Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-444/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Səbail rayon İcra şöbəsi, Bakı şəhəri 14 saylı notariat ofisi və X13 müstəqil tələblər irəli sürməyən şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X3 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5530/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzillər tam mülkiyyət hüququ üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır; 3. “İpoteka saxlayan” qismində X13 ilə “İpoteka qoyan – borc alan” qismində X6 arasında bağlanılmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsin əsasən “İpoteka qoyan” mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzili Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri “İpoteka qoyan”ın və “İpoteka saxlayan”ın razılığına əsasən 350.000 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinin məbləği 340.000 manat təşkil etmişdir;
4. Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf “İpoteka saxlayan” X9 tələbi ilə “İpoteka qoyan – borcal an” İddiaçı Şahlan qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir; 5. "xxxx" MMC tərəfindən tərtib edilmiş açıq hərracın nəticələri haqqında 147/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokola əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ23854 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar Səbail rayon İcra Şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzilləri ilkin satış qiym əti 350.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 223.125 manata X11 təklif olunmuşdur;
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1401/2023 saylı qətnaməsi ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 olmaqla, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6254/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1401/2023 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 907/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6254/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Səbail rayon İcra Şöbəsinə və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair X13 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2021-c i il tarixdə atası X6 ilə X13 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X13 tərəfindən atası Şahlar Abdullayevə 340.000 manat borc verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq xx.xx.2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və ilkin olaraq atasının mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin, 33, 34, 35 saylı mənzilləri ipoteka qoyulmuşdur. Lakin bütün bunlara baxmayaraq Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən heç bir araşdırma aparmadan, onların həqiqətən də X11 340.000 manat məbləğində pul borcunun olub-olmamasını, borcun təminatı olaraq qeyd edilən mənzillərə dair ipoteka müqaviləsi bağlanarkən onların razılıqların olub-olmamasını müəyyənləşdirmədən “Notariat haq qında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, həmin sənədlər üzrə ünvan 3 ünvanında qeydiyyatda olan X9 xeyrinə, borclu ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinədək vaxtında ödənilməmiş 340.000 manat pulun ondan tutulması barədə xx.xx.2022-ci il tarixli, 8i23854 nömrəli icra qeydi vermişdir. Odur ki, tərəfindən sözügedən icra qeydinin ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edərək, 8i23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi xahiş edilmişdir. Lakin, notarius tərəfindən icra qeydinin ləğv edilməsi barədə müraciəti imtina edilmişdir. Bununla əlaqədar olaraq, tərəfindən Bakı şəhəri 14 saylı notariat ofisin in 8i-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Hazırda ona məlum olmuşdur ki, ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillər "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 