Məhkəmə qərarları › İş №2(102)-4448/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4448/2020

10.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4448/2020 10.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababaoğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-527/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İd diaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Cavabdeh2 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləiddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və həkim Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən dəymiş zərərin əvəzi qismində 1 5000 manat məbləğində maddi, mənəvi zərər qismində 39470 manat, cəmi 54470 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə Gədəbəy rayonunda avtomobil qəzasına düşmüş, nəticədə sol bud sümüyünün sınması və ağır xəsarət alması ilə bağlı Gəncə şəhəri 3 nömrəli xəstəxanaya yerləşdirilmişdir. Bir neçə aydan sonra bud sümüyünün vəziyyəti ağır olduğundan müalicə aldığı xəstəxanada həkimin göstərişi ilə onu Bakı şəhər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirmişlər. Həmin xəstəxananın həkimi, professor Cavabdeh2 onu müayinə etdikdən sonra əməliyyat edib sağaldacağını öz öhdəsinə götürmüşdür. Lakin 2015-ci ildə həkim cər rah Cavabdeh2 iddiaçının sol bud sümüyünü əməliyyat etmiş və “Yelizarov" aparatını oraya yerləşdirmişdir. Bu əməliyyatın olunması üçün Cavabdeh2 iddiaçıdan 2500 manat pul alaraq almışdır. Eyni zamanda əməliyyat zamanı lazım olan bütün dərman preparatlarını iddiaçıya öz hesabına aldırmışdır. Bu əməliyyatın olunması və həmin aparatın 9 ay iddiaçının ayağında qalmasına baxmayaraq, heç bir nəticəsi olmamışdır. Belə ki, həmin aparatın sökülməsindən sonra ayağında çirkli irinin axması davam etmiş və bunun nə zaman düzələcəyini həkimdən soruşduqda həkim ona ayağının yaxşı olacağını bildirmişdir. Aparatın ayağından sökülməsindən 2 ay sonra onun həmin sol ayağı heç bir gücə düşmədən yenidən sınmışdır. İddiaçı bununla əlaqədar bir neçə dövlət xəstəxanalarına müraciət etsə də, onu qəbul etməyib bir inci dəfə əməliyyat olunduğu həkimin yanına getməyini bildirdilər. Bundan sonra iddiaçı onu əməliyyat edən həkim Cavabdeh2 yanına gələrək ayağının yenidən sındığını bildirmişdir. Həkim onun ayağının yenidən əməliyyat olunacağını və həmin əməliyyatın olunması üçün iddiaçının valideyinləri ilə danışıb 2000 manat pul verilməsini bildirmişdir. Həkim professor Cavabdeh2 ayağını birinci dəfə əməliyyat etdikdən sonra oradan gələn çirklərin sağalmaması sümüyün çürüyərək sınmasına səbəb olmuşdur. Həkim 2000 manatın verilmədiyi təqdirdə əməliyyatı etməyəcəyini bildirdi. Onlar razılaşmış və 2016-cı ildə həkim iddiaçının ayağını yenidən əməliyyat edilmişdir. Lakin bu əməlliyat da uğursuz olmuş, həkim birinci əməliyyat zamanı kəsilən sümükdən təkrar kəsərək ayağı digər ayaqla 4 sm fərq olmaqla qısaltmı ş və iddiaçını şikəst etmişdir. Eyni zamanda həkim Cavabdeh2 birinci əməliyyatı zamanı səhlənkarlıq nəticəsində sümükdə saldığı mikrob nəticəsində ayaqda sümük çürüməyə və irin verməyə başlamışdır. Bunun nəticəsi olaraq iddiaçının sol sınmış ayağının sümüyü bərkiməmiş və orda olan çirklərin qarşısını almaq mümkün olmamışdır. Xəstəxanada yatdığı 9 ay müddət ərzində ayağının müayinə və müalicəsi, əməliyyatı ilə bağlı ümumilikdə 15000 min manat pul xərclənmişdir. Ancaq ayağın sağalması ilə bağlı heç bir nəticə əldə olmamış, iddiaçı yataq xəstəsi olmuş və ayağının çirki düzəlməmişdir. Buna baxmayaraq müalicələrini davam etdirmişdir. Daha sonra başqa bir həkimin müalicəsindən bir müddətdən sonra ayağa qalxmışdır. İşin faktiki hallarından göründüyü kimi həkim sələnkarlığı nəticəsində iddiaçı 4 i l 3 ay müddətdir ki, yataq xəstəsi olmuş və əmək qabiliyyətimi tam itirmişdir. Bu illər ərzində müalicəsi ilə bağlı öz yaşadığı evini satmış, hal-hazırda qardaşının evində məskunlaşmışdır. Ailəlidir, 3 azyaşlı övladı var. Ailədə yeganə qazanc onun işləməyi ilə bağlı idi. Təqdim edilən sənədlərlə müəyyən olunur ki, cavabdehin iddiaçıya vurduğu maddi ziyan aşkardır, zərərin məbləği kifayət qədər yüksəkdir və buna görə də iddiaçı hesab edir ki, cavabdeh ona vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Qeyd olunanları nəzərə alıb, iddiasının təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ekspert rəyləri ehtimallara əsaslanmış, məhkəmə buna əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayara q iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki,iddiaçının iddia etdiyinə görə ayaq nahiyəsində Cavabdeh2 tərəfindən həyata keçirilmiş cərrahi əməli yyatlar və müalicə səbəbindən müxtəlif fəsadlar baş vermiş, hazırda iddiaçı baş vermiş fəsadların səbəbi kimi yanlış aparılmış cərrahi əməliyyatları və müalicəni əsas gətirərək, cavabdehlərdən vurduqları zərərin əvəzini tələb etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 570 saylı ekspert rəyindən görünür ki, İddiaçı adına Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, həmin instituta ilkin olaraq xx.xx.2016-cı il tarixdə müraciət etmiş və stasionara qəbul edilmişdir. İddiaçı aparılmış müvafiq müayinələrdən sonra ona “Sol bud sümüyünün əməliyyatdan sonrakı osteomieliti; intramedulyar osteosintezdən sonrakı vəz iyyət” diaqnozu düzgün təyin edilmişdir, İddiaçı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2016-cı il “Sol bud sümüyündən ştifin çıxarılması; Nekrektomiya; Yivli mil aparatı ilə osteosintez” və xx.xx.2016-cı il tarixdə “Bud sümüyünün adaptasion rezeksiyası; Bud sümüyünün aşağı 1/3-nin kortikal osteotomiyası; Bilateral osteosintez” cərrahiyyə əməliyyatları icra edlimişdir, icraedilmiş hər iki cərrahiyyə əməliyyatları travmanın ağırlığına və mövcud olan osteomielit prosesinin aradan qaldırılması istiqamətində hayata keçirilmişdir; İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda sol budun irinli proses - osteomieliti xx.xx.2016-cı il tarixdə aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmasa da, bu patol oji hal müxtəlif səbəblərdən, yəni əməliyyatdan sonrakı qulluq, reqenerasiya prosesinin pozulması, orqanizmin fərdi xüsusiyyətləri və s. nəticəsində yarana bilərdi; İddiaçı sol bud nahiyyəsində mövcud olan osteomielit prosesi aparılan cərrahiyyə əməliyyatlarına və müalicələrə baxmayaraq davam etmişdir. Belə olan halda patoloji prosesin tam olaraq aradan qaldırılması üçün etaplı cərrahiyyə əməliyyatlarının aparılmasına zərurət yaranır; İddiaçı üzərində xx.xx.2016-cı il tarixdə aparılmış cərrahiyyə əməliyyatından sonra onda sol bud sümüyünün refrakturası (təkrar sınığı) müxtəlif səbəbdən baş verə bilərdi və təkrar travmanın olduğu inkar olunmur; İddiaçı mütəxəssis müayinəsinə əsasən, onda destruksiyaya uğramış sümük seqmenti rezeksiya (kəsilib) edilmişdir. Əməliyyat zamanı sümüyün 4 sm uzunl uğunda kəsilib götürməsi taktiki cəhətdən düzgün icra edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 281 saylı ekspert rəyindən görünür ki, İddiaçı adına Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o xx.xx.2016-cı il tarixdə İnstitutun irinli travma şöbəsinə müraciət etmişdir; İddiaçı stasionara qəbul olunmuş, aparılmış klinik, laborator və instrumental müayinələr əsasında ona “Sol bud sümüyünün əməliyyatdan sonrakı osteomieliti; İntramedulyar osteosintezdən sonrakı vəziyyət” diaqnozu düzgün təyin edilmişdir; İddiaçı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təyin edilmiş diaqnoza uyğun olaraq operati v müalicə taktikası seçilmiş və xx.xx.2016-cı il üzərində “Sol bud sümüyündən ştifın çıxarılması; Nekrektomiya; Yivli mil aparatı ilə osteosintez” cərrahiyyə əməliyyatı icra edilmişdir, adekvat müalicələr davam etdirilmiş və patoloji prosesin ağır kliniki gedişatı ilə əlaqədar xx.xx.2016-ci il tarixdə osteotomiyası; Bilateral osteosintez” cərrahiyyə əməliyyatı icra edlimişdir. İcra edilmiş “Bud sümüyünün adaptasion rezeksiyası; Bud sümüyünün aşağı 1/3-nin kortikal osteotomiyası; bilateral osteosintez” cərrahiyyə əməliyyatları icra edilmişdir, hər iki cərrahiyyə əməliyyatları mövcud olan patoloji prosesinin aradan qaldırılması üçün hayata keçirilmişdir; İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, sol budda irinli prosesin-osteomielitin davam etməsi xx.xx.2016-cı i l tarixdə aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi yoxdur, Belə ki, bu patoloji hal müxtəlif səbəblərdən, yəni əməliyyatdan sonrakı qulluq, reqenerasiya prosesinin pozulması orqanizmin fərdi xüsusiyyətləri, immun sisteminin zəifləməsi və s. nəticəsində yarana bilərdi; İddiaçı sol bud nahiyyəsində aparılan cərrahiyyə əməliyyatlarına və müalicələr baxmayaraq onda mövcud olan patoloji prosesin tam olaraq aradan qaldırması üçün etaplı cərrahiyyə əməliyyatlarının aparılmasına