Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4445/2023 23.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə QƏRARDADI (Açar sözlər: kassasiya icraatının qeyri-mümkün hesab edilməsi – kassasiya şikayətinin mövcud olmaması, prosessual əsaslar olmadıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 4 aprel tarixli, 2(106)496/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzr ə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5200 ABŞ dolları məbləğində borcun, 1000 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cəlilabad Rayon Məhkəməsinin (hakim Q. Paşayev) 2021-ci il 21 dekabr tarixli, 2(073)-885/2021 nömrəli qətnaməsi ilə iddiaçı qismən təmin edilmişdir.
3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər P. Əhmədov ( sədrlik edən vəməruzəçi), C. İmanov və T. Kərimov) 2023-cü il 04 aprel tarixli, 2(106)-496/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən 06 sentyabr 2023-cü il tarixli qərardadla, müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilmədiyinə görə geri qaytarılması qərara alınmışdır.
6. Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli 2(106)-496/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə vermişdir.
7. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsinin təmin edilməsi,Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli 2(106)-496/2023 saylı qətnaməsindən Cavabdeh tərəfind ən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi üzrlü hesab edilməklə bərpa edilməsi və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
8. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
9. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçü n gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
10. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
11. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
12. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunur ki, iş üzrə cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli 2(106)-496/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti həmin məhkəmənin 06 sentayabr 2023-cü il tarixli qərardadı ilə qaytarılmış, buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə isə kassasiya şikayəti verilməmişdir.
14. Halbuki Azərbaycan Respublikasının MPM-in 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə ver ilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
15. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi əslində verilməmiş kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini qərara almış və iş materiallarını Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə kassasiya şikayəti vermədiyindən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur və iş üzrə kassasiya icraatı qeyri-mümkün hesab edilməlidir.
17. Şərh olunanlara əsasən və MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şirvan Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 04 aprel tarixli, 2(106)-xxx/2023 nömrəli qətnaməsi üzrə kassasiya icraatı qeyri-mümkün hesab edilsin və mülki iş Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.