147/23 saylı “Açıq hərracın nəticələri haqqında Yekun Protokolu”na əsasən alıcı X1. Bundan sonra tərəfindən ərizə ilə "xxxx" MMC-yə müraciət edilərək, hərracın nəticələri haqqında protokolu əldə etmiş və sözügedən protokolla tanış olarkən ona məlum olmuşdur ki, hərracın keçirilməsinə əsas Bakı şəhəri 14 saylı notariat ofisinin icra qeydi olmuş, hərracın sifarişçisi isə Səbail rayon İcra və Probasiya şöbəsi olmuşdur. İlk olaraq qeyd etmək istəyir ki, "xxxx" MMC və X13 tərəfindən ona məxsus olan əmlakın hərraca çıxa rılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, mülkiyyətinə əsaslı surətdə qəsd edilmiş, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuş, hərracın bu qaydada və qiymətlə iştirakı və razılığı olmadan keçirilməsinin nəticəsi olaraq bir ailə ciddi surətdə maddi və mənəvi sıxıntıya salınmış, şəxsi maraq güdməklə ən ciddi qanunsuzluğa və ən ciddi pozuntuya yol vermişlər. Lakin ona məxsus olan əmlakın hərracının keçirilməsini "xxxx" MMC özbaşına olaraq formal surətdə yalnız kağız parçası üzərində keçirməklə nə onu satılan əmlakın mülkiyyətçisi kimi tanımamış, nə də tanımaq istəməmiş, özgənin əmlakını öz şəxsi əmlakları kimi “dəyərindən qat-qat aşağı qi ymətə” satmaqla mülkiyyətinə qəsd etmiş, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuzluğa yol vermişlər. Ona məxsus olan mənzillərin hərracda satılma qiymətinə dair ipoteka saxlayan tərəfindən ona heç bir təklif olunmamış və onunla heç bir razılaşma aparılmamışdır. Qanunun tələbindən göründüyü kimi ilkin satış qiyməti ya tələbkar və borclunun qarşılıqlı razılaşması ilə, mübahisə olduqda isə məhkəmə tərəfindən müəyyən olunmalıdır. Göründüyü kimi qanunların tələbləri bütün istiqamətlər üzrə pozulmuşdur. Əmlakın mülkiyyətçisi kimi o, nə hərracın keçirilmə qaydalarını müəyyən etməmişdir, nə hərracda iştirakı təmin edilməmiş, nə də hərracda satılan ona məxsus olan əmlakın qiymətinin müəyyən olunmasında ona heç bir imkan verilməmişdir. "xxxx" MMC özü-özündən qanunsuz olaraq hərrac keçirmiş, kiminlə, hansı üsulla keçirməsi isə məlum olmamışdır. Onunla heç bir bir müqavilə bağlanılmamış, hərracın keçirilməsində qanunla müəyyən olunan hüquqların kobudcasına pozulmuşdur. Göründüyü kimi, hərracı keçirən "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən “İpoteka haqqında” Qanunun 42-ci maddəsindən irəli gələn tələblərə də əhəmiyyət verilməmiş, hərracın keçirilməsinə dair ona bildiriş göndərilməmiş, bununla da hərracın keçirilmə qaydalarına dair qeyd olunan Qanunun 42-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Hərracı keçirən "xxxx" MMC-nin vəzifəli şəxsləri birinci növbədə X9 mənafeyini “xüsusi canfəşanlıqla” qorumuş, hərracda satılan əmlak birinci növbədə ona təklif olunmalı olduğu halda, bu onun hüquqları da pozulmuş və alıcı qismində hərracda onun iştirakı təmin ol unmamışdır. Hərracın nəticələri haqqında protokoldan görünür ki, ipotekaya qoyulan əmlakların ilkin satış qiyməti qanunsuz olaraq 350.000 manat məbləğində müəyyən olunmuşdur. Lakin həmin əmlaklar ilkin satış qiymətindən də aşağı qiymətə - yəni 223.125 manata satılmışdır. Bunu hərracı keçirən "xxxx" MMC-nin hansı qayda ilə müəyyənləşdirməsi məlum deyildi. Bundan əlavə, protokoldan da göründüyü kimi alıcı X13 olmuşdur. Bu faktın özü bir daha onu göstərir ki, qiymətləndirməni və hərracı həyata keçirən "xxxx" MMC-nin və X9 hərracın bu qiymətlə keçirilməsində “xüsusilə maraqları” olmuş, həmin səbəbdən də hərraca çıxarılan əmlak öz faktiki dəyərindən dəfələrlə aşağı qiymətə qiymətləndirilməklə X9 öz adına sənədləşdirilmiş, bütün bunların nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Bu baxımdan hesab edir ki, X13 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokol qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməlidir.
9. Daha sonra iddiaçı tələbini artıraraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixli 3M-1104 saylı kredit müqaviləsinə əsasən X2 Şahlar Cümşüd oğluna 340.000 manat məbləğində borc pul vermişdir. xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinə əsasən X6 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzili(lər) Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin i crasının təmin edilməsi məqsədilə X9 xeyrinə ipoteka ilə edilmişdir. Sözügedən ipoteka müqaviləsinin 2.2-ci bəndində görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzillərin dəyəri 350.000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin Açıq hərracın nəticələri haqqında xx.xx.2023- cü il tarixli, 147/23 saylı yekun protokolundan və "xxxx" MMC ilə X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin surətlərindən görünür ki, ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmiş 350.000 manat məbləğ əsas götürülərək müəyyən edilmişdir. Halbuki, həmin mənzillərin dəyəri mənzillərin ilkin satış qiyməti kimi müəyyən edilmiş 350.000 manatdan 3 dəfədən artıqdır. Belə ki, tərəfindən müstəqil qiymətləndiriciyə müraciət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024- cü il tarixli, 001-08/05-MY/2024 saylı mütəxəssis rəyinə əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hazırki bazar dəyəri 1.100.000 manat həcmində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ipoteka predmeti olan və ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin dəyərini müəyyən edən xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinin 2.2-ci bəndinin və ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair X13 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında 07 avqust 2023-cü il tarixli, 147/23 saylı protokolu n etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən artırılmış iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, tərəfindən iddia ərizəsinə əlavə verilmiş və həmin iddia ərizəsinə əlavədə ipoteka müqaviləsinin 2.3-cü bəndi əvəzinə texniki səhv olaraq ipoteka müqaviləsinin 2.2-ci bəndi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ipoteka predmeti olan və ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin dəyərini müəyyən edən xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinin 2.3-cü bəndinin və ona, yəni İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair X13 ilə "x xxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X9 nümayəndəsi və vəkili Vəkil2 həcmi artırılmış iddia tələblərini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ipoteka müqaviləsi hazırkı iddiaçının atası Şahlar Abdullayev tərəfindən bağlanılmış, tərəflər arasında əmlakın qiyməti ilə bağlı razılıq əldə olunmuşdur, digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim olunan rəy reallığı əks etdirmir, mənzilin 1 kv.m. həmin hesabata görə 6.000 manatdan yuxarıdır. Hesab edir ki, qaldırılan iddianın təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur və məhkəmədən onun rədd edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1247/2024 nömrəli, 25 iyul 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Şahin Abdullayev).
13. Məhkəmə qeyd etmişdir ki, ipoteka predmetinin əvvəlki mülkiyyətçisi mərhum X6 mülkiyyətində olan mübahisəli mənzili bağladığı kredit müqaviləsinin təminatı kimi yüklü edib və ipoteka müqaviləsi bağlayarkən ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında mənzil 350.000 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğ ipoteka müqaviləsinin 2.3-cü bəndində qeyd edilmişdir.
14. Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, ipoteka qoyan və ipoteka saxlayanın qarşılıqlı razılığı əsasında əmlakın qiymətləndirilməsi hər ikisinin iradə ifadəsinə əsaslanmış, ipoteka qoyanın sağlığında bununla bağlı hər hansı mübahisə olmamışdır. İddiaçı mübahisəli mənzi lə dair "xxxx" MMC-nin qiymətləndirilmə hesabatındakı məbləği əsas gətirərək ipoteka müqaviləsinin 2.3-cü bəndinin etibarsız hesab edilməsi barədə tələb irəli sürür.
15. Məhkəmə hesab etmişdir ki, hazırkı tələb üzrə iddiaçı ipoteka müqaviləsi bağlayan mərhum mülkiyyətçinin vərəsəsi olaraq qeyd edilən müqavilənin tərəfi olmadığından, müqavilənin qeyd edilən bəndi müqavilə bağlayan tərəflərin iradə ifadəsinə əsasən tərtib edildiyindən, iddiaçı tərəfindən əmlakın hazırkı bazar qiymətinə dair təqdim etdiyi qiymətləndirmə hesabatını məhkəmə sübut kimi qəbul etmədiyindən (belə ki, qiymətləndirici MMC-nin özəl şirkət olaraq hesabatı tərtib edən mütəxəssisin bu cür fəaliyyətlə məşğul olub lisenziyasının mövcud olması barədə sübutların olmaması, əmlakın ipoteka müqaviləsində qeyd edilən qiymətdən a rtıq olmasına dair digər mötəbər sübutların təqdim edilməməsini əsas götürülərək), həmçinin məhkəmə tərəfindən tərəflərin qarşılıqlı razılığı əsasında əmlakın qiymətləndirilməsinin etibarsızlığı ilə bağlı hal aşkar edilmədiyindən, iddia tələbi həmin müqavilənin 2.3-cü bəndinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
16. Məhkəmə iddia tələbinin iddiaçıya məxsus mənzilin hərracda satılmasına dair X13 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023- cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsassız hesab edilməli və təmin edilməməlidir. İddiaçı bu tələbini həm əmlakın real bazar qiymətinə uyğun satılmaması, həm də hərracın keçirilməsi barədə məlumatsız olması ilə əlaqələndir mişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hərrac təşkilatı tərəfindən müvafiq hərrac bildirişləri həm tələbkar, həm də borclunun ünvanları üzrə rəsmi qaydada göndərilmiş, eyni zamanda bununla bağlı müvafiq mediada elan dərc edilmişdir. İddiaçı hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsini göstərsə də, bu halları da təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında iddiaçının hərracın keçirilməsi barədə bildirişlərin ona təqdim edilməməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı hərrac mərkəzi tərəfindən iddiaçıya bildirişlərin göndərilməsi və onun tərəfindən rəsmən alınması müəyyən edilmişdir. İpoteka predmeti olan əmlakın real bazar qiymətinə uyğun satılmaması ilə bağlı iddiaçının dəlillərini mə hkəmə əsaslı hesab etməmişdir, təqdim olunan qiymətləndirmə hesabatı sübut kimi dəyərləndirilə bilməz, digər tərəfdən iddiaçı icra qeydinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırarkən əmlakın qiymətini həmin tələbdə mübahisələndirməmişdir.
17. Məhkəmə hesab etmişdir ki, hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə əsasən həyata keçirildiyindən, hərracın və onun nəticələrinin (yekun protokolun və alğı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlilləri əsassız hesab edilməli və bu səbəbdən həmin hissədə də iddia tələbi təmin olunmamalıdır.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.1, 16.1, 337.1, 389.1, 390.1, 416-cı maddələri, “İpoteka haqqında” Qanunun 42, 42.1, 43.1.1, 43.7, 44-cü maddələri, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1247/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti belə əsaslandırılmşdır ki, xx.xx.2021-ci il tarixli 3M-1104 saylı kredit müqaviləsinə əsasən X2 Şahlar Cümşüd oğluna 340.000 manat məbləğində borc pul vermişdir. xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinə əsasən X6 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzil(lər) Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə X9 xeyrinə ipoteka ilə yüklü edilmişdir. AZ-İİ seriyalı 204649 saylı ölüm haqqında şəhadətnamədə qeyd edildiyinə əsasən X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 6 ünvanında qeydiyyatda olan qızı İddiaçı olmuşdur və o, miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnaməyə əsasən verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X6 verilmiş **********84-05101- 093020 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2, mənzil 33, 34, 35 ünvanında yerləşən ümumi sahəsi 171 kv.m olan mənzildən ibarətdir. "xxxx" MMC-nin Açıq hərracın nəticələri haqqında 07 avqust 2023-cü il tarixli, 147/23 saylı yekun protokolundan və "xxxx" MMC ilə X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilənin surətlərində görünür ki, ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmiş 350000 manat məbləğ əsas götürülərək müəyyən edilmişdir. Halbuki, həmin mənzillərin dəyəri mənzillərin ilkin satış qiyməti kimi müəyyən edilmiş 350000 manatdan 3 dəfəd ən artıqdır. Belə ki, tərəflərindən müstəqil qiymətləndiriciyə müraciət edilmişdir. "xxxx" MMCnin 08 may 2024-cü il tarixli, 001-08/05-MY/2024 saylı mütəxəssis rəyinə əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hazırki bazar dəyəri ******* (bir milyon bir yüz min) manat həcmində müəyyən edilmişdir. Hazırki iş üzrə isə məhkəmə ipoteka predmeti olan ünvan 8 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hazırki bazar dəyərini müəyyən etmək üçün müvafiq ekspertiza təyin etməmişdir. Lakin işə baxmış hakim apellyasiya şikayətinin bu dəlilli üzrə də araşdırma aparmamış, yenə də formal olaraq öz qətnaməsində qeyd etmişdir ki, təqdim olunan qiymətləndirmə hesabatı sübut kimi dəyərləndirilə bilməz, digər tərəfdən iddiaçı icra qeydinin etibarsız hesab edilməsi barə də məhkəmədə iddia qaldırarkən əmlakın qiymətini həmin tələbdə mübahisələndirməmişdir. Bundan əlavə onu da qeyd etmişdir ki, mərhum atası X6 iddiaçı X7 borc olaraq aldığı 340.000 manat məbləğində pulun hamısını iddiaçıya qaytarmış, lakin məsuliyyətsizlik edib, kredit və ipoteka müqavilələrini ləğv etdirməmiş, eyni zamanda iddiaçı borc müddətindən xeyli müddət keçməsinə baxmayaraq, bir dəfə də olsun atası vəfat edənə qədər borcunu tələb etməmişdir. Lakin atası vəfat etdikdən sonra hazırda əlavə olaraq yenidən borcunu tələb edir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Günay Axundova sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Fuad Babayev) 2(103)-5530/2024, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail R ayon Məhkəməsinin e-2(009)-1247/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası iddia tələbini rədd edən birinci instransiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisə predmeti olan əqd imzalanarkən iddiaçının atası X4 iradəsinin zədələnməsi ilə bağlı hallar müəyyən edilməmiş, bununla bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
23. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 33, 34 və 35 saylı mənzillərin hərracda satılmasına dair X13 ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarsız hesab edilməsi tələbinin əsası kimi ona istinad etmişdir ki, mənzillərlə bağlı keçirilmiş hərraclarla bağlı bildiriş ona ünvanlanmamış, onun məlumatı olmamışdır.
24. Bununla bağlı kollegiya qeyd etmişdir ki, Bakı Hərrac Mərkəzi” MMC tərəfindən Səbail rayon İcra Şöbəsinə, borclu X5, İddiaçı qızına, tələbkar X11 göndərilmiş xx.xx.2023-cü il tarixli hərrac bildirişinin surətindən görünür ki, Səbail rayon İcra şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilinin ilkin satış qiymətinin 350.000 manata satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11.00-da hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir. “ Market” qəzetinin xx.xx.2023xx.xx.2023-cü il tarixli buraxılışında LOT 147/23 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilin 350.000 manata açıq hərraca çıxarıldığı və hərracın xx.xx.2023-cü il tarixdə, saat 11.00-da keçirilməsi barədə elan verilmişdir. 25. "xxxx" MMC tərəfindən Səbail rayon İcra Şöbəsinə, borclu X5, İddiaçı qızına, tələbkar X11 göndərilmiş xx.xx.2023-cü il tarixli hərrac bildirişindən görünür ki, Səbail rayon İcra şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilinin satış qiymətinin 297.500 manata sat ılması ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 11.00-da hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, KİV-də müvafiq elanlar dərc edilmişdir. 26. “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışında LOT 147/23 nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin ümumi sahəsi 171 kv.m. olan 33,34,35 saylı mənzilin xx.xx.2023-cü il tarixdə keçirilən təkrar hərracın baş tutmaması barədə elan verilmişdir. 27. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı, X11 təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, İddiaçı hərracın keçirilməsi barədə məlumat verilmişdir. 28. "xxxx" MMC tərəfindən tərtib edilmiş açıq hərracın nəticələri haqqında 147/ 23 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətinə əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ23854 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar Səbail rayon İcra Şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzilləri ilkin satış qiyməti 350.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 223.125 manata X11 təklif olunmuşdur. 29. "xxxx" MMC tərəfindən tərtib edilmiş açıq hərracın nəticələri haqqında 147/23 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətinə əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ23854 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar Səbail rayon İcra Şöbəsinin 4920/2023-16-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ-23854 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33,34,35 saylı mənzilləri ilkin satış qiyməti 350.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 223.125 manata X11 təklif olunmuşdur.
30. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 337.1, 339.2, 339.3, 354.2, 415.2, 415.5, 416.1-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü iltarixli, 2(103)-5530/2024 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının mərhum atası X6 iddiaçıX7 borc olaraq aldığı 340.000 manat məbləğində pulun hamısını iddiaçıya qaytarmış, lakin məsuliyyətsizlik edib, kredit və ipoteka müqavilələrini ləğv etdirməmiş, eyni zamanda iddiaçı borc müddətindən xeyl i müddət keçməsinə baxmayaraq, bir dəfə də olsun iddiaçının atası vəfat edənə qədər borcunu tələb etməmişdir. Lakin iddiaçının atası vəfat etdikdən sonra hazırda əlavə olaraq yenidən borcunu tələb edir.
33. Kassasiya şikayəti “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 129-cu maddəsinin İİİ hissəsinə, Mülki Məcəllənin 1.2-ci maddəsinə, “İpoteka Haqqında” Qanunun 39.3.3, 43.7-ci maddələrinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 3 39.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
37. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
38. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
39. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış v erilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
40. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı ipoteka müqaviləsinin qismən etibarsız sayılması barədə tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdir. Eyni zamanda mübahisə olunan hərracın qanunla müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirilməsi müəyyən edilməmişdir. Belə olan halda, iddianın təmin edilməməsi yuxarıda göstərilən qanunvericiliyə uyğun olmuşdur.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tə rəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5530/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.