Məhkəmə qərarları › İş №2(102)-4449/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4449/2020

03.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4449/2020 03.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD 29 iyun 2020-ci il İş № 2(102)-4449/20 Bakı şəhəri Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı vəkili Hacıyev Namiq Sərkar oğlunun kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı 2Cavabdeh qarşı porşenli hava kompressorunun tərkib hissələri olan avadanlıqların 2 000 000 (iki milyon) ABŞ dolları məbləğdə dəyərinin ödənilməsi tələbinə dair, “xxxx” MMC-nin “xxxx” X1 və Cavabdeh qarşı KjAr 2-1 havaayrıcı qurğunun və qurğunun tərkib hissələri olan digər avadanlıqların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq qaytarılması və xüsusi qərardad çıxarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı vəkili Hacıyev Namiq Sərkar oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. İşin 1-ci cildinin 12-ci vərəqindəki etibarnamədən görünür ki, İddiaçı tərəfindən 15.04.2015-ci il tarixdə beş il müddətinə Hacıyev Namiq Sərkar oğluna mənafelərinin təmsil və hüquqlarının müdafiə edilməsi səlahiyyəti verilsə də etibarnamənin müddəti 15.04.2020 ci il tarixdə bitmişdir. Halbuki iş materiallarından görünür ki, iddiaçının vəkili Hacıyev Namiq Sərkar oğlu kassasiyaşikayətini 16.05.2020-ci il tarixdə tərtib edib imzalamışdır. Azərbaycan Respublikası MPM-nin kassasiya şikayətinin qaytarılması əsaslarını müəyyən edən 408.1-ci maddəsinin tələb lərinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Lakin apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılma sı üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı vəkili Hacıyev Namiq Sərkar oğlunun kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar