Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4448/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4448/2022 (Açar sözlər: məcburi köçkünlərin kassasiya şikayəti vermək üçün dövlət rüsumu ödəməkdən azad olunması, kassasiya şikayətinin qanunla müəyyən edilmiş formada tərtib edilməməsi, prosessual normaların pozulması ) Bakı şəhəri, 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “bazar dəyərinin qiymət ləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və mövcud bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3387/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə dair işə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən X1 aid f ərdi yaşayış evinin 26 iyul 2016-cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və həmin hesabata əsasən sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 k v.m olan İddiaçı məxsus evin mövcud bazar qiymətinə uyğun yeni qiymətinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)1509/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən X1 aid 26 iyul 2016-cı il tarixinə, bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kv.m. olan İddiaçı məxsus evin mövcud bazar qiymətinə uyğun yeni qiymətinin müəyyən edilməsi, mövcud bazar dəyərinin hər kv.m. 800 manat olmaqla - 141.76 x 800 = 113408 manat müəyyən edilməsi, 500 manat məbləğində olan ekspertiza xərcinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 Mərkəzi”nə ödənilməsi qət edilmişdir. (hakim Ülkər Yusifova) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnamədən cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Metropoliteni QSC apellyasiya şikayətləri vermişlər.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3387/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəm əsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova)
5. Qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3387/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(103)-3387/2022 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova)
7. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının verdiyi kassasiya şikayətinə dövlət rüsumunun ödən ilməsini təsdiq edən sənəd əlavə olunmamış və kassasiya şikayəti 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Dövlət rüsumu haqqında” Qanunun 8-ci, Mülki Prosessual Məcəllənin 403.1, 407.1, 407.4, 408.1.1 və 408.1.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, iddiaçı məcburi köçkün olduğu üçün "Dövlət rüsumu haqqında" Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azaddır. Bu halda, o kassasiya şikayəti verdiyi halda da dövlət rüsumu ödəməkdən azaddır. İddiaçının məcburi köçkün vəsiqəsi iddia ərizəsinə əlavə edildiyi və iş materiallarında həmin vəsiqənin surəti olduğu halda apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddənin tələblərini nəzərə almamışdır. Bundan başqa, kassasiya şikayəti MPM-in 407.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq "Dövlət rüsumu haqqında" Qanun Maddə 8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılma mış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.4. şikayətəvəkilin orderi vədövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə 408.1.1.kassasiya şikayəti bu Məcəllənin402-ci və 407.1-ci maddələrinintələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 408.1.3. kassasiya şikayətinəmüəyyənolunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənə d əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya in stansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
13. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır.
14. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayətini geri qaytara rkən iki əsasa – iddiaçının dövlət rüsumunu ödəməməsinə və şikayətin MPM-in 3 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməməsinə istinad etmişdir.
16. Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları,müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər,qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
17. İşdən görünür ki, iddiaçı hazırki iddianı verərkən məcburi köçkün olmasını və bu faktı təsdiq edən vəsiqəni ərizəyə əlavə etmişdir. (i.v.24)
18. Məhkəmə kollegiyası iddiaçının dövlət rüsumundan azad olma sı barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi qeyd edilən əsası göstərməklə Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinin tələblərinə əməl etməmişdir.
19. Bununla belə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qaytararkən həmçinin MPM-in 407.1-ci maddəsinə əsasən şikayətin həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməməsinə də (3 saylı Əlavədə müəyyən olunmuş) istinad etmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şikayətin MPM ilə müəyyən edilmiş formada verilməməsi (3 saylı Əlavədə müəyyən olunmuş) barədə gəldiyi nəticəni isə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Dəyişikliklərd ən biri də kassasiya şikayətinin MPM-in 3 saylı Əlavəsində müəyyən olunmuş formada verilməli olması tələbidir.
21. Nəzərə alınsa ki, prosessual qanunvericiliyin tələbinə görə şikayətin kassasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir və belə əsaslardan biri də şikayətin qanunla müəyyən edilmiş formada (3 saylı Əlavədə müəyyən olunmuş) verilməsidir, belə olan halda, şikayətin forma tələblərinə əməl edilməməsi əsası ilə geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur.
22. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3387/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.