Məhkəmə qərarları › İş №2(102)-4411/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4411/2022

17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4411/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bəraət almış şəxsin maddi və mənəvi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3971/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2020-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 231.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2020-ci il tarixli hökmü ləğv edilərək, İddiaçı barəsində bəraət hökmü çıxarılmış, barəsində olan həbs qətimkan tədbiri ləğv edilərək, xx.xx.2020-ci il tarixdə həbsdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci inst ansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, istintaq təcridxanasında saxlandığı müddət ərzində ailə üzvləri tərəfindən çəkilmiş xərclər görə 15600 manat, həbsdə olduğu müddət ərzində iş yerini itirməsi və bu günə kimi işlə təmin oluna bilmədiyinə görə 38000 manat maddi və mənəvi ziyana görə 260000 manat olmaqla, ümumilikdə 313600 manat pul vəsaitinin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən (bundan sonra “cavabdeh” və ya “Nazirlik”) tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan hökmü ilə tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vuru lmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası iddiaçıya izah edilmişdir. İddiaçı ümumilikdə 2 il 1 ay 22 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Bu müddət ərzində həm iddiaçı özü, həm də ailə üzvləri mənəvi iztirablara məruz qalmışdır. İddiaçının ailə münasibətləri pozulmuş və rəsmi nikahına məhkəmə qaydasında xitam verilmişdir. Məhkəmənin qətnaməsi ilə iddiaçıdan iki uşağın saxlanması üçün 350 manat məbləğində alimentin tutulması qət edilmişdir.

5. İstintaq təcridxanasında saxlandığı 2 il 1 ay 22 gün (ümumilikdə 26 ay ) ərzində iddiaçı ailə üzvlərindən uzaq qalmış, uşaqlarını görə, onların tərbiyə olunmasında iştirak edə bilməmiş, uşaqları ata nəvazişindən kənar olmuşlar. Həbsdə olduğu müddətdə iddiaçının atası dünyasını dəyişmiş və iddiaçı atasının dəfnind ə, yas mərasimində iştirak edə bilməmişdir. Bu da onun mənəvi iztirablar keçirməyinə səbəb olmuşdur.

6. Nəzərə alınsa ki, ailə üzvləri hər həftə iddiaçının yanına gəlib və hər dəfə də yol xərci, ərzaqlar üçün çəkilmiş xərc həftəlik 150 manat təşkil edib, bu da ayda 600 manat olmaqla 26 ay üçün 15600 manat təşkil edir.

7. Həbs olunduğu ərəfədə iddiaçı usta kimi evlərin təmir işləri ilə məşğul olub, aylıq gəliri 1000 manatdan 1500 manata qədər dəyişib. Orta hesabla aşağı hədd götürülsə belə, yəni aylıq gəliri 1000 manatdan hesablansa belə, bu da öz növbəsində 26 ay üçün 26000 manat təşkil edir.

8. Həmçinin həbsdən azad olunduqdan sonra iddiaçı bu günə kimi işlə təmin olunmamışdır, bu da onun psixoloji stress yaşamağına səbəb olur. Belə ki, işlədiyi mühitdə narkotik vasitələrin satışı ilə məş ğul olma ittihamı ilə həbs olunmağına dair məlumatın yayılması səbəbi ilə iddiaçı həbsdən azad olunmağından 1 il keçsə də, bu gün də işlə bağlı onun müraciətlərdən imtina edirlər. Nəticədə əldə edə biləcəyi gəlirdən məhrum olub. Hazırda heç bir maddi gəliri olmadığından, iddiaçı yalnız qohumların köməkliyi ilə dolanır. Bu səbəbdən də həbsdən azad olunduqdan sonrakı 1 ili də ayı 1000 manatdan hesablanmaqla kompensasiya ödənilməlidir. Bu da öz növbəsində əlavə olaraq 12000 manat təşkil edir.

9. Azadlıqdan məhrum edildiyi hər günün geri qaytarılmasının mümkünsüzlüyü nəzərə alınsa, iddiaçının keçirdiyi hisslərin, çəkdiyi iztirabların, sarsıntıların hər hansı məbləğdə təzminatla əvəzləşdirilməsi mümkün deyil. Çünki keçirdiyi stress, psixoloji sarsıntı nəticəsində iddiaçı iş qabiliyyətini itir mişdir və daima müalicə almaq məcburiyyətindədir. Mənəvi zərəri də 260000 manat qiymətləndirir.

10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etməmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1012/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dövlət büdcəsi vəsaiti hesabına iddiaçının xeyrinə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrlə bağlı mənəvi zərərin əvəzi olmaqla 26000 manat məbləğində pul vəsaitinin ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Səməd Cəfərov)

12. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı 28 sentyabr 2018-ci il tarixdə Nizami rayon Polis İdarəsi tərəfindən saxlanılmaql təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 231.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2020-ci tarixli hökmü ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu müddət ərzində həm iddiaçı, həm də ailə üzvləri mənəvi iztirablara məruz qalmışdır. İddiaçının ailə münasibətləri pozulmuş, rəsmi nikahına məhkəmə qaydasında xitam verilmişdir. İstintaq təcridxanasında saxlandığı müddət ərzində iddiaçı ailə üzvlərindən uzaq qalmış, uşaqlarını görə, onların tərbiyə olunmasında iştirak edə bilməmişdir. Həbsdə olduğu müddətdə iddiaçının atası dünyasını dəyişmiş, iddiaçı atasının də fnində və yas mərasimində iştirak edə bilməmişdir. Bu da iddiaçının mənəvi iztirablar keçirməyinə səbəb olmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya bir-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vuru lmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçıya mənəvi zərə ödənilməlidir, həmçinin hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

15. Birinci instansiya məhkəmə si mənəvi zərər hissəsində iddiaçının atasını itirməsi və nikahının məhkəmə qaydasında pozulması ilə bağlı 260000 manat tələb etməsi ilə bağlı qeyd edib ki, bu məbləğ ağlabatan olmadığından, iddia qismən təmin edilməli, mənəvzi zərərin məbləği 26000 manat müəyyən edilməlidir.

16. Birinci instansiya məhkəməsi iddianın maddi zərər hissəsini təmin etməmiş və bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbində göstərdiyi maddi xərclərin sübutu ilə bağlı sənəd təqdim etməmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci, Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3-cü, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqq ında” Qanunun 1.1, 4.1, 7.1, 7.2-ci, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü, Mülki Məcəllənin 1101.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci, həmin Konvensiyanın 7 saylı Protokolunun 3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarları, Avropa İnsan Hüquqları Məhkəməsinin “Kalaşnikov Rusiyaya qarşı” iş üzrə 15 iyul 2002-ci il tarixli Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı; Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”ın 13-cü bəndi; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2 və 81-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərə k qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq cavabdeh iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. "Büdcə sistemi haqqında" Qanuna uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Nazirlik Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq müt əmadi maliyyələşdirir. Nazirliyin kredit sərəncamçıları (hüquq- mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Nazirliyin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır; - məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir; - mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (ş ərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından aydın olur ki, Nazirlik tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır; - Nazirlik tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Nazirliyi tanımış və iddia tələbini ona yönəltmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3971/22 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, İlham Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, təmin edilən hissədə iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçının Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan əsasla hazırkı iddia üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi q iymətləndirilə bilməz. Çünki, qeyd olunan maddədə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddianın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddia da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan, həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsi ndə göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz.

22. İkincisi, birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd ol unduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir.

23. Üçüncüsü, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki, həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqress qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin id diaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz.

24. Dördüncüsü, iddiaçının azadlıqdan məhrum olunması ona mənəvi zərər vurmaya bilməzdi. Çünki istintaq orqanının və məhkəmənin səhvi nəticəsində, yəni qanunsuz həbs qətimkan tədbiri seçilməsinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyət yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əl avə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Belə ki, ən mötəbər sübut ona elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı əsası ilə barəsində bəraət hökmünün çıxarılmasıdır. Buna görə də mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbəttə, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Mənəvi zərərin əvəzi pul formasında ödənilsə də nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismə n təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur.

25. Beşincisi, "Büdcə sistemi haqqında" Qanunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq- mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması barədə dəlillər hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmuşdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Buna görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsinin mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edib həll etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qəra r çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin q anunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun Maddə 1, hissə 1, bənd.1. Barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə m əruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 4, hissə 1, bənd

1. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ Bəraətverici hökm çıxarıldıqda yaranır. Maddə

5. Ödənilən ziyan Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 7, hissə

1. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 7, hissə

2. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi M addə 56.0.

1. Bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Mad də 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti cavabdehin şikayəti üzrə iddianın təmin edilən hissəsi olub, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin üzrə çıxarılıb. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

33. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərər hissəsində 26000 manat həddində müəyyən etmiş, cavabdehin həmin hissədə apellyasiya şikayəti ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən saxlamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 21-25-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən eyni dəlillər olan kassasiya şikayətinin dəlillərinə əlavə şərh verməyə zərurət görmür. Apellya siya instansiyası məhkəməsi apellyasiya şikayətinin hər bir dəlilinə verdiyi qiyməti yetərincə əsaslandırmışdır.

36. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının 26 ay azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyət yetirib, bu baxımdan, cavabdehdən iddiaçının xeyrinə 26 min manat məbləğində mənəvi zərərin əvəzinin tutulması qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir.

37. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini isə əsassız sayır.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3971/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar