. 2011-ci ildə Bakı şəhəri Yasamal rayonu, Bəsti Bağ ırova küçəsi ev 22, 16 saylı mənzili almış və həmin vaxtdan, bu günə qədər həmin ünvanda yaşayır. O, son zaman bilmişdir ki, iddiaçı həmin mənzili onun ümümi vəsaiti hesabına əldə etməyinə baxmayaraq qohumu X2 adına rəsmiləşdirmiş, sonradan isə bağışlama müqaviləsi ilə öz adına keçirmişdir. Mərhum anası sağlığında öz səhvini başa düşərək və ondan nigaran olduğundan bir otaqlı mənzilini ona bağışlamışdır. İddiaçı onu və uşaqları istədiyi vaxt evdən qovurdu. İddiaçı ailənin maddi ehtiyaclarını ödəmədiyi üçün o, məcbur olaraq həmin mənzili kirayə verir.
9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, hərbiçi işləmiş və 2 evi var idi. Həmin evlərdən biri dövlət tərəfindən verilmiş, digərini isə özü almışdır. İddiaçıya özü aldığı evi mənəvi borc olaraq bağışlama nəticəsində vermişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1037/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən 22 saylı evin 16 saylı mənzilindən çıxarılması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının əmisi oğlu tərəfindən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 148,0 kv.m. olan xüsusi mülkiyyət 22 sentyabr 2007-ci il tarixli mənzil bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlanmışdır. Daha sonra həmin mənzi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 2010-cu il tarixdən iddiaçının tam mülkiyyətindədir. Həmçinin iddiaçı ilə cavabdeh arasında ilk dəfə 1997-ci il tarixdə olmaqla bir neçə dəfə nikah bağlanmış və pozulmuşdur. Tərəflərin nikahdan 2 uşağı var və cavabdeh özü də etirazda göstərmişdir ki, həmin mənzildə 2011-ci ildən yaşamağa başlamışdır. Hazırda iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını tələb edir.
12. Məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 148,0 kv.m. olan mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan və cavabdehin iddiaçıya məxsus olan evdə yaşaması iddiaçının ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, sərəncam vermək kimi hüquqlarından lazımi qaydada istifadə etməsinə mane olur, iddiaçının ona məxsus olan ev üzərində hüquqlarının lazımi qaydada həyata keçirilməsi nə maneə törətdiyindən iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 157.2, 157.4-cü, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Əvvəla mübahisəli mənzil onunla iddiaçının nikah müddətində əldə etdik ləri, əsaslı təmir etdikləri mənzildir. Bu mənzil Moskva şəhərində olan mağazanın satışından əldə edilən vəsait hesabına əldə edilmiş və tərəflərindən əsaslı təmir edilmişdir. İddiaçının əmisi oğlu X6 mənzilin əldə edilməsinə və təmirinə vəsait sərf etməmişdir. Həmin mənzilə iddiaçı ilə birlikdə eyni vaxtda 2009-cu il tarixdə köçmüş və indiyə kimi də orada yaşayır. Faktiki ümumi mülkiyyətində olan mənzildə istifadə hüququ vardır. İstifadə hüququ olduğu halda və istifadə hüququna xitam verilmədiyi halda mənzildən çıxarılması qanunsuzdur. Ailə münasibətləri 1997-ci ildə yaranmışdır. 2009-cu ildən isə iddiaçı və uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa başlamışlar. Göstərilən mənzildə istifadə hüququ vardır və yaşadığı, istifadə hüququ olan mənzildən çıxarıla bilməz.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4582/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1037/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində iddiaya yazılı etirazında göstərmişdir ki, ”..Moskvadan Azərbaycana qayıtdıqdan sonra onlar 3 il Lənkəran şəhərində yaşadı, 2011ci ildə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 22,16 saylı mənzili almış və həmin vaxtdan bu günə qədər həmin mənzildə yaşayır...” Əlbətdə, cavabd ehin apellyasiya şikayəti peşəkar hüquqşünas olan vəkil tərəfindən tərtib edildiyinə və apellyasiya baxışında vəkillə təmsil olunduğuna görə şikayətdə mənzilə 2011-ci ildə deyil, 2009-cu ildə köçdüyünü göstərməsi anlaşılan olsa da, bu həmin halın həqiqi olması demək deyil. Çünki, ən azından cavabdeh bəyan etdiyi bu hala dair məhkəməyə hansısa bir sübut təqdim etməli idi, ancaq etmir, yaxud olmadığı üçün edə bilmir, üstəlik 2009-cu ildə hansı tarixdə köçməsini də dəqiq deyə bilmir. Bu cür vəziyyətdə cavabdehin 2009-cu ildə mübahisəli mənzilə köçdüyü barədə dəlillər öz təsdiqini tapmır.
18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qeyd olunan mənzillə bağlı tərəflər arasındakı mübahisəli hüquq münasibətinin 2009-cu ilin oktyabr ayının 1-dək yaranması təsdiq olunmur. Bu cür vəziyyətdə m ənzillə bağlı tərəflər arasındakı mübahisəli hüquq münasibətinin 2009-cu ilin oktyabr ayının 1-dək yaranması təsdiq olunmadığından mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
19. Apellyasiya instansiyası hesab etmişdir ki, tərəflər arasında Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulan razılaşma mövcud deyildir. Əks halda, yəni razılaşma olsaydı bu maddənin tətbiqi ümumiyyətlə mövcud olmazdı. Ona görə də, hazırki iş üzrə tərəflərin münasibətləri razılaşma ilə tənzimlənmədiyindən, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verilməsi, cavabdehin çıxmaq istəmədyi mənzildən istifadə hüququnun itirilməsi üçün əsas olmuş, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edə bilər. Belə ki, iddia çı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada cavabdehin keçmiş ailə üzvü üçün çıxmaq istəmədiyi mənzildən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Çünki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
20. Lakin cavabdeh öz ü etiraf edir ki, valideynlərindən vərəsəlik qaydasında onun mülkiyyətinə mənzil keçmiş və qazanc əldə etmək məqsədilə həmin mənzili kirayə vermişdir. Deməli, cavabdehin mənzil ehtiyaclarının təmin olunması üçün ən azından mülkiyyətində olan və kirayə verdiyi başqa mənzili vardır. Bu cür vəziyyətdə hətta cavabdehin mübahisə predmeti olan mənzildən etibarlı ailə əlaqələrindən irəli gələn istifadə hüququ yaranmış olsaydı belə, yenə də bu hüquqa kompensasiya verilməklə xitam verilməsi tələb olunmur. Çünki, cavabdehin yaşamaq üçün mənzilə ehtiyacı və tələbatı yoxdur. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında formalaşdırılan hüquqi mövqe də mövcuddur.
21. Məhkəmə kollegiyasının mövqeyinə görə yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmasa belə, bu hüquq, iddiaçının mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında da saxlanıla bilməz. Çünki, həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət etməlidir. Lakin cavabdehin tərk etmək istəmədiyi mənzildən müəyyən müddətə olsa da istifadə etməsi üçün ağlabatan və ədalətli əsas mövcud deyildir. Çünki, qeyd olunduğu kimi cavabdehin özünün mülkiyyətində mənzil olduğundan mübahisəli mənzildə yaşaması üçün ehtiyac da aradan qaxmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçıya məxsus mənzilə Mənzil Məcəlləsinin 30.4-cü mad dəsinin ikinci cümləsində nəzərdə tutulan şərtlər olmadan yaşaması sonuncunun mənafeyinə zərər vura bilər. Çünki, bu hal mübahisəli mənzilın mülkiyyətçisinin, cavabdehin keçmiş əri olan iddiaçının mənzil üzərindəki mülkiyyət hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, cavabdehin qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş ərinin hazırda ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, cavabdehin bu istəyi keçmiş əri olan iddiaçının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından birinci instansiya məhkəməsinin bu hissədə də qənaəti düzgün olmuşdur.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 157.2, 157.4-cü, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh (vəkil X8) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilmiş qətnamə ilə mənzil hüququ, mə nzildən istifadə hüququ pozulmuşdur. Belə ki, iddiaçı keçmiş həyat yoldaşıdır. Ailə münasibətləri 1997-ci ildən yaranmışdır. Birgə nikahdan iki övladları var. 2009-cu ildən isə iddiaçı və uşaqları ilə birlikdə-mübahisəli dupleks tipli mənzildə yaşamağa başlamışlar. Təqdim etidyi arayış, akt və fotoşəkillərlə təsdiqlənir ki, ailəsi ilə 2009-cu ilin yaz aylarından mübahisəli mənzildə yaşayırlar. Yeni mənzilə köçməkləri ilə bağlı qızları ikinci sinifdən, yəni 2009-cu ilin sentyabr ayından artıq məktəbini dəyişərək 160 saylı klassik qimnaziyada oxuyub və 2019-cu ildə oranı bitirmişdir. Birgə nikah müddətində əldə etdiyi, əsaslı təmir etdikləri mənzildə istifadə hüququ var və yaşadığı, istifadə hüququ və qeydiyyatı olan mənzildən çıxarılmağı qanunsuzdur. Həyat yoldaşının uzaqgörənliyi nəticəs ində nikah müddətində əldə etdiyi mənzildən bir paylı mülkiyyətçi kimi məhrum edilmişdir. Göstərilən qərara əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həlll edilməlidir. Apellyasiya instansiya məhkəməsi iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Əvvəla mübahisəli mənzil cavabdehin iddiaçı ilə nikah müddətində əldə edərək, əsaslı təmir etidiyi mənzildir. Bu mənzil Moskva şəhərində olan mağazanın satışından əldə edilən vəsait hesabına əldə edilmiş və əsaslı təmir edilmişdir. İddiaçının əmisi oğlu X6 mənzilin əldə edilməsinə və təmirinə vəsait sərf etməmişdir. Nikah münasibətlərində əldə etdikləri mübahisəli mənzilə cavabdeh iddiaçı ilə birlikdə eyni vaxtda 2009-cu il tarixdə köçmüş və indiyə kimi də orada yaşayır. Faktiki ümumi mülkiyyətimizdə olan mənzildə istifadə hüququ vardır. İstifadə hüququ olduğu halda və istifadə hüququna xitam verilmədiyi halda mənzildən çıxarılmağı qanunsuzdur. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı aparılan video görüntüdən də görünür ki, təqdim etidiyi etirazda texniki səhvə yol verildiyini göstərmişdir. Vəkilinin birinci instansiya məhkəməsində olmadığından etirazda düzəliş etməyib, amma məhkəmədə şifahi qaydada bunu bildirmişdir. Amma məhkəmələr cavabdehin dediyini nəzərə almamış, texniki səhvi əsas götürürmüşlər. Əvvəla iş üzrə məhkəmə araşdırılması s əthi aparılmışdır. Cavabdehə sübutları təqdim etmək üçün imkan verilməmişdir. Bu səbəbdən cavabdeh kassasiya şikayətinə onları əlavə etmişdir. Məhkəmə işin hallarına düzgün qiymət verməyərək heç bir hüquqi əsas olmadan cavabdehi mənzildən çıxarılmağı barədə qətnamə çıxarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
26. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
27. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümləd ən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibli yinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
31. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarı.
32. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsin in 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri il ə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində q ətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin mübahisəli mənzilin nikah müddətində əldə edilməsi, mənzildən bir paylı mülkiyyətçi kimi məhrum edilməsi barədə dəlilinə münasibət bildi rirək qeyd edir ki, cavabdeh tərəfindən şikayətdə qeyd olunan həmin hal hazırki iş üzrə qarşılıqlı iddia verilməklə, yaxud ayrıca qaydada mübahisələndirilmədiyinə görə kassasiya şikayətinin həmin dəlili əsassızdır.
49. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının is ə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
50. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4582/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.