Məhkəmə qərarları › İş №2(102)-443/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-443/2020

28.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-443/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(104)1401/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(61)-561/2010 saylı qətnaməsi ilə (hakim H.S.Mirzəliyev) İddiaçı cavabdeh Azərbaycan Respublika sı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon Şöbəsinə və digərlərinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” barədə iddiası təmin edilərək, Tərtər rayon AİK-nın xx xxxxxxx 2005-ci il tarixli, 02 saylı Qərarı ilə Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən, 0,06 ha həyətyanı torpaq sahəsinə dair X1 adına işlənmiş “JN-044 F” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhədətnamənin etibarsız hesab edilməsi, həmin həyətyanı torpaq sahəsinin iddiaçının adına qeydə alınması, həmin həyətyanı torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi vəzifəsinin Reyestr Xidmətinin Bərdə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilməsi qət edilib. Üçüncü şəxs Maraqlı şəxs5 qətnamədən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(104)1401/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev sədrlik edən, məruzəçi, Ə.İ.Məmmədov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Tərtər rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və digərlərinə qarşı iddia qaldıraraq, mərhum anası xx adına verilmiş “JN-044 F” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin onun adına qeydə alınaraq rəsmiləşdirilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon Şöbəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Rayon Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahış etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qəra r qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon Şöbəsi, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 07 saylı Bərdə rayon Ərazi İdarəsi, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddia ərizəsinin təmin ed ilməsi üçün əsasların olmamasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 140-cı maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən e dilmiş həqiqi hallarından görünür ki, xx xxxx 1962-ci il tarixdə tərəflərin valideynləri xx rəsmi nikah əsasında xx ilə ailə qurublar və onların birgə nikahındanxx xxx 1963-cü ildə xx, xx xxxx 1965-ci ildə xx və xx xxxx 1966-cı ildə xx adlı uşaqları doğulub. xx xx xxxxxxxx 1976-cı il tarixdə, xx isə xx xxxxxx 2003-cü il tarixdə ölmüşlər. Tərtər rayon AİK-nın xx xxxxxxx 2005-ci il tarixli, 02 saylı qərarına əsasən, “JN-044F” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhədətnamə ilə Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə xx, Maraqlı şəxs2, Maraqlı şəxs5, İddiaçı və Maraqlı şəxs3 və xx adlarına qeydə alınmışdır. Eləcə də işə əlavə edilmiş Maraqlı şəxs5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, anası xx mira s qalmış Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən, 0,06 hektar həyətyanı torpaq sahəsinin qardaşı İddiaçı bağışlanmasına etiraz etməmişdir. Maraqlı şəxs4 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx xxxxxx 2010-cu il tarixli teleqramdan isə görünür ki, o, xx məxsus olan Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən, 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı adına keçməsinə etiraz etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin edərkən aşağıdakı maddi, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər ü zrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia ərizəsindən görünür ki, iddiaçı, mərhum anası xxnın adına verilmiş “JN-044 F” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və ünvan 1 ünvanda yerləşən, 0,06 ha həyətyanı torpaq sahəsinin onun adına qeydə alınaraq rəsmiləşdirilməsinin cavabdeh təşkilatlara həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahış etmişdir. Göründüyü kimi, iddiaçı, iddia ərizəsində mərhum anası xxdan miras qalmış əmlakdan payının müəyyən edilməsini deyil, sonuncunun adına verilmiş “JN-044 F” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və ünvan 1 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin onun adına qeydə alınaraq rəsmiləşdirilməsini n cavabdeh təşkilatlara həvalə edilməsini iddia etmişdir. Halbuki, ünvan 1 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisi yalnız mərhum xx deyil və həmin torpaq sahəsi sonuncu ilə Maraqlı şəxs2, Maraqlı şəxs5, İddiaçı, Maraqlı şəxs3 və Maraqlı şəxs4 ümumi birgə mülkiyyətlərindədir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan arqumentləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, Tərtər rayon AİK-nın xx xxxxxxx 2005-ci il tarixli, 02 saylı qərarına əsasən verilmiş “JN-044 F” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qanuniliyini şübhə altına alan hal müəyyən olunmamışdır. Çünki, Mülki Məcəllənin 140-cı maddəsi nə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməməsin və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərin i pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisəl əndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(104)-1401/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar