Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4409/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı avtomobil və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tər kibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “avtomobil və dəymiş ziyanın ödənilməsi” tələbinə barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-86/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə məhkəməyə müraciət etmişdir.
2. Eyni zamanda Cavabdeh da İddiaçı qarşı avtomobil və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir.
3. Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, ilk iddia tələbi üzrə məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilmiş, qarşılıqlı iddia tələbləri təmin olunmuş, “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5300 manat pul və 101 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq qarşılıqlı iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. (hakim Cavid Sultanov) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(107)-86/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunmuş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-810/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbinin təmin edilməməsi, ilk iddia tələbi üzrə məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, “Ford Transit” yük markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin maddi ziyana görə 5300 manat pul və 1 manat dövlət rüsumunun alınmasına dair hissələrdə təmin edilməmə si, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatının İddiaçı, 25 manatının isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməsi qət edilmişdir. (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli) c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
6. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3265/2023 saylı qərardadı ilə iddiaçının kassasiya şikayəti qeyri-mümkün sayılmış və mülki iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
8. Kassasiya instansiyası məhkəmə si qeyd etmişdir ki, dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdən az ödənilmişdir. Belə ki, iddianın qiyməti 30.500 manat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia üzrə ödənilməli dövlət rüsumunun məbləğim 181,5 manatdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən kassasiya şikayətinə baxılması üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında, yəni 90,75 manat dövlət rüsumu ödənilməlidir. Lakin kassasiya şikayətinə əlavə edilmiş 14 iyun 2023-cü il tarixli (qəbz nömrəsi: ********** və **********) qəbzlərdən görünür ki, kassasiya şikayətinə görə cəmi 83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2023 -cü il tarixli, 2(107)-86/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmışdır.
10. İddiaçı nümayəndəsi və vəkili Kərimli Ruhiyyə Neymət qızı məhkəməyə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə vəsatət və əskik ödənilmiş 8 manat dövlət rüsumunun ödənilməsinə dair ödəniş sənədini göndərmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(107)-86/2023 saylı qərardadı ilə müddətin bərpasından imtina edilməsi qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı nümayəndəsi və vəkili Kərimli Ruhiyyə Neymət qızı kassasiya şikаyəti verməsi üçün burаxılmış prоsessuаl müddətin bərpа edilməsi bаrədə ərizə versə də, kassasiya şikаyətini ərizəyə əlavə etməmişdir. Müddətin bər pа edilməməsinin səbəbi müddətin üzrlü səbəb оlmаdаn burаxılmаsı deyil, müddətin bərpаsı hаqqındа vəsatətə kassasiya şikаyətinin əlаvə edilməməsi olmuşdur. İddiaçı оlunаn nöqsаnı аrаdаn qаldırmаqlа, yəni zəruri sənədlərikassasiya şikаyətini təqdim etməklə yenidən müddətin bərpаsı hаqqındа ərizə verə bilər.
13. İddiaçı (vəkil Kərimli Ruhiyyə Neymət qızı) 01 sentyabr 2023-cü il tarixdə məzmununda prosessual müddətinin bərpasına dair ərizənin də olduğu kassasiya şikayəti vermişdir.
14. Müddətin bərpası barədə ərizə onunla əsaslandrımışdır ki, əskik ödənilmiş 8 manat dövlət rüsumunu da ödəyib.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(107)-86/2023 saylı qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Elçin Hüseynov).
16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli qətnamə 25 aprel 2023-cü il tarixdə İddiaçı və onun nümayəndəsi və vəkili Kərimli Ruhiyyə Neymət qızının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı qanunvericiliyin tələbinə uyğun qaydada dövlət rüsumunu ödəməklə kassasiya şikayətini 01 sentyabr 2023-cü il tarixdə verməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olm ayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkar olunmaz səbəblər müəyyən etməmişdir.
18. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı kassasiya şikayətinin məzmunundakı ərizədə qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün hər hansı bir sübut təqdim etməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş h üquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
20. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlər ə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi müəyyən olunur.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 135.5, 405.0.1 və 408.1.4-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərardadının lə ğv edilməsi, kassasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi şikayət ona daxil olduqdan sonra kassasiyanın mümkünlüyü ilə bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Ancaq işə baxan məhkəmə öz nöqsanı da olmasına baxmayaraq qərəzli şəkildə iddiaçının kassasiya şikayətinin kassasiya qaydasında baxılmasına mane olmaqla vətəndaşın ədalət mühakiməsinə çatmasına formal əsaslarla mane olmuşdur. Apellyasiya instansiyası məhkəməsi 16 avqust 2023-cü il tarixdə kassasiya şikayətini qeyri-mümkünlüyü barədə qərar qəbul etməzdən əvvəl mümkünlük iclası təyin etməklə iddiaçını işə cəlb etsəydi əlavə olaraq 19 sentyabr 2023-cü il tarixli qərarda ehtiyac qalmazdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlə rin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüq uqu keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə
134. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir; iddia ərizəsini; qarşılıqlı iddia ərizəsini; iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini; məhkəmə bildirişini; birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; iş üzrə icraatın qurtardığını göstərən qərardadı; məhkəmə əmrini; apellyasiya şikayətinin surətini; kassasiya şikayətinin surətini. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər Maddə 135.1 Bu Məcəllənin 135.6-c ı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında bax ılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, barəsində kassasiya şikayəti verilən qətnamə 25 aprel 2023-cü il tarixdə İddiaçı və onun nümayəndəsi və vəkili Kərimli Ruhiyyə Neymət qızının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı qanunvericiliyin tələbinə uyğun qaydada dövlət rüsumunu ödəməklə kassasiya şikayətini 01 sentyabr 2023-cü il tarixdə verməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxmış, həmçinin müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün hər hansı bir sübut təqdim etməmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
31. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, MPM-in 408.5-ci maddəsinə əsasən həmin Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Bu müddəanın mənasına görə, kassasiya şikayəti verildiyi anda onun verilməsinə dair prosessual hərəkət bitmiş hesab ol unur, onun müvafiq apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi anınadək tamlığı təmin edilməli, kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı nöqsanlar onun verilməsi üçün nəzərə tutulmuş müddətdə aradan qaldırıla bilər.
32. Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsi məqamında, həmin kassasiya şikayəti ilə bağlı məhkəmə icraatına yekun vurulur, həmin kassasiya şikayətinin hər hansı prosessual dəyəri sıfıra enir və bundan sonra şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
33. Hazırkı işdə kassator olan iddiaçının peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin qaydalarından xəbərsiz olmasını istisna edir.
34. Belə hallarda nəzərə alınmalıdır ki, peşəkar h üquqi yardım göstərən vəkil tərəfindən kassasiya şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət edilməməsi, vəkil orderinin əlavə edilməməsi, dövlət rüsumunun ödənilməməsi və yaxud az ödənilməsi, şikayətin imzalanmaması, şikayətin elektron qaydada verilməməsi kimi pozuntular qəbuledilməzdir və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu halların təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməməsi düzgün olmuşdur.
35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-86/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.