zərurət yaranmışdır. Aparılacaq əməliyyatların nəticəsi haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir; İddiaçı üzərində xx.xx.2016-cı il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatından sonra onda sol bud sümüyünün refrakturasının (təkrar sınığı) yaranması, müxətlif səbəblərdən, o cümlədən təkrar travmanı n olması nəticəsində əmələ gəlməsi istisna edilmir; İddiaçı mütəxəssis müayinəsinə əsasən, onda destruksiyaya uğramış sümük seqmenti rezeksiya (kəsilmə) edilmişdir. Əməliyyat zamanı sümüyün 4 sır. uzunluqda kəsilib götürülməsi taktiki cəhətdən düzgün icra edilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin icraatı zamanı keçirilmiş ekspertizalar zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təstiqini tapmamışdır. İddiaçının apelyasiya şikayətinin dəlillərinə yoxlamaq məqsədi ilə apelyasiya instansiyası məhkəməsi tərəfindən komisyon məhkəmə-tibbi ekspertizası keçirilməsini təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 651 saylı eksper t rəyinə əsasən: Travmatologiya və Ortopediya İnstitutunda tərtib edilmiş tibbi sənədlərdən göstərilənlərə əsasən, o ilk dəfə olaraq xx.xx.2016-cı il tarixdə İnstitutun İrinli travma şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Sol bud sümüyünün əməliyyatdan sonrakı osteomieliti; İntramedulyar osteosintezdən sonrakı vəziyyət” diaqnozu düzgün təyin edilmişdir. Travmatologiya və Ortopediya İnstitutunda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.2016-cı il üzərində “Sol bud sümüyündən ştifın çıxarılması; Nekrektomiya; Yivli mil aparatı ilə osteosintez” cərrahiyyə əməliyyatı icra edilmişdir, adekvat müalicələr davam etdirilmiş və patoloji prosesin ağır kliniki gedişatı ilə əlaqədar xx.xx.2016-ci il tarixdə osteotomiyası; Bilateral osteosinte z” cərrahiyyə əməliyyatı icra edlimişdir.İcra edilmiş hər iki əməliyyatları təyin edilmiş diaqnoza uyğun olaraq, mövcud olan patoloji prosesin aradan qaldvrılması məqsədi ilə icra edilmişdir. Travmatologiya və Ortopediya İnstitutunda F. Müseyibovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xəstəxanaya daxil olarkən onun sol bud sümüyündə əməliyyatdan sonrakı osteomielitin olması qeyd edilmişdir ki, bu da xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatları ilə səbəbli əlaqəsi yoxdur. Belə ki, bu patoloji hal müxtəlif səbəbələrdən, yəni travmadan sonra qeyri düzgün qulluq, qegenerasiya porsesinin pozulması, orqanizmin immun sisteminin zəiflənməsi, əməliyatdan sonrakı qulluq orqanizmin fərdi xüsusiyyətləri və sair nəticəsində yarana bilərdi. B u cür patoloji halların aradan qaldvrvlması etaplı müalicə, eləcə də cərrahi əməliyatlar nəticəsində mümkün ola bilər. F. Müseyibovun üzərində xx.xx.2016-cı il tarixdə icra edilmiş cərrahiyyə əməliyyaından sonra onda sol bud sümüyünün refrakturasının (təkrar sınığı) yaranması müxtəlif səbəblərdən, o cümlədən təkrar travmanın olması nəticəsində əmələ gəlməsi istisna edilmir. F. Müseyibovun mütəxəssis müayinəsinə əsasən, onda destruksiyaya uğramış sümük seqmenti rezeksiya (kəsilib) edilmişdir. Əməliyyat zamanı sümüyün 4 sm uzunluğunda kəsilib götürməsi taktiki cəhətdən düzgün icra edilmişdir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə keçirilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertiza və əvvəlki keçirilmiş ekspertizalar arasında ziddiyyət olmamışdır. İddiaçı tərəfindən tələbinin əsaslı olmas ını təsdiq edən və cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona zərərin vurulması ilə bağlı sübutlar da təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbay can Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarı). Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbini əsaslandıra və bunu təsdiq edən sübutlar təqdim edə bilmədiyindən, hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri yoxlanılmış, dəlilər öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hü quq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. İddiaçı ekspert rəylərinin ehtimallara əsaslandığını qeyd etmişdir. Lakin iş üzrə keçirimiş ekspertizalar zamanı rəylər tam, aydın əsaslandırılmış, təqdiqat aparılarkən ekspertlər ehtimallara deyil, iş materiallarına əsaslanılmışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçıkassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-527/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar